‏نمایش پست‌ها با برچسب Cilovluq. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Cilovluq. نمایش همه پست‌ها

Urmiye’de Tapılan Mezarlıq Osmanlıların Türklerı Öldürmesinin Qalıntılarıdır

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - پنجشنبه, آبان ۱۸, ۱۳۹۱ - 0 comments

Güney Azərbaycan, Urmiye: Quzey Azərbaycan Dövlətinin yetkililəri Güney Azərbaycanin Urmiye şəhərində bulunan əskı məzarlıqla ilgili açıqlamaları iran dövlətınındə açıqlamasına nədən oldu ancaq ilginç olaraq iran dövlətı yetkililərı Urmiye şəhərində olan məzarlığı Ermənilərın Batı Azərbaycan və Urmiye’də Cilovluq adlı Türk soyqırımı yox bəlkə Osmanlaıların Urmiye və Batı Azərbaycanda Türklərə qarşı soyqırım yaptığının qalıntısı olduğunu söylədı.
Güney Azərbaycanin Urmiye şəhərinin 15 xordad aldlı Oxul qazıntılarından çox əskı bir Məzarlıq (Qarasandıq) rastlandı və bu məzarlıqda birinci araşdırmalara Görə 1918 olaylarıla ilgili çox sayıda toplum məzarlıq görüldü, ancaq ilginç olaraq iran dövlətı bu məzarlıq tapıldıqdan sonra heç bir araşdırma yapmadan və dış və içdən heç bir yetkiliyə incələmək üçün izin vermədən  1 gün içində bu əskı Türk soyqırımı məzarlığını yerlə bir etdi. 
Güney Azərbaycanin Urmiye şəhərində tapılan əskı məzarlığın ardından Quzey Azərbaycan Ulusal məclisində bu qonuda incələmək istədiklərini söyləməklə iran dövləti bu əskı məzarlığı Türk soyqırımı qalıntısı yox bəlkə Osmanlıların Batı Azərbaycan və Urmiye şəhərində Türk və Ermənilərə yapdıqları soyqırım sonucu olaraq nitələndirdi.

Urmiye Şeherindenki Cilovluq Mezarlığı iran Dövleti terefinden Mehv edildi

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - سه‌شنبه, آبان ۱۶, ۱۳۹۱ - 0 comments

Güney Azərbaycan, Urmiye: alıdığımız son bilgilərə Görə Urmiye Şəhərindəki Cilovluq Soyqırımından qalan Türk Məzarlığı iran dövlətı tərəfindən məhv edilmişdir. 
Neçə vaxt bundan öncə Güney Azərbaycanin Urmiye şəhərində Cilovluq adlı Türk Soyqrımıla ilgili bir məzarlıq ortaya çıxmışdır ancaq iran dövləti olayı Ört basır eyləmək üçün dünən bu tarixsəl məzarlığın məhv etdiğini duyrudu.
Cilovluq Məzarlığı imha edilməsi sözdə Batı Azərbaycab kültür qoruma örgütü tərəfindən olduğu söylənilməktədir. 
Cilovluq Məzarlığı Urmiye şəhərinin 15 Xordad Qız oxulu yenidən inşa edilməsi və qazıntılarında görülmüşdü, eləcə bölgədə çox sayıda və toplu olaraq əski insan məzarlığı qanıtlanmaqtadır ancaq iran dövləti olayı basdırmaq üçün tezliklə heç bir arştırma aparmadan bu Tarixsəl məzarlığı məhv etməsi son dərəcə düşün vericidir. 
Cilovluq adlı Türk soyqırımı 1918 ci ildə Ermənilər tərəfindən Türk kimliyinə Qarşı Urmiye, Salmasa, Xoy və bir neçə Türk şəhərində gərçəkləşmişdir, tarixsəl qaynaqlara Görə bu soyqırımda 130 min Türk öldürlmüşdür.   
Güney Azərbaycan, Türkiyə və Quzey Azərbaycan Tuğralı olaraq bu olaya qarşı iran dövlətinə tepki göstərməlidir, bu olay bölgəmizdə Ermənilər tərəfindən yapılan Türk soyqırımının tarixsəl qanıtlarndan birisi sayılmaqdadır.

Urmiye Şeherinde toplu məzarlıq tapılıbdır

Kategori: , , , , , , , , , , , , , Umud Urmulu - جمعه, مهر ۲۸, ۱۳۹۱ - 0 comments

Onbeş Xurdad məktəbində tapılan toplu məzarlıq Cilovluq soyqırımınam aidmi?
Urmiye Şəhərinin 15 Xurdad Oxulunun əski binasın yeniləmək üçün yıxılmasından sonra qazıntılarda tapılan toplu məzar bölgənin kültürəl uzmanların çaşdırıbdır. Ayna xəbər ajansının yaydığı bilgilərə görə 15 Xurdad məktəbinin 75 illik binası Urmiye Şəhərinin əski qəbristanı olan “Qarasandıq” üstündə tikilmişdir və binanın yıxılması və yeniləmək üçün qazıntılar tolpu bir məzarın bulunmasına nədən olub və tarixi bir soyqırım və gərçəyin gün ışığına çıxmasına nədən olubdur.
Bu qazıntılarda tapılan ölü sümüklər yayınlanan Görüntülərdə Görüldğü kimin toplu şəkildə quylanıblar və böyük olasılıqla acı bir tarixi olayda öldürülüblər.
indilik heç nə Qanıtlanmış dəyildır, ancaq görüşlərə görə tapılan toplu məzarlıq tarixi Cilovluq soyqırımına aid ola bilər. Cilovluq soyqırımı yaxlaşıq 100 il öncə Urmiye, Xoy, Salmas və batı Azərbaycanın neçə şəhərində Erməni və Asurilərin əliylə törədilibdir. Soyqırımda 1918 ilində olub və 200-500 min arası Türk vəhşicəsinə öldürülüblər.
Batı Azərbaycan bölgəsinin kültürəl miras baxanlığının Arxeoloji uzmanı qazıntıları incələyərək böyük bir yangın olduğunun olasılığından söz etmişdir. Riza Heydəriyə Görə bu iddiasının qanıtın sümüklərin altındakı küllər və bəzi yanan sümüklər göstərməktədir.
Torpaq qabların içərilərinə qədər yanmaları, böyük bir yanqından xəbər verir, çeşidli görüşlərə görə bilərək olub və 20-ci əsrin ilklərində insanlıq və Türklərə qarşı böyük soyqırımdan xəbər verməktədir.
Qazıntıların dərinliyi 4 metr olub və toplu məzarlıq 1 metrdən başlayıb və 3 metr dərinliyə qədər davamı etməktədir , bu da tolpu məzarlıq üçün qazılan böyük quyuların göstərgəsidir. Qazılan bölgənin 1 metr dərinliyində yanqından qalan külləri açıqca görmək olur. Bəzi qabların qazıntılarda tapılması böyük bir tarixi bölgənin olduğundan xəbər verməktədir, arxeoljik qazıntılar və araşdırmalar gərəktiyini göstərir, Qəbristanın Ulusal əsələr arasında qeyd olunmamasına görə, qazıntılar yazının hazırlandığı ana qədər davamı etməktədir və qazıntı makinələri qazmaya davam edirlər. 
Alınan xəbərlərə görə, batı Azərbaycan əyalətinin kültür əsərləri baxanı Məhəndis Fərinin bilgisiylə bir ekib qazıntıları araşdırmaq və durdurmaq üçün bölgəyə göndəriliblər. Deməliyik Oxulun doğusunda qazıntılarda islami dövrünə aid qablar tapılıbdır. tapılan bir tunel tarixi bir kəhrizin olduğunu göstərir. 
Deməliyik Urmiye Şəhərinin tarixi “Qarasandıq” qəbristanında tapılan bəzi məzarlar başqalarına görə fərqli və qeyri-adi şəkildə və bəzən yandırılandan sonra quylanıblar. indilik heç bir Tuğralı qaynaq qazıntılar və toplu məzar haqqında dəqiq bilgilər yaymaamaqdadır, xəbərdə olan görüşlər isbatlandığı halda Türklərə qarşı yapılan soyqırımın və cilovluq faciəsinin gərçəkləri ortaya çıxacaqdır. 










































با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya