‏نمایش پست‌ها با برچسب Deprem. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Deprem. نمایش همه پست‌ها

Urmiye'də deprəm oldu

Kategori: , , , , , , , , , Umud Urmulu - جمعه, مهر ۰۵, ۱۳۹۲ - 0 comments
Güney Azərbaycan, Urmiye: bugün saat 13:32 dəqiqədə Güney Azərbaycanın Urmiye şəhərində 4/6 büyüklüğündə bir deprem oldu.
alınan ilk bilgilərə görə deprem Urmiye şəhərinin silvana bölgəsi və yerin 10 km gərçəkləşmişdi.
iran deprem qurumu Urmiye depremının büyüklük və gücünü 4/6 bal olaraq göstərməktədir.
olası yaralı və ölü sayıs haqqında heç bir xəbər yoxdur ancaq Urmiye'lilər hamısı küçə və xiyabanlarda olduğu görülməktədir.

Qaradağ ve Verziqan’da 4162 Deprem

Kategori: , , , , , , , , , , , Umud Urmulu - یکشنبه, اسفند ۱۳, ۱۳۹۱ - 0 comments

Güney Azərbaycan, Qaradağ: iranin Depremlə ilgili örgütlərinin Tuğralı (rəsmi)verilərinə Görə Güney Azərbaycanin Qaradağ bölgəsində son 6 ay içində 4162 Deprəm və Artçısarsıntı gərçəkləşmiş və eləcə bu sayda Deprem və Artçısarsıntı bilə son 6 ayda Japonya’da bilə gərçəkləşməmişdir.
Dünən gecə dən bugün səhərədək 12 Artçısarsıntı Güney Azərbaycanin Vərziqan Şəhərindən olmuşdur və bunların ən büyüyü 3.8 bal büyüklüğündə olmuş. Bu Artçısarsıntı Vərziqanin 14 km dərınlığındə gərçəkləşmışdır.
iyul (July)  ayının birində Güney Azərbaycanin Vərziqan, Əhər, həris vs bölgələrindən ard arda 2 büyük Deprem olmuş və depremlərin gücü 6.2 bal olmasına rağmən minlərcə insan ölübə və ən azı 5-6000 insanda yaralanmışdır. 
Güney Azərbaycan Depreminden neçə Ay keçməsinə rağmən bugün bilə bölgədə büyük sıxıntılar yaşanmaqdadır və iran dövləti sankı Güney Azərbaycan sömürgəsi olduğu kimin bölgəyə davranmaqdadır, bölgədə Deprem olduğunda bilə günlərcə iran dövləti Depremin nə büyüklükdə olub və nəyə yol açdığını bilə gizlətməktəydi ancaq Türk əktivistlərin bölgəyə gedib və çəkdikləri görüntülərı Ulusal Türk medyasina paylaşdıqdan sonra sorunun büyüklüğü ortaya çıxmış oldu. Iran’da milyonlarca Türk yaşamasına rağmən hamısı fars sayılıb və nə Türkcə və nə kültürəl vs haqqları dövlət tərəfindən verilməməktə və tərsinə asimilasyon siyasətləri sitematik bir biçimdə farsca zorunlu eyitim sistemi tərəfindən Türk Ulusunu uyğulanmaqdadır.

Güney Azerbaycan’da 12.000 Türk Avarə Olaraq Yaşamaqdadır

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - شنبه, دی ۱۶, ۱۳۹۱ - 0 comments

Güney Azərbaycan, Qaradağ: Güney Azərbaycanin Qaradağ Depremindən (Zəlzələ) ən azı 3 ay keçməsinə rağmən iran dövlətinin hər gün keçdikcə Türk Ulusuna necə Davrandığı gün üzərinə çıxmaqdadır. 3 ay dan çox Depremdən keçməsinə rağmən hələ minlərcə Türk Çadırlarda barındırılmışlar və Qardağ bölgəsi Güney Azərbaycanın soyuq bölgəsi olduğu üçün dəfələrcə Qar yağıb və əminəm sanal ortamda paylaşılan fəlakətın Görüntülərını bir çox insan izləmişdir. Ancaq ilginç olarq bu dəfə bu Avarəlik və fəlakətin başqa yönü iran dövləti tərəfindən seçilən Vərziqanli millət vəkili ortaya çıxarmışdır, onun bugün iranin yarı Tuğralı (rəsmi) düşərgəsi olan farsnews.com verdiği söyləşidə hələ ən azı 12000 Türkün Avarə olduğunu dilə gətirmişdir.
Allahverdi Dehqani farsnews.com düşərgəsinin ekonomik bölümülə verdiği söyləşidə Deprem vurmuş bölgədə tikintilərin yavaş iləriləridğini önə sürərək iranin Tarixsəl Alanlarını Qoruma örgütü bir çox bölgədə Kəndlilərin Ev tikməsinə izin vermədiğini söyləmişdir, özəlliklə Hamamlu, Qərəbulaq, Kasın vs kimin kəndlərdə bu izin verilməməktədir.Güney Azərbaycanin Qaradağ bölgəsi tarixsəl olaraq əskı bınalar içərməktədir ancaq bu bınaların bir çoxu depremdən sonra büyük zərər görmüşdür. 
Vərziqan’li millət vəkilinin dediğinə Görə bir çox insanin hər şeyi 2 büyük Depremdə yerlə bir olduğu üçün Ekonomik sıxıntılar yaşamaqdadırlar və bunların bir çoxu dövlət yarıdımı olamdan Evlərını tikmə imkanları Olamaz.
Iran Dövlətinin tuğralı verilərinə Görə Güney Azərbaycan Depremində 200 kəndə 100% yerlə bir olub və uzaq kəndlərdə ən azı 20% zərər görmüşdür. Millət vəkilinin dediğinə Görə bir çox ev tikinti qonusunda yaxşı olmadığı üçün ən kiçib bir artcısarsıntıyla yerlə bir olacağını ön görülməktədir.
Vərziqan’li millət vəkili: Şəhərlərdə Tikintilər iləriləməmiş
Vərziqan’li millət vəkilinin dediğinə Görə 20.000 Zərər görmüş evdən tikintilərdə yanlız 2.500 ev Gözlə görünür qədər iləriləmişdir və tikintilər şəhər bölgərində yavaş iləriləmktədir. Iran dövlətinin reklam etmələrinə rağmən 20.000 nəfər bölgə ulusunun yanlız 8.800 nəfəri bugün süni və öncədən tikilmiş evlərdə yerləşdirilməktədir ancaq Ulusun 12.000 nəfəri hələ bu soyuqlarda Çadırlardadır. Vərziqan’li millət vəkilinə Görə iran dövləti yetkililəri gərək yersız və içi boş laflarla insanları aldatmayalar və bugün bölgədə heç bir çadır diyən sorumlu kəsınlıklə dediğini qanıtlamalıdır. 
Kreditlər bəllı insanlara və reklam amaclı yapılmaqdadır
Vərziqan’li millət vəkilinə Görə iran dövlətinin 1 milyon Tümən ayırdığı Kredit yanlız bölgədə bəllı insanlara və reklam amaclı olaraq yapılmaqddır və ötə yandan bu pulla bugün iranda 1 ay zorla keçinmək olur, düşünün hər şeyi yox olmuş bir ailə bu pulla necə keçinməlidir:?
Yazının farsca qaynağı: 
http://tinyurl.com/aw5lemb

Tıraxtur Oyununda ilginç Gösteri

Kategori: , , , , , , , , , , , , , , Umud Urmulu - دوشنبه, آذر ۱۳, ۱۳۹۱ - 0 comments

Güney Azərbaycan: iran sınırlarından Türk Ulusal Oyanışı və Öz varlığına geri dönmə bütün sürətilə dəvam etməktədir.
çoxu zaman Güney Azərbaycanda Ortadoğunun ilklərı Uluslaşma sürəcində yaşanmaqdadır, eləcə Urmiye Gölü üçün çevresəl Göstərilər, Urmiye Voleybol Yarışmalarında Ulusal Sloganlar, Təbrizdə Traxtur oyunlarında fərqli göstərilər ancaq bu dəfə Güney Azərbaycanin Yaramış ürəyi olan Qaradağ üçün bir ilginç göstəri gərçəkləşdi.
sanal ortamda yayınlanan bilgilər və bəlgələrə Görə Türk Gənclər bugün iranin Başkəndi olan Tehran'da Traxtur və Piroozi oyunlarından Traxtur yandaşları oyunun ortasından geyimlərını birlikdə çıxararaq Güney Azərbaycan Deprem vurmuşlarının durumunu iran dövlətinə xatırlatmaya çalışmışlar.
adlım goal.com düşərgəsində yayınlanan bilgilərə Görə bu olay saat 17:30 da gərçəkləşmişdir ancaq ginə iran dövləti güvənlik güclərı Türk gənclərın bu barışçıl göstərilərınə çox ağır bir ölçüdə Güc qullanın və tepki göstərmişdir.
goal.com düşərgəsində yayınlanan ilk bilgilərə Görə bu göstəridə çox sayıda Traxıtur yandaşı iran güvənlik güclərı tərəfindən basqıya uğrayaraq dayaq yemişlər.
üç aydan çox olur Güney Azərbaycanin Təbriz, Əhər, həris, Vərziqan vs bölgəsində 2 böyük Deprm olmuş və sonucunda 1000 də çox insan ölüb və 6000 insan yaralanmışdır ancaq Deprem'dən üçü ay keçməsinə rağmən iran dövləti son dərəcə qonuyu ilgisiz davranmışdır.

3.000 Türk hele Çadirlar’da Yaşamaqdadır

Kategori: , , , , , , , , , , , Umud Urmulu - سه‌شنبه, آذر ۰۷, ۱۳۹۱ - 0 comments

Güney Azərbaycan, Qaradağ: Güney Azərbaycaninin Deprem vurmuş Vərziqan şəhərində 3.000 Deprem Vurmuş hələ çadirlarda yaşamaqdadır, bu Acı gərçəyi iran dövləti tərəfindən rejimə bağlılığı qanıtlanmış Vərziqan Millət vəkili açıqlamışdır.
Iran dövlətinin Tuğralı (Rəsmi) medyasının yaydığı bilgilərə görə Vərziqanli millət vəkili bugün iranin Ulusal məclisində Güney Azərbaycan Deprem vurmuşları haqqında danışıb, yayınlanan bilgilərə Görə bu millət vəkili iran dövlətinin Deprem vurmuş bölgəsində yanlız 15% tikintilərin gərçəkləşdirdiğini söyləyıbdır, onun dediğinə görə iran dövləti Azərbaycanin Deprem vurmuşları haqqında çox gücsüz davranmışdır.
Allahverdi Deqaniyə Görə iran dövləti Deprem vurmuşların barındırmasında son dərəcə Zəif davranmışdır və eləcə bugün Qaradaö bölgəsində 3000 insan Çadirlarda yaşamaqdadırlar. 
Vərziqan Millət vəkilinin dediğinə Görə Güney Azərbaycanin Deprem Vurmuş bölgəsində 35.000 Ev yenidən tikilməlidir,bunun yanısıra 20.000 evdə zərər görmüşdür, ancaq iran dövləti bu sayıda evin yenilənməsindən yanlız 8.000 evin tikəcəğini açıqlamışdır.

Deprem vurmuş bölgede Evlerın 15% tikilibdir

Kategori: , , , , , , , , , , Umud Urmulu - پنجشنبه, آذر ۰۲, ۱۳۹۱ - 0 comments

Güney Azərbaycan, Qaradağ: Vərziqanlı Millət vəkili iranin Ulusal məclisində iran dövlətinin Güney Azərbaycan Deprem vurmuşların ilgisiz davrandığını gündəmə gətirərək iran dövlətinin Depremdən sonra səgilədiği tavırı elşdirdi.
Radio Free Europe düşərgəsinin(sitə) yaydığı bilgilərə görə Dehqan Allahverdi iranin Ulusal məclisində yanlız 15% dağılmış evlərın iran dövlətı tərəfindən yenidən tikildiğini söyləmiş və minlərcə kənddə hələ insanlar çadirda yaşadiğini önə sürmüşdür.
Vərziqanli millət vəkilinin dediğinə Görə 3 ay Güney Azərbaycan Depremindən keçməsinə rağmən və bölgədə bir neçə dəfə qara yağmasıla birlikdə insanlar hələ çadirlarda yaşayıb və zor günlər keçirməktədirlər, ötə yandan iran dövlətinin yetkililəri və özəlliklə Mahmid Əhmədinejad çevrəsi bölgədə tikintilər qonusunda bir Rekord olduğunu söyləməktidir qancaq gərçək durumu kəsinliklə başqadır. Bölgədə hələ yüzlərcə insan havaların bu soyuqluğunda çadirda yaşaması sanmıram dünyada bir Rekord olaraq görmək olur.
3 ay bundan öncə Güney Azərbaycanin Təbriz, Əhər, Həris, Vərziqan vs bölgəsində 2 büyük Deprem(zəlzələ) olmuş və bu iki depremdə 1000 ölü və 6000 yaralıla sonuclanmışdır.

Azerbaycanin Deprem Vurmuşlari Qış Geyimine Möhtac

Kategori: , , , , , , , , , , Umud Urmulu - شنبه, آبان ۲۷, ۱۳۹۱ - 0 comments

Güney Azərbaycan, Qaradağ: Güney Azərbaycanin Vərziqan Valısı son Artıcısarsıntıda 3 evın yenidən dağılmasını iran dövlət medyasından duyrudu, bir neçə gün bunda nöncə 4.9 Bal büyüklüğündə artıcısarsıntı yenidən Vərziqanı titrətdi.
Məhərəm Füruğının dediğinə Görə ötəki Artıcısarsıntı insan ölümünə yol açmadır ancaq Qardağ bölgəsındə 50 dən çox qoyun yaşamını itirdi, bu artıcısarsıntıda 6 insanda yaralanmışdı ancaq bunların da tədavısı bir neçə saat içində gərçəkləşdı.
Valının Dediğinə Görə iran dövlətı Deprem vurmuş bölgədə bir neçə yüz sığınacaq yerləşdırmışdır ancaq ilginç olaraq Qardağ bölgəsinin bu soyuq havasına rağmən bu sığınacaqlar pəncərə və qapısı yoxdur, bölgədə havalar çox soyuq olduğu üçün insanlar bu sığınacaqlarda özlərını soyuqdan qorumaq üçün Od yandırmaqdadırlar.
Bir başqa ilginç qonu Valılığın bölgə insanının soyuqdan qorunamsı üçün Qış geiminin olmamasıdır.
Qaradağ bölgəsi Soyuq olduğu üçün neçə gün bundan öncə Qar yağmışdır ancaq Güney Azərbaycan Deprem Vurmuşları 3 ay Depremden(Zəlzələ) keçməsinə Rağmən hələ çadirlarda yaşamaqdadırlar.

Güney Azerbaycan gine sallandı

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - جمعه, آبان ۲۶, ۱۳۹۱ - 0 comments

Güney Azərbaycan, Qaradağ: yayınlanan son bilgilərə Görə Güney Azərbaycanin Deprem vurmuş Qardağ bölgəsi bugün saat 07:28:24 dı 4.9 bal büyüklüğündə Depremlə sallanmışdır.
Iran dövlətinin tuğralı olaraq yaydığı bilgilərə Görə bu Deprem Güney Azərbaycanin Vərzqan şəhərinin 4 km dərınlığındə gərçəkləşmışdır. 
Iran dövlətinin yaydığı bilgilərə Görə bu depremdə 6 insan yaralanmış, yaralılar içində qadınlarda bulunmaqdadır. Yaralılar xəsətənaya tədavı üçün göndərilmişdir. Insanların yaralanması dışından 50 Qoyun da bu Depremdə yaşamını itirmişdir, qoyunların barındıqları yer çökdüğü üçün hamısı bir yerdə ölmüşlər.
Bilimsəl qaynaqlarda yayınlanan bilgilərə Görə Güney Azərbaycanda 3 ay içində indiyədək 3077 Artıcısarsıntı hiss olmuşdur. Bu Artıcısarsıntıların 2 .438 dınısl 2.5 bal büyüklüğündə və ardı 2.5-3 bal büyüklüğündə olmuşdur. 
Güney Azərbaycanin Qaradağ bölgəsində 2 büyük Depremdən 3 ay keçməsinə rağmən Güney Azərbaycan Deprem Vurmuşları bu soyuq havalarda hələ çadirlarda yaşamaqdadırlar və iran dövlətinin Deprem vurmuşlara ilgisiz davrandığı hər gün ortaya çıxamaqdadır.
با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya