‏نمایش پست‌ها با برچسب ermənistan. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب ermənistan. نمایش همه پست‌ها

Fars’lar ikinci Defe olaraq Ermenistan Bayrağını Qaldırdılar

Kategori: , , , , , , , , , , , Umud Urmulu - جمعه, فروردین ۰۹, ۱۳۹۲ - 0 comments

2013 ci ilim May ayında Güney Azərbaycanin Traxtur və Tehranin İstiqlal Takımlarında bir neçə fars Ermənistan Bayrağını stadyumda Qaldırmışdı, ancaq eyni olay dünən və Gilanda Gərçəkləşən Traxtur və Daçaş oyununda bir daha farslar tərəfindən Gərçəkləşdi ,farslar bu dəfədə Türklərın Ulusal Sloganlarına Qarşı Ermənistan Bayrağını stadyuma Gətirib və Dalğalandırdılar.
Bu olay sıradan və Normal bir olay dəyildir və iran’da Yaxşıca dalğalan Milliyətçiliğin bir göstərgəsidir, farsların Ermənistan Bayrağını ikinci dəfə olaraq Türklərə Qarşı Dalğalandırmaları və Türklərin də neçə vaxt bundan öncə Stadyumda Açdiqlari “South Azerbaijan is not Iran” plakarti bəlkə sadə Baxşıla bir Türk və fars Milliyətçiliği örnəyi olaraq görülə ancaq olay yanlız bu dəyildir və bu iki olay təməldən fərqlidir.
Türklərın Stadyumda  “South Azerbaijan is not Iran” plakartini açmalari daha çox bir Əzlimiş Ulusun irqçiliq, Ayrımçılıq, Sömrügəçilik’ə qarşı Dirəniş və Baş qaldırısı olaraq görülməktədir və dünyanin bir çox Demokratik oxşar hərəkətlərində də görülməktədir, ən yaxşı örnəyi Barcelona oyunlarından Katalanların açdiqlari “Catalonia is not Spain”sloganidir ancaq farslarin Türklərə Qarşı Açdiqlari Ermənistan bayrağı ilk olaraq Erməni və farsların Türklərə qarşı ortaq hərəkət etmələrinin göstərgəsidir. farslar Ermənilərin Quzey Azərbaycan'da dünyanin gözləri önündə gərçəkləşən Soyqırımı Görməməzlikdən gəlib və Türklərə bir Qarşılıq vermə olaraq bir işğalmı ölkənin Bayrağını Qaldırmaları sıradan bir olay dəyildir və Ermənilərin Türklərə Qarşı türətdiklərini doğrulayıb və meşrulaşdırmaq deməkdir.
Iran devləti Qarbağ Savaşında Ermənistan Silahli güclərinə büyük lojestik, maddi vs dəstək sağladığını bugün bir çox bəlgə və bilgi qanıtlamaqdadır, ancaq ilginç olaraq farslar və iran devləti Ermənilər qonusunda eyni düşüncəni daşıdıqları bugün görülməktədir. Iran devləti sözdə 1918 olaylarıla ilgili Devlət əli və Yardımıyla bir çox kitab, film vs olaraq illərdir hazilanib və Toplumu sunmaqdadır və iran devlətinin rəsmi və qeyri rəsmi görüşü bu olayın gərçək olmasından yanadır, ancaq farslarda neçə olur Türklərdə Dalğalanan Milliyyəçilik nədənilə bu olayı həmişə Türklərə Qarşı qullanmaqdadırlar və bugün də görüldüğü kimi Stadyumlarda ikinci dəfə olaraq Ermənistan bayrağını Devlətin gözü önündə Açib və Dalğalandirilar ancaq eyni Stadyumda hər türlü Türkcə yazı, Damğa, Bayraq vs yasaqdır və devlət gördüğündə Türk gənclərə Büyük cəzalar uyğulayır.
Ardı olaraq Iran devləti heç bir Zaman Ermənilərin Qarabağ, Xocalı vs də türətdiklərı Türk və Müsəlman Soyqırımını görməməzlikdən Gəlib və dahaca Ermənilərin ən büyük dəstəkçidi oldu, bugün iran devləti bölgədə Ermənistanin ən büyük müttefiqidir. Bir çox Uzmana Görə Quzey Azərbaycan’da Türədilən soyqırımlar, Qırğınlar, Saldırılar vs iran devlətinin Quzey Azərbaycan Ulusuna verdiği cəzadır və onun nədənı Güney Azərbaycan olaraq göstərilməktədir. Bugün Quzey Azərbaycanin işğal olunmuş bir çox şəhərinin özgür olması önündə ən büyük əngəl iran devlətidir, əyər Quzey Azərbaycan topraq bütünlüyü əldə edərsə Güney Azərbaycan üçün cazibə mərkəzi olması yüksəkdir, bu Quzey də olan siyasi sistemə bağlı dəyildir.

İran Devleti Qarabağ Savaşında Ermeni Silahli Güclerine yardım etmiş

Kategori: , , , , , , , , , Umud Urmulu - دوشنبه, اسفند ۲۱, ۱۳۹۱ - 0 comments

Iran’in  önde gelen xəbər düşərgələrindən(sitə) olan irdiplomacy.ir iran devlətinin Qarabağ Savaşında Erməni silahli güclərinə yardım etdiğini bəlirləmişdir.
Adı çəkilən düşərgədə “Tel Aviv  Bakı və Tehran Arasında gərginlik nədəni” adlı məqaləyə Görə iran devləti Qarabağ Savaşında dolaylı olaraq Öz Ulusal çıxarlaı yönündə Erməni silahli güclərinə dəstək sağlamışdır və bu iran dövlətinin bu dəstəyi Quzey Azərbaycan’la  olan ilişgisində sorun və gərginlik yaratmağa nədən olduğunu söyləməktədir.
Adı çəkilən yazı Əli Xalxalı tərəfində farscaya çevrilmişdir və yazıda iran dövlətinin Quzey Azərbaycana qarşı tutumu və Ermənistanla daha güclü ilişgilərindən dolayı daha çox İsrail devlətinə yaxınlaşdığını önə sürmüşdür. 
Yazar dolaylı olaraq Qarabağın Quzey Azərbaycanın bir parçası olduğunuda söyləyərək bu savaşın nədənını Quzey Azərbaycanin Öz Ulusal Topraqlarını geri alması üçün Qarabağ’da savaşdığını önə sürmüşdür. 
Iran devlətinin Tuğralı(rəsmi) ideolojisi fars şiəliği üzərində qurulmasına rağmən Ermənistanla çox güclü ilişgiləri sahib olmaqdadır və tərsinə Quzey Azərbaycanla çeşidli nədənlərdən dolayı sorun yaşamaqdadır. Iran devləti dəfələrdə Quzey Azərbaycan’da Aşırı köpkdən dinçi örgütlərə silah və pul yardımı etmiş və onların Quzey Azərbaycanda terröristi işlərlə uğraşmalarını sağlamışdır. Bir çox Analistə görə iran delətinin Qarabağ Savaşında Erməni silahli gücləri və ardından Quzey Azərbaycanla ilişgilərinin pis olma nədənı iran sınırlarından bulunan Türklər sayılmaqdadır və onların dediğinə görə iran devləti yanı başında bir güclü Quzey Azərbaycani istəməmktədir.

iranin-ermenistanla Doğal Parki tikmesi ve Urmiye Gölünün qurumasi

Kategori: , , , , , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, فروردین ۰۹, ۱۳۹۱ - 0 comments

iranin iana Tuğrali(rəsmi) xəbər sitəsinin verdiği bilgilərə Görə iran və ermənistan ginə ortaq bir işə imza atacaqlar.
irna sitəsinin verdiği xəbərə Görə iran və ermənistan sınırında çox yaxın zamanda iki ölkənin iş birliğilə bir Uluslararsı Doğal park tikiləcəkdir.
iran və ermənitan sınırında tikilən Uluslararası doğal parkin nədəni Ekotourism, Doğa və çevre Qoruamsı, Ekonomik durumu qatqı sağlamaq və ... Amaclanmışdır.
bu projənin Araştırmaları indiki durumda bitmişdir və çox yaxın zamanda yürütməyə keçəcəkdir. indiyəqədər bu pojənin gərçəkləşməsi üçün ayrılına budcə haqqında he şbir bilgi yayınlanmamışdır.
bu qonu yanında iran adlı ölkədə və Güney Azərbaycanda Urmiye Gölü 10 il olur qurumaqdadır ancaq iran dövləti indiyə qədər Urmiye Gölünün qurumasının önünü kəsmək üçün bir addım bilə atmamışdır. 
Dünya çevrə və Doğa uzmanlarının dediğinə Görə Urmiye Gölünün quruamq nədəni yanlış su yönətimi, sayısızca tikilən səddlər və ... adlandırılmışdır, eləcə birləşmiş Uluslar Örgütünün çevrə qurumu(UNEP) yaxın zamanda Urmiye Gölü haqqında bir bilimsəl məqalə yaymışdır və bu bilimsəl yazıda Urmiye Gölünün 100 il bundan pncədəki durumu bilə ələ alınaraq qonuyu çox bilimsəl bir açıilə toxunulmuşdur. UNEP’in yaydğı bilimsəl rapor kəsinliklə Urmiye Gölünün yanlış su yönətimi(insani faktor) və sayısızca tikilən səddlərdən ad aparılmışdır, ancaq bunlara rağmən iran fars dövləti indiyək Urmiye Gölü haqqında bir iş görməmiş və daha ermənistanla belənçi işbirliklərin yürüdülməsi Türk millətinə qarşı bir tutumu səgiləmşidir.
aylar öncə Türk milləti Təbriz, Urmiye və başqa Türk şəhərlərində mədənicə və Çevrəsəl bir göstəri yapdı ancaq buna rağmən yüzlərcə Türk insani bu çevrəsəl göstəridə tutusaq olaraq iran dövlətı həmişəki kimin bu olayı qanlı bir ölçüdə basdırdı.
iran dövlətı bu çevrəsəl göstərini basdırdıqdan sorna Urmiye Gölünün qurumasinin önmələk üçün sözdə Urmiye Gölü üçün büdcə ayırdı ancaq neçə ay keçməsinə Rağmən Urmiye Gölü üçün bir tümən bilə ayrılan sözdəki büdcədən gərçəkləşməyib və yaramadı ancaq Türk xalqının Yerlatı və Yer üstü qaynaqları belənçi bir orat projədə ermənilərlə iran dövləti tərəfindən paylaşılır.
sizcə Türk milləti Urmiye Gölü haqqında nə etməlidir? yanlız özünə gövənməlidir yoxsa iran fars dövlətinə?
bir neçə gündən sorna Urmiye Gölünün səsini dünyaay çatdırmaq üçün bir çevrəsəl göstəri gərçəkləşdirmə kamaclanır.

Ermənistan və PKK terror Örgütilə əlaqəsi olan adlım silah baronu Amerikaya verildi

Kategori: , , , , , , , , , , , Umud Urmulu - شنبه, آبان ۲۹, ۱۳۸۹ - 0 comments

Ermənistan və Kürd Terror Örgütüilə əlaqəsi olan adlım silah baronu Amerikaya verildi
GünAzTv: Tailand hakimiyyəti gözlənilmədən Viktor Butun ekstradisiyası barədə qərar verib, onun arvadı Rusiyanın bütün paxırlarını açmaqla hədələyir.
Tailand hakimiyyəti noyabrın 16-da gözlənilmədən məşhur silah qaçaqmalçısı, 2008-ci ildə ABŞ-ın sorğusu əsasında bu ölkənin paytaxt Banqkoqda həbs edilən Viktor Butun ekstradisiyasına dair qərar verib. PKKErmənistanla da əlaqələri olan bu silah baronunun ABŞ-a ekstradisiyası məsələsi uzun müddətdir müzakirə edilirdi. Bütün təhvil verilməsində maraqlı olmayan Rusiya tərəfi Tailand hökumətinə təsir göstərməyə çalışırdı, ABŞ isə onu təhvil almaqda israrlı idi.
Xəbərlərə görə, Tailand hökumətinin Rusiya vətəndaşı olan Butun ekstradisiyasına dair qərarından dərhal sonra o, saxlanıldığı həbsxanadan Bankoqdakı hərbi aerodromlardan birinə aparılıb. Oradan isə təyyarə ilə ABŞ-a aparılıb. “Röyter” agentliyi “Gulfstream” markalı kiçik tutumlu reaktiv təyyarənin Butun arxasınca ABŞ-dan göndərildiyini xəbər verir. Rusiyanın Bankoqdakı səfirliyi isə Butun təhvil verilməsindən ancaq təyyarə havaya qalxandan sonra xəbər tutub. Səfirliyin əməkdaşı bildirib ki, ekstradisiya barədə nə onlara, nə Butun qohumlarına əvvəlcədən heç bir məlumat verilməyib.
Xəbərlərə görə, ekstradisiya prosesini 50-dən çox polis zabiti və bir neçə snayper mühafizə edib. Təyyarədə isə silah baronunu ABŞ-ın narkotiklərə nəzarət üzrə Federal Agentliyinin 6 xüsusi agenti müşayiət edib. Butun vəkili bildirib ki, Tailand hökumətinin qəbul etdiyi qərar hüquqi deyil, siyasidir. Belə ki, onun barəsində irəli sürülmüş yeni ittihamlar araşdırılmayıb, həmçinin ABŞ-ın ekstradisiyaya dair ikinci sorğusuna baxılmayıb. Butun arvadı Alla But isə deyib ki, ekstradisiya qərarı ABŞ-ın Tailand hökumətinə təzyiqlərinin nəticəsidir. But Rusiyanı onun ərinin ekstradisiyasına mane olmaq üçün yetərli səylər göstərməməkdə də ittiham edib. O xəbərdarlıq edib ki, Rusiyanın Viktor Butun əliylə həyata keçirdiyi bütün qaranlıq işləri açıqlayacaq.
But Nyu-Yorka aparılandan sonra Amerika tərəfi onu vəkillə təmin edib və Rusiya konsulluğunun əməkdaşları ilə görüşə icazə verib. Rusiyanın Nyu-Yorkdakı baş konsulu Andrey Yuşmanov deyib ki, Banqkoqdan uçarkən təyyarədə Buta təzyiq göstərilib və onu sındırmaq cəhdi olub. “Belə görünür ki, təyyarədə onu müşayiət edənlər arasında peşəkar psixoloq da olub. Onu hədələyiblər, işarə ediblər ki, təkcə özü deyil, arvadı və 15 yaşlı uşağı üçün də təhlükə yarana bilər. Eyni zamanda bildiriblər ki, bu təhlükələr birmənalı şəkildə Rusiyadan qaynaqlanır. Butdan tələb ediblər ki, öz fəaliyyəti və əlaqələri barədə daha çox danışsın” deyə, konsul bildirib. Konsulun dediyinə görə, But onunla görüşündə Tailand həbsxanasında pis rəftara məruz qalmasından danışıb.
Dünən Nyu-York məhkəməsində Butun işi üzrə ilk proses olub və ona rəsmi ittihamlar elan edilib. Silah baronu dörd maddə üzrə ittiham edilir. Bunlar ABŞ vətəndaşını öldürmək məqsədilə cinayətkar plan qurmaq, dövlət xidmətində olan vəzifəli şəxsləri öldürmək, hava hücumundan müdafiə raketlərini cinayətkar yollarla əldə etmək və satmaq, terrorçu qruplaşmaları silahla təmin etmək. ABŞ tərəfinin ittihamlarına görə Viktor But “Taliban”a silah, o cümlədən zenit raketləri satıb, həmçinin Latın Amerikası ölkələrində silahlı qruplaşmaları təchiz edib. İclasdan əvvəl Nyu-York Manhetten dairə prokuroru Priit Bharara bildirib ki, Butun ortaqlarından biri, erməni əsilli Endryu Smulyan artıq istintaqla əməkdaşlıq edir və ifadə verir. Prokuror ittihamların sübuta yetiriləcəyi halda onların hər ikisini ömürlük həbs cəzasının gözlədiyini deyib. Bharara istintaqın Butun günahını sübuta yetirmək üçün yetərli dəlillər topladığını bildirib. O bildirib ki, ABŞ hüquq-mühafizə orqanları rusiyalı biznesmenin fəaliyyətini hələ 2004-cü ildən izləyirdi. Butun adı Liberiyadan təyyarələrlə narkotiklərin daşınması işində keçirdi: “Bu altı il ərzində istintaqın sərəncamında cənab Butun yaxın ətrafına daxil olan şəxslərlə əlaqələr qurmağa nail olan məxfi agentlərin ifadələri, həmçinin onlarla gizli video-audio yazı, deşifrə edilmiş telefon danışıqları və digər dəlillər toplanıb. Onun işi üzrə təhqiqat dünyanın üç qitəsində aparılıb”.
Amerikanın Narkotiklərə Nəzarət üzrə Federal Bürosunun məxfi agentləri tərəfindən Kopenhagendə gizli qeydə alınmış belə söhbətlərdən birində silah baronunun sağ əli hesab edilən Endryu Smulyan deyib ki, Viktor But dünyada kimə istəsə silah göndərməyə qadir olan bir nömrəli adamdır. Həmin söhbətdə Smulyan kim olduğunu bilmədiyi məxfi agentə etiraf edib ki, Butun ləqəbi “ölüm taciri”dir. Məlum olub ki, həbsindən az əvvəl But Kolumbiyadakı terrorçu qruplaşmalardan olan FARC-a 700 “yer-hava” tipli raket, 5 min “Kalaşnikov” avtomatı və on milyonlarla patron satmaq barədə sövdələşmə əldə edib. “Bu silah-sursat az qala bir ölkənin ordusunu silahlandırmağa bəs edər” deyə, prokuror Bharara bildirib.
Növbəti məhkəmə prosesi gələn il yanvarın 10-na təyin olunub. Gözlənilir ki, Butun üzərində aparılacaq proses bu silah tacirinin fəaliyyətinə və əlaqələrinə dair sensasion faktları üzə çıxaracaq. Onun Ermənistanla əlaqələrinə dair faktların da məhkəmədə araşdırılması gözlənilir. Amerika tərəfinin apardığı istintaq müəyyən edib ki, But silahları bir sıra Şərqi Avropa ölkələrinin, o cümlədən Ermənistan, Kuba və Nikaraquanın hərbi anbarlarından bu ölkələrin yüksək rütbəli şəxsləri ilə cinayətkar sövdələşmələr nəticəsində əldə edib. Daha sonra silahları dünyanın “qaynar nöqtələri”nə satıb. Butun PKK terror təşkilatını da silahlandırdığına dair faktlar var. Bu silahların bir hissəsinin Ermənistandan əldə edildiyinə dair məlumatlar var. Məsələn, 2007-ci ildə Butun adamları Ermənistandakı hərbi anbarlardan 2 milyon dollarlıq silah-sursatı PKK-ya ötürüblər. Butun silah ticarətinin Azərbaycan üzərindən həyata keçirildiyinə dair məlumatlar da var. Eyni zamanda, onun fəaliyyətinin Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında olduğu da şübhə doğurmur. Ehtimallara görə, Rusiya kəşfiyyatı Butdan öz məqsədləri üçün tez-tez istifadə edib.

PKK-nı Ermənistan idarə edir?

Kategori: , , , , , , , , , , Umud Urmulu - شنبه, فروردین ۲۱, ۱۳۸۹ - 0 comments










GünAzTv: Ermənistanın PKK terror təşkilatı ilə gizli əlaqələrinə dair yeni faktlar üzə çıxıb.
ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Türkiyəyə təzyiq göstərərək onu Ermənistanla sərhədlərini açmağa məcbur etməyə çalışdığı bir vaxtda bu ölkənin PKK terror təşkilatı ilə gizli əlaqələrinə dair yeni faktlar üzə çıxıb. Türkiyə mənbələrində yer alan məlumata görə, ölkənin hərbi kəşfiyyatı müəyyən edib ki, Ermənistan hazırda PKK-nın əsas logistik mərkəzinə çevrilib. Terror təşkilatının yüksək rütbəli mənsubları Ermənistan pasportları ilə təchiz edilir və sərbəst şəkildə istədikləri yerə gedirlər. PKK-nın silahlı qanadının liderləri də müntəzəm olaraq işğalçı ölkəyə baş çəkir, onların telefonlarına da Ermənistanın telekommunikasiya şəbəkəsi xidmət edir.
Bildirilir ki, Türkiyə silahlı qüvvələri Ankara-İrəvan yaxınlaşması prosesində Azərbaycanın təcrid edilməsi cəhdindən narahatdır və bu planların bölgədə PKK-yla bağlı yeni situasiya ortaya çıxaracağını düşünür (“İnternetajans.com”). Lakin hazırda TSQ AKP hökumətinin ciddi basqıları altında olduğundan, əl-qolu bağlıdır və PKK-ya qarşı onun fəaliyyət imkanları məhdudlaşıb.
Hərbi kəşfiyyat müəyyən edib ki, PKK ilə Ermənistan arasında gizli anlaşmalar var. Ermənistan PKK-ya hər ay istifadə olunmaq şərtilə 50 viza haqqı verib. Yəni terrorçular hər ay 50 pasportu işğalçı dövlətin Parisdəki səfirliyinə təqdim edir və oradan viza alıb istədikləri ölkəyə gedirlər. Həmçinin Ermənistan PKK-ya silah, pul və digər yardımlar edir. Yaralanan və ya xəstələnən terrorçular da sərbəst şəkildə Ermənistan xəstəxanalarında müalicə olunur. 
Terror təşkilatının silahlı qanadının rəhbəri olan Murad Qarailanın telefon danışıqlarının izlənməsi zamanı məlum olub ki, ona “Armtelekom” xidmət edir. Həmçinin dəqiq müəyyən olunub ki, Qarailanın telefonları Ermənistan Xarici İşlər Nazirliyinə aid telekommunikasiya mərkəzinə bağlıdır. Bildirilir ki, belə vəziyyətə ABŞ PKK barədə Türkiyə tərəfinə yetərli kəşfiyyat məlumatları vermir, verəndə isə CD-lər şəklində olur və onların araşdırılması, əməliyyat üçün hökumətdən icazə alınması vaxt aparır. Nəticədə məlumat effektsiz olur. 
Türkiyə qaynaqları qeyd edir ki, bu durumda baş nazir Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı PKK-ya dair hansı mesajların veriləcəyindən çox şey asılıdır. Silahlı qüvvələr ümid edir ki, Ərdoğan ona Azərbaycanı kənarda saxlamaqla Ermənistanla əlaqələr qurmaq üçün təzyiq edən ABŞ administrasiyasına PKK-nın Ermənistan üzərindən idarə olunmasına dair dəlilləri çatdıracaq və əvvəlcə bu məsələnin həllini tələb edəcək.
PKK-nın Ermənistanla əlaqələrinə dair məlumatlar əvvəllər də olub. Buna baxmayaraq, Türkiyə hökuməti İrəvanla danışıqlar apararkən bu məsələni qaldırmayıb və PKK-ya önəmli dəstəyi kəsmədən bu ölkə ilə protokollar imzalayıb. Bu məqam Türkiyə silahlı qüvvələrində narahatlıqla izlənilir. 
Xatırladaq ki, Türkiyə mənbələri Ərdoğanın Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vasitəsilə prezident Əliyevə PKK-nın terror təşkilatı kimi rəsmən tanınması barədə müraciət etdiyini xəbər verib. Azərbaycan tərəfi isə bu addımı atmağa tələsmir. Belə fikirlər var ki, rəsmi Bakı PKK-nın təcavüzkar ölkə ilə birləşərək Azərbaycana qarşı təxribatlarından çəkinir. Lakin görünən odur ki, Ermənistan hazırda PKK-nın əsas dəstəkçilərindən biridir və bu terror təşkilatı Azərbaycanın da milli təhlükəsizliyi üçün təhdid yaradır. musavat.


با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya