‏نمایش پست‌ها با برچسب Ulusal. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Ulusal. نمایش همه پست‌ها

Cinsiyet ve Millet,Milletin Biyolojik Yeniden Üretimi ve Qadınlar

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, بهمن ۲۵, ۱۳۹۱ - 0 comments

Əsər Adı: Gender and Nation (Cinsiyet ve Millet)
Yazar: Prof.Dr.Nira Yuval-Davis
Çevirən: Özgür
Güney Azərbaycan feminizm Araşdırmalar Mərkəzi
Qadınlar, milli və etnik sürəcləri fərqli şəkillərdə etgiləməkdə və bunlardan etgilənməkdədir. Bu bölüm qadınların sözdə "doğal" roluna -uşaq doğmaq- ən çox uyğun gələn bu ilişkinin boyutuna və bunun həm millət qurğularına həm də qadınların toplumsal qonumlanışlarına yönəlik təzəmmünlərinə odaqlanmaqdadır. Paola Tabet`in (1996) qarşıya qoyduğu kimi, "doğal" və "kontrollu" ürəmə şəklində bir ikilik oluşdurula bilməz: Sözdə doğal biyolojik ürəmə, onu quran bəlli toplumsal, siyasi və iqtisadi bağlamlar içində gerçəkləşməktədir. Bu bölümün iddiası, qadınların öz etnik və milli birliklərindəki və yaşadıqları və/və ya vətəndaşı olduqları dövlətlərdəki qonumlanışlarının və bu etnik və milli camaatlara və dövlətlərə qarşı yükümlülüklərinin, onların ürəmə haqlarını etgilədiyi və bəzən də bu haqların üzərində mülkiyət sahibi ola bildiyidir. 
Ancaq çeşitli milliyyətçi söyləmlərdə qadınları "topluluğun daşıyıcıları" olaraq qurmaq üçün tez-tez qullnılan özgül yolları dartışmaya başlamadan öncə, qadınların ürətgən rolları ilə millət qurğuları arasındakı kəsişmələr araşdırılacaq.  

Qan və Aidiyyət
"Ortaq kökən" mitinin (və ya gerçəyinin) bir çox etnik və milli topluluğun qurulmasındakı rolu və bir camaata onun içində doğularaq qatıldığı diqqətə alınsa, etnik və milli söyləmlərdə qadınların ürətgən rollarının əsas önəmi ortaya çıxmaqdadır. Bəzi durumlarda, özəlliklə milliyyətçi və ırqçı ideolojilərin möhkəm bir şəkildə iç-içə keçdiyi durumlarda, topluluq içində doğulmayanlar dışlandığı üçün bu, topluluğa qatılmanın tək yolu ola bilər. Bu tip durumlarda "dışardan olanların" camaata qatıla bilmələrinin tək yolu, qrublararası evlilikdir. Ancaq bu durumda belə, Nazı huququ örnəyindəki kimi, o birilərin (Yəhudilər, qaralar), qanı səkkizdə bir və ya on altıda bir nisbətində olsa belə "saf qan" çirklənə bilməkdədir. 
Bu nədənlə ırqın "safı" ilə məşğul olanların, fərqli topluluq mənsubları arasındakı cinsi ilişkilərlə də ilgilənmələri təsadüf deyil. Bənzər şəkildə, İsrail faşist partisi Kach`ın lideri Rəbbi Kahana`nın İsrail Parlamenti üzvüykən verdiyi ilk (və tək) qanun təklifi, Yəhudilərlə Ərəblər arasında cinsi ilişkinin yasaqlanmasına ilişkindir. Güney Afrika hükümətinin apartheidi (ırq ayrımı) qaldırma yolundakı ən əhəmiyətli addımlarından biri, fərqli "ırqlardan" insanların cinsi ilişkilərinə və evlənmələrinə yasal olaraq izin vermək idi. 
Millətlərin örgütləyici ilkəsi olan "ortaq kökən"in önəmi duruma görə dəyişməkdədir. İsveçrə və Beljik kimi bəzi millətlərdə, bəzi bəlli etnik qruplaşmalar "millət"i oluşturmaqdadır. Amrika Birləşmiş Dövlətləri və ya Avustrayla kimi köçmən toplumlarda, "ortaq kökən"dən çox "ortaq qədər", "millət"in quruluşunda əhəmiyyətli bir faktor ola bilər. Ancaq yenə də köçmənlik və doğum siyasətlərini də qapsayan millət qurma sürəçlərinin təməlini oluşturan "kökən" və kültürün açıqca olmasa da zimnən bir arzu ediləbirlik hiyerarisi mövcuddur (Stasiulis & Yuval-Davis, 1995). Qadınların yurdiçi yurddışı köçmən və mültəci olaraq qonumları, sınırların milliyyətçi qurğuları tərəfindən dərindən etgilənirkən, ayrımcı milli doğum siyasətləri də "millət" içindəki bütün qadınların həyatlarını etgiləyə bilməkdədir.  
"Ortaq kökən", özgül milliyyətçi projelərin ən önəmli boyutu olmadığında belə, "gerçək" kökənini bilmək, adamın kimliyini və bəlli etnik və milli topluluklarla qaynaşmasını dərindən etgiliyə bilməkdədir. 
Qadınların uşaq sahibi olmaya ya da -özəlliklə də doğum öncəsi uyğun testlərin gəlişməsiylə birlikdə- istədikləri cinsiyyətdən uşağa sahib olmaya təşviq edilmələri, bundan imtina etdirilmələri, bəzən də bu qonuda basqı görmələri ilə daşıyıcı analıq və övladlığa götürmə də, milliyyətçi projelərin tarixi dövrlərdə quran hegemonik söyləmlərə bağlıdır. Üç təməl söyləmdən biri və ya birdən çoxu, milliyyətçi nufus kontrolu siyasətlərinə egemen olma eyilimindədir. Bu söyləmlər, "iqtidar olaraq xalq" dediyim söyləm; öjenist söyləm və Malthusçu söyləmdir. 

1. İqtidar Olaraq Xalq
Bu söyləmdə "millətin" gələcəyinin, onun davamlı böyüməsinə bağlı olduğu düşünülməkdədir. Bu böyümə bəzən yalnız daha çox uşaq doğması istənən qadınların ürətmə bacarığına bağlıdır. Vətəndaş və əsgəri çeşitli milliyyətçi amaclara yönəlik olaraq insana - özəlliklə də erkəyə - ehtiyac duyula bilməkdədir. Onlara işçi, məskunlaşmaçı, və əskər olaraq ehtiyac duyula bilməkdədir. 
Örnəyin Japoniya`da hökumət, məktəb çağından kiçik hər uşaq üçün aylıq 5000 yen (38 dollar), ailənin üçüncü uşağı içinsə bunun iki qatını ödül olaraq sunmaqdadır. Japoniya bu günlərdə tarixinin ən aşağı doğum oaranına sahib olduğu üçün rahatsız bir durumdadır. Bu kampaniyanın rəsmi səbəbi "millət"in rifahıdır: Japoniya`nın əhalisinin azalması, "işgücü qıtlığına, ekonominin yavaş böyüməsinə və yaşlılara yönəlik sosyal xidmətləri dəstəkləmək üçün daha böyük vergi yükü"nə yol açacaqdır.  
Avstraliya kimi köçmən toplumlarda, "çoxal və ya yox ol" çağırısı edilməkdədir (de Lepervanche,1989). Oradakı "millət yaratma" sürəcinin yaşaya bilməsi üçün, xalqın müəyyən bir "kritik" sayida olmasının həyati olduğu düşünülməkdədir. İsrail`də də insanların ölkəyə yerləşmələrini sağlamaq üçün, dışardan köç sıx bir şəkildə təşviq edilməkdədir. Bu örnəkdə seçilən köç daha da dışlayıcıdır - yəni Eşkenazi (Batılı) və Mizrakhi (Doğulu) kimi az çox "seçim edilə bilər" Yəhudi birliklərini daxil etsə də, Yəhudi köçüdür. Yerli Filistin əhalisi, Siyonist Yəhudi yerləşim projəsinə şiddətlə etiraz etmiş və "millət yaratma" müddətinin əsgəri boyutu ağır basmıştır (Abdo və Yuval-Davis, 1995; Herlich, 1987).  
Filistinlilərlə edilən "demoqrafik yarış", İsrail tarixində önəmlidir (Portuguese, 1996; Yuval-Davis, 1989). Lübnan, Qıbrıs və (eski) Yuqoslaviya kimi eyni torpaqlar üçün mücaadele edən iki milli qrup arasında milli anlaşılmazlıqların olduğu başqa toplumlarda, "demoqrafik dəngə"yə bənzər bir önəm verilməkdədir. 
"Demoqrafik yarış", yalnız mübarizə edilən torpaqlar üçün milli bir anlaşılmazlıq olduğunda deyil, eyni zamanda hegemonik topluluğun hegemoniyasını əldə tutmaq üçün etnik bir çoxunluğun həyatı görülməsi durumunda oluşabilər. 
Son zamanlarda Bolqarıstanda hökumət bənzər qayğılarla, daha yüksək doğum nisbətinə sahib olan Türk və Rum azlıqlarla "demoqrafik yarış" içindəki etnik Bolqar qadınlarını daha çox uşaq sahibi olmaları yönündə edəcək siyasətlər uygulamaqdadir (Petrova, 1993). 
Qadınların daha çox uşaq yetişdirmələri yönündəki basqə, milli bir fəlakətin öhdəsindən gəlmək üçün qullanılan milli bir strateji ola bilər. Örnəyin Rusiya`dakı doğum-yanlısı siyasətlər, devrim və iç savaş sonrasında əhalinin tükənməsində doğrudan bir qarşılıq idi (Riley, 1918b: 193; Portuguese içində, 1996: 48). Bənzər şəkildə İsrail`də də doğum-yanlısı ideolojilər yalnız Siyonist yerləşim projələri ilə deyil, 6 milyon Yəhudi`nin öldüyü Nazı soyqırımı ilə də bağlantılıdır. Uşaq sahibi olmamaq - və ya Yəhudi camaatının "dışından" biriylə evlənmək və uşaq etmək belə - "demokrafik soyqırım"a bir qatqı olaraq düşünülməkdədir. 
Təbii ki qadınların, millət uğrunda uşaq doğmağa məcbur edilmələrinin doruk nöqtəsi, SS erkəklərin "salt saxli (saf stok)" üçün Ari qadınlardan mümkün olduğunca çox uşaq sahibi olmağa təşviq edildikləri Lebensborn proqramı ilə Nazı Almaniyası`nda gerçəkləşmişdir. Erkəklərin qadınlarla evlənməsi gözlənilmirdi və uşaqlar dövlət tərəfindən yetişdirilirdi (Koontz, 1986: 398-402). Bununla birlikdə Nazılar, müəyyən Alman qadınlarını uşaq sahibi olmağa məcbur edərkən, bəzilərini də olmamağa məcbur etmişdir. Bu, onların milli ürəməyə bağlı öjenist söyləmlərinin bir parçasıdır: "Erkəklərin qadınlar üçün mübarizəsi, yalnız ən sağlamlara çoxalma haqqını və ya fürsətini verər" (Hitler, Mein Kampf, köçürən Koontz, 1986: 402).

2. Öjenist Söyləm
Saxta - bilim olan öjenisizm, millətin böyüklüyü ilə deyil, "kalitəsi" ilə ilgilənməldədir. "Millət"in "kalitəsi"nə olan ilgi, təbii ki özlərini açıqca ifadə edən öjenistlerden daha geniş çevrələrcə də paylaşılmaqdadır. Rifah millətlərinin kalitəsini artırmaq üçün yoxsullara daha yaxşı sağlamlıq, eyitim və iqamətgah əldə etdirmə xidmətləri lazımlı görülməkdədir. Bununla birlikdə öjenik, uşaqların daha yaxşı bəslənməsiylə ilgilənməkdə, seçici ürəmə biçimində "doğal" araciliğiyla millətin kalitəsini öncədən çabası içinə girməkdədir. 
Ancaq öjenist milli artıma qurğuları, gələcək nəsilin fiziki "sağlamlığı"ndan daha ötə bir şeylə ilgilənməkdədir: "milli stok" və kültürəl özəlliklərin biyolojikləşdirilməsi. Margaret Thatcher`ə Birləşmiş Krallıqdakı ilk seçki kampaniyasını qazandıran "köçmənlər tərəfindən udulma qorxusu"nun mərkəzində yer alan "kültür" və ənənənin" soykütüksel "fərqlilik" qavramına indirgenerek özselleştirildiği Powellcı/Thatchercı "yeni ırqçılıq" qavramının (Baxar, 1981) kökənləri görülə bilməkdədir.   
İndiki vaxtda nufus siyasətlərinin ən güclü öjenist qayğılarla yaradıldığı ölkə Singapur`dur. Singapur`da başbaxan, yüksək eyitimli qadınlardan, vətənpərvərlik vəzifəsi olaraq genetik baxımdan üstün uşaqlar doğurmalarını istəmiş, digər tərəfdən yoxsul, eyitimsiz qadınlara, genetik baxımdan aşağı uşaqlar doğurmağı davam etdirməyib qısırlaşdırılmağı qəbul etdikləri təqdirdə 10.000 dollarlıq nakıt ödül verilmişdir (Heng ve Devan, 1992). Hər vaxt aşkar olmasa da və hər yerdə eyni ölçüdə rast gəlinməsə də bir çox ölkədə, əhalinin sınıf, etnisitə, "ırq" və əksəriyyətlə bunların hamısına birdən dayalı fərqli qatmanlarına yönəlik ayrımcı bir şəkildə, uşaq doğmağa təşviq və caydirma siyasətləri mövcuddur. 
Örnəyin Tamar Lewin (WGNRR, 1991) Kanzas`da uzun dönəmdə yavaşca qana qarışan kimyasal hamiləlik önləyici içərən Norplant çubuqlarının dəri altlarına yerləşdirilməsi üçün, toplumsal yardım alan analara (çoxu qara) 500 dolar artı ildə 50 dolar ödənməsinə dair bir plandan bəhs etməkdədir. Norplant ilə ilgili geniş çaplı təcrübələrə qatılan quzey`deki tək ölkə ABD`dır.  

3. Malthusçu söyləm
Gəlişməkdə olan bir çox ölkədə və ya bəzən LACCAP ölkələri də deyilən: Latın Amerika, Karayiblər, Afriqa, Asiya və Pasifik ölkələrində durum bir az fərqlidir. Bu ölkələrdə nufusun kontrolsuz bir şəkildə davamlı artımının ("partlamasının") ulusal və ya uluslararasi bir fəlakət gətirə biləcəyi qorxusu vardır (Hartman, 1987). Buradakı nufus kontrol siyasətlərinin təməl amacı genəl böyümə nisbətinin salınmasıdır. Bu cür siyasətlər üçün qadınlar əksəriyyətlə "tutsaq" hədəf nufusdur. örnəyi Braziliya`da sezaryən edilən qadınların %45'inin qısırlaşdırıldığı bildirilmişdir (Bradiotti vs. 1994: 144). 
Bir İngilis din adamıykən iqtisadçı olan Thomas Malthus, 1800-cü ildən öncə, gəzəgənin qlobal qida qaynaqlarından daha daha sürətli artan insan nufusunun uzun müddət besleyemeceği kəhanətində olmuşdur.  
Bu söyləm, bir çox Üçüncü Dünya ölkəsində, ölkənin iqtisadi və toplumsal sorunlarını həll etmədə təməl bir stratejı olaraq nufus siyasətlərinin mihenktaşı halına gəlmişdir. "kontrol edilə bilməz" nufus artımının bir sonucu olaraq işgücü ərzi və tələbi arasındakı dəngə ciddi şəkildə təhdid edildiği təqdirdə, iqtisadi və siyasi sistemin sabitliksizləşməsi qorxusu mövcuddur. 
Bu anlamda ən irəli gedən ölkə Çin`dir. 1950`lərdə Mao, xalqı milli iqtidarın və qaynaqların bir parçası olaraq görərkən, 1970`lərdə siyasət tamamilə tərsinə dönmüşdür. Çinli ailələrin bir çoxunun birdən çox körpə sahibi olmaları üçün (bəzi azlıqlara və çöl kəsıməndən ailələrə əgər ilk uşaqları qız isə, iki uşaq icazəsi verilmişdir) sərt tədbirlər alınmışdır. Bunlara uymaqdan qaçınmanın ən aşırı cəzası, valideynlərin işsiz buraxılması və uşağın eyitimdən məhrum edilməsidir.  
Malthusçu siyasətlərin etgisi olduqca cinsiyyətçidir. Uşaq sayısının qısıtlanması yönündə güclü basqıların olduğu və oğlanlara toplumsal və iqtisadi səbəblərlə daha çox dəyər verildiyi yerlərdə, kürtaj və uşaq cinsiyyətləri əksəriyyətlə qız körpələrə yönəlmişdir. Malthusçu siyasətlər uygulanmaya başladıqdan sonra, Çin və Hindistan`ın kəndlərində doğan bəlli yaş qruplarının %100'ünün erkək olduğuna dair söyləntilər vardır. 
Güney`dəki qatı nufus kontrol tədbirlərinin ardında yatan "milli çıxar" əksəriyyətlə hökumət təşəbbüsünün bir nəticəsi olmayıb, Kuzey`in özəlliklə də Amerika Birləşmiş Dövlətlər`in öz milli çıxarlarını algılayışı üzündən dışardan təşviq edilməkdədir. Bir neçə il öncə dışarya sızan bir CIA raporunda, yüksək doğum nisbətlərinin "üçüncü dünyada siyasi istiqrarsızlığa yol açdığı və bunun Birləşmiş Dövlətlər üçün güvənlik sorunları yarada biləcəyi" izah edilməkdədir (WGNRR, 1991). Reagan yönətimi, "qalxınma" yardımının parçası olaraq nufus kontrolu üçün 3 milyard dolar vermişdir! Elizabeth Sobon`un (WGNRR, 1991) belirtdiği kimi, Afrika xalqının nufus sıxlığı Avropa`nın onda biri olmasına baxmayaraq, Birləşmiş Dövlətlər Uluslararası Qalxınma Ajansı (USAID), Səhra altı Afrikası`ndakı 45 ölkə (hamısı) ilə içlərində Meksika və Filipinler də olmaq üzrə cəmi 95 ölkəyə, ailə planlaması amacıyla pul vermişdir. 

Toplumsal Bağlam
Ortaq milli çıxarlar ilə fərdi çıxarlar arasında adamın sahib olduğu uşaq sayı baxımından, əksəriyyətlə ciddi uyuşmazlıqlar olduğunu diqqətə almaq önəmlidir. Yaşlılar və xəstələrə baxacaq rifah yapıları yoxsa, özlərinə baxacaq yetərli sayıda sağlam uşağa sahib olmaq insanlar üçün həyatidir. 
Hartman`ın (1987: 8) də işarə etdiyi kimi, körpə ölüm oranı düşmədən, nufus artım nisbətinin düşdüyü bir durum heç olmamışdır. Bunu yapısal uyğunlaşma siyasətləri dövründə ağılda tutmaq özəlliklə önəmlidir. Çünki bir tərəfdən nufus artım sürətini kəsmək üçün basqı yaradarkən, digər tərəfdən də toplumsal sağlamlıq və baxım fondları ilə qadınlara sağlam körpələr doğurmaları və yetişdirmələri üçün verilməsi lazım olan dəstəyi qısmaqdadır. 
1994 Qahirə`də BM Nufus və Qalxınma Siyasətləri Konfransı əsnasında qadınların ürəmə haqlarına qarşı sərtcə dirənən Vatikan/İran kökdənçi ittifaqının açıqca göstərmiş olduğu kimi, diqqətə alınması lazım olan tək toplumsal faktor, qamusal sağlamlıq altyapısının və rifah altyapısının yoxluğu deyil. Qadınların öz bədənlərini kontrol edə bilmələri, onlar və o biri dini liderlər üçün öz nüfuzlarına doğrudan bir təhdid olaraq algılanmaqdadır. Və bir çox qadın, qutsal dini qaydalar ilə ənənə və adətlərə xəyanət olaraq yorumlanacaq hər hansı bir şey edərkən duraqsamaqdadırlar. Bununla birlikdə dini nüfuzun, "əsl" və "özsel" dini şərtlərin bir sonucu olmaqdan çox, qadınlar və ürəmə seçimləriylə uyuşmazlıq içindəki qonumları meşrulaşdırmaq üçün başvurulan bir şey olduğunun bu bağlamda vurğulanması önəmlidir (Makhlouf Obermeyer, 1994).
İqtisadi, siyasi və toplumsal qloballaşma sürəcləri də, qadınların doğurganlıkları üzərində çəlişkili basqılar yaratmaqdadır. Bir tərəfdən qadınları işə getmələri üçün daha böyük bir basqı mövcuddur və çoxunluqla uluslararası yardım örgütləri sayəsində daha çox hamiləlik önləyiciyə çatılmaqdadır. Digər tərəfdən yüksələn etnik və dini kökdənçi kimliyə dayalı və siyasi hərəkətlər, qadınlar üzərindəki kontrolu möhkəmləşdirməkdə və hər hansı bir ürəmə haqqına qarşı müxalifəti "ənənə və adət" adına artırmaqdadır. 
Bir çox qadının jinekolojik şərtlərdən zərər gördüyü -qısırlaşdırıldıqlarında və ya dəri altlarına Norplant yerləşdirildiyində baxım görmədikləri- toplumlarda, qadınların fiziki rahatsızlıqları da artmaqdadır. Qadınların qanama keçirdikləri dönəmlərdə (örnəyin Norplant tez-tez qanamağa yol açar) dini vəzifələrini yerinə yetirmələrinin yasaq olduğu və ərlərinin onlarla cinsi ilişkisi ola bilmədiyi toplumlarda bu durumun, ərləri tərəfindən tərk edilmək və ya boşanmaq da daxil olmaq üzrə qadınların həyatında dolaşıq sonucları ola bilməkdədir. 
 Qadınların uşaq sahibi olub olmamaları yönündə basqı və bəzən də güc qullananların həm dini (Katolik kilsəsi kimi) həm də milli hökumət-xarici rəsmi və qeyri-rəsmi qruplaşmalar ola biləcəyini də unutmamaq lazımdır. Məsələn bir Filistinli qadının "Döyüşüb ölməsi üçün bir oğulumun, həbsə getməsi üçün bir oğulumuz, pul qazanmaq üzrə neft ölkələrinə getməsi üçün bir oğulumuz və yaşlandığımızda bizə baxması üçün bir oğulumuz olması lazımdır" dediyi kimi, Filistinli qadınlar üzərində, milli mübarizə üçün bir çox uşaq doğmaları yönündə böyük bir basqı vardır. Yaser Ərafat’ın "On ayda bir Filistinli doğuran flistinli qadın, ... İsraili içəridən havaya uçurmaqla təhdid edən biyolojik zamanlı bir bombadır" dediyi bildirilmişdir (Portuegese, 1993: 311).  

Sonsöz: Ürəmə Haqları, Millətin Yenidən Ürətimi Və Feminist Siyasət
- Qadınların milli və etnik topluluqlara üyəlikləri, cüt karakterlidir. Qadınlar bir tərəfdən kişilər kimi topluluğun üyələridir. Digər tərəfdən qadınlara yönəlik, sırf qadın oluşlarıyla ilgili özəl qaydalar və düzənləmələr mövcuddur.
- Qadınların ürəmə haqlarına bağlı bir çox feminist söyləm, "insan haqları olaraq qadın haqları" şüarındakı kimi qadınlarla fərdi olaraq ilgilənmə eyilimindədir.
- Correa və Petchesky`nin (1994: 109-110) irəli sürdükləri kimi, "haqlar" söyləminin tənqidləri, haqların anlam və dəyərinin, hər vaxt siyasi və toplumsal bağlama bağlı olduğuna, bəlirsiz olduğuna və insanların aid olduğu toplumsal kategorilərə və topluluqlara bağlı olduğuna işarə etməkdədirlər. Xüsusilə qadınların ürəmə haqlarıyla ilgili olaraq uluslararası quruluşlar tərəfindən bu tip şüarların seçilməsinin və haqqın, tamamilə soykırımsal olmasa da, qaraların və Üçüncü Dünya xalqlarının böyüməsini və güclənməsini əngəlləmə amacindan olan "demoqrafik döyüş"ün bir parçası olmasına yönəlik son bir neçə ildir "ağ olmayan qadınlar" arasında artan bir ilgi vardır. 
- Roza Tsagarousianou`nun (1995) irəli sürdüyü kimi, kürtajın qadağan edilməsi və ayrıca qadınların digər ürəmə haqlarının kontrolu, qadınlara dövlət malı kimi davranıldığının siqnalını verməkdədir.  
- Ürəmə haqları qadınların özgürləşmələri üçün daha genəl bir mübarizənin həyati parçası olaraq görülməkdədir. Bu, toplmudaki insanların fərqli qonumlanışını diqqətə alması gərəkən toplumun demokratikləşdirilməsinə yönəlik daha genəl mübarizənin olmazsa olmaz bir parçası olaraq görülməlidir. 
Ürəmə haqlarına dair feminist siyasətin yuxarıdakı tələləri də diqqətə alan tam bir çeriəvəsini gəliştirmək üçün çox yer lazım. Bununla birlikdə belə bir çərçivə, qadınların yalnız "fərdlər" olmadığını, eyni zamanda özəl bir sınıf, cinsiyyət və həyat döngüsü qonumunun yanında milli, etnik və ırqı camaatların da mənsubu olduqlarını diqqətə almalıdır.

Qaynaq
Abdo, Nahla ve Yuval-Davis, Nira (1995) ‘Palestine, Israel and the Zionist settler project’, D. Stasiulis ve N.Yuval-Davis (der.) Unsettling Settler Societies içinde. Londra: Sage.s.291-322.
Bradoitti, Rosi (1994) Women, The Environment And Sustainable Development: Towards A Theoretical Synthesis. Londra: Zed.
Correa, Sonia Ve Petchesky (1994) ‘Reproductive And Social Rights: A Feminist Perspective’. Cambridge, MA: Harvard University Press.
deLepervanche, Marie (1989) ‘Women, nation and state in Australia’, N. Yuval-Davis ve F.Anthias (der.), Woman-Nation-State içinde. Londra: Macmillan.s. 36-75.
Hartman, betsy (1987) Reproductive Rights And Wrongs: The Global Politics Of Population Control And Contraceptive Choice. New York: Harper And Row. 
Heng, Geraldine ve Devan, Janadas (1992) ‘State Fatherhood: The Politics On Nationalism, Sexuality And Race In Singapore’. New York: Routledge. 
Koontz, Claudia (1986) Mothers In The Fatherland: Women, The Family And Nazi Politics . Londra: Cape.
Petrova, Dimitrina (1993) ‘The winding road to emancipation in Bulgaria’, N. Funk ve M. Mueller (der.), Gender, Politics and Post-Communism içinde. Londra: Routledge. 
Portoguese, Jackie (1996) ‘The gendered politics of fertility politics in Israel’. Yayımlanmamış doktora tezi taslağı, University of Exeter.
Riley, Denise (1918) ‘Feminist Thougth and Reproductive Control: The State And The “Right To Choose”, Cambridge Women Studies Group (Der.), Women In Society: Interdisciplinary Essays Içinde. Londra: Virago. 
Stasiulis, Daiva ve Yuval-Davis, Nira (der) (1995) Unsettling Settler Societies: Articulations of Gender, Race, Ethnicity and Class içinde. Londra: Sage. 
Tsagarousianou, Roza (1995) "God, patria and home":"reproductive politics" and bationalist (re) definitions of women in East\ Central Europe\ social identities, 1 (2): 283-313.
Yuval-davis, nira (1989) ‘National Reproduction And The “Demographic Race” In Israel’, N. Yuval-Davis Ve F.Anthias (Der.), Woman-Nation-State içinde. Londra: macmillan,s. 92-109.

Sözlük:
Algılayış ادراك :
Baxım fondları بودجه ي مراقبت و نگهداري :
Boyut بعد :
Çeşitli مختلف:
Dışlanmaq طرد شدن، اخراج شدن:
Egemen حاكم، مسلط:
Ənənə سنت:
Eyilim گرايش:
Hamiləlik önləyici پيشگيري از بارداري :
İndirgəmək تنزل دادن :
Köçmən مهاجر :
Kökdənçi راديكال :
Kökən  منشاْ : 
Mültəci مهاجر، پناهنده :
Nakıt نقد :
Odaqlanmaq تمركز كردن :
Ödül جايزه :
Özgül خاص :
Qamusal sağlamlıq سلامتي عمومي :
Qavram مفهوم :
Qayğı تشويش :
Qısırlaşdırmaq عقيم كردن :
Qıtlıq كمبود، قحطي :
Qonum موقعيت، جايگاه :
Sərt سخت، جدي :
Soykırım قتل عام:
Sunmaq ارائه دادن:
Sürəc فرايند:
Təzəmmün شامل:
Uymaq منطبق شدن:
Ürəmə تناسلي، توليدمثل:
Ürətim: توليد
Yasal قانوني:
Yükümlülük وظيفه، التزام:

iran Meclisi Azerbaycan Deprem Vurmuş bölgesnie Acil Yardım Önerisini red etdi

Kategori: , , , , , , , , , , Umud Urmulu - یکشنبه, مهر ۰۲, ۱۳۹۱ - 0 comments

bir neçə dəqiqə bundan öncə iran dövlətinin Tuğralı medyasından yayınlanan bilgilərə Görə iran Ulusal məclisi Güney Azərbaycan Deprem (Zəlzələ)vurmuş bölgəsinə Acıl yardım önərisini rəd etdiğini aydınlıq gətirildi.
bugün 23 September 2012 iran Ulusal məclisi gündəmində Güney Azərbaycan Deprem Vurmuş bölgələrinə yardım amacı bir önəri sunulmuş ancaq millət vəkilləri oylamasıla bu önəri rəd edilmişdir.
iran dövlət medyasından aldığımız bilgilərə Görə bu önəriyə 99 evət, 74 Yox, 26 imkânsız oy verilmişdir ancaq ilginç olaraq bu oylamada 45 millət vəkili qatılmamış və oylama keçərli olmamışdır.
eləcə iran dövləti və özəliklə Mahmid Əhmədinejad Təbriz, Əhər, Vərziqan, Həris vs bölgələrində Deprem olduqdan sonra ən çox 45 Gündə bu bölgdə yeni evlər tikiləcəğini söyləmişdir ancaq hələ insanlarimiz Çadırda yaşamaqdadılar.
bölgədən alınan son bilgilərə Görə Havaların soyuqlaşması nədənilə çox sayıda insanimiz Xəstələnmiş və insanlar çox Ağır bir biçimdə və durumda yaşamaqdadırlar.
ötən il 16 August 2011 də iran Ulusal məclisi Güney Azərbaycanda bulunan Urmiye Gölünə su tasarısınıda önaylamamış və eləcə Türklərə və Güney Azərbaycana qarşı bu ikinci addım sayılmaqdadır. Urmiye Gölünə su gətirmə tasarısı Urmiye, Təbriz və bir çox Türk şəhərində çevresəl göstərilərə nədən olmuşdur ancaq iran dövləti qanlı bir biçimdə bu olayı basdırmağa çalışıb və başarmışdır.
iran sınırlarında bulunan Türklərə görə iran dövləti Güney Azərbaycan və Türklərə bir iç sömürgə olaraq görüb və dəyərləndirməktədir.

Türk Siteler və Yazar Haqqları

Kategori: , , , , , , , , , , , , , Umud Urmulu - جمعه, دی ۳۰, ۱۳۹۰ - 0 comments

Güney Azərbaycan Türk Demokratik Hərəkətində internet və Sanal Dünya özünə Özəl bir yerə sahibdir.
internetin müsbət etgilərindən Uluslaşma, Ulusal Oyanış, Ulusal Şüur, iran Türklərı arasından Yaxınlaşma, Türk Dünyasıla yaxınlaşma, Türkcə Yazıb oxuma Gələnəyi, Öz Gövənc vs saymaq olur.
ancaq hər bir alanda Negatif etgilər olduğu kimin internet və Sanal Dünyanında negatif Etgiləri vardir, bunlardan Gərçək Türk Toplumndan uzaqlaşma, Ulusal Törənələr qatılmama, Evdən və Sanal Savaş vs saymaq olur.
Güney Azərbaycan Türk sitələrində yaxın zamanda ən çox Görünən qonu yazar haqqlarının pozulmasıdır. 
çox sayıda Türk sitə və blog yazarın adı və Qaynağı olmadan bilə rahatcasına xəbər və məqalələrı öz sitələrinə Copy+Past edirlər.
Umud Urmulu olaraq çalışıdığım Urmiye News və Batı Azərbaycanla ilgili sitə və bloglarda həmişə Yazar Haqqlarına önəm verməyə çalışmışam anacq bəzən olur bir neçə Ulusal sitə və blog yazıb yaydığım yazıları mən və başqa yazarlardan bilə ad aparmadan rahatca öz adlarıla netdə yayırlar, insan bu tür olayları gördüğü zaman az çox üzülür.
Gəlişmiş ölkələr və Batı Dünyasında Sanal və internet Dünyasında bilə Yazar haqqları var və hər insan rahaca bir yazını Copy+Past edəməz, ancaq bu haqqlara Önəm vermək gərək Güney Azərbaycan Türk Demokratik hərəkətində Göz önünə alına. Əyər bir Hərəkət Demokratiksə hər buir alanda bu adı daşımalıdır. 
Dünən yazdığım bir yazının farscası dəfəlrəcə Türk Ulusal sitə və bloglarda yayılıbdır, anacq bunların bir çoxu yazaraın adı yoxsa Qaynaq Bağlantısını göstərmədən bu işi görüblər, tabii bu birinci dəfə dəyildir bu iş olur, ötəki Günlər və Aylarda dəfələrcə bu olay olubdur.
Ulusal sitə və Blog yönətimi olmaq yanlız Önəmli Xəbərləri Copy+,Past etmək anlamına gəlməz bəlkə daha çox Ulusal bir Düşüncəilə Yazar haqqlarına önəm verib və Sayğılı olmağı daşıyır.
hamımızı bildiği kimin Güney Azərbaycan Türklərində bir Ulusal xəbər sitəsi yoxdur, və bu borc hamı internet üzərində çalışan Türk insanların düşür. hər bir Güney Azərbaycanli Türk insani özü bir Medya olmalıdır, ancaq bu medyada çalışan insnlar bir çoxu özəl zamanin bu iş üçün ayırıb və xəbər və məqalə yazırlar, gərçəkdən insan yazılarını Qaynaqsız bir başqa Ulusal sitədə Gördüğü zaman Üzülür. hər bir yazar bəlkə 1-2 saat zamanın və özəl vaxt aparır, birisi 1-2 dəqiqə içində onu Copy+Past ediği zaman sizin o 1-2 saat vaxtınız boşa getmiş olur.
xəbər və məqalələrdə Qaynaq Göstərmək həmişə bir medyanin Göclü olması və Yazar haqqlarına sayğılı olmasını göstərər, ancaq tərsinə bir Ulusal sitəni yanlı Copy+Past sitələr arasında yer verər.
Dəyərli Türk Arxadaşlarım gəlin bundan sonra heç bir xəbər, yazı, video vs Qaynaqsız yaymayaq, bir Sanal kültür yaratmaq yeni və gənc nəslin Görəvidir.
Urmiye News Yönətimi tərəfindən. 

Urmiye Voleybol Yarışmalarında Ulusal sloganlar səslənibdir

Kategori: , , , , , , , , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, دی ۰۷, ۱۳۹۰ - 0 comments

Güney Azərbaycan, Urmiye: Alınan bilgilərə Görə bugün Urmiye şəhərində Urmiyenin Bələdiyyə və Tehranin yenicil əkinçilik takımları bir araya gəliblər. yarışamda Urmiey takımı 3 -1 Tehranin takımına yenıbdır.
bu yarışma iranin Superlig Voleybol yarışmalarından hesab olur, Urmiye Bələdiyyə takımı bu yarışmalarda üçüncü yerdədir.
Urmiye News sitəsinin əldə etdiği bilgilərə Görə bugün Urmiye'nin Ğədır stadyumunda 3-4000 Türk yandaş öz takımlarını alqışlamaq üçün bir araya gəlmişlər, anacq stadyumun iç və dışında sayısızca iranin Gövənlik Güclərı olmasından dolayı heç bir kamera Stadyumun içini girməsini izin verilmirdi, Türk yandaşlar yaxşıca keçiş qapılarda axtarılıb və sonr aiçəriyə girməyə izin verilirdi ancaq bunalra rağmən Urmulu Gənclər dəfəlrəcə Ulusal Sloganalr səsləndirdilər, səsləndirilən Ulusal Sloganalrdan aşağıdakıları sayamq olur:
Azərbaycan Yurdumuz, Urmiye Bozqurdumuz
Azərbaycan var olsun, istəməyən kor olsun
Urmiye’ni El istər, şərəfli millət istər
Yaşa Urmiye, Yaşa Urmiye
Yaşa Azərbaycan, Yaşa Azərbaycan
Türklərin iftixari, Urmiye Urmiye
Türk Qardaşım Dur səs ver, Urmiye’yə nəfəs ver
Urmiye ... Urmiye ... Urmiye
Qonuila ilgili çəkilən videonu aşağıdakı bağlantıdan izləyə bilərsiz:
http://www.youtube.com/watch?v=foO_2WCCZvk

Urmiye Şeherinde Keçirilen Voleybol Yarışmalarında Ulusal sloganlar Seslenibdir+Video

Kategori: , , , , , , , , , , , , , , , Umud Urmulu - پنجشنبه, آذر ۲۴, ۱۳۹۰ - 0 comments

Güney Azərbaycan, Urmiye: Alınan Bilgilərə Görə Urmiye Şəhərində Keçirilən Voleybol Yarışmalarında Türk Gənclər çox sayıda Ulusal sloganlar Səslənidirblər.
Urmiye News Sitəsinin əldə etdigi bilgilərə Dayanaraq neçə gün bundan Öncə Türk gənclər yandaşlarının bu yarışmada iştirak etməsi üçün bildirgi yaymışlar və bu nədəndən dolayı çox sayıda yandaş bu yarışmada iştirak ediblər.
iranin Voleybol super Ligasinin 7 ci həftəsində Urmiye Şəhərinin bəldiyə takımı Xorasanin Mizan adlı takımıla yarışıbdır, alınan bilgilərə Görə Urmiye Voleybol takımı 3 -0 olaraq Xorasinin takımına Yenıbdır.
Yarışma Urmiye Şəhərinin Ğədir Adlı stadyumunda keçirilibdir, stadyumda 2-3000 Yandaş toplanaraq Urmiye Takımına dəstək veriblər. Stadyumun içi və dışında sayısızca Gövənlik Gücü olmasına Rağmən Türk Gənclər tərəfindən Yarşımada çox sayıda Ulusal Sloganalr səslənibdir, Səslənilən Sloganlardan bunları Saymaq olur:
Azərbaycan Diyarimiz, Urmiye iftixarimiz
Azərbaycan var olsun, istəməyən Kor olsun
Yaşasın Azərbaycan
Yaşasın Urmiye
Urmiye'ni El istər, Şərəfli millət istər
Qonuila ilgili çəkilən Videoya aşağıdaki bağlantidan baxa biklərsiniz:
http://www.youtube.com/watch?v=fF9m-gELfA4

Tarixdə bugün: Azərbaycan Milli Hökümətinin 66-ci İl Dönümü

Kategori: , , , , , , , , , , , , , Umud Urmulu - دوشنبه, آذر ۲۱, ۱۳۹۰ - 0 comments
Bu Gün ötəkimizə 21 Azər adlandırılır, 21 Azər 1945 Ulusoyuq (Noyabr) Ayında Güney Azərbaycanda Başkəndə Təbriz olamq üzərə Azərbaycan Milli Höküməti qorulmuşdur. 
Azərbaycan Milli Höküməti və Azərbaycan Demokrat Firqəsinin Başçısı Seyid Cəfər Pişəvəri 21 Azər Hərəkətinin təməllərındən birisi sayılır. Rəhmətlik Poşəvəri 1892 ci il Güney Azərbaycanin Xalxal Şəhərində Dünyaya Göz açmışdır, 1905 ci ildə Eyitim üçün Bakıya köçmüşdür. Bakıda olduğu sürəcdə Açıq Söz Dərgisində yazılar yazıb yayırdı. Pişəvəri Bakıda olduğu zaman çox sayıda Dərgidə yazarlqıla uğraşır və Öz Düşüncələrı və Görüşlərını yaymağa çalışır.  
Azərbaycan Milli Höküməti bir il içində Azərbaycadna çox geniş dəyişkliklərə imza atır, ən birincisi Topraq Reformularıdır. Pişvəri Dövlətın Topraqlarını ‌Əkinçilərlə paylaşır. Birinci Dəfə olaraq Türk Qadını Doğu Dünyasında Oy vermə Haqqını Azərbaycan Milli Höküməti dönəmində Qazanmışdır. Dövlət Sistemini bir il içərisində Yeniləyərək Yerəl Yönətimilərın Dövlətı içərisində daha Göcləndirirək bürokrasinin Sağlamağına Yardımçı oldular. O dövrdə çox sayıda Yasa dəyişikliği oldu və işçilər, Qadın haqqıları, Eiyitim və bir çox qonuda yeni Ulusul kültürünü və valrığını yansıtan yasalar törədildi.yanlız bir il içində Ekonomik addımlar atıldı, insan haqqlrına dəyər verildi, Türkcə rəsmi Dil oldu, Azərbaycan Milli Bankası qoruldu, Azərbaycan Milli məclisi qouldu, biliyurdular Türkcə yazıb-oxumağı başlatdılar,Caddələr Asfalt oldu, Türkcə Radyu və yayınlar Qoruldu, yeni parklar, yeni oxullar, Türk Xalqının igidlərinin adları Cadələr və bölgələrə verildi, yeni körpülər və sayızıca yeni işlər oldu, elə ki bir çox insan yanlız 1 il içində olan işlərı 30 il içərsində olmayan işlərlər müqayisə etməkdə zorlu çəkirdi. 
ancaq Türk Ulusunun bu Xəyal kimin Özgürlük və Öz Dövlətının kölgəsı altında yaşaması yanlız bir il sordu. iran fars dövlətinin Savaş Göçlərı vəhçicə bir Soyqırımı Düşünərək Güney Azərbaycan Dövlətınə Qarşı bir Savaş başlatdılar. Savaş Sürəcində Güney Azərbaycan Güclərı iran dövlətinin Güclərınə yenilərək Dövlət Güclərı şəhərlərı almağa başladı, Sayısızca insan öldürüldü, Sayılara Görə 25.000 insan bilərək öldürüldü, minlərcə insan Yarğılanaraq idam olundu, çxo sayıdı Türk insani cəza evlərinə atıldı. Azərbaycan Milli Hökümətinin qorduğu və yaratdığı kültürək, dilsəl, tarixsəl vs evlər, binalar dağıdıldı və yandırıldı. çox Sayıda Türkcə kitab yanıdırldı və sonucunda 1946 ci ildə Azərbaycan Milli Höküməti sona ərdı.
o gündən Bəri Türk Ulusu bir Gözündə Yaş bir Gözündə Sevinclə o günü Anmaqdadır, hər il şəhərlrədə çeşidli Törənlər gizli olaraq törədilir.

Traxtur Yandaşlarından Təbrizdə Suriyə Ulusuna Destek

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - شنبه, آذر ۱۹, ۱۳۹۰ - 0 comments

Güney Azərbaycanin Təbriz Şəhərində 9 Aralıq (Dekabr) Günü Traxtur və Mes-sərçeşmə futbol takımlarında Traxtur yandaşları suriyədə yapılan protestoların Bəşar Əsəd dövləti tərəfindən qanlı basdırılmasına etiraz olaraq Bəşar Əsədin Görüntülərini yandırıblar. alınan bilgilərə Görə həmişə ki kimin bu oyunda bir çox Ulusal sloganlar səslənibdir, ən önəmli sloganlardan Urmiye Gölünün Susuz olamsı, Türk Dilinin rəsmi dil olıması vs saymaq olur.
Qonuila ilgili videoya burdan baxa bilərsiz.

Traxtor və perspolis Oyununda Ulusal Şuarlar Səslənibdir

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - جمعه, آذر ۱۱, ۱۳۹۰ - 0 comments
Traxtor və perspolis Oyununda Ulusal Şuarlar Səslənibdir
ötəki oyunlarda olduğu kimin bu dəfədə Güney Azərbaycanın Traxtor və Tehranin perspolis takımları arasında olan Yarşımada çxo sayda Ulusal Şüarlar səslənibdir. bu oyun dünən gərçəkləşibdir. oyunda Tehranın perspolis takımı Güney Azərbaycanın takımına 1-0 olaraq Yenıbdır. bu oyunda Urmiye Gölünün Qurumasıa haqqında və Türk Dilində mədrəsə olması qonsuudna çox sayda şüarlar səslənıbdır.
qonuila ilgili iki videonu aşağıdaki bağlantıdan görə bilərsiz:
Urmu Gölü Can Verir, Məclsi onun qətlinə Fərman verir
http://www.youtube.com/watch?v=rInWOBiSgJg
Türk Dilində Mədrəsə olmalıdır hər kəsə
http://www.youtube.com/watch?v=o_xn_IHivxM
با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya