‏نمایش پست‌ها با برچسب Türkcə. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Türkcə. نمایش همه پست‌ها

Azerbaycan'da Türkce sözcükləri qullanmamağa özen gösterilmekdedir

Kategori: , , , , , , , , , , , Umud Urmulu - یکشنبه, فروردین ۰۳, ۱۳۹۳ - 0 comments
Umud Urmulu
Türkcəni danan Devlət
20 ildən çoxdur Quzey Azərbaycan bağımsızlığını duyurmuş və devlət sahibi olmuşdur ancaq bu sürə içində devlətin mənimsədiyi dil siyasəti yox diyəbiləcəyik durumdadır, artı Quzey Azərbaycan devlətinin mənimsədiyi tuğralı(rəsmi) siyasət rus dönəmi kimi Türk dili və Türk kimliyinə qarşı bir tutum sərgiləməkdədir. 
Bugün Türk kimliyi və Türkcə dediyimiz qavram Quzey Azərbaycan insanı üçün yalnızca Türkiyə vətəndaşlarına ilişgin olaraq qullanılmaqda və toplum özünü kimlik baxımdan “Azəri”, “Azərbaycanlı” və dil baxımından “Azərbaycan dili” yoxsa “Azərbaycanca” olarq tanıdmaqdadır. Ancaq eyni millətin etnik kimliyi və dili Əbülfəz elçibəy dönəmində sıra ilə Türk və Türkcə olmuşdur, çox ilginç dəyil mi bir millətin son 20 il içində iki fərqli etnik kimliyi və dili olmuşdur.
Quzey Azərbaycan Tv kanalları
Quzey Azərbaycan Tv kanalları devlətin Azərbaycançılıq ideolojisi gərəyi büyük ölçüdə Türk dilinə qarşı tutum sərgiləməkdədirlər, eləcə Türkiyədə yayınlanan dizilərın çoxu yenidən “Azərbaycancaya” çevrilərək yayılmaqdadır və bu çeviridə Türkiyədə qullanılan Türkcə sözcükləri qullanmamağa büyük özən göstərilməkdədir. Birey olaraq Quzey Azərbaycan Tv kanallarının Türkcəyi pozduğu və Türkcəyə qarşı büyük bir təhlükə olaraq görməkdəyəm və bunun üçün evdə və çevrəmdəki insanlara kəsinliklə bu Tvlərə baxmamağı önərirəm, ancaq eyni sözü Türkiyə Tv kanallarına söyləmək olmaz. Doğal olaraq hər ikisinin də içərik baxımından dəyil Türkcə baxımından dolayı düşünmək gərək.  büyük oranda Quzey Azərbaycan Tv kanalları Türkiyə’də Türkcə qullanılan və yayqın sözcüklər yerınə rus dilli quralları təməllində sözcüklər qullanmaqdadırlar və buda biz Güney Azərbaycan və iran sınırlarındaki Türklər üçün anlaşılmamazlığa yol açır ancaq ilk kəz olsa bilə Türkiyə Tv kanallarında duyduğumuz Türkcə sözcüklərı cümlə yapısında anlamını az da olsa anlasaq həmişəlik onu xatırlamaq olur. Bugün Quzey Azərbaycan Tv kanallarında qullanılan bir çox Ərəb və Fars dillərindən alınmış sözcüklər bilə ilginç olaraq Güney Azərbaycan və iran sınırlarındanki Türklər tərəfindən heç qullanılmır.
Son olaraq bir şeyi söyləmədən keçməyim, Anadilimiz Türkcəni öyrənmək üçün və Türkcə düşünməyə başlamaq üçün bütün Tv kanallarından yaxşı Türkcə kitab oxumaq yöntəmidir, Türkcə kitaxb oxuduqca Türkcə düşünməyə və xəyal etməyə balşayacaqsız… 

İran’da Anadilinde eyitim yasaqına devam

Kategori: , , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, بهمن ۰۹, ۱۳۹۲ - 0 comments
Umud Urmulu
İran bir çoxuluslu, çoxdilli və çoxkültürlü ölkə olmasına rağmən son 100 ildə bu çeşidlilik yox sayılıb və devlətin bütün siyasətləri dilsəl və kültürəl çeşidliliyi yox edərək azınlıq ancaq egemən bir qrupun özəlliklərinə dayaranaraq yapay bir ulus –devət yaradmaq olmuşdur. 
Dilsəl və kültürəl çeşidliliyi yox etmək üçün egemən qrupun qullandığı ən önəmli arac ölkənin azınlıq ancaq tək tuğralı(rəsmi) dili olan farscaya dayalı zorunlu eyitim olmuş, eləcə İran’da eyitim sisteminin amacı dünya evrənsəl eyitim sözləşməsı kimi çeşidliliyə sayqı, qorumaq və onu gəlişdirmək yerınə dilsəl və kültürəl çeşidliliyi yox edib bir azınlıq dilinə dayalı bir ulus, tək tip və tək ideolojik bir ulus yaradmaq olmuşdur. Ancaq iran’ad fars olmayan uluslar və özəlliklə çoxunluq olan Türklər son illər içində bölgəsəl və kürəsəl alanda gəlişən olayladan dolayı bir toplumsal oyanş və millətləşmə sürəci yaşamaqdadırlar və millətləşmə sürəcinin ən önəmli qanıtlarının da birisi Anadili və etniksəl haqqları qonusunda bilinclənmədir. Anadilində eyitim istəyi qonusunda Türklər və doğal olaraq fars olmayan uluslar iran devlətinin bir basqıcı və tutalitar yapısını gözə alaraq son illərədə daha bilincli davranmaqdadırlar və Türk gəncliyi försət olduğu hər alanda “Türk dilində mədrəsə olmalıdır hər kəsə”, “haray haray mən Türkəm” vs kimi sloganları səsləndirərək nə qədər ötəkiyə görə Anadilində eyitim qonusunda ısrarlı olduqlarını gözlər önünə sərgiləməkdirlər. 
Bu olayı başqa bir yönü isə iran devlətinin Anadilində eyitim kimi bir qonuyu devlətin ən üst düzey yetgililəri tərəfindən dəfələrəcə dilləndirilməsi olmuşdur, eləcə Həsən Ruhanı seçimlərdən öncə Təbriz, Urmiye, Ərdəbil vs kimi Türk şəhərlərinə oy istəmək üçün gəldiyi zaman seçildiyi sürədə iki vədəni daha on plana çıxarmış bunlardan birisi Anadilində eyitim və öbürü Türk Dili Qurumunun yaradılması olmuşdur. Ancaq Ruhanı seçildikdən sonra bu qonuda pratikdə addımlar atmasada son 6 ay içində Anadilində eyitim qonusu devlət yetgililəri və egemən və mərkəziyətçi qrupun toxunduğu bir qonu olmuşdur. Son yeddıcə(həftə) içində fars Dili qurumu və bir neçə iran Ulusal məclisində eyitim komisyonu üyələri iran’da Anadili qonusunda medya ilə söyləşiləri olmuşdur, bu söyləşilərin özetini aşağıda sıralamaqdayıq:
Məhəmməd Əli muvvəhid(fars dili qurumu üyəsi): Devlət yerəl dilləri dirə müdaxilədən qaçınılmalı, biz farsca kimi tuğralı dilimiz var əyər devlət yerəl dillərə tərəf gedərsə bizim işimiz çox zor olur.
Məhəmməd Dəbir muqəddəm(fars dili qurumu üyəsi): yerəl dillər qonusunda Anadilində eyitim yerinə ən önəmli bu dillərdə araşdırma yapılmasıdır. Bu yerəl dillər birçox ləhcəyə ayrəlmaqdadırlar və əyər bu yerəl dillərin birisini eyitim üçün seçərsək bizim üçün büyük və çox sorunlara yaranacaqdır.
Bəhaəddin Xurrəmşahi(fars dili qurumu üyəsi): devlət gərək Anadilində eyitim üçün bir sınır qoya, gərək nə qədər və nə biçimdə Anadilində eyitim verəcəyini sınırlarla bəlirləyə.
Səlim Neysrai(fars dili qurumu üyəsi): birsıra insanlar bir qovmu sevməyi Anadilində eyitimlə eşid görürlə bu çox qorxuncdur, biz iran’da Ferdusi kimi öndərlərin farscanın bu qədər gəlişməsi kimi insanların yetişdirilməsinə nə qədər şansımız var?  Anadilində eyitim üçün gərək gələcəyə baxaraq özümüzə sorun yaradmayaq.
Fəthəllah Muctəbayi(fars dili qurumu üyəsi): fars olmayanların Anadilində istəyi dışarıdan gəlmə və dış güclərın bizə qarşı ürətdiyi sorundur. Hindistan’da ingilizlər aracılığıla bu olay gərçəkləşdi və indi bu güclər bu sorunu bizə daşımaq istəyirlər. əyər Anadilində eyitimi olursa biz geriyə dönəcəyik və bu çox qorxuncdur.
Cabbar kuçəknejad(Rəşt millət vəkili): Anadildə eyitim iran’da olanaqsızdır, özəlliklə eyitim kitablarının içəriyini anadilə dayalı hazırlamaq olmaz.
Qasım cəfəri(Bucnurd millət vəkili): Anadilində eyitim iranı bölər və qovmlar arasında sorun yaradar.
zöhrə Təbibzadə(Teran millət vəkili): Anadildə eyitim tasarısı ağıl dışı və məntıqsızdır, ölkə bütüvlüyünü saxlayan tək dil farscadır.
Görüldüyü kimi azılıq anacq egemən qurupun Anadilində eyitim kimi bir insanin ilkən haqqı qonusunda mənimsədikləri tutum və söyləm nə qədər çağ dışı, ırqçı, aşağılayıcı vsdır.

Urmiye'li genclerin isteyi: Türk Dilinde Oxul

Kategori: , , , , , , , , , , , , , Umud Urmulu - دوشنبه, آذر ۱۸, ۱۳۹۲ - 0 comments
Umud Urmulu
Güney Azərbaycan, Urmiye: dünən İranın voleybol süper lig yarışlarından Urmiye bələdiyəsi Tehranın Saypa taxımıla Güney Azərbaycanın Urmiey şəhərində qarşı qarşıya gəldilər və Urmiye bələdiyəsi 3 -1 Tehran taxımını oddu, ancaq yarışmada ginə Urmiye’li gənclər Türk ulusal solganı olaraq “Türk dilində mədrəsə” istəyini yenilədilər.
Tehranın Saypa taxımı iran süper ligində 6 kəz ikinci sırada yer almışdır və dünən Urmiye taxımı qarşısında yenilməyə uğraması Urmiye Voleybol taxımının nə qədər güclü olduğunun göstərdi, İran’da Urmiye şəhəri voleybol Ana vətəni olaraq tanınmaqdadır . Ancaq bu yarışmanın ən önəmli bölümü Türk gənclərinin dəfələrəcə Urmiye’nın 6000 nəfərlik Stadyumunda Türk dilində eyitim istəyini sloganlarla səsləndirmələri oldu. Türk dilində oxu istəyi və slogani ilk kəz dəyil Urmiye, Güney Azərbaycan və iranın başqa Türk bölgələrində səslənir və Türklər basqıcı rejimlə qarşı qarşıya olduqları üçün idman stadyumlarında bu tür istəkləri dilləndirməkdədirlər.
 İran coğfafıyası bir çoxdilli, çokəkincli, çokdinli olmasına rağmən bu çeşidlilik egemən devlət və millət tərfindən son 100 ildə danılmaqda və görməməzlikdən gəlinməkdədir, eləcə devlətinin bütün çabası bu dilsəl, dinsəl və etniksəl çeşidliliyi ortadan qaldırmaq və azınlıq ancaq egemən millətinin özəlliklərini düşünərək bir dil, bir əkinc(kültür) və bir ideolojiyə dayalı toplum yaradmaqdır. Bu tür toplumu yaradmanın təməl yollarından birisi zorunlu eyitim sistemidir, iran’da azınlıq dili olan farsca ölkənin tək tuğralı(rəsmi) dilidir və büyük ayrıcalıqlara sahib və eləcə zorunlu eyitim dili də Anadili yox bəlkə azınlıq dili olan farscadır. 
Urmiye’li gənclərinin səsləndirdiyi Türk dilinə oxul istəyi bir çox Türk eyləmçi tərəfindən də İran’da dilsəl ayrımçılığı son vermək üçün ilk addım olaraq dilləndirilməkdədir, Türk eyləmçilərə görə çoxunluq dili olan Türkcə iran’da Anayasal olaraq tuğralı dili olub və güvəncə altına alınmalıdır, artı farsca hər nə adla olursa olsun Türklərə zorunlu olaraq öyrətilməməlidir. əyər farslar Türkcənin bir yad dil olaraq öyrənmək istərsələr kəsinliklə Türklər də farscanı bir yad dil olaraq öyrənməyə sıcaq baxa bilər. 
İrandaki Türklər azınlıq ancaq egemən qrup olan farslardan fərqli etnik kimli və Anadili daşıdıqları üçün toplumdan dışlanmış və büyük ayrımçılıq və sistematik ırqçılığa məruz qalmaqdadırlar.
Urmiye’li gənclərin Türk Dilində Oxul sloganini səsləndirmələrilə ilgili video

Türkiye'nin Başkonsolosu: Urmiye’de Türk dili bölümü açılsın

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - دوشنبه, شهریور ۱۸, ۱۳۹۲ - 0 comments
Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Türkiye'nin Güney Azərbaycanın Urmiye şəhərində bulunan yeni Başkonsolosu Batı Azərbaycan valısı ilə görüşərək Urmiye bilimyurdunda Türk dili və Ədəbiyyat bölümü yaranmasını istəyib və önərmişdir.
Türkiye'nin Urmiye Şəhərində bulunan yeni Başkonsolosu bugün Batı Azərbaycan valısı ilə görüşmüş və ikili görüşmədə sınır qapılarıla ilgili sorunları və bir neçə qonu tartışılmışıdır.
Türkiyə Başkonsolosu Razi sınır qapısının sorunları və iki ölkə arasında gərçəkləşn ekonomik ilişkilərə deyinərək ortaq ilişgilərin daha güclənməsini vurğulamışdır. Özəlliklə Əsəndərə sınır qapısında olan sornular toxunan başkonsolosu iki ölkənin yürütmə örgütləri və qonuila ilgili sorumluları sorunları gidərmək üçün daha doğru düzgün çalışmalarını istəmişdir. Eləcə iki ölkə arsında ekonomik ilişgilər yanında Əkincsəl ilişgilərədə vurğu yapılmış və bu qonuda Türkiyə Başkonsolusunun Batı Azərbaycan Salams şəhərində dəfn olan 823 Əsgərin məzarlığına toxunulmuşdur, bu qonud ötəki idə Batı Azərbaycan valılığınə yazılan bir bir namə xatırladılmışdır, deyilənlərə görə hələ bu naməyə Valılıkdən yanıd gəlməmişdir.  
Ötə yandan Türkiyənin Başkonsolosu Güney Azərbaycanın Urmiye Şəhəri və Urmiye bilimyurdunda Türk dili və ədəbiyyati bölümünün də açılması diləyi və istəyini yeniləmiş, onun dediklərinə görə Batı Azərbaycan bölgəsi yerəl Ulus Türk olduqları üçün və bölgədə Türklər çoxunluqda olduqlarınadn dolayı Türk dili və ədəbiyyat bölümü Ulus tərəfindən maraq göstəriləcəğini savunmuşdur.
Batı Azərbaycan Qars, Həkkarı , Van, Iğdır və ağrı kimi Türkiye'nin şəhərləriə 500 km ortaq sınırı bulunmaqdadır və bu çizilən sınırlar yapay olduqları üçün bölgədəki dilsəl, əkincsəl, etniksəl vs dayanmadan çizilmişdir. 
Türkiye'nin yeni başkonsolosunun Urmiye bilimyurdunda Türk dili və Ədəbiyyat bölümü açılışı istəyi iran devlətı tərəfindən necə qarşılanacağını önümüzdəki günlərdə bu qonuy sərgilənən tavırdan bəllı olacaqdır. Ancaq Tuğralı (rəsmı) olaraq iran devlətı 100 ildir iran sınırlarında Türk diyə bir etnik kimlik və Türkcə diyə bir dilin var olduğunu danmaqdadır, artı iran Coğrafiyası bir çoxuluslu, çoxdilli, çoxkültürlü və çoxdinli coğrafiya olmasına rağmən bu etniksəl, dilsəl və dinsəl çeşidlilik yox sayılmaqda və sistem bu çeşidliliyi ortadan qaldırmaq üçün azınlıq olan farsların dilinə dayalı eyitim sistemilə çeşidliliyi ortadan qaldırmayı amaclamaqdadır, iranda Eyitim sisteminin amacı bireylərı çağdaş bilimlər və karaktersəl olaraq yetişdirmək yerinə fars əkinci və kültürünə dayalı bir ulus, bir dil və bir kimlik yaratmaq üçün qullanılmaqda. Iran’da bu çeşidliliyə rağmən azınlıq olan farscanın ölkənin tək Turğalı dil olması və Anadildə eyitimin bütünlüklə yasaq olması açıqca iran devlətinin çeşidliliyə verdiği önəm və dəyəri göstərməktədir. Bir çox bilimsəl və tərəfsiz bilgi və bəlgəyə görə iran sınırlarında bulunan Türklər azınlıq yox bəlkə bir çoxunluq və bir devlətsiz Ulus olaraq farsları kimi azınlıq tərəfindən yönətilməsi və sömürülməsi ön çıxmaqdadır. 
Bireysəl olaraq Türkiyə devlətinin son yüz il içində iran sınırlarındaki Türklərın Asimilasyonunda büyük etgisi olduğunu düşünməktəyəm, Türkiyə devləti öz iç sorunlarını gündəmə gətirməmək və çözmək yerinə iran kimi Türkiyədən sonra dübyada ikinci büyük Türk nüfusuna sahibn coğrafiyanı unutmuş və unutdurulmuşdur. Türkiyə devləti illər bundan öncə Urmiye, Batı Azərbaycan və iranın hər bir yerində Türkcənın gəlişməsı və eyitimi üçün bir istəyivə diləyi ola bilirdi ancaq olmadı, irandakı Türklərın Türkiyənən siyasal yox ancaq əkincsəl və dilsəl olaraq daha doğru düzgün bir tutum sərgiləməyini diləməktidirlər.
Türkiyə Başkonsolosu istəyi dışında irandaki Türklərın devlətdən dilsəl ayrımçılığa son vermək üçün istəkləri irannın gənəlində Türkcənin Tuğralı və eyitim dili olmasıdır və bu olay Anaysal güvəncə altına alınmalıdır.

Zencan: biz Sərətan istəmirik

Kategori: , , , , , , , , , Umud Urmulu - یکشنبه, مرداد ۲۰, ۱۳۹۲ - 0 comments
Umud Urmulu
Güney Azərbaycan, Zəncan: iran devləti və Ulusal Türk medyasinin yaydıqları bilgilərə görə bugün Güney Azərbaycanın Zəncan Şəhərində devlətin bölgədə qurğuşun və Cinqo (ingilizcə: Zinc) ürətmə fabriklarinin Sərətan’a (kanser) nədən olduqları gərəkçəsilə Protstolar gərçəkləşmiş və alınan biıgilərə görə 5000 kişilik bir Göstəri gərçəkləşmişdir.
oyannews.com Düşərgəsinin yaydığı bilgilərə Görə bu Göstəri bugün saat 10:00 dan başlamış və saat 01:00 dək də dəvam etmişdir. Göstərilərin amacı bölgədəki qurğuşun və Cinqo ürətmə fabrikalarinin durdurulması olmuş, eləcə illərdir Zəncanda kanser sayısında büyük artış görülməktədir və yerlı Ulus kanser yaygınlığı nədənını bölgədəkı qurğuşun və Cinqo ürətmə fabrikalari düşünməktədir. 
Iranən Ulusal qurğuşun və Cinqo Fabriklari bölgədə 25 il olur çalışmaqdadırlar və Zəncan Valısının dediğinə görə bu fabrikalarin sorumluluğu Valılık dışındadır.
Göstərilrədə Qullanılan Slogan və plakardlar Türkcə və farsca olmuşdur, eləcə səsləndirilən Sloganlardan bir neçəsi:
biz Sərətan istəmirik, Zəncanlı bir kəlam tətili vəsəlam, Zəncanımız var olsun istəməyən kor olsun, Zəncanlı Var olsun istəməyən xar olsun vs  
iran devlətinin Turğalı (rəsmi) verilərinə Görə Güney Azərbaycanın Zəncan Şəhərində 70 qurğuşun və Cinqo Ürətmə fabrikası bulunmaqdadır.
Güney Azərbaycan’da iran devləti bilərək bir çox Türk bölgəsində Çevrəyi yox etmək üçün hər türlü çabadan əsirgəməməktədir, eləcə Urmiye Gölünün quruması və Türk bölgələrində çevrəsəl fəlakətlər iran devlətinin Doğaya göstərdiği tavırı açqıca göstərməktdir.

Türk Dili Qurumu kampanyası Sınıq Radyoda

Kategori: , , , , , , , , , , , Umud Urmulu - پنجشنبه, مرداد ۱۰, ۱۳۹۲ - 0 comments
Güney Azərbaycanın sanal ortamda var olan tək Radyosu demək olur Sınır Radyodur, bu Radyo sanal ortamda və özəlliklə Sosyal ağ olan Facebook düşərgəsindən (sitə) yayınlanmaqdadır. Sınıq Radyonun çalışma alanı daha çox Türk Ədəbiyati və Toplumsal qonulardır ancaq çoxu zaman Gündəlik qonulara da maraq göstərib və toxunmaqdadır, bu Radyonun çalışmaları hər Cüməaxşamı Güney Azərbaycan saat ilə 07:00 də Facebookda olan özəl qruplarından paylaşılmaqdadır.
Bilindiği üzərə Iran’da başxanlıq Seçkilərində Həsən Ruhani Seçilmiş, Həsən Ruhani isə Seçilmədən öncə Təbriz, Urmiye, Ərdəbil vs kimi Türk şəhərlərinə gəldiği zaman iran’da Türk Dili Akademisi açacağını Vədə vermiş və bu Vədə Üzərinə bir neçə Türk yazar Facebook’da bu vədənin yerinə gətirlməsi üçün bir sanal imza kampanyası başlatılmışlar. Iran’da Türk Dili Akademisi Quruluşu üçün Hazırlanan imza kampanyanın Yönəticilərindən birisi isə bu Həftə Sınıq Radyoda bu kampanaya haqqında özəl bir söyləşi gərçəkləşmişdir. Bu söyləşini dinləmə küçün burdan yararlana bilərsiz.     
- Neçə vaxt öncə Türk Dili Akademisi üçün hazırlanan imza kampanyasının amacları haqqında latin Türkcəmizdə bir yazı olaraq Urmiye News da paylaşılmış və bu Səs faylini dinləyəməyənlər çoxda olsa bu kampanyanin ilkələrini bilmək üçün Türk Dili Akademisi İmza Kampanyası Nədən Başlatıldı və Nəyi amaclayır? Adlı yazımızdan yararlana bilərlər.
- Türk Dili Akademisi Quruluçu üçün hazırlanan imza kampanyanin Facebook’da özəl səhifəsinə burdan və izma bağlantısı üçün burdan daha bilgilər üçün yararlana bilərsiz.
- Sınıq Radyoda əməyi keçən bütün Arxadaşlarda ürəkdən Yorulmayasız deyib və çalışdıqları işdə uğurlar diləy ilə.

Türk Dili Akademisi İmza Kampanyası Neden Başlatıldı ve Neyi amaclayır?

Kategori: , , , , , , , , , , , Umud Urmulu - شنبه, تیر ۲۹, ۱۳۹۲ - 0 comments
Iran Seçkilərində Həsən Ruhani Təbriz, Urmiye, Ərdəbil vs kimi Türk şəhərlərinə gəldiği zaman olası başxan Seçildiği zaman “Türk Dili Akademisi” açacağını söz vermişdi və Seçildikdən sonra bir neçə Türk eyləmçi bu vədəni yerinə gətirmək üçün sanal ortamda bir imza kampanyası başlatmışlar. Indiyədək bu imza kampanyasından 2000 üzərə imza toplanmışdır, bu işin arxaslında olan yönəticiləri Türk Dili imza kampanyası başlatma nədənlərini və nəyi amacladıqlarını bir balaca dəyərləndirmədə açıqlamışlar.    
Bu kampaniyanı başlatmanın neçe neden ve amacı vardı:
1-Demokratik faaliyet temrini ile ilgili,
2-Türk dil akademisi ile ilgili
3-Milli kimlikle ilgili
----------------------
1- demokratik faaliyet
a-Bizde devletden toplu telebler isteme- motalebate Genel- kültürü bir ortadoğu ölkesi olaraq zeyifdir. Bu kampanya bir toplu teleb deneyimi idi.
b-Bizde meqamlardan seçim ve'delerinş te'qib etme ve onlardan iş başına gelenden sonra hesab sorma geleneyi yoxdur. Bu kampanya bele bir geleneyi oluşdurmanı amaclayırdı.
c-çağımızda sosyal mediya ve internet iki yuxarıdakı amacları gerçekleşdirmek üçün olanaqlar sağlayır. Bu kampanya bu modern aracları qullanmanı öyrenmeye kömek edir: petition oluşdurma, imza toplama, kampanyanı te'qib etme...
2-Türk Dili qurumu ile ilgili
a-Birinci amac Türk Dili Qurumu ve onun qurulmasının gerekliliyini iranın siyasi gündemine daşımaqdı.
b-İkinci amac, bele bir isteyin istendiyini tarixe geçirtmek ve sebt etmekdi. İndiyedek İranda Türk Dili qurumunun qurulması üçün geniş çaplı bir xalq isteyi olmamışdı.
c-Ruhaninin tebliğatında bu qurumun qurulması haqqında ve'dler vardı. Ne qeder bu ve'dlerin gerçekleşme ehtimalı az olsa da, bu ve'dlerin gerçekleşme ehtimalını artırma başqa bir amacdı.
d-Ruhani öz tebliğatında azeri dili ferhengistanından danışmışdı. Bir amac da Türk yerine azeri resmi devlet terminolojisine e'tiraz idi.
e-Türk xalqı özü bile Türk Dili qurumunun ne olduğu, hansı görevleri olduğu ve ne işler görebileceyi haqqında bilgisizdir. Bir amac da, Türk dili qurumunun görev ve işleri haqqında Türk xalqı hetta bütün İranlı ve farslara bilgi vermekdi.
f-Başqa bir amac, farslardan ve Türk olmayan başqa milletlerden Türk dili qurumu kimi mentiqli ve medeni bir isteye destek qazanmaq, fars ultranasyonalistlerden ılımlı ve demokrat farsları ayırmaqdı.
3-Türk milli kimliyi ile ilgili
a-İndiye dek iranda yaşayan bütün Türk xalqı adına bir umumi teleb istenilmemişdi. Bu ilk siyasi telebdir ki bölge, lehce, tayfa ferqi gözetmeden Türk xalqı ve Türkce dili adına istenmişdir. Yanı amac, bölgecilk, tayfaçılıq ve lehceçiliyi aşmaqdı.
b-Son yüzilde paniranist ve irançı Azerbaycançılar ve son seksen ilde istalinist Azerbaycançılar bizim siyasi ve ferhengi heyatımıza müsellet olup, bütün siyasi ve ferhengi eylemlerimizi ya doğrudan onlar başlatmış, ya da başladılanlara sonradan müsellet olup onları münherif etmişlerdir. Bu kampanya ilk kampanyadır ki Türk xalqı, Türk milleti ve Türkceye inananlar kilasik Azerbaycançılardan Özgür olaraq başlatmış ve yönetmişler. Bu eylemden sonra bu hereketin yanı Türkce ve Türk milli kimliyine inananların Özgür eyleme girmeleri yayılacaqdır. Bu eylem bu baxımdan tarixi öneme sahibdir.
c-Bu eylemin bir amacı da iranda yaşayan Türk dilliler ve özlerini Türk bilenlerin arasında ortaq milli duyquları teqviyet etmek ve eyni millete aidiyyet duyqusunu güclendirmek idi. Başqa deyişle Türk xalqının milletleşme sürecine kömek ve onu yeyinleşdirmek idi.
d-Bu kampanyanın başqa bir amacı kimlerin Türk dili qurumuna qarşı olduqlarını, daha da deqiq desek, paniranist Azerbaycançılar ve istalinist Azerbaycançıların iç üzünü qamu oyuna sergilemekdi. Gözlediyimiz üzere, bu kilasik azerbaycançılar paniranistlerle ses sese verip Türk dili qurumuna qarşı çıxdılar. Bu da onların tarixi görevlerini, yanı farslarla birleşip Türk milletimizi hemişe daldan vurma adetlerini ortaya çıxardı.
e- bu kampanyanın başqa bir amacı, Türk xalqının dilsel isteklerinin mentiqli ve gerçekçi yol xeritesini, ki Türkceni qorumaqla başlar, ortaya qoymaq ve gerçekdışı aşırı şuarları marjinalize etmekdi.
f-en son amac Türk xalqına inananlarla istalinist azerbaycançılar ve paniranist azerbaycançıların inandıqları millet ve dillerin ap ayrı olduğunu göstermekdi. Nece ki onlar Türk dili yerine olmayan azeri dili ve azerbaycan türkcesi lehcesi ferhengistanını istediler. Yanı ortada üç ferqli millet ve üç ferqli dile inananlar vardır: demokratik Türkçülerin Türk milleti ve Türkcesi, İstalinist azerbaycançıların Azerbaycan milleti ve Azerbaycancası ve paniranist azerbaycançıların azeri qovmu ve azericesi.
əyər sizdə indiyədək iran’da Türk Dili Akademisi Quruluşuna dəstək olmayıbsız və bu dilsəl hərəklətə dəstək olmaq istəyirsiniz, bu bağlantıdan gedib və petitioni imzalayaraq bu hərəkətə dəstək ola bilərsiz.

Türk Dili Qurumu Yaradılması üçün imza Kampanyası Başlatıldı

Kategori: , , , , , , , , , Umud Urmulu - چهارشنبه, خرداد ۲۹, ۱۳۹۲ - 0 comments
Iran’da Türkcəyə önəm verən bir neçə yazarın öncülüğündə Sosyal Ağ olan Facebook’da “İranda Türk Dili Qurumu imza Kampanyası” adlı bir səhifə işə başlayıbdır.
Bu səhifənin yönəticiləri bu Kampanya haqqında belə yazmışlar:
Bu sehife Cumhurbaxanı Hesen Ruhâni`nin séçim tebliğatı sırasında “TÜRK Dili ve Kültürü Akademisi”ni (Ferhengistanı`nı) qurma haqqında vérdiyi sözün gérçekleşmesini te`qib étmek, bu qonuda imza toplama kapmanyası başladıp onu koordiné étmek üçün açılmışdır. İranda yaşayan bütün Türklerin bu milli-kültürel isteyi, gerekli imzalar toplandıqdan sonra, açıq mektub olaraq yayınlanıp bir nüsxesi de Hesen Ruhâni`nin Cumhurbaşxanlığı defterine gönderilecekdir.
İran`da yaşayan bütün Türk kitlelerinden, hansı bölge ve ostanda yaşamalarından, İran`ın quzéybatısında, ortasında, günéyinde, quzéydoğusunda; Türkce`nin hansı lehcesinde danışdıqlarından ve bağlı olduqları tayfa, siyâsi ve idéolojik axımlardan asılı olmadan, özünü Türk bilen ve Türkce`ni séven herkese âid olan bu milli-kültürel girişime qatılmaları gözlenir. 
Xatırladaq Həsən Ruhani Adaylıq zamanında Təbriz, Urmiye vs kimi Türk bölgələrınə gəldiği zaman iran’da Türk Dil Qurumu yaradacağına söz vermişdir və beləliklə onun dediğinə görə iran’da Dilsəl ayrımçılığıa son verməyı amacladığını önə sürmüş. Iran’da Türklər yanlız Dilsəl Ayrımçılıqlara son vermək üçün ilk addım olaraq Türkcənin iranin bütünlüğündə Rəsmi və Gənəl Dil olmasını istəməktədirlər, ancaq Türk Dil Qurumunun yaradılması bu yöndə ilk addım ola bilər. 
Bu Kampanyaya Dəstək vermək üçün Bu Bağlantıdan yararlana bilərsiz.
Iran’da Türk Dili və Kültürü Akademisnin imza kampanyasına dəstək olub və imzalamaq üçün aşağidaki bağlantıya gedib:
http://tinyurl.com/turkdili
səhifəyə keçdikdən sonra “Sign the petition” bölümünü tiklayib və yeni səhifədə "First Name" bölümüdə Adınızı, "Last Name" bölümüdə Soyadınızı, "Email Address" bölümündə Emilinizi, və "Verification Code" bölümündə isəgörünən kodu yazın və son olaraq SİGN düyməsini tiklayin.

Lüfən bu görüntünü yayaraq bu kampanya’ya dəstək olun.
با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya