‏نمایش پست‌ها با برچسب Ayrımçılıq. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Ayrımçılıq. نمایش همه پست‌ها

İran’da Anadilinde eyitim yasaqına devam

Kategori: , , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, بهمن ۰۹, ۱۳۹۲ - 0 comments
Umud Urmulu
İran bir çoxuluslu, çoxdilli və çoxkültürlü ölkə olmasına rağmən son 100 ildə bu çeşidlilik yox sayılıb və devlətin bütün siyasətləri dilsəl və kültürəl çeşidliliyi yox edərək azınlıq ancaq egemən bir qrupun özəlliklərinə dayaranaraq yapay bir ulus –devət yaradmaq olmuşdur. 
Dilsəl və kültürəl çeşidliliyi yox etmək üçün egemən qrupun qullandığı ən önəmli arac ölkənin azınlıq ancaq tək tuğralı(rəsmi) dili olan farscaya dayalı zorunlu eyitim olmuş, eləcə İran’da eyitim sisteminin amacı dünya evrənsəl eyitim sözləşməsı kimi çeşidliliyə sayqı, qorumaq və onu gəlişdirmək yerınə dilsəl və kültürəl çeşidliliyi yox edib bir azınlıq dilinə dayalı bir ulus, tək tip və tək ideolojik bir ulus yaradmaq olmuşdur. Ancaq iran’ad fars olmayan uluslar və özəlliklə çoxunluq olan Türklər son illər içində bölgəsəl və kürəsəl alanda gəlişən olayladan dolayı bir toplumsal oyanş və millətləşmə sürəci yaşamaqdadırlar və millətləşmə sürəcinin ən önəmli qanıtlarının da birisi Anadili və etniksəl haqqları qonusunda bilinclənmədir. Anadilində eyitim istəyi qonusunda Türklər və doğal olaraq fars olmayan uluslar iran devlətinin bir basqıcı və tutalitar yapısını gözə alaraq son illərədə daha bilincli davranmaqdadırlar və Türk gəncliyi försət olduğu hər alanda “Türk dilində mədrəsə olmalıdır hər kəsə”, “haray haray mən Türkəm” vs kimi sloganları səsləndirərək nə qədər ötəkiyə görə Anadilində eyitim qonusunda ısrarlı olduqlarını gözlər önünə sərgiləməkdirlər. 
Bu olayı başqa bir yönü isə iran devlətinin Anadilində eyitim kimi bir qonuyu devlətin ən üst düzey yetgililəri tərəfindən dəfələrəcə dilləndirilməsi olmuşdur, eləcə Həsən Ruhanı seçimlərdən öncə Təbriz, Urmiye, Ərdəbil vs kimi Türk şəhərlərinə oy istəmək üçün gəldiyi zaman seçildiyi sürədə iki vədəni daha on plana çıxarmış bunlardan birisi Anadilində eyitim və öbürü Türk Dili Qurumunun yaradılması olmuşdur. Ancaq Ruhanı seçildikdən sonra bu qonuda pratikdə addımlar atmasada son 6 ay içində Anadilində eyitim qonusu devlət yetgililəri və egemən və mərkəziyətçi qrupun toxunduğu bir qonu olmuşdur. Son yeddıcə(həftə) içində fars Dili qurumu və bir neçə iran Ulusal məclisində eyitim komisyonu üyələri iran’da Anadili qonusunda medya ilə söyləşiləri olmuşdur, bu söyləşilərin özetini aşağıda sıralamaqdayıq:
Məhəmməd Əli muvvəhid(fars dili qurumu üyəsi): Devlət yerəl dilləri dirə müdaxilədən qaçınılmalı, biz farsca kimi tuğralı dilimiz var əyər devlət yerəl dillərə tərəf gedərsə bizim işimiz çox zor olur.
Məhəmməd Dəbir muqəddəm(fars dili qurumu üyəsi): yerəl dillər qonusunda Anadilində eyitim yerinə ən önəmli bu dillərdə araşdırma yapılmasıdır. Bu yerəl dillər birçox ləhcəyə ayrəlmaqdadırlar və əyər bu yerəl dillərin birisini eyitim üçün seçərsək bizim üçün büyük və çox sorunlara yaranacaqdır.
Bəhaəddin Xurrəmşahi(fars dili qurumu üyəsi): devlət gərək Anadilində eyitim üçün bir sınır qoya, gərək nə qədər və nə biçimdə Anadilində eyitim verəcəyini sınırlarla bəlirləyə.
Səlim Neysrai(fars dili qurumu üyəsi): birsıra insanlar bir qovmu sevməyi Anadilində eyitimlə eşid görürlə bu çox qorxuncdur, biz iran’da Ferdusi kimi öndərlərin farscanın bu qədər gəlişməsi kimi insanların yetişdirilməsinə nə qədər şansımız var?  Anadilində eyitim üçün gərək gələcəyə baxaraq özümüzə sorun yaradmayaq.
Fəthəllah Muctəbayi(fars dili qurumu üyəsi): fars olmayanların Anadilində istəyi dışarıdan gəlmə və dış güclərın bizə qarşı ürətdiyi sorundur. Hindistan’da ingilizlər aracılığıla bu olay gərçəkləşdi və indi bu güclər bu sorunu bizə daşımaq istəyirlər. əyər Anadilində eyitimi olursa biz geriyə dönəcəyik və bu çox qorxuncdur.
Cabbar kuçəknejad(Rəşt millət vəkili): Anadildə eyitim iran’da olanaqsızdır, özəlliklə eyitim kitablarının içəriyini anadilə dayalı hazırlamaq olmaz.
Qasım cəfəri(Bucnurd millət vəkili): Anadilində eyitim iranı bölər və qovmlar arasında sorun yaradar.
zöhrə Təbibzadə(Teran millət vəkili): Anadildə eyitim tasarısı ağıl dışı və məntıqsızdır, ölkə bütüvlüyünü saxlayan tək dil farscadır.
Görüldüyü kimi azılıq anacq egemən qurupun Anadilində eyitim kimi bir insanin ilkən haqqı qonusunda mənimsədikləri tutum və söyləm nə qədər çağ dışı, ırqçı, aşağılayıcı vsdır.

Urmiye'li genclerin isteyi: Türk Dilinde Oxul

Kategori: , , , , , , , , , , , , , Umud Urmulu - دوشنبه, آذر ۱۸, ۱۳۹۲ - 0 comments
Umud Urmulu
Güney Azərbaycan, Urmiye: dünən İranın voleybol süper lig yarışlarından Urmiye bələdiyəsi Tehranın Saypa taxımıla Güney Azərbaycanın Urmiey şəhərində qarşı qarşıya gəldilər və Urmiye bələdiyəsi 3 -1 Tehran taxımını oddu, ancaq yarışmada ginə Urmiye’li gənclər Türk ulusal solganı olaraq “Türk dilində mədrəsə” istəyini yenilədilər.
Tehranın Saypa taxımı iran süper ligində 6 kəz ikinci sırada yer almışdır və dünən Urmiye taxımı qarşısında yenilməyə uğraması Urmiye Voleybol taxımının nə qədər güclü olduğunun göstərdi, İran’da Urmiye şəhəri voleybol Ana vətəni olaraq tanınmaqdadır . Ancaq bu yarışmanın ən önəmli bölümü Türk gənclərinin dəfələrəcə Urmiye’nın 6000 nəfərlik Stadyumunda Türk dilində eyitim istəyini sloganlarla səsləndirmələri oldu. Türk dilində oxu istəyi və slogani ilk kəz dəyil Urmiye, Güney Azərbaycan və iranın başqa Türk bölgələrində səslənir və Türklər basqıcı rejimlə qarşı qarşıya olduqları üçün idman stadyumlarında bu tür istəkləri dilləndirməkdədirlər.
 İran coğfafıyası bir çoxdilli, çokəkincli, çokdinli olmasına rağmən bu çeşidlilik egemən devlət və millət tərfindən son 100 ildə danılmaqda və görməməzlikdən gəlinməkdədir, eləcə devlətinin bütün çabası bu dilsəl, dinsəl və etniksəl çeşidliliyi ortadan qaldırmaq və azınlıq ancaq egemən millətinin özəlliklərini düşünərək bir dil, bir əkinc(kültür) və bir ideolojiyə dayalı toplum yaradmaqdır. Bu tür toplumu yaradmanın təməl yollarından birisi zorunlu eyitim sistemidir, iran’da azınlıq dili olan farsca ölkənin tək tuğralı(rəsmi) dilidir və büyük ayrıcalıqlara sahib və eləcə zorunlu eyitim dili də Anadili yox bəlkə azınlıq dili olan farscadır. 
Urmiye’li gənclərinin səsləndirdiyi Türk dilinə oxul istəyi bir çox Türk eyləmçi tərəfindən də İran’da dilsəl ayrımçılığı son vermək üçün ilk addım olaraq dilləndirilməkdədir, Türk eyləmçilərə görə çoxunluq dili olan Türkcə iran’da Anayasal olaraq tuğralı dili olub və güvəncə altına alınmalıdır, artı farsca hər nə adla olursa olsun Türklərə zorunlu olaraq öyrətilməməlidir. əyər farslar Türkcənin bir yad dil olaraq öyrənmək istərsələr kəsinliklə Türklər də farscanı bir yad dil olaraq öyrənməyə sıcaq baxa bilər. 
İrandaki Türklər azınlıq ancaq egemən qrup olan farslardan fərqli etnik kimli və Anadili daşıdıqları üçün toplumdan dışlanmış və büyük ayrımçılıq və sistematik ırqçılığa məruz qalmaqdadırlar.
Urmiye’li gənclərin Türk Dilində Oxul sloganini səsləndirmələrilə ilgili video

Türk Dili Qurumu Yaradılması üçün imza Kampanyası Başlatıldı

Kategori: , , , , , , , , , Umud Urmulu - چهارشنبه, خرداد ۲۹, ۱۳۹۲ - 0 comments
Iran’da Türkcəyə önəm verən bir neçə yazarın öncülüğündə Sosyal Ağ olan Facebook’da “İranda Türk Dili Qurumu imza Kampanyası” adlı bir səhifə işə başlayıbdır.
Bu səhifənin yönəticiləri bu Kampanya haqqında belə yazmışlar:
Bu sehife Cumhurbaxanı Hesen Ruhâni`nin séçim tebliğatı sırasında “TÜRK Dili ve Kültürü Akademisi”ni (Ferhengistanı`nı) qurma haqqında vérdiyi sözün gérçekleşmesini te`qib étmek, bu qonuda imza toplama kapmanyası başladıp onu koordiné étmek üçün açılmışdır. İranda yaşayan bütün Türklerin bu milli-kültürel isteyi, gerekli imzalar toplandıqdan sonra, açıq mektub olaraq yayınlanıp bir nüsxesi de Hesen Ruhâni`nin Cumhurbaşxanlığı defterine gönderilecekdir.
İran`da yaşayan bütün Türk kitlelerinden, hansı bölge ve ostanda yaşamalarından, İran`ın quzéybatısında, ortasında, günéyinde, quzéydoğusunda; Türkce`nin hansı lehcesinde danışdıqlarından ve bağlı olduqları tayfa, siyâsi ve idéolojik axımlardan asılı olmadan, özünü Türk bilen ve Türkce`ni séven herkese âid olan bu milli-kültürel girişime qatılmaları gözlenir. 
Xatırladaq Həsən Ruhani Adaylıq zamanında Təbriz, Urmiye vs kimi Türk bölgələrınə gəldiği zaman iran’da Türk Dil Qurumu yaradacağına söz vermişdir və beləliklə onun dediğinə görə iran’da Dilsəl ayrımçılığıa son verməyı amacladığını önə sürmüş. Iran’da Türklər yanlız Dilsəl Ayrımçılıqlara son vermək üçün ilk addım olaraq Türkcənin iranin bütünlüğündə Rəsmi və Gənəl Dil olmasını istəməktədirlər, ancaq Türk Dil Qurumunun yaradılması bu yöndə ilk addım ola bilər. 
Bu Kampanyaya Dəstək vermək üçün Bu Bağlantıdan yararlana bilərsiz.
Iran’da Türk Dili və Kültürü Akademisnin imza kampanyasına dəstək olub və imzalamaq üçün aşağidaki bağlantıya gedib:
http://tinyurl.com/turkdili
səhifəyə keçdikdən sonra “Sign the petition” bölümünü tiklayib və yeni səhifədə "First Name" bölümüdə Adınızı, "Last Name" bölümüdə Soyadınızı, "Email Address" bölümündə Emilinizi, və "Verification Code" bölümündə isəgörünən kodu yazın və son olaraq SİGN düyməsini tiklayin.

Lüfən bu görüntünü yayaraq bu kampanya’ya dəstək olun.
با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya