‏نمایش پست‌ها با برچسب Eyitim. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Eyitim. نمایش همه پست‌ها

İran’da Anadilinde eyitim yasaqına devam

Kategori: , , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, بهمن ۰۹, ۱۳۹۲ - 0 comments
Umud Urmulu
İran bir çoxuluslu, çoxdilli və çoxkültürlü ölkə olmasına rağmən son 100 ildə bu çeşidlilik yox sayılıb və devlətin bütün siyasətləri dilsəl və kültürəl çeşidliliyi yox edərək azınlıq ancaq egemən bir qrupun özəlliklərinə dayaranaraq yapay bir ulus –devət yaradmaq olmuşdur. 
Dilsəl və kültürəl çeşidliliyi yox etmək üçün egemən qrupun qullandığı ən önəmli arac ölkənin azınlıq ancaq tək tuğralı(rəsmi) dili olan farscaya dayalı zorunlu eyitim olmuş, eləcə İran’da eyitim sisteminin amacı dünya evrənsəl eyitim sözləşməsı kimi çeşidliliyə sayqı, qorumaq və onu gəlişdirmək yerınə dilsəl və kültürəl çeşidliliyi yox edib bir azınlıq dilinə dayalı bir ulus, tək tip və tək ideolojik bir ulus yaradmaq olmuşdur. Ancaq iran’ad fars olmayan uluslar və özəlliklə çoxunluq olan Türklər son illər içində bölgəsəl və kürəsəl alanda gəlişən olayladan dolayı bir toplumsal oyanş və millətləşmə sürəci yaşamaqdadırlar və millətləşmə sürəcinin ən önəmli qanıtlarının da birisi Anadili və etniksəl haqqları qonusunda bilinclənmədir. Anadilində eyitim istəyi qonusunda Türklər və doğal olaraq fars olmayan uluslar iran devlətinin bir basqıcı və tutalitar yapısını gözə alaraq son illərədə daha bilincli davranmaqdadırlar və Türk gəncliyi försət olduğu hər alanda “Türk dilində mədrəsə olmalıdır hər kəsə”, “haray haray mən Türkəm” vs kimi sloganları səsləndirərək nə qədər ötəkiyə görə Anadilində eyitim qonusunda ısrarlı olduqlarını gözlər önünə sərgiləməkdirlər. 
Bu olayı başqa bir yönü isə iran devlətinin Anadilində eyitim kimi bir qonuyu devlətin ən üst düzey yetgililəri tərəfindən dəfələrəcə dilləndirilməsi olmuşdur, eləcə Həsən Ruhanı seçimlərdən öncə Təbriz, Urmiye, Ərdəbil vs kimi Türk şəhərlərinə oy istəmək üçün gəldiyi zaman seçildiyi sürədə iki vədəni daha on plana çıxarmış bunlardan birisi Anadilində eyitim və öbürü Türk Dili Qurumunun yaradılması olmuşdur. Ancaq Ruhanı seçildikdən sonra bu qonuda pratikdə addımlar atmasada son 6 ay içində Anadilində eyitim qonusu devlət yetgililəri və egemən və mərkəziyətçi qrupun toxunduğu bir qonu olmuşdur. Son yeddıcə(həftə) içində fars Dili qurumu və bir neçə iran Ulusal məclisində eyitim komisyonu üyələri iran’da Anadili qonusunda medya ilə söyləşiləri olmuşdur, bu söyləşilərin özetini aşağıda sıralamaqdayıq:
Məhəmməd Əli muvvəhid(fars dili qurumu üyəsi): Devlət yerəl dilləri dirə müdaxilədən qaçınılmalı, biz farsca kimi tuğralı dilimiz var əyər devlət yerəl dillərə tərəf gedərsə bizim işimiz çox zor olur.
Məhəmməd Dəbir muqəddəm(fars dili qurumu üyəsi): yerəl dillər qonusunda Anadilində eyitim yerinə ən önəmli bu dillərdə araşdırma yapılmasıdır. Bu yerəl dillər birçox ləhcəyə ayrəlmaqdadırlar və əyər bu yerəl dillərin birisini eyitim üçün seçərsək bizim üçün büyük və çox sorunlara yaranacaqdır.
Bəhaəddin Xurrəmşahi(fars dili qurumu üyəsi): devlət gərək Anadilində eyitim üçün bir sınır qoya, gərək nə qədər və nə biçimdə Anadilində eyitim verəcəyini sınırlarla bəlirləyə.
Səlim Neysrai(fars dili qurumu üyəsi): birsıra insanlar bir qovmu sevməyi Anadilində eyitimlə eşid görürlə bu çox qorxuncdur, biz iran’da Ferdusi kimi öndərlərin farscanın bu qədər gəlişməsi kimi insanların yetişdirilməsinə nə qədər şansımız var?  Anadilində eyitim üçün gərək gələcəyə baxaraq özümüzə sorun yaradmayaq.
Fəthəllah Muctəbayi(fars dili qurumu üyəsi): fars olmayanların Anadilində istəyi dışarıdan gəlmə və dış güclərın bizə qarşı ürətdiyi sorundur. Hindistan’da ingilizlər aracılığıla bu olay gərçəkləşdi və indi bu güclər bu sorunu bizə daşımaq istəyirlər. əyər Anadilində eyitimi olursa biz geriyə dönəcəyik və bu çox qorxuncdur.
Cabbar kuçəknejad(Rəşt millət vəkili): Anadildə eyitim iran’da olanaqsızdır, özəlliklə eyitim kitablarının içəriyini anadilə dayalı hazırlamaq olmaz.
Qasım cəfəri(Bucnurd millət vəkili): Anadilində eyitim iranı bölər və qovmlar arasında sorun yaradar.
zöhrə Təbibzadə(Teran millət vəkili): Anadildə eyitim tasarısı ağıl dışı və məntıqsızdır, ölkə bütüvlüyünü saxlayan tək dil farscadır.
Görüldüyü kimi azılıq anacq egemən qurupun Anadilində eyitim kimi bir insanin ilkən haqqı qonusunda mənimsədikləri tutum və söyləm nə qədər çağ dışı, ırqçı, aşağılayıcı vsdır.

Urmiye'li genclerin isteyi: Türk Dilinde Oxul

Kategori: , , , , , , , , , , , , , Umud Urmulu - دوشنبه, آذر ۱۸, ۱۳۹۲ - 0 comments
Umud Urmulu
Güney Azərbaycan, Urmiye: dünən İranın voleybol süper lig yarışlarından Urmiye bələdiyəsi Tehranın Saypa taxımıla Güney Azərbaycanın Urmiey şəhərində qarşı qarşıya gəldilər və Urmiye bələdiyəsi 3 -1 Tehran taxımını oddu, ancaq yarışmada ginə Urmiye’li gənclər Türk ulusal solganı olaraq “Türk dilində mədrəsə” istəyini yenilədilər.
Tehranın Saypa taxımı iran süper ligində 6 kəz ikinci sırada yer almışdır və dünən Urmiye taxımı qarşısında yenilməyə uğraması Urmiye Voleybol taxımının nə qədər güclü olduğunun göstərdi, İran’da Urmiye şəhəri voleybol Ana vətəni olaraq tanınmaqdadır . Ancaq bu yarışmanın ən önəmli bölümü Türk gənclərinin dəfələrəcə Urmiye’nın 6000 nəfərlik Stadyumunda Türk dilində eyitim istəyini sloganlarla səsləndirmələri oldu. Türk dilində oxu istəyi və slogani ilk kəz dəyil Urmiye, Güney Azərbaycan və iranın başqa Türk bölgələrində səslənir və Türklər basqıcı rejimlə qarşı qarşıya olduqları üçün idman stadyumlarında bu tür istəkləri dilləndirməkdədirlər.
 İran coğfafıyası bir çoxdilli, çokəkincli, çokdinli olmasına rağmən bu çeşidlilik egemən devlət və millət tərfindən son 100 ildə danılmaqda və görməməzlikdən gəlinməkdədir, eləcə devlətinin bütün çabası bu dilsəl, dinsəl və etniksəl çeşidliliyi ortadan qaldırmaq və azınlıq ancaq egemən millətinin özəlliklərini düşünərək bir dil, bir əkinc(kültür) və bir ideolojiyə dayalı toplum yaradmaqdır. Bu tür toplumu yaradmanın təməl yollarından birisi zorunlu eyitim sistemidir, iran’da azınlıq dili olan farsca ölkənin tək tuğralı(rəsmi) dilidir və büyük ayrıcalıqlara sahib və eləcə zorunlu eyitim dili də Anadili yox bəlkə azınlıq dili olan farscadır. 
Urmiye’li gənclərinin səsləndirdiyi Türk dilinə oxul istəyi bir çox Türk eyləmçi tərəfindən də İran’da dilsəl ayrımçılığı son vermək üçün ilk addım olaraq dilləndirilməkdədir, Türk eyləmçilərə görə çoxunluq dili olan Türkcə iran’da Anayasal olaraq tuğralı dili olub və güvəncə altına alınmalıdır, artı farsca hər nə adla olursa olsun Türklərə zorunlu olaraq öyrətilməməlidir. əyər farslar Türkcənin bir yad dil olaraq öyrənmək istərsələr kəsinliklə Türklər də farscanı bir yad dil olaraq öyrənməyə sıcaq baxa bilər. 
İrandaki Türklər azınlıq ancaq egemən qrup olan farslardan fərqli etnik kimli və Anadili daşıdıqları üçün toplumdan dışlanmış və büyük ayrımçılıq və sistematik ırqçılığa məruz qalmaqdadırlar.
Urmiye’li gənclərin Türk Dilində Oxul sloganini səsləndirmələrilə ilgili video

Türk Dili Qurumu Yaradılması üçün imza Kampanyası Başlatıldı

Kategori: , , , , , , , , , Umud Urmulu - چهارشنبه, خرداد ۲۹, ۱۳۹۲ - 0 comments
Iran’da Türkcəyə önəm verən bir neçə yazarın öncülüğündə Sosyal Ağ olan Facebook’da “İranda Türk Dili Qurumu imza Kampanyası” adlı bir səhifə işə başlayıbdır.
Bu səhifənin yönəticiləri bu Kampanya haqqında belə yazmışlar:
Bu sehife Cumhurbaxanı Hesen Ruhâni`nin séçim tebliğatı sırasında “TÜRK Dili ve Kültürü Akademisi”ni (Ferhengistanı`nı) qurma haqqında vérdiyi sözün gérçekleşmesini te`qib étmek, bu qonuda imza toplama kapmanyası başladıp onu koordiné étmek üçün açılmışdır. İranda yaşayan bütün Türklerin bu milli-kültürel isteyi, gerekli imzalar toplandıqdan sonra, açıq mektub olaraq yayınlanıp bir nüsxesi de Hesen Ruhâni`nin Cumhurbaşxanlığı defterine gönderilecekdir.
İran`da yaşayan bütün Türk kitlelerinden, hansı bölge ve ostanda yaşamalarından, İran`ın quzéybatısında, ortasında, günéyinde, quzéydoğusunda; Türkce`nin hansı lehcesinde danışdıqlarından ve bağlı olduqları tayfa, siyâsi ve idéolojik axımlardan asılı olmadan, özünü Türk bilen ve Türkce`ni séven herkese âid olan bu milli-kültürel girişime qatılmaları gözlenir. 
Xatırladaq Həsən Ruhani Adaylıq zamanında Təbriz, Urmiye vs kimi Türk bölgələrınə gəldiği zaman iran’da Türk Dil Qurumu yaradacağına söz vermişdir və beləliklə onun dediğinə görə iran’da Dilsəl ayrımçılığıa son verməyı amacladığını önə sürmüş. Iran’da Türklər yanlız Dilsəl Ayrımçılıqlara son vermək üçün ilk addım olaraq Türkcənin iranin bütünlüğündə Rəsmi və Gənəl Dil olmasını istəməktədirlər, ancaq Türk Dil Qurumunun yaradılması bu yöndə ilk addım ola bilər. 
Bu Kampanyaya Dəstək vermək üçün Bu Bağlantıdan yararlana bilərsiz.
Iran’da Türk Dili və Kültürü Akademisnin imza kampanyasına dəstək olub və imzalamaq üçün aşağidaki bağlantıya gedib:
http://tinyurl.com/turkdili
səhifəyə keçdikdən sonra “Sign the petition” bölümünü tiklayib və yeni səhifədə "First Name" bölümüdə Adınızı, "Last Name" bölümüdə Soyadınızı, "Email Address" bölümündə Emilinizi, və "Verification Code" bölümündə isəgörünən kodu yazın və son olaraq SİGN düyməsini tiklayin.

Lüfən bu görüntünü yayaraq bu kampanya’ya dəstək olun.

Anadilde Eyitim Yabancıların İsteyidir

Kategori: , , , , , , , , , , , , , Umud Urmulu - جمعه, خرداد ۰۳, ۱۳۹۲ - 0 comments

Güney Azərbaycan: iranin Başbaxanlıq Adaylarından “Qulaməli Həddad Adil” Öz Öyrəncisəl Seçim Toplantılarını dəvam etməktədir ancaq hər gün irqçi söyləminə yeni bir Qavram və qonu artırmaqdadır, son olaraq Sözdə olsa bilə Adil iran’da Anadildə Eyitim istəyinin Yabancılar tərəfindən dilləndirdiğini söyləmişdir.
Tehranin Şərif Biliyurdunda keçirilən Öyrəncisəl Seçim Toplantılarında Türk Öyrəncilər iran’da Anadildə Eyitim haqqında Hədad Adildən Soru sormuşlar. Yayınlanan bilgilərə Görə bir Türk Öyrənci iran Anayasasinin 15 ci Maddəsinin yanlız Evdə Anadil qullanımı halda Sorun olmadığını ön gördüğünü söyləmiş yoxsa Bu maddə Anadildə Eyitim tanıdığını sorğulamışdır, Artı Türk Öyrənci önümüzdəki illərdə Başqa fars olmayan Dillərin Soyqırıma uğradığı haldə Hədad Adilin nə düşündüğünü istəmişdir. 
Hədad Adil iran Anayasasının 15 ci maddəsi haqqında Medyada söylənən sözlərı gərçək dışı olduğunu savunub və Anadildə Eyitim haqqında belə yanıd vermışdır:
Məncə Anadildə Eyitim Evdə ailələr tərəfindən gərçəkləşdiği üçün oxulda və Eyitim sistemində var olmasına gərək yoxdur və iranin Eyitim sistemində farscanı Uşaqların Öyrənmələri yetərlidir ancaq mən Eyitim sistemində Seçməli 1 kitabin Anadildə olmasından yanayam və bunu doğru görürəm.
 Hədad Adil Toplantıda bulunan Öyrəncilərdən fars və ingilizcə arasında hansı dilin Öyrənilməsini daha qolay olduğunu soruşur ancaq Öyərncilər birlikdə fars dilinin daha zor olduğunu söyləyirlər və bu yanıdlar Hədad Adilin daha Əsəbiləşməsinə nədən olduğuna yol açmışdır.
Toplantının ardında Hədad Adil Quzey Azərbaycanin 17 şəhərinin iran’a Geri Qaytarılamsını söyləyib və Öyrəncilər dən daha çox bu qonularda əktiv olmalarını diləmişdir ancaq Öyrəncilərın bir çoxu Hədad Adilin bu irqçi və Aşiri Fars Milliyətçi sözlərı nə qarşı toplantını tərk etmişlər.
Iranin sözdə Başbaxanlıq Seçki adaylarının gənəl olaraq irandaki baqşa Etnik qruplar haqqında Düşündüklərı ortadadır, fars olmayan Uluslar üçün bunların heç birisini fərqi yoxdur. Iranda Türklərın ortaq istəyi Türkcənin iranin Gənəlində Rəsmi və Devlət Dil olmasıdır və buda Anayasal güvəncə altına alınması gərəkir.

Türk milletine inanmayan Azerbaycançıların vizyonsuzluq ve çelişgileri

Kategori: , , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, اسفند ۰۲, ۱۳۹۱ - 0 comments

Méhran Baharlı
S. B. bir yorumunda béle bir cümle işletmişdir: “Güney Azerbaycan milli herekatı ne Türk qarşıdı ve Türklüye alerjisi olan kökdenkomunist "GUYA" Azerbaycançıları qebul edir nede ki viziyonsuz, dövletleşme qonusunda çelişkiler yaşayan ve bağımsızlığı qebul etmeyen sözde Türk ""xalqının"" savunucularını qebul edir”.

1-Artıq şexler ve quruplar, öz düşüncelerini tanımlamasında oybirliyi bulunmayan soyut “Günéy Azerbaycan milli hereketi” adına déyildir, özlerinin somut görüşleri diye ileri sürmelidirler.  İranda her yérde Urmuda, Zenganda, Komicanda, Sunqurda, Mencilde, Baharda, Qorvada, Qezvinde, Savucbulaqda, Firuzabadda, Feridende, Bocnurda, Deregezde .... özünü Türk bilen ve Türk adlandıran insanlar öz kimlikleri, öz dilleri, öz târixleri, öz kültürleri ve öz sorunları ile ilgilenmeye ve bunlar haqqında bilinclenmeye başlamış ve bu bilinclenmeye orantılı olaraq - ferqli düzéylerde olsa bile- siyâsi éylemlere girişmekdedirler. Bu, bir Türk oyanışı, özüne qayıtması ve dirçelişidir. İndi bir sıra sexsler bu Türk kitlenin bir bölümünün bu oyanış hereketini kéyfi olaraq “günéy Azerbaycan milli hereketi” adlandırabiler. Başqası da bu oyanışını, hara olduğu üzerinde bile icma bulunmayan Günéy Azerbaycanla sınırlı görmeyip, gérçekci bir yaxlaşımla İranda yaşayan Türk étnosunun bir bütün olaraq milli bilinclenme hereketi görürebiler. Ancaq bunlar, tercih édilen ferqli baxış açılarından elde édilen gözlemlerdir ve béle de ileri sürülmeleri gerekmekdedir. Zâten şexsler ve qurupların öz adlarına déyil; ne olduğu belli olmayan, heqiqi ve huquqi kimliyi bulunmayan Günéy Azerbaycan Milli Hereketi adına danışması, siyâsi açıdan olqunlaşmama ve déneyimsizliyin belirti ve qanıtıdır. Dolayısı ile S. B.`ın yorumunda Günéy Azerbaycan Milli Hereketi “idéolojisi” ile “qebul édip étmedikleri”  diye sunduqları, dibde onun şexsinin belli qonularda ileri sürdüyü düşüncelerin ötesine géçemez.
2-S. B. Türk xalqını savununanlar haqqında béle yazır: “viziyonsuz, dövletleşme qonusunda çelişkiler yaşayan ve bağımsızlığı qebul etmeyen sözde Türk ""xalqının"" savunucularını ...”. Bu temelsiz iddianın tersine, Türk xalqını savunanlar ne vizyonsuzdurlar, ne dévletleşme qonusunda en kiçik bir çelişgileri vardır, ne de bağımsızlığı redd édirler. Tersine İranda Türk milletinin qurtuluşunu, onun dévletleşme ve gérçek anlamda bağımızlığını sağlayabilecek, çelişgi içermeyen tek vizyonlu düşünce, S. B.`ın bu “Sözde Türk xalqını savunanlar” dédikleridir. Öte yandan son seksen ilde görüldüyü ve tecrübe ile defelerle qanıtlandığı kimi, kilasik Azerbaycançılıq, Türk xalqımızı bölen ve kimliksizleşdiren; milletleşmeme, dévletleşmeme ve bağımsızlaşmamasını qarantileyen; géçmişi olmadığı kimi geleceyi de olmayan vizyonsuz, çelişgiler yumağı olan bir düşüncedir.
Sözde Türk xalqı? İranda Kürd xalqı, Türkmen xalqı, Beluç xalqı ve .... başqaları kimi, Türk xalqı da bir gérçeklikdir. Türk milletini danan kilasik Azerbaydançılar, istiqlalı onun üçün alacaqları xalqın doğru adı ve gérçek kimliyini bile bilmirler ve işqalçı Sovyét koloniyalizminin yaratdığı Günéy Qafqazyalı bir milli kimlik ve millet olan Azerbaycanlı`nı özlerinin milli kimliyi ve milleti ile deyişik salırlar. Zâten Türk xalqının varlığı ve bütünlüyüne inanmayanın ve öz milletlerinin adına sayqısızlıq édenlerin, vizyonlu olması da önemsiz ve deyersizdir, dévlet ve bağımsızlıq istemesi de.
Kim vizyonsuzdur? İndiki durumda tek vizyonsuz olan düşünce sâhibleri, Günéy Azerbaycanın istiqlalından danışan kilasik Azerbaycançılardır. Yuxarıda da söylendiyi kimi bunlar, sözünü étdikleri istiqlalı onun üçün alacaqları xalqın doğru adı ve gérçek kimliyini bile bilmirler ve işqalçı Sovyét koloniyalizminin yaratdığı Günéy Qafqazyalı bir milli kimlik ve millet olan Azerbaycanlı`nı özlerinin milli kimliyi ve milleti ile deyişik salırlar. Veten diye üzerinde quracaqları topraqların hara olduğundan xebersizdirler ve bunun İranın quzéybatısında bütün Türk topraqları olduğunu danırlar. En kötüsü de bu istiqlalı, istiqlala qavuşmuş tek bir milli mucadile örneyi bulunmayan Ortadoğu kimi bir yérde, hansı yolla ele getirecekleri haqqında en kiçik bir ip ucu bile yoxdur. Eceba belirsiz bir târixde ve daha belirsiz bir yöntemle İran`a démokrasi gelenden sonra démokratik référandumla mı bağımsız olacaqlar? Yoxsa Günéy Azerbaycanlı milletlerini? Fars milleti ile üz üze getirdikden sonra bir iç savaş yaradıp ve Birleşmiş Milletlerin mudâxilesini mi qarantileyecekler? Ya da Birinci Dünya Savaşında Osmanlı ve İkinci Dünya Savaşında Rusyanın yapdığı kimi, qonşu dévletlerden biri, örneyin Türkiyenin ordusu İran`a girip onlar üçün bağımsız bir dévlet mi quracaq? Belke de Batı ve İsrailin İran`a saldırmasından sonra, ya da sâhib olduqları PKK kimi silahli bir gücle Günéy Azerbaycanı konvansiyonél veya gérila savaşı sonucunda mı qurtaracaqlar?
Sâde ve dözümsüz kilasik Azerbaycançı aktivistler: Eceba kilasik Azerbaycançıların bu séçeneklerin her biri ile ilgili, qısa, orta ve uzun ve`deli taktik ve istiratéjileri var mıdır? Mence yoxdur. Çünkü bu amacları gérçekleşdirmek üçün ilk önce milli şuura sâhib bir Günéy Azerbaycan Milletini? yaratmaq ve herekete géçirmek, öte yandan bu amaclara zemin yaradacaq iç ve dış qoşulları hazırlamaq gerekir. Bunun da önqoşulu, Türkce oxul ve Türkce éyitim görmüş bir quşağın var olmasıdır. Ancaq dözümsüz ve sâde kilasik Azerbaycançılar, ilk başdan yanlış yola sapmışlardır. Onlar Türk milletini sözde sayır ve onun yérine xeyal ürünü olan Azerbaycan milleti ile uğraşırlar. Artı, onların béle qarmaşıq zemine hazırlama, qısa ve`de, orta ve`de` uzun ve`de ... kimi qavramlarla işleri yoxdur. Onların özlerinin dédiyine göre, “qısa vede, orta vede ve uzun ve`de tek pılanları vardır, o da istiqlalıdır”. Vizyon bu ise, doğrudur, sözde Türk xalqını savunanlar gérçekden ve kesinlikle vizyonsuzdurlar!
3-Türk milletinin Dévletleşme ve Bağımsızlığı: Sözde Türk xalqını savunanların, Türk xalqının dévletleşmesi haqqında en kiçik bir çelişgileri yoxdur. Türk xalqı uzun ve`dede ne tek İran`ın quzéy batısında, belke yaşadığı öteki iki Türk Milli Bölgesinde de (Qaşqayurd, Afşaryurd) öz milli dévletlerine sâhib olmalıdır ve olacaqdır. 
a-Orta ve`deli istekler: İranda Türk adında bir millet yaşayır. İran dévleti Türk milletinin milli varlığını ve milli haqlarını danır. Dolayısı ile İranda bir Türk Sorunu vardır. Türk Sorunun çözümü, İran dévletinin anayasal olaraq Türk xalqının milli kimliyini tanıması ve Milli Haqlarını qebul étmesiyle başlar. Milli haqlar veya istekler qısa, orta ve uzun ve`deli isteklerden oluşur. Türk xalqının yaşadığı bölgelerde veya Türk Milli Bölgelerinde Özünü Yönetme Haqqı, milli isteklerden biridir. Özünü Yönetmenin misdaqı, Orta ve`dede Türk xalqının özünü belediyeler düzéyinde yönetmesi, uzun ve`dede ise milli dêvletini qurmasıdır.
b-Uzun ve`deli istekler: Bu dévletlerin ve özellikle İran`ın quzéybatısında Téhran-Erak-Sunqur`dan başlayan ve Türkiye Cumhuriyeti -Azerbaycan Réspublikası sınırlarında biten alanda qurulacaq Türk milli dévletin durumunu ise, fédéral mı olacaq yoxsa bağımsız, Azerbaycan Réspublikası, yoxsa Türkiye Cumhuriyeti ile mi birleşeceyini, veya tek başına bağımsız bir dévlet olaraq yaşayacağını, o zamanın iç ve dış qoşulları belirleyecekdir. İç qoşulların bir néçesi Türk xalqımızda milli bilinclenme ve oluşacaq bağımsızlıq isteyinin derecesi, İran`ın başa başına sepelenmiş Türk xalqımızın tek bir Türk milleti olaraq güclenmesi, siyâsi qurupların onu herekete géçirebilme yéteneyi, .... dış qoşullardan bir néçesi de qonşu, bölgesel ve qlobal güclerin bu isteye yaşıl ışıq yaxması, bu doğrultuda aralarında bir sinérji oluşması, İran dévletinin zeyiflemesi, Türk siyâsi quruplarının bu qoşulları uzmanca ve amaca uyqun qullanabilmesi ve .....dir.
c-Qısa ve`deli istekler: Ancaq bu Orta ve Uzun ve`deli istekleri gérçekleşdirebilmek üçün, daha önce qısa ve`deli istekler elde édilmiş olmalıdır. Onlar nelerdir? İran dévletinin anayasal olaraq Türk milletinin varlıq ve milli kimliyini- olduğu kimi ve Türk olaraq- qebul étmesi, Türkcenin anayasal olaraq ölke çapında resmi édilmesi, İranın quzéybatıısında bütün Türk bölgeni qapsayacaq ve véto haqqında sâhib olan bölgesel parlaméntin qurulması. Bunlar gérçekleşdirilenden sonradır ki uzun ve`deli istekleri dillendirme anlamlı ve gérçekçi olar. Yoxsa yurddışında néçe neferin istiqlal istemesi ile İran dévleti kimi Ortadoğulu bir dévlet parçalanmaz. Sırf istiqlal istekleriyle Ortadoğu dévletleri parçalanıp millletler bağımsız olabilseydi, Qibris`de Türkler; Iraq, İran, Suriye ve Türkiye`de Kürdler, Gürcüstan`da Osétinler, Rusya ve Qafqaz`da Çéçenlerle Tatarlar, Pakistan`da Beluçlar, hetta Filistinliler ve Keşmirliler ..... kilasik Azerbaycançıların bu nüsxesini çoxdan işletmiş ve bağımsız olmuşlardı.

Özetle: Türk xalqının kimliyi ve haqlarını savunanların düşüncesi, Türk xalqını sözün gérçek anlamında qurtaracaq, onu milletleşdirecek, üzerinde yaşadığı topraqları vetenleşdirecek, burada milli dévletini quracaq tek düşüncedir. Bu düşünce söylenen amacları gérçekleşdirmek üçün qısa, orta ve uzun ve`deli istekleri içeren yol xeritesine sâhibdir. Öte yandan kilasik Azerbaycançılığın her çéşiti, bunları yapmaqdan âcizdir. Bunu kilasik Azerbaycançılığın son seksen ilde ne Türk xalqının milletleşmesi, ne Türk topraqlarının vetenleşmesi ve ne de dévletleşmesinde ileriye doğru qalıcı héç bir şéy yapamadığı ve her açıdan iflas étmesi gösterir.

Ağev Petişınlerinde işletdilen Terminoloji ve Sunulan Siyasi Söylemler

Kategori: , , , , , , , , , , , , , , , Umud Urmulu - شنبه, بهمن ۲۸, ۱۳۹۱ - 0 comments


Umud Urmulu:
Sıralanan qonular dışında məncə:
Türk Xalqini Azınlıq göstərilməsi, bizi dünya çapında bəlkə bir Azınlıq olaraq azınlıq haqqlarını əldə etməsi çabası kimi reklam edə ancaq bizim gərçəkdə çoxunluq olmamız iran dövlətinin bir azınlıq olaraq çoxunluğa hökm etməsini gizlətməktədir və yanlış tutumdur.
bu Pətişının olumlu - olumsuz etgilərinin yanı sıra gərçək anlamında propaganda və reklam dışında bizim hansı yol xəritəmizi içərməktədir? bugün Refranndum olursa millətin nə diyəcəği yetişdirdiğimiz sayısızca pan iranist, mərkəziyyətçi, ekonomik, siyasal, oyanış Türk toplumun bağları və minlərcə etgəni gözə alaraq imkanli mi yoxsa imkansiz? Refrandum istəyi bizim kimi Toplumsal - Ulusal hərkətələrdə ilk- orta yoxsa son seçənək olaraq isənilir? özəliklə bölgə və dünyada bizim kimi hərəkətləri göz önünə alaraq Basquelilar, Catalanlar, bölgədəki kürdlər vs ilk olaraq öz kimlik və dillərini rəsmi olmasını istəmişlər və istəməktədirlər yoxsa Refrandumu?(toplmunun ayrışmasına zəmin hazirlamaq gərək, dışarıda oturanlar durumun fərqində dəyil, məncə bugün refrandum olursa irandaki Türklərin yarısı yox yarısından çoxu iranda qalmağı seçər). 

Ağev Petişınlerinde işletdilen Terminoloji ve Sunulan Siyasi Söylemler
Méhran baharlı
Sözümüz
Son dönemde Azerbaycanla ilgili Ağév`e xetâben néçe Pétişın yayınlanmışdır. Bunlardan biri de (Recognize that the İslamic Government of İran is violating the fundamental rights of İran`s Azerbaijani ethnic minority) adlı bir pétişındır. Bu pétişının, benzeri bir çox girişim kimi olumlu ve olumsuz yönleri vardır.

Pétişınların olumlu yönleri:
1-Bu pétişın tek bir şexs terefinden hazırlanmışdır. Bu da günümüzde biréysel girişim ve yaradıcılığn ne denli önemli, étgili ve başarılı işler görebileceyini göstermekdeir.
2-Bu pétişın, téknoloji ve bilişim çağının sunduğu sonsuz olanaqların Türk xalqımızın sesini dünyaya ulaşdırmasındakı önemini ve hamıya qolayca erişebilirliyini bir daha göstermekdeir.
3-Bu pétişın doğrudan Ağév`e xetaben yazılmışdır. Bu önemlidir, çünkü Fars toplumu terefinden Türk milletinin doğrudan uluslararası güc merkezleri ile iletişim qurmasına qoyulan tabunu héçe sayır ve Türk aydın ve aktivistlerde bu qonuda oluşdurulan çekingenliyi ortadan qaldırmağa yardım édir.
4-İranda yaşamaqda olan Türk milletinin Türk Sorununu çözmek uğrunda başlatdığı savaşımın, uluslararasılaşmazsa en kiçik bir başarı şansı yoxdur. Bu ve benzeri girişimler, Türk Milletinin sesini dünya qamuoyuna ulaşdırması ve Türk Sorunun uluslarasılaşmasına kömek édebiler.
5-Bu pétişın özellikle yurddışındakı bir sıra Türk aktivistler arasında birlik ve dayanışma duyqularının yaranması ve berkişdirilmesinde étgili olmuşdur.
6-Bu ve benzeri pétişınlar birer siyâsi éylem olaraq, görece déneyimsiz sayılan Türk siyâsi aktivistlerin déneyim qazanması ve Türk xalqının milli démokratik haqları uğrunda başlatdığı hereketin taktiksel olqunlaşmasına yardım éder
7-Her bir pétişının hazırlanması, xalqa imza üçün sunulması ve ilgili merkezlere gönderilmesi, bir siyâsi éylemdir. Bu açıdan da hereketsizlik dönemlerinde özellikle yurd içinde olan Türk aktivislere moral ve umut vérip onların aktivleşmesini körükler…..
Sorunlu yönler

1-Her hansı bir siyâsi éylem ve sosyal girişim, onu tasarlayan ve yöneten şexs, qurum, hörgüt veya derneyin adı ile yapılmalıdır. Çünkü bu éylem ve girişimlerde işledilen términoloji ve siyâsi söylemler, tekce onları hazırlayan ve onları uyqun görüp destekleyenlere âiddir, bütün Türk xalqı ve ona mensub insanlara âid déyildir. Şexsler ve hörgütlerin öz görüşlerini bütün Türk xalqı ve Azerbaycan Milli Hereketi kimi yuvarlaq qavramlar adına ileri sürmeleri, gérçekleri yansıtmadığı üçün insanların doğru bilgi édinme haqqı ile çelişmekde, ayrıca étik açıdan da doğru déyildir.
2-Bütün Türk xalqı ve belli bir ölkede yaşayan Türk topluluğun hamısının adına yayınlanmaq istenilen metinler, démokratik ilkeler ve kültürü gereyi, onu hazırlayanların adı belirtildikden sonra, qarşı ve ferqli görüşleri almaq ve metnin üzerinde icma-konsénsus oluşdurmaq üçün, mentiqli bir süre qamuda tartışılmaya açılmalıdır. Metin, üzerinde icma oluşursa belli bir topluluq adı ile, icma oluşmaz ise de tekce onu hazırlayanların adı ile yayınlanmalıdır.
3-Bu pétişından sonra ne İran dévleti orada istenilen istekleri derhal qarşılayacaqdır, ne de Ağév bir gécede bu isteklerin savunucusu halına gelecekdir. Bu kimi éylemler eslinde daha çox pıropaqanda, bilgilendirme ve dayanışma yaratma éylemidirler. Bu éylemin işlevi de daha çox Türk xalqı, milli kimliyi, milli haqları ve istekleri haqqında uluslararası qamuoyuna ve güc merkezlerine bilgi sunmaq ve Türk milli meselesine aktuallıq qazandırmaqdır. Bundan dolayı işledilen términoloji ve ileri sürülen söylemler, son derece önemlidir ve onların dillendirilmesi ve kelimeler halına tökülmesine, yazılan metnin istenilen amacların doğrultusunda olup onlara zerer vérmesin diye, olağanüstü titizlikle yanaşılmalıdır.
4-Bu petişının işletdiyi términoloji ve sunduğu siyâsi söylemde belli sorunlar vardır. Burada milletimizin adı “Turk” yérine “Azerbaijani” ve dilimizin adı “Turkish” yérine “Azerbaijani Turkic” adlandırılmış, xalqımız démoqrafik olaraq çoxunluq olduğuna reğmen bir étnik azınlıq olaraq gösterilmişdir. Ayrıca  Türk milletinin temel dilsel isteyi olan “Türkcenin anayasal olaraq ve ölke çapında resmi édilmesi” İsteyi görmezden gelinip, onun yérine yüz il bundan qabağın İsteyi olan “anadilde tehsil” temel istek kimi gösterilmişdir.

Milletimizin milli adının Azerbaijani diye sunulması:
İranda Azerbaycanlı-Azerbaijani diye bir étnik veya milli qurup, milliyet veya millet yoxdur. Türk milleti vardır. Bir sıra xâricde yaşayan siyâsi aktivist, Türk xalqının milli ad ve milli kimliyi olan Türk ile inadlaşmaya ve öz milletlerine sayqısızlıq étmeye son vérmelidirler:
1-Azerbaijani veya Azerbaycanlı Sovyêtlerde 30lu illerde Günéy Qafqazya özlellikleri temel alınaraq İstalin hâkimiyyeti terefinden yaradılmış yéni milli ad ve yéni milli kimlikdir. Bu millet yaratma pırojesi veya milletleşme süreci, biz İranda yaşayan Türk xalqının içinden géçdiyi milletleşme sürecinden büsbütün ferqlidir. İranda yaşamaqda olan ve milli kimliyinde Ortadoğu, Günéy Qafqaz ve Kiçik Asiya çalarları var olan Türk milleti, Sovyétlerin parçası olmamış, ona İstalin-Sovyétler höküm sürmemiş ve İranda Rusiya Komunist Partisinin merkezi otoritesi demir yumruqla Azerbaycanlı diye bir milletleşme ve millet yaratma süreci başlatmamışdır. Bundan sonra da İranda Azerbaycanlı diye bir milli qurupu yaratmaq isteyen güclü bir merkezi otorite ve irâde var olmayacaqdır. Bizde, Türkiyede olduğu kimi, târixin doğal sürecinde eski Türk qovmu veya étnisitesinden gelişerek, Türk milleti ortaya çıxmış ve İranda Kürd, Beluç, Lor, Türkmen, Fars milletleri oluşduğu kimi bir de TÜRK milleti oluşmuşdur. Zaten İran`ın toplumsal dili ve siyâsi edebiyatında “Fars, Türk, Ereb, Kürd, Türkmen, Beluç …..” qalıbını içeren bir çox déyimin varlığı da, İranda Türkmen, Fars, Kürd, ….. cergesinde olan bir de Türk milleti veya Türk milli qurupunun varlığını gösterir.
2-Azerbaycanlı étnik-milli adı, İranda ve özellikle İranın quzéybatısında Türk Milli Bölgesinde yaşayan Türk milletimizi iki Azerbaycanlı olan (Qerbi Azerbaycan, Şerqi Azerbaycan, Erdebil ve Zengan) ile Azerbaycanlı olmayan (Hemedan, Qezvin, Merkezi, Elburz, Qum, Téhran, Kürdüstan, Kirmanşah, Gilan ostanlarında yaşayan) Türk kitlesine bölüp parçalayır. Bu da en başda İran`ın koloniyalist siyâsetlerine xidmet édir. Yurd dışındakı bir sıra Türk activist, İran dévletinin Türk xalqımızı bölüp yox étme siyâsetleri ve términolojini yaymağa son vérmelidirler.
3-Bu pétişında İstalinist términoloji, örneyin Azerbaijani yérine Turk ve Turkish yazılsaydı, Hemedanlı da, Merkezi ostanlı da, Qezvinli de, Savalı da, Qumlu da, Savucbulaqlı da, Abyékli de, Bicarlı da, Sunqurlu da, Mencilli de, Yasukenli de, hetta İranın ortasında Feridenli ve Samanlı da, İranın günéyinde Firuzabadlı ve Ebülverdli de ve İranın quzéydoğusunda Bocnurdlu ile Deregezli Türk de, hamısı éyni milletin biréyleri olduğunu hiss éderek ve özlerini pétişında görerek, ona imza atardı. Ancaq Türk xalqının adlını çekmeyen bu pétişın, işletdiyi térmonoloji ile Türk xalqı arasında birlik yaratmaqdan âciz bir siyâsi éylemdir.
4-İngilizcede işledilen Azerbaijani kelimesi Farsca –i soneki ile yapılmış, Fasca bir kelimedir. Bir sıra siyâsi aktivistin Türk xalqımızı uluslararası toplum ve edebiyatda Farsca bir kelime ile adlandırması, Türk xalqını  aşağılayan bir davranışdır ve bizim milli kimliyimize dönüş hereketimiz ve Fars sömürgecilikden qurtulma savaşımızla çelişmekdedir.
5-İranda Azerbaycanlı, Azerbaycan coğrâfiyasında yaşayan her kimse démekdir. Bu ad, Azerbaycan coğrâfiyasında yaşayan Türk, Fars, Kürd, Tat, Talış, Érmeni, Asoru, Yehud, … hamısının ortaq coğrâfi adıdır. Ancaq Azerbaycanlı kesinlikle milli-étnik bir ad ve kimlik déyildir. Dolayısı ile Azerbaycanlı-Azeraijani, söz qonusu İran ise, étnik-milli ad ve kimlik olaraq qullanılabilmez. 
6-Azerbaijani-Azerbaycanlı adını Türk milli kimliyi ile birleşdirmek ve bunları Türk milletinin milli adını ataraq onun yérine işletdmek, Türk milletine qarşı yapılan açıq ırqçılıqdır. Kimse ve özellikle yurddışında yaşayan ve belli idéolojileri menimsemiş siyâsi aktivistler, héç bir étnik ve milli qurupun târixen özünü adlandırdığı milli ad ve menimsediyi milli kimliyi deyişdirme haqqı ve yétgisine sâhib déyildir. Bu gobudluq temel insan haqlarına da tersdir. Yurd dışındakı bir sıra Türk siyâsi aktivistler Türk xalqına qarşı ırqçılıq yapmağa son vérmelidirler.
7-Azerbaycanlı, Azerbaycan coğrâfiyasında yaşayanların, milli kökenlerinden asılı olmadan ortaq coğrâfi kimliyidir. Hamının éyni derecede malı olan bu ortaq coğrâfi kimlik adını, Türk olmayanlardan alıp ve tekce Azerbaycanlıların bir bölümünü - özü de çoxunluğu- oluşduran Türk étnisitesine özel étmek, Türk olmayan Azerbaycanlılara qarşı açıq ırqçılıqdır. Yurd dışındakı bir sıra Türk siyâsi aktivisler, Azerbaycanda yaşayan ancaq Türk olmayan étnik quruplara qarşı ırqçılıq yapmağa son vérmelidirler.
8-Azerbaycanlı adını Türklerin bir bölümünün milli adı olaraq işletmek, Türk olmayan Azerbaycanları Azerbaycanlılığın dışına itelemekde ve doğal olaraq onlarda Azerbaycanlılıq duyqusunu yox étmekdedir. Bu da günümüzde Azerbaycan adlanan coğrâfiyada yaşamaqda olan Tat, Talış, Kürd, Fars ve Gilek xalqlarında Azerbaycandan ayrılma isteklerini körüklemekdedir. Onlar, mâdam ki biz Azerbaycanlı déyilik, Azerbaycan topraqları içinde qalmamağımızın da anlamı yoxdur diye düşünürler. Néce ki bu yanlış tutum ve Azerbaycanlını Türk yérine işletme olayı, son dönemde adı géçen xalqlarda güclü anti Azerbaycan ve bölücü hereketler yaratmışdır. Yurd dışındakı bir sıra Türk siyâsi aktivist, bölge xalqlarını Türk xalqına qarşı qışqırtmaq ve sürtüşme-çekişme yaratmağa son vérmelidirler.
Bizim dilimizin adı Azerbaijani-Turkic déyildir, Turkish veya Türkcedir.

Dilimizin Azerbaijani Turkic adlandırılması yanlışdır.
1-Turkic bir diller âilesinin adıdır. Buraya Çuvaş, Yakut, Uyqur, Özbek, Qazaq, Türkmen, Tatar  ….. kimi diller dâxildir. “Çuvaş Turkic” diyende bunun anlamı “Çuvaş” adında ve “Turkic” dilleri âilesine dâxil olan bir dilinin var olmasıdır. “Azerbaijani Turkic” diyende de éyni biçimde bunun anlamı adı “Azerbaijani” olan bir “Turkic” dilin var olmasıdır. Oysa özellikle İranda Azerbaijani diye bir dil yoxdur. Bizim dilimizin adı Türkce veya Turkishdir. Lehce qurubumuzun Turkiye Türkcesine qarışma éhtimalı olan durumlarda ise onu, “East Turkish” veya “Turkish” (Iran-Azerbaijan) kimi adlandırmaq olasıdır.
2-Génel olaraq bizim lehce qurupumuzu veya Batı Oğuzcanın doğu lehce qurupunu, Azerbaycanla özdeşleşdirmek yanlışdır. Çünkü ne bu lehce qurupunun ortaya çıxışı bugün Azerbaycan adlanan bölgede olmuş ve ne de günümüzde yayıldığı alan Azerbaycan adlanan bölge ile sınırlıdır. Türkcenin bu lehce qurupunun çekirdeyi Orta, Günéy ve Doğu Anadoluda ortaya çıxmış ve günümüzde işlendiyi alan da İran`ın quzéybatısında Azerbaycan adlanan ostanların (Qerbi Azerbaycan, Şerqi Azerbaycan, Erdebil ve Zengan) dışında, Azerbaycan adlanmayan ostanlar (Hemedan, Qezvin, Merkezi, Elburz, Téhran, Qum, Kirmanşah, Kürdüstan ve Gilan), habéle İranın ortası, İranın günéyi, İranın quzéydoğusu, Türkiyenin doğusu, ortası ve günéyi, İraq ve Suriye … bölgelerini qapsamaqdadır.

Milli isteklerimiz bütün Türk milletimizin istekleridir, tekce Azerbaycanda yaşayan bölümünün déyil
1-Bizim milli mesele milletimizin milli kimliyini qoruma ve milli haqlarını elde étmekden oluşmaqdadır.  Dolayısı ile burada Türk milli kimliyi ve Türk milli haqları söz qonusudur. Bu da İranda yaşayan bütün Türk milletini ilgilendirir. Türk milli meselesinden yalnız Azerbaycanlıların istekleri ve haqları diye söz étmek, gérçekleri çarpıtmaq ve Türk xalqının Azerbaycan dışında yaşayan bölümlerine sayqısızlıqdır. İstenilen istekler Türk xalqının tekce Azerbaycan bölgesinde yaşayanlar üçün déyil, bütün Türk xalqı üçün istenilmekdedir.
2-Bir sıra yurddışındakı Türk aktivislerin öz xalqları olan dört ostan dışında İranın başqa ostanlarında yaşayan Türk kitlesini, ayrı étnik quruplar olaraq sanması ve onların durumları ve haqları ile ilgilenmemesi, milli bilincden yoxsunluğun açıq belirtisi ve öz Türk xalqlarına yadlıq ve ondan qopuqluğun, Rusiya ve İran dévletlerinin koloniyalist siyâsetlerine yénik düşdüklerinin sonucudur. Bu anlayışın dünya qamuoyuna Türk xalqı haqqında yanlış bilgileri yayması ve yérleşdirmesi ise gérçek bir felâketdir.
3-Milli istekler ve milli haqları dillendirerken Türk xalqının bütününden söz étmemek ve tekce Azerbaycanda, yanı dörd ostanda yaşayan bölümünden söz étmek, siyâsi olaraq da son derece saxıncalıdr. Çünkü bu yanlış anlayış ve tutum, Türk xalqını siyâsi olaraq bölür, Azerbaycanda olmayan bölümünü, ayrı bir étnik antite diye dışlayır. Béle bir adlandırmaya temellendirilen her éylem ve girişim, ilk başda olumlu göründüyünün tersine, uzun ve`dede ne tek xalqımızda birlik yaratmaz, belke Türk xalqını bölüp zeyifleder, bununla da en başda İran dévletinin anti Türk koloniyal siyâsetlerine xidmet éder.
4-Türk Milletinin milli ve dilsel isteklerini tekce Azerbaycanda yaşayanların istekleri diye sunmaq, Türk xalqımızın Azerbaycanda olmayan bölümününün dillendirilen isteklere olumlu baxmasını ve bu isteklerin onun da istekleri olduğunu hiss étmesini engelleyir. Bu da Türk xalqının milli kimlik ve milli haqlarını elde étme ve qoruma uğrunda başlatdığı savaşımı gücsüzleşdirip siyâsi olaraq yénilgiye uğramaya mehkum édir.

İranda yaşayan Türk milleti azınlıq déyildir, görece çoxunluqdur.
1-Görece-nisbi çoxunluqda olan Türk milleti yérine azınlıqda olan Azerbaycanlı étnik qurupundan danışmaq, bir çox açıdan yanlışdır. Bu tutum, en başda var olan démoqrafik gérçekleri çarpıtır ve tehrif édir. Günümüz İranında démoqrafik gérçek budur: Türk xalqı görece çoxunluqdadır.
 2-İranda Türk xalqının azınlıq olduğunu söylemek siyâsi olaraq Türk xalqının gelişdirdiyi taktiksel söylemlere tersdir. Biz İranda Türk xalqının görece çoxunluqda olduğunu iddia édirik. Bununla da bunu qebul étmeyen İran dévleti ve Fars milliyetçilerini, bizim iddiamızın yanlışlığını qanıtlamaq ve İranın démoqrafik gérçeklerini ortaya çıxmasını sağlamaq üçün, uluslararası gözlemciler dénetiminde milli kimlik ve anadil haqqında sorular içeren génel nufus sayımını yapmaya çağırırıq. İndi ise, bir sıra aktivistin her hansı bir direnme göstermeden İran dévleti ile Fars milliyetçilerine boyun eyip, Türk xalqının azınlıq olduğunu iddia étmesi, Türk milli mücadilesini en önemli taktiksel söylemlerinin birinden yoxsun bıraxır.
 3-Be`zileri béle bir savunmada bulunurlar: İnsan haqları alanında bütün étnik quruplar, sayısal olaraq azınlıq veya çoxunluq olmalarına baxmaqsızın, Azınlıq qebul édiler. Bu savunma géçerli déyildir. Çünkü bu pétişına hâkim olan anlayış, tekce İnsan Haqları anlayışı déyildir ve belli bir siyâsi görüş hetta idéolojini yansıtmaqdadır. Bu metin sırf insan haqları ilkelerini temel alsaydı, xalqın özünü adlandırmadığı ve Rusiya Komunist partisinin yaratdığı Azerbaijani milli ad ve kimliyini işletmezdi. Bu yanlış derimin işledilmesinin nedeni, bu metne hâkim olan, bir siyâsi anlayış ve hetta idéolojinin milli kimlik tanımlamasıdır. Dolayısı ile bu metin bir İnsan Haqları metni déyildir, siyâsi bir metindir. Bu üzden de xalqımızın çoxunluq olduğunu, insan haqları términolojisinde olmamasına reğmen vurqulamalıydı.

Temel dilsel istek, Türkcenin resmi édilişidir, andadilde tehsil déyildir
1-Yazıda bizim temel dil isteyimiz olan Türkcenin resmi olunması gerekdiyi yazılmamış, onun yérine yalnız Azerbaijani dilinde éyitim istenmişdir. Oysa Türk xalqının dilsel alanda isteklerinden danışanda en temel istek, Türkcenin İranda, anayasal olaraq ve ölke çapında resmi édilmesi gelmekdedir.
2-Bu qonuda yurd içinde uzun süreden beri icma ve konsénsus oluşmuşdur. Türkcenin resmi édilmesi İsteyi İranda her fürset ve olayda, Baybek törenlerinde, yérel qezételerde, siyâsi toplantılarda, hetta Tıraxtor yarışmalarında döne döne ve sürekli dillendirilen temel bir istekdir. Béle bir isteyin yurddışındakı bir sıra siyâsi aktivistler terefinden, öz siyâsi görüş ve idéolojileri esasında, görmezden gelinmesi ve sansur édilmesi, … qebul édilmezdir.
3-Türk xalqının temel dilsel isteyini, Türkcenin resmi édilmesi yérine, tekce éyitimin anadilde olması isteyi kimi göstermek, yurd dışında bir sıra aktivistin bölgemizde Türkiye, İraq, Afqanistan vs… de cereyan éden gelişmelere uyumlu olaraq oluşdurulan çağdaş Türk milli istekleri ile tanış olmadıqları, ve bu qonuda sorumsuzca öz varsayım ve önyarqıları ile hereket étdiklerinden dolayıdır. Bu da davamlı olaraq Türk xalqının dilsel isteklerinin bunların terefinden çarpıtılıp tehrif olunması ile sonuclanmaqdadır.

Sonuc
1-Bu pétişında milletimizin adı Türk, dilimizin adı Türkce, görece çoxunluqda olan bir millet ve dilsel isteyinin de Türkcenin resmi olması yazılsaydı, onda sorun yox idi. Ancaq söz qonusu pétişında işledilen términoloji ve sunulan söylem bizim milleti yansıtmayır, yanlışdır ve bizim milli çıxarlarımıza da tersdir.
2-Bu pétişının términolojisi Sovéytlerde yaradılan milli kimlik veya İstalinist Azerbaycançılıq términolojisidir. İstalinist Azerbaycançılığın müellifeleri bellidir: Milletin adının Türk déyil Azerbaijani-Azerbaycanlı, dilin adının Türkce déyil Azerbaijani Turkic-Azerbaycanca, sayısal olaraq çoxunluq déyil azınlıq (minority), Türkcenin resmi olmaması ...... Bu términoloji ve söylem, İranda yaşayan Türk milletini bölür, onun milli adı ve milli dilinin adını deyişdirir, démoqrafsini çoxunluqdan azınlığa çévirir ve dil isteklerini eksik gösterir.
3-Bizi uluslararası siyâsi edebiyatda Türk déyil, Farsca Azerbaijani, dilimizi Türkce déyil Azerbaijani Turkic, çoxunluq déyil azınlıq ve dilsel isteyimizi Türkcenin resmiliyi olmayan tanıdan ve tesbit éden bu pétişın, milli kimlik ve siyâsi söylemler açısından ileriye doğru bir addım sayılamaz. Çünkü bizim milli kimliyimiz ve siyâsi söylemlerimizi tehrif édir ve bu tehrifatı dünya siyâsi edebiyata soxur. Bu yanlış términoloji ve siyâsi söylemleri işledenler, bilseler de bilmeseler de İstalinist Azerbaycançlığı, yanı Türk xalqını yox étmek üçün Rusiya Komunist Partisinin yaratdığı ve biz İranda yaşayan Türk milleti ile héç bir ilgisi olmayan bu yéni milli kimliyini, bize tehmil édir ve dünyaya yayırlar. Türk xalqına Azeri ve Azerbaycanlı, Azerbaijani, diline de Azerbaijani, Azerbaijani Turkic démek, onu qurtarmaya yardım étmez. Tersine yox olmasını yéyinleşdirer ve bundan dolayı da uzun vedede İran dévletinin anti Türk ve koloniyal siyâsetlerine kömek éder.
4-Biz yalnız düşmenlerimizi qorxuya salmaq üçün çalışmamalıyıq. Biz Türk xalqımızı qurtarmaq üçün doğru temeller ve sağlam ilkelerden iyne ucu qeder sapmadan çalışmalıyıq. Yoxsa Meşrutede, Milli Hökümetde de düşmenleri qorxuya salabildik. Ancaq Meşrutenin sonucu Ariyaçı Pehlevi diktası oldu ve Azerbaycan Démoqrat Firqesinin ikinci başqanı Paniranist çıxdı. Azerbaycan Démokrat Firqesinin başına gelenler bu açıdan ibretlerle doludur. İstalinist Azerbaycançılığın milli kimliyini menimseyen  Azerbaycan Démoqrat Firqesi daha sonra gédip Paniranistlerle birleşdi, anti Türk Tude Partisinin oyuncağı oldu ve en son da İran sefareti ile işbirliyi yapmaya başladı. Oysa bir zamanlar öldü var döndü yox şuarları vérirdi, hetta Téhranı almaqdan danışırdı. Ancaq bunların hamısı boş laflar idi. Niye? çünkü Türk milletini tanımırdı, Türk milli kimiliyine inanmırdı ve onun adına ve onun uğrunda yola çıxmamışdı. Onlar indiki pétişınlardan çox daha yékesini Birleşmiş Milletlere yazıp yolladılar. Ancaq Türk xalqı onlara destek vérmedi; çünkü özünü, Türk milletini onların términolojisinde, söylem ve günce ve gündemlerinde görmedi.
5-İster Türkçü, ister dinçi, ister Komunist, ister libéral, héç bir siyâsi ve insan haqları aktivisti, Türk xalqının milli adı, dilinin adını, démoqrafik gérçekleri ve siyâsi isteklerini tehrif édemez. Béle sorumsuzca tehrifler, Türk xalqına açıq sayqısızlıqdır ve ona zerer vérer, néceki 80 ildir vérmişdir. Bir sıra siyâsi aktivist terefinden yayılan bu yanlış milli kimlik ve siyâsi söylemlerin düzeltilmesi, uzun bir süre ve emek gerekdirecekdir.
Gérçeye hu!

iran Oxul Kitablarinda Türklere Qarşı Açıqca irqçilik

Kategori: , , , , , , , , , , , Umud Urmulu - یکشنبه, مهر ۰۲, ۱۳۹۱ - 0 comments

iran dövlətinin Qacarlardan sonra Türk kimliyinə baxışı bir iç sömürgə Ulus olaraq gərçəkləşmiş, eləcə Qacarlardan öncəyə qədər iran Dediğimiz ölkədə min illərcə Türkcə dövlətin Turğalı dili olub və iranda bir gənəl durumu daşımışdır ancaq Qacar dövlətı sona ərdikdən sonra Türkcənin yaşamıda iranda sona ərmışdır.
ötə yandan Türkcə yasaqlandığı zaman istər istəməz Türk kimliyi, Türk tarixi, Türk Ədəbiyyati, Türk Əkıncı (kültür) vs də bu olaydan öz payını alıb və yasaqlanmışdır, bu olay iranda pan iranism düşüncəsi yarandıqdan sonra Türk kimliyinin iranda olmamasına qədər iləriyə getmişdir və bu yolda Əhməd Kəsrəvi adlı bir Manqurd Türk iran dövlətinin siyasətlərinə alət olaraq iranda bulunan Türklərin kökünü Türk yox bəlkə Arı irqindan olduğunu savunmuşdur, Əhməd Kəsrəvi yazdığı kitabda iranda olan Türkcənı farscanın bir alt qrupu olaraq dəyərləndirmiş və iranda Türk kimliyinin var olamsını zorla Moğolların bu bölgəyə gəlməsinə bağlamışdır. eləcə irandaki Türkləri Türk yox bəlkə Azəri(Arı irqindan və iranli bir Alt qrup) olaraq sunmuşdur.
Kəsrəvidən Sonra çox çeşidli və fərqli yönlərlə bu nəzəriyəni qanıtlamaq üçün iran dövlətı tərəfindən sayısızca kitab, film, dərgi, düşərgə(sitə) vs reklam amaclı və bu düşüncəni yaymaq üçün yaradılmışdır, ancaq tərsində hələdə iran sınırlarında bulunan Türk insani Özünü Türk və Dilini isə Türkcə tanımlamaqdadır.
iran dövləti Türk kimliyi və dilinə qarşı sərgilədiği bu tutumu yeniləmək üçün bu il 6 ci sınıf oxul kitablarında Hədad Adıl adlı tanınmış bir qoşarın şerinə yer vermilşdir, bu qoşuq açıqca Türk kimliyi və Türk dilinə Qarşı irqçilik içərir. şerdə belə yazılmaqdadır:
Ey farsca, ey mənim Dənizimin mücəvhər
Ey mənim keçmişdən bugünə qalan Anadilim
vs...
Kabil, Tehran, Təbriz, Buxara və Xəcənd
Bəlx, Nişapur, Həri sənin Ana vətənindr
vs..
görüldüğü kimin bu qoşuqda açıqca Təbrizdə bulunan Türk Ulusunun dili farsca olaraq keçməktədir, eləcə Anadili olaraq farscanı Təbriz Ulusunun dili olaraq reklam etmıktədir. görüldüğü kimin bu şer açıqca Türk kimliyi və Türkcənin amaclayaraq irqçiliq işləmişdir. bu insan iranda məcəlis başxanı olmuş və sözdə iranin dini önədəri olan Əli Xameneyinin ailəsindən birisidir.

Güney Azerbaycan Deprem Vurmuş bölgesinde Türkce Eyitim

Kategori: , , , , , , , , , , , , , , Umud Urmulu - شنبه, مهر ۰۱, ۱۳۹۱ - 0 comments

Güney Azərbaycanin Təbriz,Əhər, Həris, Vərziqan vs bölgələrinə iki böyük deprem (zəlzələ) olduqdan sonra iran sınırlarında bulunan Türk Ulusu iran dövlətinin bir iç Sömürgəsi olduğunu bir daha dərındən görüb və düşündü, iran dövlıti və qonula ilgili yetkili örgütlrə və baxanlar günlər sonra Güney Azərbaycanin bu bölgəsinə gəldilər, eləcə iranin sözdə Dini öndəri olan Ayətullah Əli Xameneyi Dünya xristianlərinin Öndəri olan Papadan sonra Güney Azərbaycan Deprem vurmuş ulusunu başsağlığı diləyini göndərdi.
bugünlər Qardağ bölgəsində havalar çox soyuqdur və Deprem vurmuş Türk Ulusu çox çeşidli sorunlarla qarşı qarşıyadır ancaq iran dövlətinin ilgisli davrndığını Türk Ulusu və dünya bilə Görməktədir, bugün bölgədə Depremdən sonra heç bir tikinti hazirlaşmayib. iran dövləti havalar soyuqlaşmadan bölgədə minlərcə Ev tikəcəğini duyrmuşdu ancaq bu xəyali evlərin birisi bilə tikilməyibdir.
bugün ginə Güney Azərbaycanin Vərziqan şəhəri Sallandı
alığdımız bilimsəl bilgilərə Görə bugün saa 08:20 də Vərziqan şəhərində 14 km uzaqlıqda yenidən 4 bal böyüklüğündə Deprem olmuşdur. Tuğralı bilgilərə Görə 11 August 2012 dən bugünədək 2.280 artı sarsıntı bölgədə görünmüşdür. iran dövləti nə qədər Ölü və yaralı sayılarını gizlətsə bilə Gərçək ölü sayısı 1000 və yaralı sayısı 6000 civarinda olduğunu qanıtlamaq olur.
Dünən 21 Septamber bir çox Güney Azərbaycan hərəkətində bulunan Türk Gənci Dperem vurmuş bölgəyə gedərək uşaqlara eyitim başladığöı üçün və Türkcənin iranda yasaq olub və eyitim dili olmasınıa bir tepki olaraq Türkcə eyitim vermişlər. eləcə Türk gənclər yardım amaclı çox sayıda alət bölgəyə aparmışlar. 
bu dəyərli işdə Türkcəmiziə önəm vermək üçün Türk gənclər uşaqlarımızı üçün kim islandi yağışda adlı kitabı armağan olaraq sunmuşlar. 
bugün iranda Tuğralı olaraq eyitim dili başlamışdır ancaq Türk Qacar şahlarından sonra iranda Türkcə yasaq olmuş və iran eyitim sistemində heç bir yeri yoxdur, zorunlu olaraq Türk uşaqlar farscanı öyrənmək durumundadırlar, iran eyitim baxanının dediğinə Görə uşaqların 70% iranda eyitimə başladığı zaman Anadilləri farsca dəyildir və ən önəmli başarısızlıq nədənı Andildə eyitim olaraq adlandırmışdır.
Türk gənlərının bu dəyərlı çalışmasından Görüntülər:




با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya