‏نمایش پست‌ها با برچسب Etnik. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Etnik. نمایش همه پست‌ها

İran’da Anadilinde eyitim yasaqına devam

Kategori: , , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, بهمن ۰۹, ۱۳۹۲ - 0 comments
Umud Urmulu
İran bir çoxuluslu, çoxdilli və çoxkültürlü ölkə olmasına rağmən son 100 ildə bu çeşidlilik yox sayılıb və devlətin bütün siyasətləri dilsəl və kültürəl çeşidliliyi yox edərək azınlıq ancaq egemən bir qrupun özəlliklərinə dayaranaraq yapay bir ulus –devət yaradmaq olmuşdur. 
Dilsəl və kültürəl çeşidliliyi yox etmək üçün egemən qrupun qullandığı ən önəmli arac ölkənin azınlıq ancaq tək tuğralı(rəsmi) dili olan farscaya dayalı zorunlu eyitim olmuş, eləcə İran’da eyitim sisteminin amacı dünya evrənsəl eyitim sözləşməsı kimi çeşidliliyə sayqı, qorumaq və onu gəlişdirmək yerınə dilsəl və kültürəl çeşidliliyi yox edib bir azınlıq dilinə dayalı bir ulus, tək tip və tək ideolojik bir ulus yaradmaq olmuşdur. Ancaq iran’ad fars olmayan uluslar və özəlliklə çoxunluq olan Türklər son illər içində bölgəsəl və kürəsəl alanda gəlişən olayladan dolayı bir toplumsal oyanş və millətləşmə sürəci yaşamaqdadırlar və millətləşmə sürəcinin ən önəmli qanıtlarının da birisi Anadili və etniksəl haqqları qonusunda bilinclənmədir. Anadilində eyitim istəyi qonusunda Türklər və doğal olaraq fars olmayan uluslar iran devlətinin bir basqıcı və tutalitar yapısını gözə alaraq son illərədə daha bilincli davranmaqdadırlar və Türk gəncliyi försət olduğu hər alanda “Türk dilində mədrəsə olmalıdır hər kəsə”, “haray haray mən Türkəm” vs kimi sloganları səsləndirərək nə qədər ötəkiyə görə Anadilində eyitim qonusunda ısrarlı olduqlarını gözlər önünə sərgiləməkdirlər. 
Bu olayı başqa bir yönü isə iran devlətinin Anadilində eyitim kimi bir qonuyu devlətin ən üst düzey yetgililəri tərəfindən dəfələrəcə dilləndirilməsi olmuşdur, eləcə Həsən Ruhanı seçimlərdən öncə Təbriz, Urmiye, Ərdəbil vs kimi Türk şəhərlərinə oy istəmək üçün gəldiyi zaman seçildiyi sürədə iki vədəni daha on plana çıxarmış bunlardan birisi Anadilində eyitim və öbürü Türk Dili Qurumunun yaradılması olmuşdur. Ancaq Ruhanı seçildikdən sonra bu qonuda pratikdə addımlar atmasada son 6 ay içində Anadilində eyitim qonusu devlət yetgililəri və egemən və mərkəziyətçi qrupun toxunduğu bir qonu olmuşdur. Son yeddıcə(həftə) içində fars Dili qurumu və bir neçə iran Ulusal məclisində eyitim komisyonu üyələri iran’da Anadili qonusunda medya ilə söyləşiləri olmuşdur, bu söyləşilərin özetini aşağıda sıralamaqdayıq:
Məhəmməd Əli muvvəhid(fars dili qurumu üyəsi): Devlət yerəl dilləri dirə müdaxilədən qaçınılmalı, biz farsca kimi tuğralı dilimiz var əyər devlət yerəl dillərə tərəf gedərsə bizim işimiz çox zor olur.
Məhəmməd Dəbir muqəddəm(fars dili qurumu üyəsi): yerəl dillər qonusunda Anadilində eyitim yerinə ən önəmli bu dillərdə araşdırma yapılmasıdır. Bu yerəl dillər birçox ləhcəyə ayrəlmaqdadırlar və əyər bu yerəl dillərin birisini eyitim üçün seçərsək bizim üçün büyük və çox sorunlara yaranacaqdır.
Bəhaəddin Xurrəmşahi(fars dili qurumu üyəsi): devlət gərək Anadilində eyitim üçün bir sınır qoya, gərək nə qədər və nə biçimdə Anadilində eyitim verəcəyini sınırlarla bəlirləyə.
Səlim Neysrai(fars dili qurumu üyəsi): birsıra insanlar bir qovmu sevməyi Anadilində eyitimlə eşid görürlə bu çox qorxuncdur, biz iran’da Ferdusi kimi öndərlərin farscanın bu qədər gəlişməsi kimi insanların yetişdirilməsinə nə qədər şansımız var?  Anadilində eyitim üçün gərək gələcəyə baxaraq özümüzə sorun yaradmayaq.
Fəthəllah Muctəbayi(fars dili qurumu üyəsi): fars olmayanların Anadilində istəyi dışarıdan gəlmə və dış güclərın bizə qarşı ürətdiyi sorundur. Hindistan’da ingilizlər aracılığıla bu olay gərçəkləşdi və indi bu güclər bu sorunu bizə daşımaq istəyirlər. əyər Anadilində eyitimi olursa biz geriyə dönəcəyik və bu çox qorxuncdur.
Cabbar kuçəknejad(Rəşt millət vəkili): Anadildə eyitim iran’da olanaqsızdır, özəlliklə eyitim kitablarının içəriyini anadilə dayalı hazırlamaq olmaz.
Qasım cəfəri(Bucnurd millət vəkili): Anadilində eyitim iranı bölər və qovmlar arasında sorun yaradar.
zöhrə Təbibzadə(Teran millət vəkili): Anadildə eyitim tasarısı ağıl dışı və məntıqsızdır, ölkə bütüvlüyünü saxlayan tək dil farscadır.
Görüldüyü kimi azılıq anacq egemən qurupun Anadilində eyitim kimi bir insanin ilkən haqqı qonusunda mənimsədikləri tutum və söyləm nə qədər çağ dışı, ırqçı, aşağılayıcı vsdır.

Türkiye'nin Başkonsolosu: Urmiye’de Türk dili bölümü açılsın

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - دوشنبه, شهریور ۱۸, ۱۳۹۲ - 0 comments
Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Türkiye'nin Güney Azərbaycanın Urmiye şəhərində bulunan yeni Başkonsolosu Batı Azərbaycan valısı ilə görüşərək Urmiye bilimyurdunda Türk dili və Ədəbiyyat bölümü yaranmasını istəyib və önərmişdir.
Türkiye'nin Urmiye Şəhərində bulunan yeni Başkonsolosu bugün Batı Azərbaycan valısı ilə görüşmüş və ikili görüşmədə sınır qapılarıla ilgili sorunları və bir neçə qonu tartışılmışıdır.
Türkiyə Başkonsolosu Razi sınır qapısının sorunları və iki ölkə arasında gərçəkləşn ekonomik ilişkilərə deyinərək ortaq ilişgilərin daha güclənməsini vurğulamışdır. Özəlliklə Əsəndərə sınır qapısında olan sornular toxunan başkonsolosu iki ölkənin yürütmə örgütləri və qonuila ilgili sorumluları sorunları gidərmək üçün daha doğru düzgün çalışmalarını istəmişdir. Eləcə iki ölkə arsında ekonomik ilişgilər yanında Əkincsəl ilişgilərədə vurğu yapılmış və bu qonuda Türkiyə Başkonsolusunun Batı Azərbaycan Salams şəhərində dəfn olan 823 Əsgərin məzarlığına toxunulmuşdur, bu qonud ötəki idə Batı Azərbaycan valılığınə yazılan bir bir namə xatırladılmışdır, deyilənlərə görə hələ bu naməyə Valılıkdən yanıd gəlməmişdir.  
Ötə yandan Türkiyənin Başkonsolosu Güney Azərbaycanın Urmiye Şəhəri və Urmiye bilimyurdunda Türk dili və ədəbiyyati bölümünün də açılması diləyi və istəyini yeniləmiş, onun dediklərinə görə Batı Azərbaycan bölgəsi yerəl Ulus Türk olduqları üçün və bölgədə Türklər çoxunluqda olduqlarınadn dolayı Türk dili və ədəbiyyat bölümü Ulus tərəfindən maraq göstəriləcəğini savunmuşdur.
Batı Azərbaycan Qars, Həkkarı , Van, Iğdır və ağrı kimi Türkiye'nin şəhərləriə 500 km ortaq sınırı bulunmaqdadır və bu çizilən sınırlar yapay olduqları üçün bölgədəki dilsəl, əkincsəl, etniksəl vs dayanmadan çizilmişdir. 
Türkiye'nin yeni başkonsolosunun Urmiye bilimyurdunda Türk dili və Ədəbiyyat bölümü açılışı istəyi iran devlətı tərəfindən necə qarşılanacağını önümüzdəki günlərdə bu qonuy sərgilənən tavırdan bəllı olacaqdır. Ancaq Tuğralı (rəsmı) olaraq iran devlətı 100 ildir iran sınırlarında Türk diyə bir etnik kimlik və Türkcə diyə bir dilin var olduğunu danmaqdadır, artı iran Coğrafiyası bir çoxuluslu, çoxdilli, çoxkültürlü və çoxdinli coğrafiya olmasına rağmən bu etniksəl, dilsəl və dinsəl çeşidlilik yox sayılmaqda və sistem bu çeşidliliyi ortadan qaldırmaq üçün azınlıq olan farsların dilinə dayalı eyitim sistemilə çeşidliliyi ortadan qaldırmayı amaclamaqdadır, iranda Eyitim sisteminin amacı bireylərı çağdaş bilimlər və karaktersəl olaraq yetişdirmək yerinə fars əkinci və kültürünə dayalı bir ulus, bir dil və bir kimlik yaratmaq üçün qullanılmaqda. Iran’da bu çeşidliliyə rağmən azınlıq olan farscanın ölkənin tək Turğalı dil olması və Anadildə eyitimin bütünlüklə yasaq olması açıqca iran devlətinin çeşidliliyə verdiği önəm və dəyəri göstərməktədir. Bir çox bilimsəl və tərəfsiz bilgi və bəlgəyə görə iran sınırlarında bulunan Türklər azınlıq yox bəlkə bir çoxunluq və bir devlətsiz Ulus olaraq farsları kimi azınlıq tərəfindən yönətilməsi və sömürülməsi ön çıxmaqdadır. 
Bireysəl olaraq Türkiyə devlətinin son yüz il içində iran sınırlarındaki Türklərın Asimilasyonunda büyük etgisi olduğunu düşünməktəyəm, Türkiyə devləti öz iç sorunlarını gündəmə gətirməmək və çözmək yerinə iran kimi Türkiyədən sonra dübyada ikinci büyük Türk nüfusuna sahibn coğrafiyanı unutmuş və unutdurulmuşdur. Türkiyə devləti illər bundan öncə Urmiye, Batı Azərbaycan və iranın hər bir yerində Türkcənın gəlişməsı və eyitimi üçün bir istəyivə diləyi ola bilirdi ancaq olmadı, irandakı Türklərın Türkiyənən siyasal yox ancaq əkincsəl və dilsəl olaraq daha doğru düzgün bir tutum sərgiləməyini diləməktidirlər.
Türkiyə Başkonsolosu istəyi dışında irandaki Türklərın devlətdən dilsəl ayrımçılığa son vermək üçün istəkləri irannın gənəlində Türkcənin Tuğralı və eyitim dili olmasıdır və bu olay Anaysal güvəncə altına alınmalıdır.

Cinsiyet ve Millet,Milletin Biyolojik Yeniden Üretimi ve Qadınlar

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, بهمن ۲۵, ۱۳۹۱ - 0 comments

Əsər Adı: Gender and Nation (Cinsiyet ve Millet)
Yazar: Prof.Dr.Nira Yuval-Davis
Çevirən: Özgür
Güney Azərbaycan feminizm Araşdırmalar Mərkəzi
Qadınlar, milli və etnik sürəcləri fərqli şəkillərdə etgiləməkdə və bunlardan etgilənməkdədir. Bu bölüm qadınların sözdə "doğal" roluna -uşaq doğmaq- ən çox uyğun gələn bu ilişkinin boyutuna və bunun həm millət qurğularına həm də qadınların toplumsal qonumlanışlarına yönəlik təzəmmünlərinə odaqlanmaqdadır. Paola Tabet`in (1996) qarşıya qoyduğu kimi, "doğal" və "kontrollu" ürəmə şəklində bir ikilik oluşdurula bilməz: Sözdə doğal biyolojik ürəmə, onu quran bəlli toplumsal, siyasi və iqtisadi bağlamlar içində gerçəkləşməktədir. Bu bölümün iddiası, qadınların öz etnik və milli birliklərindəki və yaşadıqları və/və ya vətəndaşı olduqları dövlətlərdəki qonumlanışlarının və bu etnik və milli camaatlara və dövlətlərə qarşı yükümlülüklərinin, onların ürəmə haqlarını etgilədiyi və bəzən də bu haqların üzərində mülkiyət sahibi ola bildiyidir. 
Ancaq çeşitli milliyyətçi söyləmlərdə qadınları "topluluğun daşıyıcıları" olaraq qurmaq üçün tez-tez qullnılan özgül yolları dartışmaya başlamadan öncə, qadınların ürətgən rolları ilə millət qurğuları arasındakı kəsişmələr araşdırılacaq.  

Qan və Aidiyyət
"Ortaq kökən" mitinin (və ya gerçəyinin) bir çox etnik və milli topluluğun qurulmasındakı rolu və bir camaata onun içində doğularaq qatıldığı diqqətə alınsa, etnik və milli söyləmlərdə qadınların ürətgən rollarının əsas önəmi ortaya çıxmaqdadır. Bəzi durumlarda, özəlliklə milliyyətçi və ırqçı ideolojilərin möhkəm bir şəkildə iç-içə keçdiyi durumlarda, topluluq içində doğulmayanlar dışlandığı üçün bu, topluluğa qatılmanın tək yolu ola bilər. Bu tip durumlarda "dışardan olanların" camaata qatıla bilmələrinin tək yolu, qrublararası evlilikdir. Ancaq bu durumda belə, Nazı huququ örnəyindəki kimi, o birilərin (Yəhudilər, qaralar), qanı səkkizdə bir və ya on altıda bir nisbətində olsa belə "saf qan" çirklənə bilməkdədir. 
Bu nədənlə ırqın "safı" ilə məşğul olanların, fərqli topluluq mənsubları arasındakı cinsi ilişkilərlə də ilgilənmələri təsadüf deyil. Bənzər şəkildə, İsrail faşist partisi Kach`ın lideri Rəbbi Kahana`nın İsrail Parlamenti üzvüykən verdiyi ilk (və tək) qanun təklifi, Yəhudilərlə Ərəblər arasında cinsi ilişkinin yasaqlanmasına ilişkindir. Güney Afrika hükümətinin apartheidi (ırq ayrımı) qaldırma yolundakı ən əhəmiyətli addımlarından biri, fərqli "ırqlardan" insanların cinsi ilişkilərinə və evlənmələrinə yasal olaraq izin vermək idi. 
Millətlərin örgütləyici ilkəsi olan "ortaq kökən"in önəmi duruma görə dəyişməkdədir. İsveçrə və Beljik kimi bəzi millətlərdə, bəzi bəlli etnik qruplaşmalar "millət"i oluşturmaqdadır. Amrika Birləşmiş Dövlətləri və ya Avustrayla kimi köçmən toplumlarda, "ortaq kökən"dən çox "ortaq qədər", "millət"in quruluşunda əhəmiyyətli bir faktor ola bilər. Ancaq yenə də köçmənlik və doğum siyasətlərini də qapsayan millət qurma sürəçlərinin təməlini oluşturan "kökən" və kültürün açıqca olmasa da zimnən bir arzu ediləbirlik hiyerarisi mövcuddur (Stasiulis & Yuval-Davis, 1995). Qadınların yurdiçi yurddışı köçmən və mültəci olaraq qonumları, sınırların milliyyətçi qurğuları tərəfindən dərindən etgilənirkən, ayrımcı milli doğum siyasətləri də "millət" içindəki bütün qadınların həyatlarını etgiləyə bilməkdədir.  
"Ortaq kökən", özgül milliyyətçi projelərin ən önəmli boyutu olmadığında belə, "gerçək" kökənini bilmək, adamın kimliyini və bəlli etnik və milli topluluklarla qaynaşmasını dərindən etgiliyə bilməkdədir. 
Qadınların uşaq sahibi olmaya ya da -özəlliklə də doğum öncəsi uyğun testlərin gəlişməsiylə birlikdə- istədikləri cinsiyyətdən uşağa sahib olmaya təşviq edilmələri, bundan imtina etdirilmələri, bəzən də bu qonuda basqı görmələri ilə daşıyıcı analıq və övladlığa götürmə də, milliyyətçi projelərin tarixi dövrlərdə quran hegemonik söyləmlərə bağlıdır. Üç təməl söyləmdən biri və ya birdən çoxu, milliyyətçi nufus kontrolu siyasətlərinə egemen olma eyilimindədir. Bu söyləmlər, "iqtidar olaraq xalq" dediyim söyləm; öjenist söyləm və Malthusçu söyləmdir. 

1. İqtidar Olaraq Xalq
Bu söyləmdə "millətin" gələcəyinin, onun davamlı böyüməsinə bağlı olduğu düşünülməkdədir. Bu böyümə bəzən yalnız daha çox uşaq doğması istənən qadınların ürətmə bacarığına bağlıdır. Vətəndaş və əsgəri çeşitli milliyyətçi amaclara yönəlik olaraq insana - özəlliklə də erkəyə - ehtiyac duyula bilməkdədir. Onlara işçi, məskunlaşmaçı, və əskər olaraq ehtiyac duyula bilməkdədir. 
Örnəyin Japoniya`da hökumət, məktəb çağından kiçik hər uşaq üçün aylıq 5000 yen (38 dollar), ailənin üçüncü uşağı içinsə bunun iki qatını ödül olaraq sunmaqdadır. Japoniya bu günlərdə tarixinin ən aşağı doğum oaranına sahib olduğu üçün rahatsız bir durumdadır. Bu kampaniyanın rəsmi səbəbi "millət"in rifahıdır: Japoniya`nın əhalisinin azalması, "işgücü qıtlığına, ekonominin yavaş böyüməsinə və yaşlılara yönəlik sosyal xidmətləri dəstəkləmək üçün daha böyük vergi yükü"nə yol açacaqdır.  
Avstraliya kimi köçmən toplumlarda, "çoxal və ya yox ol" çağırısı edilməkdədir (de Lepervanche,1989). Oradakı "millət yaratma" sürəcinin yaşaya bilməsi üçün, xalqın müəyyən bir "kritik" sayida olmasının həyati olduğu düşünülməkdədir. İsrail`də də insanların ölkəyə yerləşmələrini sağlamaq üçün, dışardan köç sıx bir şəkildə təşviq edilməkdədir. Bu örnəkdə seçilən köç daha da dışlayıcıdır - yəni Eşkenazi (Batılı) və Mizrakhi (Doğulu) kimi az çox "seçim edilə bilər" Yəhudi birliklərini daxil etsə də, Yəhudi köçüdür. Yerli Filistin əhalisi, Siyonist Yəhudi yerləşim projəsinə şiddətlə etiraz etmiş və "millət yaratma" müddətinin əsgəri boyutu ağır basmıştır (Abdo və Yuval-Davis, 1995; Herlich, 1987).  
Filistinlilərlə edilən "demoqrafik yarış", İsrail tarixində önəmlidir (Portuguese, 1996; Yuval-Davis, 1989). Lübnan, Qıbrıs və (eski) Yuqoslaviya kimi eyni torpaqlar üçün mücaadele edən iki milli qrup arasında milli anlaşılmazlıqların olduğu başqa toplumlarda, "demoqrafik dəngə"yə bənzər bir önəm verilməkdədir. 
"Demoqrafik yarış", yalnız mübarizə edilən torpaqlar üçün milli bir anlaşılmazlıq olduğunda deyil, eyni zamanda hegemonik topluluğun hegemoniyasını əldə tutmaq üçün etnik bir çoxunluğun həyatı görülməsi durumunda oluşabilər. 
Son zamanlarda Bolqarıstanda hökumət bənzər qayğılarla, daha yüksək doğum nisbətinə sahib olan Türk və Rum azlıqlarla "demoqrafik yarış" içindəki etnik Bolqar qadınlarını daha çox uşaq sahibi olmaları yönündə edəcək siyasətlər uygulamaqdadir (Petrova, 1993). 
Qadınların daha çox uşaq yetişdirmələri yönündəki basqə, milli bir fəlakətin öhdəsindən gəlmək üçün qullanılan milli bir strateji ola bilər. Örnəyin Rusiya`dakı doğum-yanlısı siyasətlər, devrim və iç savaş sonrasında əhalinin tükənməsində doğrudan bir qarşılıq idi (Riley, 1918b: 193; Portuguese içində, 1996: 48). Bənzər şəkildə İsrail`də də doğum-yanlısı ideolojilər yalnız Siyonist yerləşim projələri ilə deyil, 6 milyon Yəhudi`nin öldüyü Nazı soyqırımı ilə də bağlantılıdır. Uşaq sahibi olmamaq - və ya Yəhudi camaatının "dışından" biriylə evlənmək və uşaq etmək belə - "demokrafik soyqırım"a bir qatqı olaraq düşünülməkdədir. 
Təbii ki qadınların, millət uğrunda uşaq doğmağa məcbur edilmələrinin doruk nöqtəsi, SS erkəklərin "salt saxli (saf stok)" üçün Ari qadınlardan mümkün olduğunca çox uşaq sahibi olmağa təşviq edildikləri Lebensborn proqramı ilə Nazı Almaniyası`nda gerçəkləşmişdir. Erkəklərin qadınlarla evlənməsi gözlənilmirdi və uşaqlar dövlət tərəfindən yetişdirilirdi (Koontz, 1986: 398-402). Bununla birlikdə Nazılar, müəyyən Alman qadınlarını uşaq sahibi olmağa məcbur edərkən, bəzilərini də olmamağa məcbur etmişdir. Bu, onların milli ürəməyə bağlı öjenist söyləmlərinin bir parçasıdır: "Erkəklərin qadınlar üçün mübarizəsi, yalnız ən sağlamlara çoxalma haqqını və ya fürsətini verər" (Hitler, Mein Kampf, köçürən Koontz, 1986: 402).

2. Öjenist Söyləm
Saxta - bilim olan öjenisizm, millətin böyüklüyü ilə deyil, "kalitəsi" ilə ilgilənməldədir. "Millət"in "kalitəsi"nə olan ilgi, təbii ki özlərini açıqca ifadə edən öjenistlerden daha geniş çevrələrcə də paylaşılmaqdadır. Rifah millətlərinin kalitəsini artırmaq üçün yoxsullara daha yaxşı sağlamlıq, eyitim və iqamətgah əldə etdirmə xidmətləri lazımlı görülməkdədir. Bununla birlikdə öjenik, uşaqların daha yaxşı bəslənməsiylə ilgilənməkdə, seçici ürəmə biçimində "doğal" araciliğiyla millətin kalitəsini öncədən çabası içinə girməkdədir. 
Ancaq öjenist milli artıma qurğuları, gələcək nəsilin fiziki "sağlamlığı"ndan daha ötə bir şeylə ilgilənməkdədir: "milli stok" və kültürəl özəlliklərin biyolojikləşdirilməsi. Margaret Thatcher`ə Birləşmiş Krallıqdakı ilk seçki kampaniyasını qazandıran "köçmənlər tərəfindən udulma qorxusu"nun mərkəzində yer alan "kültür" və ənənənin" soykütüksel "fərqlilik" qavramına indirgenerek özselleştirildiği Powellcı/Thatchercı "yeni ırqçılıq" qavramının (Baxar, 1981) kökənləri görülə bilməkdədir.   
İndiki vaxtda nufus siyasətlərinin ən güclü öjenist qayğılarla yaradıldığı ölkə Singapur`dur. Singapur`da başbaxan, yüksək eyitimli qadınlardan, vətənpərvərlik vəzifəsi olaraq genetik baxımdan üstün uşaqlar doğurmalarını istəmiş, digər tərəfdən yoxsul, eyitimsiz qadınlara, genetik baxımdan aşağı uşaqlar doğurmağı davam etdirməyib qısırlaşdırılmağı qəbul etdikləri təqdirdə 10.000 dollarlıq nakıt ödül verilmişdir (Heng ve Devan, 1992). Hər vaxt aşkar olmasa da və hər yerdə eyni ölçüdə rast gəlinməsə də bir çox ölkədə, əhalinin sınıf, etnisitə, "ırq" və əksəriyyətlə bunların hamısına birdən dayalı fərqli qatmanlarına yönəlik ayrımcı bir şəkildə, uşaq doğmağa təşviq və caydirma siyasətləri mövcuddur. 
Örnəyin Tamar Lewin (WGNRR, 1991) Kanzas`da uzun dönəmdə yavaşca qana qarışan kimyasal hamiləlik önləyici içərən Norplant çubuqlarının dəri altlarına yerləşdirilməsi üçün, toplumsal yardım alan analara (çoxu qara) 500 dolar artı ildə 50 dolar ödənməsinə dair bir plandan bəhs etməkdədir. Norplant ilə ilgili geniş çaplı təcrübələrə qatılan quzey`deki tək ölkə ABD`dır.  

3. Malthusçu söyləm
Gəlişməkdə olan bir çox ölkədə və ya bəzən LACCAP ölkələri də deyilən: Latın Amerika, Karayiblər, Afriqa, Asiya və Pasifik ölkələrində durum bir az fərqlidir. Bu ölkələrdə nufusun kontrolsuz bir şəkildə davamlı artımının ("partlamasının") ulusal və ya uluslararasi bir fəlakət gətirə biləcəyi qorxusu vardır (Hartman, 1987). Buradakı nufus kontrol siyasətlərinin təməl amacı genəl böyümə nisbətinin salınmasıdır. Bu cür siyasətlər üçün qadınlar əksəriyyətlə "tutsaq" hədəf nufusdur. örnəyi Braziliya`da sezaryən edilən qadınların %45'inin qısırlaşdırıldığı bildirilmişdir (Bradiotti vs. 1994: 144). 
Bir İngilis din adamıykən iqtisadçı olan Thomas Malthus, 1800-cü ildən öncə, gəzəgənin qlobal qida qaynaqlarından daha daha sürətli artan insan nufusunun uzun müddət besleyemeceği kəhanətində olmuşdur.  
Bu söyləm, bir çox Üçüncü Dünya ölkəsində, ölkənin iqtisadi və toplumsal sorunlarını həll etmədə təməl bir stratejı olaraq nufus siyasətlərinin mihenktaşı halına gəlmişdir. "kontrol edilə bilməz" nufus artımının bir sonucu olaraq işgücü ərzi və tələbi arasındakı dəngə ciddi şəkildə təhdid edildiği təqdirdə, iqtisadi və siyasi sistemin sabitliksizləşməsi qorxusu mövcuddur. 
Bu anlamda ən irəli gedən ölkə Çin`dir. 1950`lərdə Mao, xalqı milli iqtidarın və qaynaqların bir parçası olaraq görərkən, 1970`lərdə siyasət tamamilə tərsinə dönmüşdür. Çinli ailələrin bir çoxunun birdən çox körpə sahibi olmaları üçün (bəzi azlıqlara və çöl kəsıməndən ailələrə əgər ilk uşaqları qız isə, iki uşaq icazəsi verilmişdir) sərt tədbirlər alınmışdır. Bunlara uymaqdan qaçınmanın ən aşırı cəzası, valideynlərin işsiz buraxılması və uşağın eyitimdən məhrum edilməsidir.  
Malthusçu siyasətlərin etgisi olduqca cinsiyyətçidir. Uşaq sayısının qısıtlanması yönündə güclü basqıların olduğu və oğlanlara toplumsal və iqtisadi səbəblərlə daha çox dəyər verildiyi yerlərdə, kürtaj və uşaq cinsiyyətləri əksəriyyətlə qız körpələrə yönəlmişdir. Malthusçu siyasətlər uygulanmaya başladıqdan sonra, Çin və Hindistan`ın kəndlərində doğan bəlli yaş qruplarının %100'ünün erkək olduğuna dair söyləntilər vardır. 
Güney`dəki qatı nufus kontrol tədbirlərinin ardında yatan "milli çıxar" əksəriyyətlə hökumət təşəbbüsünün bir nəticəsi olmayıb, Kuzey`in özəlliklə də Amerika Birləşmiş Dövlətlər`in öz milli çıxarlarını algılayışı üzündən dışardan təşviq edilməkdədir. Bir neçə il öncə dışarya sızan bir CIA raporunda, yüksək doğum nisbətlərinin "üçüncü dünyada siyasi istiqrarsızlığa yol açdığı və bunun Birləşmiş Dövlətlər üçün güvənlik sorunları yarada biləcəyi" izah edilməkdədir (WGNRR, 1991). Reagan yönətimi, "qalxınma" yardımının parçası olaraq nufus kontrolu üçün 3 milyard dolar vermişdir! Elizabeth Sobon`un (WGNRR, 1991) belirtdiği kimi, Afrika xalqının nufus sıxlığı Avropa`nın onda biri olmasına baxmayaraq, Birləşmiş Dövlətlər Uluslararası Qalxınma Ajansı (USAID), Səhra altı Afrikası`ndakı 45 ölkə (hamısı) ilə içlərində Meksika və Filipinler də olmaq üzrə cəmi 95 ölkəyə, ailə planlaması amacıyla pul vermişdir. 

Toplumsal Bağlam
Ortaq milli çıxarlar ilə fərdi çıxarlar arasında adamın sahib olduğu uşaq sayı baxımından, əksəriyyətlə ciddi uyuşmazlıqlar olduğunu diqqətə almaq önəmlidir. Yaşlılar və xəstələrə baxacaq rifah yapıları yoxsa, özlərinə baxacaq yetərli sayıda sağlam uşağa sahib olmaq insanlar üçün həyatidir. 
Hartman`ın (1987: 8) də işarə etdiyi kimi, körpə ölüm oranı düşmədən, nufus artım nisbətinin düşdüyü bir durum heç olmamışdır. Bunu yapısal uyğunlaşma siyasətləri dövründə ağılda tutmaq özəlliklə önəmlidir. Çünki bir tərəfdən nufus artım sürətini kəsmək üçün basqı yaradarkən, digər tərəfdən də toplumsal sağlamlıq və baxım fondları ilə qadınlara sağlam körpələr doğurmaları və yetişdirmələri üçün verilməsi lazım olan dəstəyi qısmaqdadır. 
1994 Qahirə`də BM Nufus və Qalxınma Siyasətləri Konfransı əsnasında qadınların ürəmə haqlarına qarşı sərtcə dirənən Vatikan/İran kökdənçi ittifaqının açıqca göstərmiş olduğu kimi, diqqətə alınması lazım olan tək toplumsal faktor, qamusal sağlamlıq altyapısının və rifah altyapısının yoxluğu deyil. Qadınların öz bədənlərini kontrol edə bilmələri, onlar və o biri dini liderlər üçün öz nüfuzlarına doğrudan bir təhdid olaraq algılanmaqdadır. Və bir çox qadın, qutsal dini qaydalar ilə ənənə və adətlərə xəyanət olaraq yorumlanacaq hər hansı bir şey edərkən duraqsamaqdadırlar. Bununla birlikdə dini nüfuzun, "əsl" və "özsel" dini şərtlərin bir sonucu olmaqdan çox, qadınlar və ürəmə seçimləriylə uyuşmazlıq içindəki qonumları meşrulaşdırmaq üçün başvurulan bir şey olduğunun bu bağlamda vurğulanması önəmlidir (Makhlouf Obermeyer, 1994).
İqtisadi, siyasi və toplumsal qloballaşma sürəcləri də, qadınların doğurganlıkları üzərində çəlişkili basqılar yaratmaqdadır. Bir tərəfdən qadınları işə getmələri üçün daha böyük bir basqı mövcuddur və çoxunluqla uluslararası yardım örgütləri sayəsində daha çox hamiləlik önləyiciyə çatılmaqdadır. Digər tərəfdən yüksələn etnik və dini kökdənçi kimliyə dayalı və siyasi hərəkətlər, qadınlar üzərindəki kontrolu möhkəmləşdirməkdə və hər hansı bir ürəmə haqqına qarşı müxalifəti "ənənə və adət" adına artırmaqdadır. 
Bir çox qadının jinekolojik şərtlərdən zərər gördüyü -qısırlaşdırıldıqlarında və ya dəri altlarına Norplant yerləşdirildiyində baxım görmədikləri- toplumlarda, qadınların fiziki rahatsızlıqları da artmaqdadır. Qadınların qanama keçirdikləri dönəmlərdə (örnəyin Norplant tez-tez qanamağa yol açar) dini vəzifələrini yerinə yetirmələrinin yasaq olduğu və ərlərinin onlarla cinsi ilişkisi ola bilmədiyi toplumlarda bu durumun, ərləri tərəfindən tərk edilmək və ya boşanmaq da daxil olmaq üzrə qadınların həyatında dolaşıq sonucları ola bilməkdədir. 
 Qadınların uşaq sahibi olub olmamaları yönündə basqı və bəzən də güc qullananların həm dini (Katolik kilsəsi kimi) həm də milli hökumət-xarici rəsmi və qeyri-rəsmi qruplaşmalar ola biləcəyini də unutmamaq lazımdır. Məsələn bir Filistinli qadının "Döyüşüb ölməsi üçün bir oğulumun, həbsə getməsi üçün bir oğulumuz, pul qazanmaq üzrə neft ölkələrinə getməsi üçün bir oğulumuz və yaşlandığımızda bizə baxması üçün bir oğulumuz olması lazımdır" dediyi kimi, Filistinli qadınlar üzərində, milli mübarizə üçün bir çox uşaq doğmaları yönündə böyük bir basqı vardır. Yaser Ərafat’ın "On ayda bir Filistinli doğuran flistinli qadın, ... İsraili içəridən havaya uçurmaqla təhdid edən biyolojik zamanlı bir bombadır" dediyi bildirilmişdir (Portuegese, 1993: 311).  

Sonsöz: Ürəmə Haqları, Millətin Yenidən Ürətimi Və Feminist Siyasət
- Qadınların milli və etnik topluluqlara üyəlikləri, cüt karakterlidir. Qadınlar bir tərəfdən kişilər kimi topluluğun üyələridir. Digər tərəfdən qadınlara yönəlik, sırf qadın oluşlarıyla ilgili özəl qaydalar və düzənləmələr mövcuddur.
- Qadınların ürəmə haqlarına bağlı bir çox feminist söyləm, "insan haqları olaraq qadın haqları" şüarındakı kimi qadınlarla fərdi olaraq ilgilənmə eyilimindədir.
- Correa və Petchesky`nin (1994: 109-110) irəli sürdükləri kimi, "haqlar" söyləminin tənqidləri, haqların anlam və dəyərinin, hər vaxt siyasi və toplumsal bağlama bağlı olduğuna, bəlirsiz olduğuna və insanların aid olduğu toplumsal kategorilərə və topluluqlara bağlı olduğuna işarə etməkdədirlər. Xüsusilə qadınların ürəmə haqlarıyla ilgili olaraq uluslararası quruluşlar tərəfindən bu tip şüarların seçilməsinin və haqqın, tamamilə soykırımsal olmasa da, qaraların və Üçüncü Dünya xalqlarının böyüməsini və güclənməsini əngəlləmə amacindan olan "demoqrafik döyüş"ün bir parçası olmasına yönəlik son bir neçə ildir "ağ olmayan qadınlar" arasında artan bir ilgi vardır. 
- Roza Tsagarousianou`nun (1995) irəli sürdüyü kimi, kürtajın qadağan edilməsi və ayrıca qadınların digər ürəmə haqlarının kontrolu, qadınlara dövlət malı kimi davranıldığının siqnalını verməkdədir.  
- Ürəmə haqları qadınların özgürləşmələri üçün daha genəl bir mübarizənin həyati parçası olaraq görülməkdədir. Bu, toplmudaki insanların fərqli qonumlanışını diqqətə alması gərəkən toplumun demokratikləşdirilməsinə yönəlik daha genəl mübarizənin olmazsa olmaz bir parçası olaraq görülməlidir. 
Ürəmə haqlarına dair feminist siyasətin yuxarıdakı tələləri də diqqətə alan tam bir çeriəvəsini gəliştirmək üçün çox yer lazım. Bununla birlikdə belə bir çərçivə, qadınların yalnız "fərdlər" olmadığını, eyni zamanda özəl bir sınıf, cinsiyyət və həyat döngüsü qonumunun yanında milli, etnik və ırqı camaatların da mənsubu olduqlarını diqqətə almalıdır.

Qaynaq
Abdo, Nahla ve Yuval-Davis, Nira (1995) ‘Palestine, Israel and the Zionist settler project’, D. Stasiulis ve N.Yuval-Davis (der.) Unsettling Settler Societies içinde. Londra: Sage.s.291-322.
Bradoitti, Rosi (1994) Women, The Environment And Sustainable Development: Towards A Theoretical Synthesis. Londra: Zed.
Correa, Sonia Ve Petchesky (1994) ‘Reproductive And Social Rights: A Feminist Perspective’. Cambridge, MA: Harvard University Press.
deLepervanche, Marie (1989) ‘Women, nation and state in Australia’, N. Yuval-Davis ve F.Anthias (der.), Woman-Nation-State içinde. Londra: Macmillan.s. 36-75.
Hartman, betsy (1987) Reproductive Rights And Wrongs: The Global Politics Of Population Control And Contraceptive Choice. New York: Harper And Row. 
Heng, Geraldine ve Devan, Janadas (1992) ‘State Fatherhood: The Politics On Nationalism, Sexuality And Race In Singapore’. New York: Routledge. 
Koontz, Claudia (1986) Mothers In The Fatherland: Women, The Family And Nazi Politics . Londra: Cape.
Petrova, Dimitrina (1993) ‘The winding road to emancipation in Bulgaria’, N. Funk ve M. Mueller (der.), Gender, Politics and Post-Communism içinde. Londra: Routledge. 
Portoguese, Jackie (1996) ‘The gendered politics of fertility politics in Israel’. Yayımlanmamış doktora tezi taslağı, University of Exeter.
Riley, Denise (1918) ‘Feminist Thougth and Reproductive Control: The State And The “Right To Choose”, Cambridge Women Studies Group (Der.), Women In Society: Interdisciplinary Essays Içinde. Londra: Virago. 
Stasiulis, Daiva ve Yuval-Davis, Nira (der) (1995) Unsettling Settler Societies: Articulations of Gender, Race, Ethnicity and Class içinde. Londra: Sage. 
Tsagarousianou, Roza (1995) "God, patria and home":"reproductive politics" and bationalist (re) definitions of women in East\ Central Europe\ social identities, 1 (2): 283-313.
Yuval-davis, nira (1989) ‘National Reproduction And The “Demographic Race” In Israel’, N. Yuval-Davis Ve F.Anthias (Der.), Woman-Nation-State içinde. Londra: macmillan,s. 92-109.

Sözlük:
Algılayış ادراك :
Baxım fondları بودجه ي مراقبت و نگهداري :
Boyut بعد :
Çeşitli مختلف:
Dışlanmaq طرد شدن، اخراج شدن:
Egemen حاكم، مسلط:
Ənənə سنت:
Eyilim گرايش:
Hamiləlik önləyici پيشگيري از بارداري :
İndirgəmək تنزل دادن :
Köçmən مهاجر :
Kökdənçi راديكال :
Kökən  منشاْ : 
Mültəci مهاجر، پناهنده :
Nakıt نقد :
Odaqlanmaq تمركز كردن :
Ödül جايزه :
Özgül خاص :
Qamusal sağlamlıq سلامتي عمومي :
Qavram مفهوم :
Qayğı تشويش :
Qısırlaşdırmaq عقيم كردن :
Qıtlıq كمبود، قحطي :
Qonum موقعيت، جايگاه :
Sərt سخت، جدي :
Soykırım قتل عام:
Sunmaq ارائه دادن:
Sürəc فرايند:
Təzəmmün شامل:
Uymaq منطبق شدن:
Ürəmə تناسلي، توليدمثل:
Ürətim: توليد
Yasal قانوني:
Yükümlülük وظيفه، التزام:

Əli Xameneyi Uçaq Yolçuluqlarında farsca Qullanılsın

Kategori: , , , , , , , , , , Umud Urmulu - جمعه, آذر ۰۳, ۱۳۹۱ - 0 comments

Güney Azərbaycan: alarabiya.net düşərgəsinin yaydığı bilgilərə Görə Əli Xameneyi iranin sözdə Dini Öndəri bugün öz söyləşlərində Uçaq yolçuluqlarında farsca Qullanılmasının gərəkli olduğunu söyləyibdir.
Əli Xameneyi Öz Uçaq yolçuluğunda kardonun ingilizcə danışmasına qarşı öz rahatsizliğini dil gətirib və farscanin uçaq yolçuluqlarında Qullanılmasını Önərmişdir.
Tarixsəl bilgilərə Görə Xameneyi 22 il bundan önc bir daha bu Önərinin Tuğralı (rəsmi) olaraq sunmuşdur və bugün (2012.11.20) bir daha bu önərisini yeniləmişdir.
Əli Xameneyi 22 il bundan öncə Özəl uçağında farsca dışında hər çeşid dilin qullanılmasını yasaqlamışdır.
Xameneyiyə Görə Uçaq kadroları nədən farsca danışmamaqdadırlar? Nədən Uçaq kadroları farscaya önəm verməməktədirlər? O farscanın dışlandığını savunaraq hər bir alandafarscanın yayılmasını istəmişdir.
Iranin sözdə dini öndəri farscanı iranin bütün Uluslarının ortaq kimlik gösətrgəsi və varlığını olduqlarını söyləməktədir ancaq ilginç olaraq iranda hələ milyonlarca Türk, Ərəb, Lur, gilək, Mazni, kürd, Bəluç vs Öz Anadillərində eyitim haqqları yox və onların kimlik,külütür və varlıqlarınıa qarşı büyük asimilasyon siyasətləti yürüdülməktədir. 
Bir çox uzmana Görə iranda Türk və başqa ulusları dışlamaq nədənılə iranlılıq qavramlı neçə ildir çökməktədir və Xameniyinin hər bir fırsətdə farsca və iranlılıq və fars milliyyətçisi haqqında qonuyu gündəmə gətirməsi iranlılıq qavramının çökməsinin göstərgəsi olaraq görülməktədir.

Azǝrbaycanın Eurovision tanıtımında ciddi yanlışlıqlar vardır

Kategori: , , , , , , , , , , , , , , , Umud Urmulu - شنبه, بهمن ۰۸, ۱۳۹۰ - 0 comments

Mehranb Baharlı
Azǝrbaycan Respublikasının Eurovision tanıtımını yapan tuğralı (rǝsmi) düşǝrgǝlǝrin birindǝ tanıtım amaclı İngilizcǝ bir yazı yayınlanmışdır:
http://www.eurovision.tv/page/baku-2012/about/azerbaijan
Bu yazı bir sıra saxıq (ciddi) yanlışlıqlar içǝrmǝkdǝdir: 
1-Yazıda dilimizin adı Rusiya Komunist Partisinin 1937dǝ uydurduğu “Azerbaijani” (Azǝrbaycanca) olaraq verilir. Oysa bizim dilimizin adı “Türkcǝ” vǝ İngilizcǝsi “Turkish”dir. Türkiyǝ Türkçesindǝn ayırt edilmǝsini sağlamaq istǝnirsǝ, ona “Azerbaijan(ian) Turkish” deyilǝbilǝr. 
2- İngilizcǝdǝ işlǝdilǝn Azerbaijani, Azerbaycan adına Farsca nisbiyǝti göstǝrǝn –i sonǝki artırılaraq törǝdilmişdir. Türkcǝnin İngilizcǝdǝ bilǝ Farsca bir adla adlandırılmasının qǝbul edilǝbilir heç bir yanı vǝ açıqlaması olabilmǝz. 
3-Yazıda Türk xalqının adı “Azeri” diyǝ sunulur. Qondarma bir etnik-milli adı olan Azeri, ǝn başda Fars devlǝti olmaq üzǝrǝ sömürgǝçi-ırqçı güclǝr tǝrǝfindǝn Türk xalqını adlandırmaq üçün qullanılır. Türk xalqını Azeri adlandırmaq, Türk xalqı vǝ kimliyinǝ qarşı açıq düşmǝnlikdir. Belǝ uyduruq vǝ koloniyal adı işlǝtmǝk, onu mǝnimsǝyǝnlǝrin milli-etnik açıdan kimliksizlǝşmǝsinin ǝn açıq qanıtıdır. 
4-Yazıda “Turkish” tǝkcǝ Türkiyǝnin dili diyǝ göstǝrilir. Bu da yuxarıda dǝyinilǝn yanlış vǝ anti Türk anlayışın sonucudur. Burada anti Türk anlayışdan amac, Azǝrbaycan vǝ İranda yaşayan Türk xalqının milli adı vǝ milli kimliyi olan Türk`ü danmaqdır. Bütün dünya bu gǝrçǝyi açıqca bilmǝli vǝ onunla barışmalıdır: Güney Azǝrbaycan vǝ İranda yaşamaqda olan xalqımızın milli-etnik adı Türk vǝ dilinin adı Türkcǝ`dir.
5-Yazının târixlǝ ilgili bölümündǝ Manna devlǝti yanlışlıqla tayfa diyǝ sunulur; Medlǝr bir yerdǝ tayfa, ayrı bir yerdǝ dǝ tayfalar olaraq tanıdılır. Oysa bu devlǝtlǝri quran vǝ yönǝtǝnlǝrin tayfa olup olmadıqları, tayfa yapılı isǝlǝr bilǝ, tǝk bir tayfa mı yoxsa tayfalar konfederasiyonu görünümü verdiklǝri bilim çevrǝlǝrindǝ hǝlǝ dǝ tartışma qonusudur. 
6-Yazıda Med tayfalarının soyca Hind-Avropa kökǝnli olduqları iddia edilir. Oysa Med tayfalarını oluşduran qurupların etnik kökǝn vǝ danışdığı dillǝrin qonusu, bilim çevrǝlǝrindǝ kǝsinlik qazanmamışdır. Bilinǝn kǝsin olqu isǝ, Medlǝri oluşduran çeşitli tayfalar arasında Hind-Avropalı tayfaların bulunması kimi, Hind-Avropalı olmayan tayfaların da bulunduğudur. 
7-Yazıda Med tayfalarının çağdaş Kürdlǝrin ataları olduqları iddia edilir. Medlǝrin Kürdlǝrin ataları vǝ Kürdlǝrin Medlǝrin davamı olduqları iddiası bilimdışıdır. On doqquzuncu yüzilin sonlarında bir sıra Rus doğubilimcilǝr tǝrǝfindǝn ilǝri sürülǝn vǝ daha sonralar çürüdülǝn bu bilimdışı görüş, günümüzdǝ tǝkcǝ aşırı Kürd milliyǝtçilǝri tǝrǝfindǝn savunulur. Dilçilik açısından isǝ Med dillǝrinin davamı olabilǝcǝk dillǝr, güney-doğu İranik dillǝrindǝn sayılan Kürd dillǝri âilǝsi deyil; Kaşan çevrǝsindǝki orta İran dillǝri vǝ Tehran çevrǝsi Tatik dillǝridir. 
8-Azǝrbaycan`ı tanıdan bir yazıda, Kürd aşırı milliyǝtçilǝrin görüşlǝrini carlamaq, Medlǝrin Kürdlǝrin ataları olduqları kimi boş bir iddianı savunmaq, hǝtta Kürd xalqını söz qonusu etmǝk olağanüstü absurd bir davranışdır. 
9-Azǝrbaycanda hazırlanan vǝ Azǝrbaycan tanıtımına adanmış bir yazıda, Azǝrbaycanın tǝmǝl etnik qurupu olan Türk xalqının adı, varlığı vǝ kimliyini danmaq; Alban, Med, Ərǝb vǝ Kürd kimi Türk olmayan devlǝt vǝ etniklǝrdǝn söz açıp ancaq Türk etnisitǝsi vǝ Türk devlǝtlǝrdǝn söz etmǝmǝk, Türk xalqı vǝ Azǝrbaycanın Turkic dünyası vǝ xalqlarından olduğu gǝrçǝyini gizlǝtmǝk, utancverici bir durumdur. 
10-Yazıda Türkmǝnçay anlaşmasının ortaya çıxması nǝdǝnlǝri arasında Türkiyǝ, Rusiya vǝ İran devlǝtlǝri arasında anlaşmazlıqlar göstǝrilir. Bu görüş Rusiyanın koloniyalist vǝ işqalçı görüşüdür. Türkmǝnçay anlaşmasının ortaya çıxmasında Türkiyǝ vǝ ya o zamankı Osmanlıların rolu olmamışdır. Əsil sorumlu olan isǝ Rusiyanın işqalçı, yayılmaçı vǝ salqırqan siyasǝtlǝri olmuşdur. 
11-Yazıda Türkmǝnçay dönǝmindǝ Azǝrbaycandan Ölkǝ olaraq söz edilir. Oysa o dönǝmdǝ Azǝrbaycan ölkǝ adı deyildi, coğrafi bir bölgǝ vǝ İranın İdarı tǝqsimatında siyasi bir vâhidin-ǝyalǝtin adı idi. Artı sözü edilǝn dönǝmin rǝsmi bǝlgǝlǝrin çoxunda, bu coğrafi vǝ özǝlliklǝ idari tǝqsimatdakı birimǝ, bugünkü Azǝrbaycan Respublikası dâxil deyildi. 
12-Yazıda Alban tayfaları vǝ dili kimi qonulara dǝyinilǝrǝk bunlar bütün Azǝrbaycana mal edilir. Oysa Azǝrbaycan deyilǝn coğrafi bölgǝ İranda Tehran, Ərak, Mǝlayer ilǝ Sunqur vǝ Anadoluda Ərzuruma qǝdǝr uzanan geniş bir coğrafi alanın adıdır. Bugünkü Azǝrbaycan Respublikası isǝ bu etnik Azǝrbaycanın tǝkcǝ yüzdǝ yirmi-otuzunu oluşdurur. Dolayısı ilǝ Etnik Azǝrbaycanın bir bölgǝsini ilgilǝndirǝn Albanlar kimi varlıqlar, bütün Azǝrbaycana mal edilǝbilmǝz. 
13-Yazıda Türk xalqının mǝzhǝbi Şiǝ olaraq bildirilir. Belǝ bir tǝsbit, Türk xalqını Farslaşdırmağa qulluq edǝr. Şia gǝnǝl bir addır vǝ onun etnik çeşitlǝnmǝlǝri vardır. Örnǝyin Farsların İmami Şiiliyi ilǝ Türklǝrin Cǝ`fǝri Şiiliyi arasında fǝrqliliklǝr vardır. Bu fǝrqliliklǝri görmǝk vǝ göstǝrmǝk vǝ onları hǝr yerdǝ vurqulamaq vǝ abartmaq, Türk xalqının milli çıxarlarına uyqun olduğu kimi, bunları görmǝmǝk vǝ siliklǝşdirmǝk dǝ Türk xalqının milli çıxarlarına tǝrsdir. 
14-Tanıtım yazısında bir sıra göndǝrmǝlǝr, örnǝyin Zoroaster-Zǝrdüşt`ǝ vǝ Atropaten adına toxunmaq, anıqlanan (hazırlanan) bǝlcikdǝ (amblemdǝ) odların işlǝdilmǝsi dǝ yanlış anlamalara nǝdǝn olabilǝr. Çünkü bunlar dünyada gǝnǝldǝ İraniliklǝ bağlantılı vǝ İranlılıq kimliyinin parçaları olaraq alqınırlar.

İran Dışişleri Baxanı Əli Əkber Salihi: iranin 40% Türkce Danışır

Kategori: , , , , , , , , , , Umud Urmulu - پنجشنبه, دی ۲۹, ۱۳۹۰ - 0 comments

iranin Dışişlər Baxanı Əli Əkbər Salihi rəsmi bir Görüş üçün TÜrkiyəyə gedibdir.
Salihi Əsənboğa Havalimanından Basın Mənsublarının Sorularını yanıtladı.
Salihiyə Görə Batı ilə Nüklər Danışmalar çox böyük olasılıqla Türkiyədə və istanbul Şəhərində gərçəkləşəcəkdir.
Batı ilə Nükler danışmalar hansı tarixdə olduğu bəlli olmadığı üçün Salihi bu qonuda heç bir açıqlama yapmayıb ancaq özəl olaraq bu Görüşmələrin Türkiyədə və istanbul şəhərində gərçəkləşməsini dilədi.
Salihi ardından bu sözlərlə Türkiyə və iran ilişgisini özetlədi:
Türkiyə Milləti bizim Qardaşımızdır, biz bu qardaşlıq ilişgilərinin daha çox gəlişməsini istəyiriq. bizim Toplumların çox sayıda Kültürəl bənzərliklərimzi var, bunları bir araya gətirmək önəmlidir. "iranda Ulusun 40% Türkcə Danışır", bu zatən böyük bir Bağ ola bilər.
Salihinin Türkiyə medyası önündə irand 40% Xalqdan Türkcə Danışmasını Vurğulaması çxo önəmlidir. birinci olaraq bu sözün arxasında hansı siyasl düşüncə olub olmaması heç önəmli dəyildir, iran Dövlətinin Tuğralı bir Adamı bu sözü Uluslar arası bir Basın mənsubları önnündə Açıqlaması iranda Türk Xalqının var olmsı yönündən önəmlidir. ikinci isə Salihi iranda ki Ulusu Türk diyə adlandırması və bizim Ulusal adımızı Türkiyə medyasına doğru yansıtması açısından son dərəcə önəmlidir. 
anacq Sayın Salihiyə anlatmaq gərək iranin 40% olan Türk insani 88 ildir Türkcəsi yasaq olubdur və ən balaca insan haqqları, Ulusal haqqlar və vətəndaşlıq haqqlarından uzaqda saxlanılıbdır. 
iran sınırlarından bulunan Türk Xalqının birinci istəyi Türkcənmin iranda Tuğralı və dövlət dili olamsıdır, necə olur bir Coğrafi sınırda Xalqın 40% Türkcə danışa ancaq Türk Dili Tuğralı və Dövlət dili olmaya?
biz Türklə iranin birinci aşamada Demokratikləşməsini Türkcənin Tuğralı və Dövlət dili olmasında görürük, tabii başqa etniklərin də dili yaşadığı bölgədə Yerəl dil olmasıla birlikdə.
با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya