‏نمایش پست‌ها با برچسب farsca. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب farsca. نمایش همه پست‌ها

İran’da Anadilinde eyitim yasaqına devam

Kategori: , , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, بهمن ۰۹, ۱۳۹۲ - 0 comments
Umud Urmulu
İran bir çoxuluslu, çoxdilli və çoxkültürlü ölkə olmasına rağmən son 100 ildə bu çeşidlilik yox sayılıb və devlətin bütün siyasətləri dilsəl və kültürəl çeşidliliyi yox edərək azınlıq ancaq egemən bir qrupun özəlliklərinə dayaranaraq yapay bir ulus –devət yaradmaq olmuşdur. 
Dilsəl və kültürəl çeşidliliyi yox etmək üçün egemən qrupun qullandığı ən önəmli arac ölkənin azınlıq ancaq tək tuğralı(rəsmi) dili olan farscaya dayalı zorunlu eyitim olmuş, eləcə İran’da eyitim sisteminin amacı dünya evrənsəl eyitim sözləşməsı kimi çeşidliliyə sayqı, qorumaq və onu gəlişdirmək yerınə dilsəl və kültürəl çeşidliliyi yox edib bir azınlıq dilinə dayalı bir ulus, tək tip və tək ideolojik bir ulus yaradmaq olmuşdur. Ancaq iran’ad fars olmayan uluslar və özəlliklə çoxunluq olan Türklər son illər içində bölgəsəl və kürəsəl alanda gəlişən olayladan dolayı bir toplumsal oyanş və millətləşmə sürəci yaşamaqdadırlar və millətləşmə sürəcinin ən önəmli qanıtlarının da birisi Anadili və etniksəl haqqları qonusunda bilinclənmədir. Anadilində eyitim istəyi qonusunda Türklər və doğal olaraq fars olmayan uluslar iran devlətinin bir basqıcı və tutalitar yapısını gözə alaraq son illərədə daha bilincli davranmaqdadırlar və Türk gəncliyi försət olduğu hər alanda “Türk dilində mədrəsə olmalıdır hər kəsə”, “haray haray mən Türkəm” vs kimi sloganları səsləndirərək nə qədər ötəkiyə görə Anadilində eyitim qonusunda ısrarlı olduqlarını gözlər önünə sərgiləməkdirlər. 
Bu olayı başqa bir yönü isə iran devlətinin Anadilində eyitim kimi bir qonuyu devlətin ən üst düzey yetgililəri tərəfindən dəfələrəcə dilləndirilməsi olmuşdur, eləcə Həsən Ruhanı seçimlərdən öncə Təbriz, Urmiye, Ərdəbil vs kimi Türk şəhərlərinə oy istəmək üçün gəldiyi zaman seçildiyi sürədə iki vədəni daha on plana çıxarmış bunlardan birisi Anadilində eyitim və öbürü Türk Dili Qurumunun yaradılması olmuşdur. Ancaq Ruhanı seçildikdən sonra bu qonuda pratikdə addımlar atmasada son 6 ay içində Anadilində eyitim qonusu devlət yetgililəri və egemən və mərkəziyətçi qrupun toxunduğu bir qonu olmuşdur. Son yeddıcə(həftə) içində fars Dili qurumu və bir neçə iran Ulusal məclisində eyitim komisyonu üyələri iran’da Anadili qonusunda medya ilə söyləşiləri olmuşdur, bu söyləşilərin özetini aşağıda sıralamaqdayıq:
Məhəmməd Əli muvvəhid(fars dili qurumu üyəsi): Devlət yerəl dilləri dirə müdaxilədən qaçınılmalı, biz farsca kimi tuğralı dilimiz var əyər devlət yerəl dillərə tərəf gedərsə bizim işimiz çox zor olur.
Məhəmməd Dəbir muqəddəm(fars dili qurumu üyəsi): yerəl dillər qonusunda Anadilində eyitim yerinə ən önəmli bu dillərdə araşdırma yapılmasıdır. Bu yerəl dillər birçox ləhcəyə ayrəlmaqdadırlar və əyər bu yerəl dillərin birisini eyitim üçün seçərsək bizim üçün büyük və çox sorunlara yaranacaqdır.
Bəhaəddin Xurrəmşahi(fars dili qurumu üyəsi): devlət gərək Anadilində eyitim üçün bir sınır qoya, gərək nə qədər və nə biçimdə Anadilində eyitim verəcəyini sınırlarla bəlirləyə.
Səlim Neysrai(fars dili qurumu üyəsi): birsıra insanlar bir qovmu sevməyi Anadilində eyitimlə eşid görürlə bu çox qorxuncdur, biz iran’da Ferdusi kimi öndərlərin farscanın bu qədər gəlişməsi kimi insanların yetişdirilməsinə nə qədər şansımız var?  Anadilində eyitim üçün gərək gələcəyə baxaraq özümüzə sorun yaradmayaq.
Fəthəllah Muctəbayi(fars dili qurumu üyəsi): fars olmayanların Anadilində istəyi dışarıdan gəlmə və dış güclərın bizə qarşı ürətdiyi sorundur. Hindistan’da ingilizlər aracılığıla bu olay gərçəkləşdi və indi bu güclər bu sorunu bizə daşımaq istəyirlər. əyər Anadilində eyitimi olursa biz geriyə dönəcəyik və bu çox qorxuncdur.
Cabbar kuçəknejad(Rəşt millət vəkili): Anadildə eyitim iran’da olanaqsızdır, özəlliklə eyitim kitablarının içəriyini anadilə dayalı hazırlamaq olmaz.
Qasım cəfəri(Bucnurd millət vəkili): Anadilində eyitim iranı bölər və qovmlar arasında sorun yaradar.
zöhrə Təbibzadə(Teran millət vəkili): Anadildə eyitim tasarısı ağıl dışı və məntıqsızdır, ölkə bütüvlüyünü saxlayan tək dil farscadır.
Görüldüyü kimi azılıq anacq egemən qurupun Anadilində eyitim kimi bir insanin ilkən haqqı qonusunda mənimsədikləri tutum və söyləm nə qədər çağ dışı, ırqçı, aşağılayıcı vsdır.

Anadilde Eyitim Yabancıların İsteyidir

Kategori: , , , , , , , , , , , , , Umud Urmulu - جمعه, خرداد ۰۳, ۱۳۹۲ - 0 comments

Güney Azərbaycan: iranin Başbaxanlıq Adaylarından “Qulaməli Həddad Adil” Öz Öyrəncisəl Seçim Toplantılarını dəvam etməktədir ancaq hər gün irqçi söyləminə yeni bir Qavram və qonu artırmaqdadır, son olaraq Sözdə olsa bilə Adil iran’da Anadildə Eyitim istəyinin Yabancılar tərəfindən dilləndirdiğini söyləmişdir.
Tehranin Şərif Biliyurdunda keçirilən Öyrəncisəl Seçim Toplantılarında Türk Öyrəncilər iran’da Anadildə Eyitim haqqında Hədad Adildən Soru sormuşlar. Yayınlanan bilgilərə Görə bir Türk Öyrənci iran Anayasasinin 15 ci Maddəsinin yanlız Evdə Anadil qullanımı halda Sorun olmadığını ön gördüğünü söyləmiş yoxsa Bu maddə Anadildə Eyitim tanıdığını sorğulamışdır, Artı Türk Öyrənci önümüzdəki illərdə Başqa fars olmayan Dillərin Soyqırıma uğradığı haldə Hədad Adilin nə düşündüğünü istəmişdir. 
Hədad Adil iran Anayasasının 15 ci maddəsi haqqında Medyada söylənən sözlərı gərçək dışı olduğunu savunub və Anadildə Eyitim haqqında belə yanıd vermışdır:
Məncə Anadildə Eyitim Evdə ailələr tərəfindən gərçəkləşdiği üçün oxulda və Eyitim sistemində var olmasına gərək yoxdur və iranin Eyitim sistemində farscanı Uşaqların Öyrənmələri yetərlidir ancaq mən Eyitim sistemində Seçməli 1 kitabin Anadildə olmasından yanayam və bunu doğru görürəm.
 Hədad Adil Toplantıda bulunan Öyrəncilərdən fars və ingilizcə arasında hansı dilin Öyrənilməsini daha qolay olduğunu soruşur ancaq Öyərncilər birlikdə fars dilinin daha zor olduğunu söyləyirlər və bu yanıdlar Hədad Adilin daha Əsəbiləşməsinə nədən olduğuna yol açmışdır.
Toplantının ardında Hədad Adil Quzey Azərbaycanin 17 şəhərinin iran’a Geri Qaytarılamsını söyləyib və Öyrəncilər dən daha çox bu qonularda əktiv olmalarını diləmişdir ancaq Öyrəncilərın bir çoxu Hədad Adilin bu irqçi və Aşiri Fars Milliyətçi sözlərı nə qarşı toplantını tərk etmişlər.
Iranin sözdə Başbaxanlıq Seçki adaylarının gənəl olaraq irandaki baqşa Etnik qruplar haqqında Düşündüklərı ortadadır, fars olmayan Uluslar üçün bunların heç birisini fərqi yoxdur. Iranda Türklərın ortaq istəyi Türkcənin iranin Gənəlində Rəsmi və Devlət Dil olmasıdır və buda Anayasal güvəncə altına alınması gərəkir.

Türkceni Analarınızdan Öyrenmeniz Yeterlidir

Kategori: , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, خرداد ۰۱, ۱۳۹۲ - 0 comments
Güney Azərbaycan: iranın başbaxanlıq Seçkiləri üçün Tehranın Əmir Kəbir Biliyurduna gələn Qulaməli Həddad Adil ginə Öz Anti Türk duruşunu bird aha sərgilədi.
Tehran’da bulunan Türk Öyrəncilər tərəfindən yayınlanan bilgilərə Görə Həddad Adil dünən Tehranin Əmir Kəbir biliyurdunda olub və çeşidli Öyrənci Qruplarının sorularını yanıtamışdır. Bu Öyrəncisəl toplantıda Türk Öyrəncilərdə Türkcənin nədən iranın Eyitim sistemində heç bir yerı olmadığını soruşublar ancaq Həddad Adil bu soruya belə yanıd Verıb:
Türkcənı Öz Analarınızda Öyrənib və Öyrənirsiz, bu tür da dəvam etməlidir.
Qulaməli Həddad Adil Sualın Ardında Türkcənin iranda Eyitim sisteminə keçməsini farscanın Öyrətimi və genişləməsinə Qarşı olduğunu bildiribdir, ona Görə farsca iranin tək Tuğralı (Rəsmi) dilidir və belə də dəvam etmək zorundadır.
Ötəki həftə Hədad Təbrizdə olduğunda Türk öyrəncilər tərəfindən sərgilədiği Anti Türk söyləm və tavırlarından dolayı büyük tepki almış və bu dəfə Türk öyrəncilərın sorularına daha muhafazakâr bir yanıd verdı. O iranın siyası sistemin heç bir bəllı etnik kimliyə bağlı olmadığını söyləyıb və ona Görə iran devləti Türk, Ərəb, Bəluç, kürd vs ayrımı yapmadan çalışmaqdadır.
Toplantının ardında Türk öyrəncilər Hədad Adilin Təbriz haqqında Söylədığı farsca şerini xatırladıb və o şerdə nədən Təbrizdəki insanların Anadillərinin farsca olduğunu sormuşlar. O bu soru qarşısında farscanın iranda ki insnların tək Ulusal dili olduğunu söyləyib və Təbrizi iranlılıq kültürü və mədəniyətinin Qaynağı olduğunu söyləmişdir.
Xatırladaq Iranin 6 ci sınıf oxul kitablarında Hədad Adil tərəfindən söylənilən bir şerdə Təbridəki insanların Anadillərı farsca olduğu söylənilmişdir.   
Iran Coğrafısının bir çoxdilli, çoxuluslu,çoxkültürlü, çoxinancli olmasına rağmən yanlız fars Dili iranda Tuğralıdır və bütün çeşidli Uluslara Zorunlu Eyitim sistemilə Öyrətilməktədir, artı Türkcə iranın Eyitim sistemində heç bir yeri yoxdur və iran devlətinin bütün siyasətləri Türk diyə bir insan və Türkcə diyə bir Ulusun iranda var olmamsı üzərinə Qurulmuş və yürütülməktədir.

Urmiye ve Batı Azerbaycan’da Türkceye Uyğulanan Basqı

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - جمعه, اردیبهشت ۰۶, ۱۳۹۲ - 0 comments

Güney Azərbaycan, Urmiye: iran Devrim Muhazıflərını Gənc qoluna Bağlı olan javanpress.ir düşərgəsi (sitə) Urmiye və Batı Azərbaycan Dükanların’da yayqınlaşan Türkcə Adlarla ilgili bir məqalə yayınlamışdır.
Yayınlanan məqalədə Urmiye və Batı Azərbaycan Dükanlarından qullanılan Türkcə adlar Yad Adlar olaraq göstərilmişdir, özəlliklə Batı Azərbaycan və Urmiye Şəhərinin Dükanlarında qullanılan Türkiyə Türkcəsindəki adlara diqqət edərək bunu bir tür fars dilinə qarşı kültürəl savaş olaraq nitələndirmişdir. 
Ilginç olaraq Urmiye Şəhərindən qullanılan Türkcə adları yazar yad dili və iranin Rəsmi Dililəa çelişgidə olduğunu savunub və sözdə bölgə Ulusunun Dilinə nə qədər zərərli olduğunu savunmuşdur. Özəlliklə Urmiye və Batı Azərbaycan’da alışveriş dükanlarında qullanılan indirim sözcüyünə vurğu yaparaq bu tür sözcüklərin yanlız möştəriləri aldatmaq üçün qullanılan bir teknik olaraq ələ aınmışdır, ötə yandan Türkcə adların Urmiye və Batı Azərbaycan’da Türk Ulusu tərəfindən yayqınlaşdırılması iranlılıq Qavramna tərs olduğu və onu qarşı bir gizli propaganda olaraq söylənilmişdir. 
Yazının ardında yazar fars dili, iranlılıq qavramı vs lə ilgili bir çox övgü dolu sözlər qullanmış və Türkcə Adların önünü kəsıb və qullanılmasına izin verməmək üçün önərilərdə bulunmuşdur.
Iran devlətinin Türkcəyə uyğuladığı sansürün bu ilki dəyil və sonuda olmayacaqdır, iran devləti yüz ildir iranda Türk diyə bir etnik kimlik və Türkcə diyə bir Dilin var olmasını danmaqdadır və iran devlətinin bütün rəsmi və qeyri rəsmi görüş və tasarımları təmamən bu yöndə gərçəkləşmişdir. Özəlliklə Batı Azərbaycan və Urmiye Şəhəri tarixdə olduğu kimi bugündə Türkiyəyə yaxın olduğundan dolayı Dilsəl, kültürəl, musiqi, düşüncə tərzi vs kimi qonularda Türkiyədən tarixdə olduğu kimi büyüjk etgi alamaqdadır və iranin başqa yerlərindən daha fərqli olaraq Türkçülük düşüncəsinin təməl yapısını olşdurmuşdur, Güney Azərbaycanin Urmiye Şəhərindən Cemşidxan Afşar Urumi öncülüğündə gərçəkləşənən İttihad Hökümeti bunun ən yaxşı tarixsəl qanıtıdır. Bugündə iran’da Ulusal Türk oyanış hərəkətinin təməlini Urmiye və Batı Azərbaycan’da başlayıb və daha güclü və özgür meydana çıxdığını görməktəyik. 
Iran Coğrafıyası bir çoxdilli, çoxuluslu, çoxinancli, çoxkültürlü coğrafıdır ancaq iranda Ulus - devlət sürəci bir Ulus- bir Dil və bir Etnikin varlığı üzərinə yapılanmışdır və bu qonuda fars Toplumunun bütün varlığı devlət gücü və dəstəyilə Türk və Başqa toplumlara hakim olmuşdur,iran’da ulus – devlət sürəcində fars dili və zorunlu farsca eyitim büyük önəm daşımışdır və bütün Asimilasyon və bütünləşmə (Integration) siyasətləri bu iki arac üzərinə qurulmuşdur. Bugündə fars dili və Farsca Zorunlu eyitim Türklərə Öz varlıqlarından bütünlüklə silib və özgələşdirməsi üçün ən önəmli araclardan sayılmaqdadır, iran’nın Tuğralı (rəsmı) dili Anayasa tərəfindən farsca elan olnumuş və farsca dışında heç bir Dil devlət tərəfindən yad dili olaraq qəbul olunmaqdadır, bu yöndə Türkcə eyitim olmamasına rağmən ginə Türk toplumu və Türk diliniə qarşı devlət hər türlü baqsı, Asimilasiyonu, Sansür vs əsirgəməməktədir.    
javanpress.ir düşərgəsində farsca yazılan yazı:
http://tinyurl.com/d7efaum

Əli Xameneyi Uçaq Yolçuluqlarında farsca Qullanılsın

Kategori: , , , , , , , , , , Umud Urmulu - جمعه, آذر ۰۳, ۱۳۹۱ - 0 comments

Güney Azərbaycan: alarabiya.net düşərgəsinin yaydığı bilgilərə Görə Əli Xameneyi iranin sözdə Dini Öndəri bugün öz söyləşlərində Uçaq yolçuluqlarında farsca Qullanılmasının gərəkli olduğunu söyləyibdir.
Əli Xameneyi Öz Uçaq yolçuluğunda kardonun ingilizcə danışmasına qarşı öz rahatsizliğini dil gətirib və farscanin uçaq yolçuluqlarında Qullanılmasını Önərmişdir.
Tarixsəl bilgilərə Görə Xameneyi 22 il bundan önc bir daha bu Önərinin Tuğralı (rəsmi) olaraq sunmuşdur və bugün (2012.11.20) bir daha bu önərisini yeniləmişdir.
Əli Xameneyi 22 il bundan öncə Özəl uçağında farsca dışında hər çeşid dilin qullanılmasını yasaqlamışdır.
Xameneyiyə Görə Uçaq kadroları nədən farsca danışmamaqdadırlar? Nədən Uçaq kadroları farscaya önəm verməməktədirlər? O farscanın dışlandığını savunaraq hər bir alandafarscanın yayılmasını istəmişdir.
Iranin sözdə dini öndəri farscanı iranin bütün Uluslarının ortaq kimlik gösətrgəsi və varlığını olduqlarını söyləməktədir ancaq ilginç olaraq iranda hələ milyonlarca Türk, Ərəb, Lur, gilək, Mazni, kürd, Bəluç vs Öz Anadillərində eyitim haqqları yox və onların kimlik,külütür və varlıqlarınıa qarşı büyük asimilasyon siyasətləti yürüdülməktədir. 
Bir çox uzmana Görə iranda Türk və başqa ulusları dışlamaq nədənılə iranlılıq qavramlı neçə ildir çökməktədir və Xameniyinin hər bir fırsətdə farsca və iranlılıq və fars milliyyətçisi haqqında qonuyu gündəmə gətirməsi iranlılıq qavramının çökməsinin göstərgəsi olaraq görülməktədir.

İranlı Qavramı Çökməktədir və Çökəcəkdir

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, آبان ۰۳, ۱۳۹۱ - 0 comments

Dövlətlərin bir Etnik Qrupa Uydurma Kimlik yaratmasi 20 ci Yüz il içində komünizm ideolojisinin Diz Çökməsilə yaxşıca Gözlər Önün Sərmiş oldu. Basqıcı rejimlərin Toplumlarla Qarşı uyğuladıqları uydurma kimliklər ər gec Dağılataq Uluslar Öz Doğma Varlıqlarına Geri qayitmasila sonuclanmişdir və sonuclanacaqdır.
iran sınırlarında Bulunan Türk ulusuda eynən bu sürəci yaşamaqadır, Pəhləvi dönəmində uydurulan Azəri Qavramı illərdir sonucsuz olaraq Türk insani ginə Özünü tanıdanda Türk sözcüyünü qullanmaqdadır, insanlarimiz Özünü Türk, dilini Türkcə və vətənini Azərbaycan olaraq bilib və duyurmaqdadir.
bir başqa Deyişlə bugün iranli Qavramıda Çökməktədir və çökəcəkdir, bunu qanıtlamaq üçün Örnəklərlə söyləməmiş gərək.
bir neçə gün bundan öncə iranin Sözdə Dini Öndəri olan Xameneyi bir Danışığında farscanin gələcəkdə Dünya bilim dili olmasini diləyərək farscaya Övündü(1), bu birinci dəfə dəyildir iranin sözdə dini Öndəri farscaya bu qədər abartılı bir biçimdə Övünür və Övünməktədir. Ötə yandan Güney Azərbaycanin Ən önəmli Oyanış şəhərlərindən olan Urmiye Şəhərində 1-2 ay olur iran bayrağını çox böyük ölçüdə Urmiye şəhərinin dağ və təpələrinə dikmişlər, düşünün iran islam rejimi və Bu qədər Böyük baraqlar şəhərin hər bir bölgəsinə dikmək nə anlama gəlir? Yanlız bu dəyildir və Urmiye şəhərində hər bir dövləti arac, medya, maşin vs böyük iran bayrağları zorunlu olaraq dikilmişdir.
Iran sınırlarından bulunan Türklərin zaman içərisində Oyanışları daha güclü olduqca iranlı Qavramı diz çöəcəkdir və Türk kimliyi, Türkcə, Azərbaycanin Vətən olmasi qarşısında Öz marağını əldən verəcəkdir. 
Qullnılan qaynaqlar:
http://tinyurl.com/bpgz3pj

Sömürgeçilk ve Asimilasyon Aracı olaraq Farsca

Kategori: , , , , , , , , , , Umud Urmulu - شنبه, مهر ۲۹, ۱۳۹۱ - 0 comments

İç Sömürgəçilərin ən önəmli Aləti farscadir, dilsəl və kültürəl Asimilasyon və Soyqırım siyasətlərini yürüdən Arac kəsinliklə farsca üzərindən keçməktədir. əyər bugün fars milliyyətçiləri gələcək üçün farscanin bugünkü üstün durumunu qorumaya çalışırlar nədəni bu siyasətlələrin yeni bir ad və qavramla eyni olaraq yürüdməsi üçündür. Özəl görüşümə Görə Türk Ulusu və başqa fars olamayan Ulusların ən önəmli və etgili kimliksizləştirmə aracı farsca və şiiəlik olmuşdur, iran rejimi şiiəliklə biz bilmədən fars milliyətçiliğini bizim düşüncəmizə yerləşdirmişdir. Türk Ulusu olaraq bu Olayı devırmək üçün farscani dünyamızdan həmişəlik silməliyik və farscani bir yad dili olaraq görməliyik, yoxsa Düşüncəmizi və dünyamizi Sömürgəçilərdən qoruya bilməyəcəyik. Türkcə Düşünməyi öyrənməliyik, bizlərin çoxu Türk kimliyini daşımamıza rağmən fars dünyasinda yaşamqdayıq yanız farsca oxuyuruq, farsca yazırıq, farsca düşünürük və ...
Türkcə Bir Sözcük Türətmək, Bir Ağac Tikməkdir.
Yad bir Sözcük Qullanmaq, Ormandan bir Ağacı Kəsməkdir. Ancaq, Türkcə bir Sözcüyü Qullanmaq isə, bir Ormanı Qorumaqdır.

Fars Dili Bizim kimliyimizin Göstergesi Deyildir

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - پنجشنبه, مهر ۰۶, ۱۳۹۱ - 0 comments

Binab Millət Vəkili dünən 26 September 2012 iranin Ulusal Məclisində Yayınlanan oxul kitablarına deyinərək fars dilinin iranda yaşayan fars olamayan Ulusların kimlik göstərgəsi olamdığını söylədi.
Baqiri öz Danışığənda iranda bəzi kitlələr 1400 ildən sonra hələ və ginə fars dilinin iran da yaşayan Uluslarının ortaqlığı olduğunu savunmasına deyinərək farscanin iran sınırlarında bulunan çeşidli Uluslarının ortaqlığı və kimlik göstərgəsi olmadığını söyləyərək özəlikllə iranin 6 ci sinif kitablarında olan irqçi şeri bir ayıb olaraq dəyərləndirdi.
Baqiriyə Görə farsca yox bəlkə islam iran sınırlarında bulunan Ulusların ortaq kimlik göstərgəsidir və farscani ortaq göstərgə yapmaq ötəki illərdə olan yanlış siyasətin ürünüdür.
ancaq bizə Görə islam dinidə iran sınırlarında bulunan Ulusların kimlik göstərgəsi və ortaq dəyəri dəyildir, tərsinə özəliklə biz Türklərin kimliyi Türk, Dili Türkcə və inanci nə olursa olsun bizi bir araya gətirən Türk Ulusu qavramıdır və inanclar özəl bir ilişgi içərisində yer almaqdadır.
iranin oxul kitablarındna çeşidli yöntəmlərlə iran sınırlarında Türk kimliyi, Türk dili və Türklərin olmamasına ilişgin yazılar yayınlanmaqdadır və eləcə iran dövlətinin Tuğralı(rəsmi) siyasəti Türk kimliyinin iranda olmamasından qaynaqlanmaqdadır eləcə bu olayı Ulusa və Dünyaya reklam etmək üçün Azəri kimin qavramlar yaradılmış və iranda olan Türklərı Türk yox bəlkə Türkləşmiş farslar və Arı irqindan olduqlarını savunulmaya çalışılmışdır.  
Binab (farsca Bunab) şəhəri Doğu Azərbaycan əyalətində bulunmaqda və bir Türk şəhəridir.
با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya