Qızılözən Kültür Dərnəўi'niŋ İlk Yayını Gün Üzü Gördü!
Qızılözən Azərbaycan Kültür Dərnəўi Yayınları'nıŋ Ədəbiyyat Serisi'niŋ ilk kitabı, Güney Azərbaycanlı öykü yazarı Həmid Arğış'ıŋ 80 İL HEKÂYƏMİZ (Güney Azərbaycan Hekâyə Ədəbiyyatı Antolojisi) adlı dəўərli çalışması yayımlandı. Uzun illərcə dərləmə və araşdırmasına əmək sərf edən yazarıŋ bu həcmli çalışması Ərəb əlifbasıyla basılmış, 1300-1380 (1920-2000) illəri arasında toplam 40 Güney Azərbaycanlı yazıçınıŋ Türkcə qələmə almış olduğu 50 hekâyəni qapsamaqda və Abbas Pənâhi, Həbib Sâhir, Gəncəli Səbâhi, M. Zehtabi, N. Mənzuri, S. Behrəngi kimi klasikləşmiş adlarla yanaşı 1990'lardan bəri gəlişən yeŋi dalğa gənc yazarlarınıŋ da əsərlərindən 1-2 örnək içərməkdədir.
Güney Azərbaycan nəsriniŋ izlənməsi və işlənib araşdırılması baxımından olduqca dəўərli bir qaynaq mâhəyyətində olan bu dərləmə, Türkcəniŋ yasaqlandığı bu alaŋdakı bütün yazarlarıŋ əlçatmaz əsərlərinə ulaşması həsəbiylə də olduqca qapsamlı bir antoloji hökmündədir.
Bu çalışma Güney'dəki yayımı ardından Türkiyə'də də Latın qarfikasıyla yayınlanacaqdır./ T.A.
Toğrul Atabay
هیچ نظری موجود نیست:
ارسال یک نظر