Güney Azərbaycanin Həris və Əhər bölgəsinin kənd evlərinin 30-80% dağılıb və yerlə bir olubdur.
iran dövlətinin Tuğralı (rəsmi) yetkililərinin dediğinə Görə indiyədək 390 ölü və 1300 yaralı bulunmaqdadır.
Deprəm olan bölgələrin ən böyük sıxıntısı içməli Su, Yemək elan olunubdur.
ən son bilgilər 337 kəndin böyük ölçüdə dağılmasını göstərir, elcə iran dövləti yetkililəri axtarma qurtarma çalışmalarına son vermişlər.
Güney Azərbaycanda deprəm olduğu zamandan bəri iranda heç bir yetkili baş sağlığı diləməyib və iranin Tuğralı Dərgi, Tv,Radyu və bir sözdə medyasi Güney Azərbaycanda olub bitənləri sansur etməkdədir. Güney Azərbaycan və Türk Ulusunun Sansru edilməsi iranda bulunan insanların səsini bilə çıxarmış durumda.
Güney Azərbaycanin Vərziqan bölgəsi iranin 40% misini (Copper) öz qaynaqlarında içəriri, ancaq bugün Deprəmdən sorn bəlli oldu bu şəhərin xəstəxanası yoxdur və yanlız 2 gənəl doqtur şəhərdə çalışır, bu durumu kəsin olaraq Güney Azərbaycan və Türk xalqını iran dövlətinə sömürgə olduğunu göstərir.
indiyədək yüzlərcə artı sarsıntı Güney Azərbaycanin deprəm vurmuş bölgələrində hiss olunmuşdur.
هیچ نظری موجود نیست:
ارسال یک نظر