Qaradağ dəprəmində şəhərlərdə can itgisi olmadı amma kəndlərdə 300 can diri diri topraqlar altında quylandılar. bu gərçək bizə çox söz deyir. ilk öncə çağdaş 2012 dünyasında 6.2 bal gücündə dəprəmın bu qədər can itgisi olmamalidir. dəprəm bir doğal fəlakətdir amma çağdaş dünya bu bəlani necə itgisiz başa çatdırmasını bilir. artıq dəprəm mərkəzi olan Yaponiyada 6 ballıq dəprəm təhlükəli sayılmır çünkü bunun üçün binalarda və şəhər salmada hər cürə ön hazırlıqlar yerinə gətirilib. bunun üçün ancaq və ancaq bilimi qullanan gərçəkçi Yaponiya insani dəprəmin zərərlərini necə azaltmasını çoxdandır ki bilibdir amma bizim tərəflərdə hələ də dəprəmi dua ilə molla ilə önləməyə qalxan bir anlayış var. 2012 İranında Doğal fəlakətlərin zərərlərini azaltmaq üçün Mollaxanalarla anlaşma imzalanır(1). artıq insanlarımız özlərindən soruşmalıdırlar ki nədən qaradağda yoxsul kəndlinin palçıqlı evinin can itgisi şəhərlinin betonli evindən qat qat çoxdur ? artıq insanlarımız özlərindən soruşmalıdılar ki onlara fəlakət zamanında sayı bitməyən İmamzadalar mi yardım edir yoxsa sayi az olan xəstəxanalar və standard tikilmiş evlər mi ? nədən molla rejimi bu qədər məscid və İmamzada tikməyə pul xərcləyir ancaq dəprəmi önləmək və zərəsizləşdirmək üçün gərəkən xəstəxana, yol, standard ev tikmə işinə fikir vermir ?
Vərziqanda İmamzada sayı 50 və Xəstəxana sayı 0 dir (2). bu durumun sonucu bəllidir.
Orucluğun 23də qədir gecələrində məscid və imamzada işə yaramadi, o zaman nədən özümüzü aldatırıq? bu aldatmanin sonucu çox da güclü olmayan 6.2 dəprəminin 300dən çox can itgisi oldu. hə bilirəm toplumun qutsal sandığı acı yerinə düz səpirəm amma qoy bu düz bu toplumu oyatsin bəlkə gül kimi uşaqlarımızı mollaların xurafatlarına tapşırmayaq. özümüzə də yazıqlığımız gəlmirsə yazıq uşaqlarımızı mollaya məscidə imamzadaya güvəndirməyək çünkü bu həftə orucluğun qədir gecələrində bu 300 insan diri diri quylandi və bu xurafat işə yaramadi. biz xəstəxana və standard evlərin yerinə xurafatçi mollaların imamzadalarına önəm verdiyimiz zamana qədər gözümüz ağlar canımız yanar əzizləimiz itgin olacaq.
1- http://tinyurl.com/8mpwppw
2- http://tinyurl.com/8fd4tkg
Yazar: Yaşar Bugün
هیچ نظری موجود نیست:
ارسال یک نظر