Ana Sayfa » , , , , , , , , , » PKK-nı Ermənistan idarə edir? Yazısını okuyorsunuz.

PKK-nı Ermənistan idarə edir?

Kategori: , , , , , , , , , , Umud Urmulu - شنبه, فروردین ۲۱, ۱۳۸۹ - 0 comments










GünAzTv: Ermənistanın PKK terror təşkilatı ilə gizli əlaqələrinə dair yeni faktlar üzə çıxıb.
ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Türkiyəyə təzyiq göstərərək onu Ermənistanla sərhədlərini açmağa məcbur etməyə çalışdığı bir vaxtda bu ölkənin PKK terror təşkilatı ilə gizli əlaqələrinə dair yeni faktlar üzə çıxıb. Türkiyə mənbələrində yer alan məlumata görə, ölkənin hərbi kəşfiyyatı müəyyən edib ki, Ermənistan hazırda PKK-nın əsas logistik mərkəzinə çevrilib. Terror təşkilatının yüksək rütbəli mənsubları Ermənistan pasportları ilə təchiz edilir və sərbəst şəkildə istədikləri yerə gedirlər. PKK-nın silahlı qanadının liderləri də müntəzəm olaraq işğalçı ölkəyə baş çəkir, onların telefonlarına da Ermənistanın telekommunikasiya şəbəkəsi xidmət edir.
Bildirilir ki, Türkiyə silahlı qüvvələri Ankara-İrəvan yaxınlaşması prosesində Azərbaycanın təcrid edilməsi cəhdindən narahatdır və bu planların bölgədə PKK-yla bağlı yeni situasiya ortaya çıxaracağını düşünür (“İnternetajans.com”). Lakin hazırda TSQ AKP hökumətinin ciddi basqıları altında olduğundan, əl-qolu bağlıdır və PKK-ya qarşı onun fəaliyyət imkanları məhdudlaşıb.
Hərbi kəşfiyyat müəyyən edib ki, PKK ilə Ermənistan arasında gizli anlaşmalar var. Ermənistan PKK-ya hər ay istifadə olunmaq şərtilə 50 viza haqqı verib. Yəni terrorçular hər ay 50 pasportu işğalçı dövlətin Parisdəki səfirliyinə təqdim edir və oradan viza alıb istədikləri ölkəyə gedirlər. Həmçinin Ermənistan PKK-ya silah, pul və digər yardımlar edir. Yaralanan və ya xəstələnən terrorçular da sərbəst şəkildə Ermənistan xəstəxanalarında müalicə olunur. 
Terror təşkilatının silahlı qanadının rəhbəri olan Murad Qarailanın telefon danışıqlarının izlənməsi zamanı məlum olub ki, ona “Armtelekom” xidmət edir. Həmçinin dəqiq müəyyən olunub ki, Qarailanın telefonları Ermənistan Xarici İşlər Nazirliyinə aid telekommunikasiya mərkəzinə bağlıdır. Bildirilir ki, belə vəziyyətə ABŞ PKK barədə Türkiyə tərəfinə yetərli kəşfiyyat məlumatları vermir, verəndə isə CD-lər şəklində olur və onların araşdırılması, əməliyyat üçün hökumətdən icazə alınması vaxt aparır. Nəticədə məlumat effektsiz olur. 
Türkiyə qaynaqları qeyd edir ki, bu durumda baş nazir Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı PKK-ya dair hansı mesajların veriləcəyindən çox şey asılıdır. Silahlı qüvvələr ümid edir ki, Ərdoğan ona Azərbaycanı kənarda saxlamaqla Ermənistanla əlaqələr qurmaq üçün təzyiq edən ABŞ administrasiyasına PKK-nın Ermənistan üzərindən idarə olunmasına dair dəlilləri çatdıracaq və əvvəlcə bu məsələnin həllini tələb edəcək.
PKK-nın Ermənistanla əlaqələrinə dair məlumatlar əvvəllər də olub. Buna baxmayaraq, Türkiyə hökuməti İrəvanla danışıqlar apararkən bu məsələni qaldırmayıb və PKK-ya önəmli dəstəyi kəsmədən bu ölkə ilə protokollar imzalayıb. Bu məqam Türkiyə silahlı qüvvələrində narahatlıqla izlənilir. 
Xatırladaq ki, Türkiyə mənbələri Ərdoğanın Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vasitəsilə prezident Əliyevə PKK-nın terror təşkilatı kimi rəsmən tanınması barədə müraciət etdiyini xəbər verib. Azərbaycan tərəfi isə bu addımı atmağa tələsmir. Belə fikirlər var ki, rəsmi Bakı PKK-nın təcavüzkar ölkə ilə birləşərək Azərbaycana qarşı təxribatlarından çəkinir. Lakin görünən odur ki, Ermənistan hazırda PKK-nın əsas dəstəkçilərindən biridir və bu terror təşkilatı Azərbaycanın da milli təhlükəsizliyi üçün təhdid yaradır. musavat.


هیچ نظری موجود نیست:

ارسال یک نظر

با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya