Güney Azərbaycan, Urmiye: sonunda neçə il uğraşmaqdan sonra iran sınırları içərisində bulunan Türklərın Ana Təbrizdən sonra ən yoğun yaşadığı ikinci büyük şəhərdə Türk Musiqi səsı Dalğalandı.
Güney Azərbaycanin Urmiye Şəhərində May ayın 10 – 11 cı günlərındə Tanınmış Aşıq Qrupu olan Sarıtel’ın konserti Urmiye də gərçəkləşdı.
Sarıtel Aşıq qrupunun Öncülüğünü Aşıq Qurban pur Vəliyar etməktəydi və onunla birlikdə Məhəmməd Məhəmmədi, Xudadad Səbzi, Səhənd Babaı, Səhənd pur Vəliyar vs Urmiye Şəhərində ifaları oldu. Aşıq Qrupu Gərçəkləşən bu kosnertdə 14 Aşıq Mahnısı Qaradağ məktəbində ifa etdilər.
Urmiye Şəhərində keçirilən Aşıq konsertinin ilk Günündə Orta Şah Xətayi, Paşa Köçdü, Şirvan Müxəmməsi, Duraxanı vs və Təsnif olaraq Mahur, incəgülü, Qopuz vs ifasila sona çatdı. Ancaq Aşıq Konsertinin ikinci Günündə Çıldır Gözləməsı, İrəvan çuxuru, Ana bayatısı, Sarıtel, Laçini, Nazlı Yar vs kimi Aşıq və El Mahnıları səsləndı.
Keçirliən Aşıq konsertində Türk Ulusu tərəfindən büyük ilgi görüb və bu konserti gərçəkləşdirən insanlarda gələcəkdə belənçi törənlərın daha çox olmasını diləmişlər, ancq ən büyük əngəl də bildindiği kimi iran devlətinin musiqi və kök olaraq Türk Qavramyıla uzaqdan yaxından ilgisi olan qonulardır. Urmiye Şəhərində neçə il bundan öncə Urmiye və Batı Azərbaycan Aşıqlarından oluşan 3 Album hazırlanmışdır, özəlliklə bu albumların ən önəmlisi və səs gətirənı Urmudan Gələn səslər olmuşdur.
Urmiye Şəhəri Aşıq musiqisi baxımdan Türk dünyasinin ən incələrindən sayılmaqdadır və eləcə Urmiye Aşıq məktəbi Güney Azərbaycan’da başqa Aşıq məktəblərinin bir ortaq körpüsü olaraq sayılmaqdadır.
هیچ نظری موجود نیست:
ارسال یک نظر