Ana Sayfa » , , , , , , » Urmu Gölüm mənim Yazısını okuyorsunuz.

Urmu Gölüm mənim

Kategori: , , , , , , , Umud Urmulu - دوشنبه, مهر ۱۳, ۱۳۸۸ - 0 comments















Urmu Gölü əvvəl allah Ad olsun

Könülümüzdə daim allah yad olsun
Azərbaycan millətimiz şad olsun
Xoş Düşünək xoş danışaq xoş bilək 
Bir birilə xoş danışaq xoş Gülək (Dədə Katib)
Urmu Gölü nə Gözəl yaranıbsan. nə Gözəl xalqımızın dilində Sözlərnən yer açmisan.bir özəl Elin ürəki olubsan ki ürək siz yaşamaq heç olarmi? Yanındaki ağ duzlar sənin yaşlı və baş ağarmağın Görsədir.
Sənə Tökülən suları da Gördüm; Sevinmək də bu qədər? Istəmək də bu qədər? Daşli dağların ətəkində yığılıb, yollari üstündəki hər nəilə savaşib və buna Güvənirlər ki sənə çatacaqlar.
Sənin daşdan olan Osman yumruğun, bir millətin vəhdət yumruğunun işaretıdır.















Neçə qollarınla bir yanda qara Dəniz və bir yanad Xəzər dənizə yapışıpsan və uca büyüklüğünla, bu aranin Ailə sının baş hafizisan.
Sevgi və saflıqın nə özəldir ki hər yandan insanların könüllərın doldurursan? Eşqın nə dərinlikdədır ki qələmlərdə, şerlərdə, aşıqların sazinda xoşca adin var?
Dədə Katib nə Gözəl deyib ki “bütün Azərbaycan sənindir” bütün Azərbaycandaki yaşayan Ellər sənindir. Millət oyaqdir buna Görə ki sən oyaqsan. Bir qocaman yaşlı həyatsan k ihəyat öyrənməgi öyrədirsən. Cana can, Haray Haray, dosta alqış və düşmənə qılınc çəkirsən. Dədə katib mənzuməsındəki Sevgini səndən öyrəndi və xalq içindəki yayılmış sözlərını sənin üçün payladi.


















Avqan dağı sularını sənə axdirir bəlkə büyüklüğün daha artirsin və gözəlliklərin ən yaxşı Görsün.
Araz çayi gedə-gedə Gözü səndə və Arzusu sənə Çatdırmaqdir. Özünü daşdırır bəlkə sənə bir yol açsın.
Urmu Gölü “baldan  şirin duzun var” sənin suyun özgələrə bir od kimin Gözlərinə Sanci Tökər. Amma bizlərə suyun bir dərdə dərman və əlacdir, sıxılan ürəklərə bir dayaqdır, məmləkət aşıqlərın sevgsini aşkar edən bir işıqdır.
Millət çəkən şadlıqları və acıları səndə hiss edirsən. Çünki sənə tökülən çaylar, həmin bu Elin içindən keçib, şəhərlərə və kəndlərə ayaq quyub, onların o durumlarından yuyub və sənə çatdırırlar.
Şeyx əfi Eddin uşaqliqinda sənin üzünü Gördü, güclu havan ürəkində qaldı və gənclikdə həmən sənin ətirli havanla, əvvəlki halina qayıtma mahnıların çalirdi. Aşiq dərviş yalnız sənin bir qonşü kəndlərində böyüdü, amma necə ki sən bütün Azərbaycanınkısan, sazının Tellərının səsı bütün Azərbaycanda Eşq yelınən hər qulağa çatdı.   
Yay gəlincə dəyərın daha artıqlaşır, adın daha yüksəkləşır, ətəkin Sevənlərınlə daha Gözəlləşır. Vətəndə tanış quşlar sağınla solan dolurlar, sənlə Görüşüb və döyüşlərə qüvvət alırlar. 















Köçən quşların sənə çatan zövqların kimsə dana bilər? Həmən bu zövq üçün di ki dəyirlər quşlar səflə gedəndə toy tuturlar.
Uzun ətəkın hər yandan igidlər böyüdübdür; Təbrizdəki məşrütə quranlar, urmuda ki qəhrəmanlar sənlə Görüşüb və uzun yollara addım atib.
Doğrudur ki torpaq soyuq olur; amma biz yaşayan torpaq Gör ki nə qədər istidir ki belənci nəsillər igid oğlan, qızlar bara gətirib. Allah adı dillərdə, vətən Eşqi könüllərdə, dağdan dağa qaçma nədir? Dağı dağa çalma nədir? On səkkiz Empratorluq quranlar bizim b uharaylı torpağda böyüyüblər. Həmən torpaq ki sənin tək şirin-duzlu sularınnan qarışımışdır.
Nə ah çəkibsən, nə Göz yaşı Tökübsən, Cilovluq Faciəsini sən yaxından Görübsən. Urmu, maku, Xoy, salmasın şəhidlərini saya bildin? Urmuda dardan asılmış qadınlarını, əldə təsbeh qocalarını, gənclərini və uşaqlarını unutmayıbsan ki? Terrorçi Kurd  Simitkonun Gördüklərini yadında saxlayıbsan  da? Sulduzun qarapapaq millətinə silah çəkənləri tanıdın da?  Bunların hamisinin şahidi sənsən. Bir millətin simvolu və mədəniyyətin dünyalara çatdıran sənsən. Qadir allah səni Gözəlcə yaradıb bəlkə Elin gözəlliklərinin aynası olasan, bir böyük ailənin hörmətini bir işıq tək baxışlara çadırasan. bəs ölmə, quruma, suyun daha dərinləşsin, Tarix böyü YAŞA, YAŞA GÖZƏL URMU GÖLÜM MƏNİM .....
Urmu gölü şəfəqlərin Sönməsin 
Zaman çərxi zərəriyən çevirməsin
Özgə quşu sularıyan qonmasın 
Ellər gəlib donub getsin dal ba dal 
Sən heyf sən getmə-getmə hələ qal(Dədə katib) 
Ərəb əlifbasında qaynaq və Latıncə Çevirən ümid urmuli

هیچ نظری موجود نیست:

ارسال یک نظر

با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya