Gəl Dolaşmaginan O Zülf Pərişanə Könül
Səbr Eylə Döz bu Qaranlıq Şəbi Hıcranə Könül
Baxma Nəkəs Etəş-ı Neyranə Könül
Olma Namərd, möhəbbət Eyləmə Naəhlə Könül
Bağlamaz Aqil olan, Ülfəti Nadanə Könül
Məryəm Cəhangiri(Bəylərbəyi) 1296 ci ildə Güney Azərbaycanin Urmiye Şəhərində Dünyaya Göz Açmışdır. onun Atası Hüseyn Xan Bəylərbəyi olub və kök olaraq Urmiye Əfşarlarından sayılrılar. Hüseyn Xan bəylərbəyi Ədəbiyyat sahəsində çalışıb və şair olaraq Rəhi adını Taxma Ad seçmişdir. Məryəm 7 Yaşından Urmiye Şəhərində olan Amerikali il öyrətim Evinə gedərək 1310 ilində oradan 6 illik təhsilini almışdır. Öyrətim illərində Həblolmətin oxumaqla uğraşmışdır. sonraki illər Urmiye kültür və mədəniyyət Örgütünə Üyə olaraq Urmiye şəhərinin ilk Öyrətim evlərinin birisində Öyrətmən olmuşdur. 17 yaşı olduğunda yaxın ailəsəndən birisiilə evlənərək bu evliliğin sonucu 4 uşaq olur. bu sırada Urmiye kültür və mədəniyyət örgütnüdən əkinçilik örgütünə köçürülür. sonunda Cümə 7 Şəhrivər 1331 ci il Urmiye şəhərində iç Qanama nədənilə Dünyasını dəyişir. Alınan bilgilərə Görə Məryəm Cəhangiri Türk Qoşarlardan Füzuli və Heyran XAnim Qoşuqlarını çox sevirmiş. Məryəm Xanim öz Qoşuqlarını Təbrizin Şahin adlı Dərgisi və Tehran Qoşarlar birliyində yayırmış. onun çox sayıda Türkcə və farsca qoşuqları var olub və onun Qardaşı yardımıla bu qoşuqlar Tehranda 1334 ci ildə yayınlanmışdır.
Məryəm Cəhangirinin Azərbaycan adlı Qoşuqundan bir parça:
Dağı Daşi Parlayan Tək torpaqı Zər
Çayları Coşğun Hamı Bostanlarında çox Səmər
Pozginan Biganə fikirin nəqşəsin Eylə bircə hədər
Qoyma Naməhrəm Edə o Arizə bircə nəzər
EY şərafət Kani Ey Ğeyrətli Azərbaycan
Qəhramnlar yurdusan Şöhrətli Azərbaycan
Məryəm Cəhangirinin Uşaqlar üçün yazıdığı bir Qoşuq:
Sevmeli sarı Cücə
Yedığı Dari Cücə
Sındırdın Yumurtayın
Necə Gördün Dünyayın
Gördüm Yerin Daridi
Ağ Daştan Duvarıydı
Pencərəsi Yoxuydu
Dərdi Qəmim çoxuydi
Orda Tək Qalmuşıydim
Saralıp Solmuşuydim
Cücul dedim Atıldım
Cücələrə Qatıldım
هیچ نظری موجود نیست:
ارسال یک نظر