Çillə Gecəsində işlənilən sözxüklə bir araşdırırsaq Çillə, Qarpız, Qar, Qış və ... Sözlərilə ilgilənməliyik
Çillə
Türk dilində Yay Sözcüyü Ox anlamını daşıyır, Çillə isə ip(Oxun ipi), o yer ki Ox da Çubuq Qoyuruq və o mənalar ki deyiləcək
Türk dilində ilin üç Ayına(novruz bayramından üç ay gedən)yay Fəsli deyilir. Əski zamanlarda yayın çilləsi mənasını daşıyan qavram yay Fəslindən 45 Gün gedən və Yay Günləri uzanması anlamında olubdur.
Qışın çilləsinin anlamı, Qışın Soyuqluğu Uzanan Günlərı ikiyə bölərsək iki çillə yaranır. Böyük çillə 40 Gün olaraq və Kiçik çillə isə 20 Gün .
Şübhəsiz Çillə Sözü “Çiləmək” sözülə bir kökdədir.
Çillə Sözcüyü Çiləmək(Güclə vurmaq) Felindən(Verb) yaranıbdır. Çiling-Ağac oyununda vurmağa Çiling ya Çilik ya Çiliə deyilir iki bu feldən yararlanılıbdır.(Çil Gəlsin)
Pillə sözü isə çillə Sözü sistemindəndir, Pilov və Çilov da bir sistemdəndilər.
Qarpız
Qarpız sözünün Türk dilindəb Bölgədəki bir çox ulus Dilinə yayılmaqdadır və Kök olaraq Türkcədən çevirlərək baqşa dillərə geçibdir.
Farsca”هندوانه”o şey ki Hindistandan Gəlib, ingiliscə water melon Su Yemişi anlamını daşıyır. hər iki dilədə baxanda görünür hər ikisidə sözün mənasını təsvir edirlər və özgür mənaları Yox ki bu Sözcüyü onlarla araşdıraq. Rusca arbuz və Yunan dilində Karpozi deyilir, Eesti Dilində Arbuus, Lietuvių dilində Tikrasis arbūzas, Polski dilində Arbuz_zwyczajny və elə ki Görürsünüz Türk Dilində olan Qarpız Sözündən alınıblar. Monqol dilində Tarbos Sözü Türkcədə olan Qarpız Sözünlə qohumdur.
Qış
Qar
Qarı(Qoca qarı)
Qarımaq(Qocalmaq)
Qarıtmaq(Bitkilərdə Qocalmağa səbəb olur, Bərk olurlar)
Qarğış(Lənət)
Qarğı(qamış)
Qaranat(Talehsizlik, Bədbəxtlik)
Qada(pis Bəla)
Qırmaq(qırhaqır, öldürmək)
Qızmaq(istiləmək)
Qorğu(Qorumaq)
Qorxu(Dəhşət, Qorxmaq)
Qışqırmaq(Bağırmaq, Haray)
Qudurmaq(hirsli, qəzəbli)
Quduz(Qudurmuş)
Qancıq(dişi it, Kaftar)
Qorban
Qırov( Bərk olan qar və Toz kimin olan Qar)
Qaran(son dövr)
Qarpız
Qırmızı
Qutlu
...
indi bilinir bu sözlər bir birilə ilişgidədirlər …
Azərbaycan Əfsanələrində qışın iki çilləsi olur. iki Qarı bacıdırlar, Onlar öz Yorğanlarını Tərpəşdirib və Qar yağdırırlar.
Qarin özəlliklərindən birisi hər yerı Ağartmaqdır və bu işi ucadan Görər. Qarı(Qoca Qadın)da ucadan Saçları ağ olur elə ki Qar kimin Görünər. əski zamanlar Qoca qadınların saçları Ağarırdı belə bir əfsanəli fikir yaranıb.
Qarğı
Qarğı sözü Mizraq, Neştər anlamındadır. indi çillə sözünə bir baxaq. Çillə Oxu uzatmaq anlamında və burda Oxu Ən çox uzatmaq anlamını daşıyır. Soncu olaraq oxdan(Qarı) Atılan Neştər Qarğı adlandırılır. Önəmli budur Qarğımaq və Qarğış hər ikisidə lənət mənasındadırlar və o iş Qarılar Görərlər.
indi Qarğımaq(Lənət) Felini Qarğı(Neştər) Sözüilə tutuşdurun, Göründüğü kimin bir Əfsanə Düşüncəsi arxasında özünü Göstərir.
Qarğış(lənət) Sözünün Üz bə Üz Sözü Alqış(Tərif) Sözüdür.
indi Görünür Qarpız yalnız Qar sözüilə ilgidə dəyildir bəlkə Azərbaycan ulus və folklorundan yer alan bir Qohum sözüilə ilişgilidir. Eyni zamanda Görünür Qış(Fəslin Adi), onun tanrısı ”Qar”, “Qarğı”(Neştər), “Qarğış”(lənət), “Qada”(bəla) və Sonda qırğın(öldürmək) və ... o bu Bədbəxtliyi bitirən və yaxşı Bəxt Gətirən Qarpız Qavramıdır…
Deməliyəm ingilis dilində Fairy və Farsca “پری”Pəri Sözlərinə baxaıldığında görünür hansı Qaynaqdan alınıblar, Türk Dili orda Görülməkdəir
Güney Azərbaycanin Urmiye Şəhərində Çillə Gecə Törəni
Çillə Gecəsi ilin 365 Gününün Ən uzun gecəsidir. Çillə Gecəsi Güney və quzey Azərbaycan və Türkiyədə qeyd olunur. Çillə Gecəsində Qarın yağması çoxlu Sevinc yaradır. Urmu Və başqa yerlərdə Çillədə ailə üzvləri, qohum, Tanış və ... çox səmimi bir yerə yığışır və ilin ən uzun gecəsini çeşidli yeməklər, meyvə, şirnilərlə Böyük tuturlar. Çillə gecəsi Hamı soyuğa yox demək üçün qarpız yeyir elə ki bu gecədə hər ailə bir qarpız almalıdır, Ancaq Urmu Şəhərinin kəndlərində yayda qarpız yetiştiği zaman onu saman altında saxlayıb və Çillə gecəsinə saxlayardılar. Urmiyedə Belə bir dəb var: əyər ailədə yeni Evlənənlər varsa onlara ailənin böyükləri tərəfindən qarpız hədiyyə alınır. Çillə gecəsində Cəviz, halva(Həvic halvası, Cəviz Halvası), Paxlava, toxum və başqa yeməklər Süfrədə olmalıdır. Neçə il bundan öncəyə kimin Urmiya şəhərində Kəndlərdə Hamı yığışırdı Ailənin böyüyünün Evinə və orda qız, oğlan və gəlinlər birlikdə Deyib və gülərdilər. elə o zamanlar bu gündə hava qar yağardı kənd evlərində Kürsü olurdu və ailə Kürsünün altına yığışıb və Böyük Ata və Ana(nənə) uşaqlara və qız Gəlinlərə Atalar sözü, Bayatı, nağıl, Tapmaca və belə Ulusal Dəblərəmiz deyilib öyrədilridi. Urmu-da Belə bir Dəb var hər hansı oğlan və qız Nişanlı olduğu çağ, oğlan tərəfi Qız Evinə Pay və Çilləlik Göndərər, bu çilləlik Qarpız, Milax, Cəviz, Halva və başa yeməklər olur. yadımdadır o vaxt bizdə Ailəmlə birlikdə Gedərdik Xan nənəm gilə Evləri kənddə olurdu orda çillə Gecəsi üçün çoxlu yeməklər hazırlayardı Xan nənəm Görüm üçün Milax, və Turş Üzüm(Üzümü neçə vaxt Qoyarlar sirkəyə və çillə vaxtı yemək üçün hazır olur), Cəviz, Sucuq və ... Çillə Gecəsində hamı Evlərdə çox Şənlik olur və hamı uşaq və böyüklər Deyib Gülməkdən bu uzun gecəni Səhərə çatdırarlar. Urmu-da bir araşdırdım bir dəb də Ata-Analardan eşitdim əski zamanlarda bu dəb olurdu, o da bu ki bala və Böyük çillə çıxandan sonra hər həftə çərşənbə günü bir od yandırardılar və bu törəni ilin son çərşənbəsinə qədər davam edərdilər.
Çillər Gecəsində oxunan bayatılar:
Ay çillə Yeçillər Qardaş
Atın Qəmçilə Qardaş
Bir Gəldin Danışmadıq
Qəlbim Açıla qardaş
El arasında Çillələr Haqqında müxtəlif nağıllar vardır onlardan neçəsini yazıram:
Çillələr iki bacıdırlar bir böyük bacı birdə kiçik bacı. Günlərin bir Günü bacılar iydə Ağacının Altında oturmuş, danışırdılar. Kiçik çillə; Böyük çilləyə deyir :
- bacı sən getdin nə eylədin?
Böyük çillə deyir:
- Mən getdim; Dondurdum; Üşütdüm, xəstəliklətdim; Gəldim!
Balaca bacı Gülüb və Dedi :
Mən sənin kimin dəyiləm! mən gedib; qarları kürəkdən; gəlinləri biləkdən; Körpələri bələkdən Eylərəm !!
Cavabında Böyük bacı Gülüb və deyir:
- bacın ölsün! Səndə bir iş Görə bilməzsən; ömrün Azdır; onun yazdır
Bir başqa Nağıl:
Belə deyilir: qış bir qarıdır və onun üç oğlu vardır. Adları böyük şillə, kiçik çillə, Boz
Anaları Böyük oğlun Göndərib qayıtdıqdan sonra Soruşar ki; nə eylədin?
Böyük çillə deyər ki: ocaq qırağına Düzdüm gəldim!
Sonra Anaları kiçik çilləni Yollayıb, Qayıt-dan sonra soruşar ki Sən nə eylədin?
Kiçik oğlan cavab verər ki: ocaq içinə doldurub Gəldim!
Lap son Boz Ay Göndərir, Döndükdən sonra soruşar: sən nə eylədin?
Boz Aya deyir ki: məndə gedib ocaqdan çıxartdım gəldim!
Görüm = nümunə, örnək
Qaynaq: Dilmac Dərgisinin 34-cü sayı, wikipedia
Umud Urmulu
هیچ نظری موجود نیست:
ارسال یک نظر