‏نمایش پست‌ها با برچسب Milli. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Milli. نمایش همه پست‌ها

Cinsiyet ve Millet,Milletin Biyolojik Yeniden Üretimi ve Qadınlar

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, بهمن ۲۵, ۱۳۹۱ - 0 comments

Əsər Adı: Gender and Nation (Cinsiyet ve Millet)
Yazar: Prof.Dr.Nira Yuval-Davis
Çevirən: Özgür
Güney Azərbaycan feminizm Araşdırmalar Mərkəzi
Qadınlar, milli və etnik sürəcləri fərqli şəkillərdə etgiləməkdə və bunlardan etgilənməkdədir. Bu bölüm qadınların sözdə "doğal" roluna -uşaq doğmaq- ən çox uyğun gələn bu ilişkinin boyutuna və bunun həm millət qurğularına həm də qadınların toplumsal qonumlanışlarına yönəlik təzəmmünlərinə odaqlanmaqdadır. Paola Tabet`in (1996) qarşıya qoyduğu kimi, "doğal" və "kontrollu" ürəmə şəklində bir ikilik oluşdurula bilməz: Sözdə doğal biyolojik ürəmə, onu quran bəlli toplumsal, siyasi və iqtisadi bağlamlar içində gerçəkləşməktədir. Bu bölümün iddiası, qadınların öz etnik və milli birliklərindəki və yaşadıqları və/və ya vətəndaşı olduqları dövlətlərdəki qonumlanışlarının və bu etnik və milli camaatlara və dövlətlərə qarşı yükümlülüklərinin, onların ürəmə haqlarını etgilədiyi və bəzən də bu haqların üzərində mülkiyət sahibi ola bildiyidir. 
Ancaq çeşitli milliyyətçi söyləmlərdə qadınları "topluluğun daşıyıcıları" olaraq qurmaq üçün tez-tez qullnılan özgül yolları dartışmaya başlamadan öncə, qadınların ürətgən rolları ilə millət qurğuları arasındakı kəsişmələr araşdırılacaq.  

Qan və Aidiyyət
"Ortaq kökən" mitinin (və ya gerçəyinin) bir çox etnik və milli topluluğun qurulmasındakı rolu və bir camaata onun içində doğularaq qatıldığı diqqətə alınsa, etnik və milli söyləmlərdə qadınların ürətgən rollarının əsas önəmi ortaya çıxmaqdadır. Bəzi durumlarda, özəlliklə milliyyətçi və ırqçı ideolojilərin möhkəm bir şəkildə iç-içə keçdiyi durumlarda, topluluq içində doğulmayanlar dışlandığı üçün bu, topluluğa qatılmanın tək yolu ola bilər. Bu tip durumlarda "dışardan olanların" camaata qatıla bilmələrinin tək yolu, qrublararası evlilikdir. Ancaq bu durumda belə, Nazı huququ örnəyindəki kimi, o birilərin (Yəhudilər, qaralar), qanı səkkizdə bir və ya on altıda bir nisbətində olsa belə "saf qan" çirklənə bilməkdədir. 
Bu nədənlə ırqın "safı" ilə məşğul olanların, fərqli topluluq mənsubları arasındakı cinsi ilişkilərlə də ilgilənmələri təsadüf deyil. Bənzər şəkildə, İsrail faşist partisi Kach`ın lideri Rəbbi Kahana`nın İsrail Parlamenti üzvüykən verdiyi ilk (və tək) qanun təklifi, Yəhudilərlə Ərəblər arasında cinsi ilişkinin yasaqlanmasına ilişkindir. Güney Afrika hükümətinin apartheidi (ırq ayrımı) qaldırma yolundakı ən əhəmiyətli addımlarından biri, fərqli "ırqlardan" insanların cinsi ilişkilərinə və evlənmələrinə yasal olaraq izin vermək idi. 
Millətlərin örgütləyici ilkəsi olan "ortaq kökən"in önəmi duruma görə dəyişməkdədir. İsveçrə və Beljik kimi bəzi millətlərdə, bəzi bəlli etnik qruplaşmalar "millət"i oluşturmaqdadır. Amrika Birləşmiş Dövlətləri və ya Avustrayla kimi köçmən toplumlarda, "ortaq kökən"dən çox "ortaq qədər", "millət"in quruluşunda əhəmiyyətli bir faktor ola bilər. Ancaq yenə də köçmənlik və doğum siyasətlərini də qapsayan millət qurma sürəçlərinin təməlini oluşturan "kökən" və kültürün açıqca olmasa da zimnən bir arzu ediləbirlik hiyerarisi mövcuddur (Stasiulis & Yuval-Davis, 1995). Qadınların yurdiçi yurddışı köçmən və mültəci olaraq qonumları, sınırların milliyyətçi qurğuları tərəfindən dərindən etgilənirkən, ayrımcı milli doğum siyasətləri də "millət" içindəki bütün qadınların həyatlarını etgiləyə bilməkdədir.  
"Ortaq kökən", özgül milliyyətçi projelərin ən önəmli boyutu olmadığında belə, "gerçək" kökənini bilmək, adamın kimliyini və bəlli etnik və milli topluluklarla qaynaşmasını dərindən etgiliyə bilməkdədir. 
Qadınların uşaq sahibi olmaya ya da -özəlliklə də doğum öncəsi uyğun testlərin gəlişməsiylə birlikdə- istədikləri cinsiyyətdən uşağa sahib olmaya təşviq edilmələri, bundan imtina etdirilmələri, bəzən də bu qonuda basqı görmələri ilə daşıyıcı analıq və övladlığa götürmə də, milliyyətçi projelərin tarixi dövrlərdə quran hegemonik söyləmlərə bağlıdır. Üç təməl söyləmdən biri və ya birdən çoxu, milliyyətçi nufus kontrolu siyasətlərinə egemen olma eyilimindədir. Bu söyləmlər, "iqtidar olaraq xalq" dediyim söyləm; öjenist söyləm və Malthusçu söyləmdir. 

1. İqtidar Olaraq Xalq
Bu söyləmdə "millətin" gələcəyinin, onun davamlı böyüməsinə bağlı olduğu düşünülməkdədir. Bu böyümə bəzən yalnız daha çox uşaq doğması istənən qadınların ürətmə bacarığına bağlıdır. Vətəndaş və əsgəri çeşitli milliyyətçi amaclara yönəlik olaraq insana - özəlliklə də erkəyə - ehtiyac duyula bilməkdədir. Onlara işçi, məskunlaşmaçı, və əskər olaraq ehtiyac duyula bilməkdədir. 
Örnəyin Japoniya`da hökumət, məktəb çağından kiçik hər uşaq üçün aylıq 5000 yen (38 dollar), ailənin üçüncü uşağı içinsə bunun iki qatını ödül olaraq sunmaqdadır. Japoniya bu günlərdə tarixinin ən aşağı doğum oaranına sahib olduğu üçün rahatsız bir durumdadır. Bu kampaniyanın rəsmi səbəbi "millət"in rifahıdır: Japoniya`nın əhalisinin azalması, "işgücü qıtlığına, ekonominin yavaş böyüməsinə və yaşlılara yönəlik sosyal xidmətləri dəstəkləmək üçün daha böyük vergi yükü"nə yol açacaqdır.  
Avstraliya kimi köçmən toplumlarda, "çoxal və ya yox ol" çağırısı edilməkdədir (de Lepervanche,1989). Oradakı "millət yaratma" sürəcinin yaşaya bilməsi üçün, xalqın müəyyən bir "kritik" sayida olmasının həyati olduğu düşünülməkdədir. İsrail`də də insanların ölkəyə yerləşmələrini sağlamaq üçün, dışardan köç sıx bir şəkildə təşviq edilməkdədir. Bu örnəkdə seçilən köç daha da dışlayıcıdır - yəni Eşkenazi (Batılı) və Mizrakhi (Doğulu) kimi az çox "seçim edilə bilər" Yəhudi birliklərini daxil etsə də, Yəhudi köçüdür. Yerli Filistin əhalisi, Siyonist Yəhudi yerləşim projəsinə şiddətlə etiraz etmiş və "millət yaratma" müddətinin əsgəri boyutu ağır basmıştır (Abdo və Yuval-Davis, 1995; Herlich, 1987).  
Filistinlilərlə edilən "demoqrafik yarış", İsrail tarixində önəmlidir (Portuguese, 1996; Yuval-Davis, 1989). Lübnan, Qıbrıs və (eski) Yuqoslaviya kimi eyni torpaqlar üçün mücaadele edən iki milli qrup arasında milli anlaşılmazlıqların olduğu başqa toplumlarda, "demoqrafik dəngə"yə bənzər bir önəm verilməkdədir. 
"Demoqrafik yarış", yalnız mübarizə edilən torpaqlar üçün milli bir anlaşılmazlıq olduğunda deyil, eyni zamanda hegemonik topluluğun hegemoniyasını əldə tutmaq üçün etnik bir çoxunluğun həyatı görülməsi durumunda oluşabilər. 
Son zamanlarda Bolqarıstanda hökumət bənzər qayğılarla, daha yüksək doğum nisbətinə sahib olan Türk və Rum azlıqlarla "demoqrafik yarış" içindəki etnik Bolqar qadınlarını daha çox uşaq sahibi olmaları yönündə edəcək siyasətlər uygulamaqdadir (Petrova, 1993). 
Qadınların daha çox uşaq yetişdirmələri yönündəki basqə, milli bir fəlakətin öhdəsindən gəlmək üçün qullanılan milli bir strateji ola bilər. Örnəyin Rusiya`dakı doğum-yanlısı siyasətlər, devrim və iç savaş sonrasında əhalinin tükənməsində doğrudan bir qarşılıq idi (Riley, 1918b: 193; Portuguese içində, 1996: 48). Bənzər şəkildə İsrail`də də doğum-yanlısı ideolojilər yalnız Siyonist yerləşim projələri ilə deyil, 6 milyon Yəhudi`nin öldüyü Nazı soyqırımı ilə də bağlantılıdır. Uşaq sahibi olmamaq - və ya Yəhudi camaatının "dışından" biriylə evlənmək və uşaq etmək belə - "demokrafik soyqırım"a bir qatqı olaraq düşünülməkdədir. 
Təbii ki qadınların, millət uğrunda uşaq doğmağa məcbur edilmələrinin doruk nöqtəsi, SS erkəklərin "salt saxli (saf stok)" üçün Ari qadınlardan mümkün olduğunca çox uşaq sahibi olmağa təşviq edildikləri Lebensborn proqramı ilə Nazı Almaniyası`nda gerçəkləşmişdir. Erkəklərin qadınlarla evlənməsi gözlənilmirdi və uşaqlar dövlət tərəfindən yetişdirilirdi (Koontz, 1986: 398-402). Bununla birlikdə Nazılar, müəyyən Alman qadınlarını uşaq sahibi olmağa məcbur edərkən, bəzilərini də olmamağa məcbur etmişdir. Bu, onların milli ürəməyə bağlı öjenist söyləmlərinin bir parçasıdır: "Erkəklərin qadınlar üçün mübarizəsi, yalnız ən sağlamlara çoxalma haqqını və ya fürsətini verər" (Hitler, Mein Kampf, köçürən Koontz, 1986: 402).

2. Öjenist Söyləm
Saxta - bilim olan öjenisizm, millətin böyüklüyü ilə deyil, "kalitəsi" ilə ilgilənməldədir. "Millət"in "kalitəsi"nə olan ilgi, təbii ki özlərini açıqca ifadə edən öjenistlerden daha geniş çevrələrcə də paylaşılmaqdadır. Rifah millətlərinin kalitəsini artırmaq üçün yoxsullara daha yaxşı sağlamlıq, eyitim və iqamətgah əldə etdirmə xidmətləri lazımlı görülməkdədir. Bununla birlikdə öjenik, uşaqların daha yaxşı bəslənməsiylə ilgilənməkdə, seçici ürəmə biçimində "doğal" araciliğiyla millətin kalitəsini öncədən çabası içinə girməkdədir. 
Ancaq öjenist milli artıma qurğuları, gələcək nəsilin fiziki "sağlamlığı"ndan daha ötə bir şeylə ilgilənməkdədir: "milli stok" və kültürəl özəlliklərin biyolojikləşdirilməsi. Margaret Thatcher`ə Birləşmiş Krallıqdakı ilk seçki kampaniyasını qazandıran "köçmənlər tərəfindən udulma qorxusu"nun mərkəzində yer alan "kültür" və ənənənin" soykütüksel "fərqlilik" qavramına indirgenerek özselleştirildiği Powellcı/Thatchercı "yeni ırqçılıq" qavramının (Baxar, 1981) kökənləri görülə bilməkdədir.   
İndiki vaxtda nufus siyasətlərinin ən güclü öjenist qayğılarla yaradıldığı ölkə Singapur`dur. Singapur`da başbaxan, yüksək eyitimli qadınlardan, vətənpərvərlik vəzifəsi olaraq genetik baxımdan üstün uşaqlar doğurmalarını istəmiş, digər tərəfdən yoxsul, eyitimsiz qadınlara, genetik baxımdan aşağı uşaqlar doğurmağı davam etdirməyib qısırlaşdırılmağı qəbul etdikləri təqdirdə 10.000 dollarlıq nakıt ödül verilmişdir (Heng ve Devan, 1992). Hər vaxt aşkar olmasa da və hər yerdə eyni ölçüdə rast gəlinməsə də bir çox ölkədə, əhalinin sınıf, etnisitə, "ırq" və əksəriyyətlə bunların hamısına birdən dayalı fərqli qatmanlarına yönəlik ayrımcı bir şəkildə, uşaq doğmağa təşviq və caydirma siyasətləri mövcuddur. 
Örnəyin Tamar Lewin (WGNRR, 1991) Kanzas`da uzun dönəmdə yavaşca qana qarışan kimyasal hamiləlik önləyici içərən Norplant çubuqlarının dəri altlarına yerləşdirilməsi üçün, toplumsal yardım alan analara (çoxu qara) 500 dolar artı ildə 50 dolar ödənməsinə dair bir plandan bəhs etməkdədir. Norplant ilə ilgili geniş çaplı təcrübələrə qatılan quzey`deki tək ölkə ABD`dır.  

3. Malthusçu söyləm
Gəlişməkdə olan bir çox ölkədə və ya bəzən LACCAP ölkələri də deyilən: Latın Amerika, Karayiblər, Afriqa, Asiya və Pasifik ölkələrində durum bir az fərqlidir. Bu ölkələrdə nufusun kontrolsuz bir şəkildə davamlı artımının ("partlamasının") ulusal və ya uluslararasi bir fəlakət gətirə biləcəyi qorxusu vardır (Hartman, 1987). Buradakı nufus kontrol siyasətlərinin təməl amacı genəl böyümə nisbətinin salınmasıdır. Bu cür siyasətlər üçün qadınlar əksəriyyətlə "tutsaq" hədəf nufusdur. örnəyi Braziliya`da sezaryən edilən qadınların %45'inin qısırlaşdırıldığı bildirilmişdir (Bradiotti vs. 1994: 144). 
Bir İngilis din adamıykən iqtisadçı olan Thomas Malthus, 1800-cü ildən öncə, gəzəgənin qlobal qida qaynaqlarından daha daha sürətli artan insan nufusunun uzun müddət besleyemeceği kəhanətində olmuşdur.  
Bu söyləm, bir çox Üçüncü Dünya ölkəsində, ölkənin iqtisadi və toplumsal sorunlarını həll etmədə təməl bir stratejı olaraq nufus siyasətlərinin mihenktaşı halına gəlmişdir. "kontrol edilə bilməz" nufus artımının bir sonucu olaraq işgücü ərzi və tələbi arasındakı dəngə ciddi şəkildə təhdid edildiği təqdirdə, iqtisadi və siyasi sistemin sabitliksizləşməsi qorxusu mövcuddur. 
Bu anlamda ən irəli gedən ölkə Çin`dir. 1950`lərdə Mao, xalqı milli iqtidarın və qaynaqların bir parçası olaraq görərkən, 1970`lərdə siyasət tamamilə tərsinə dönmüşdür. Çinli ailələrin bir çoxunun birdən çox körpə sahibi olmaları üçün (bəzi azlıqlara və çöl kəsıməndən ailələrə əgər ilk uşaqları qız isə, iki uşaq icazəsi verilmişdir) sərt tədbirlər alınmışdır. Bunlara uymaqdan qaçınmanın ən aşırı cəzası, valideynlərin işsiz buraxılması və uşağın eyitimdən məhrum edilməsidir.  
Malthusçu siyasətlərin etgisi olduqca cinsiyyətçidir. Uşaq sayısının qısıtlanması yönündə güclü basqıların olduğu və oğlanlara toplumsal və iqtisadi səbəblərlə daha çox dəyər verildiyi yerlərdə, kürtaj və uşaq cinsiyyətləri əksəriyyətlə qız körpələrə yönəlmişdir. Malthusçu siyasətlər uygulanmaya başladıqdan sonra, Çin və Hindistan`ın kəndlərində doğan bəlli yaş qruplarının %100'ünün erkək olduğuna dair söyləntilər vardır. 
Güney`dəki qatı nufus kontrol tədbirlərinin ardında yatan "milli çıxar" əksəriyyətlə hökumət təşəbbüsünün bir nəticəsi olmayıb, Kuzey`in özəlliklə də Amerika Birləşmiş Dövlətlər`in öz milli çıxarlarını algılayışı üzündən dışardan təşviq edilməkdədir. Bir neçə il öncə dışarya sızan bir CIA raporunda, yüksək doğum nisbətlərinin "üçüncü dünyada siyasi istiqrarsızlığa yol açdığı və bunun Birləşmiş Dövlətlər üçün güvənlik sorunları yarada biləcəyi" izah edilməkdədir (WGNRR, 1991). Reagan yönətimi, "qalxınma" yardımının parçası olaraq nufus kontrolu üçün 3 milyard dolar vermişdir! Elizabeth Sobon`un (WGNRR, 1991) belirtdiği kimi, Afrika xalqının nufus sıxlığı Avropa`nın onda biri olmasına baxmayaraq, Birləşmiş Dövlətlər Uluslararası Qalxınma Ajansı (USAID), Səhra altı Afrikası`ndakı 45 ölkə (hamısı) ilə içlərində Meksika və Filipinler də olmaq üzrə cəmi 95 ölkəyə, ailə planlaması amacıyla pul vermişdir. 

Toplumsal Bağlam
Ortaq milli çıxarlar ilə fərdi çıxarlar arasında adamın sahib olduğu uşaq sayı baxımından, əksəriyyətlə ciddi uyuşmazlıqlar olduğunu diqqətə almaq önəmlidir. Yaşlılar və xəstələrə baxacaq rifah yapıları yoxsa, özlərinə baxacaq yetərli sayıda sağlam uşağa sahib olmaq insanlar üçün həyatidir. 
Hartman`ın (1987: 8) də işarə etdiyi kimi, körpə ölüm oranı düşmədən, nufus artım nisbətinin düşdüyü bir durum heç olmamışdır. Bunu yapısal uyğunlaşma siyasətləri dövründə ağılda tutmaq özəlliklə önəmlidir. Çünki bir tərəfdən nufus artım sürətini kəsmək üçün basqı yaradarkən, digər tərəfdən də toplumsal sağlamlıq və baxım fondları ilə qadınlara sağlam körpələr doğurmaları və yetişdirmələri üçün verilməsi lazım olan dəstəyi qısmaqdadır. 
1994 Qahirə`də BM Nufus və Qalxınma Siyasətləri Konfransı əsnasında qadınların ürəmə haqlarına qarşı sərtcə dirənən Vatikan/İran kökdənçi ittifaqının açıqca göstərmiş olduğu kimi, diqqətə alınması lazım olan tək toplumsal faktor, qamusal sağlamlıq altyapısının və rifah altyapısının yoxluğu deyil. Qadınların öz bədənlərini kontrol edə bilmələri, onlar və o biri dini liderlər üçün öz nüfuzlarına doğrudan bir təhdid olaraq algılanmaqdadır. Və bir çox qadın, qutsal dini qaydalar ilə ənənə və adətlərə xəyanət olaraq yorumlanacaq hər hansı bir şey edərkən duraqsamaqdadırlar. Bununla birlikdə dini nüfuzun, "əsl" və "özsel" dini şərtlərin bir sonucu olmaqdan çox, qadınlar və ürəmə seçimləriylə uyuşmazlıq içindəki qonumları meşrulaşdırmaq üçün başvurulan bir şey olduğunun bu bağlamda vurğulanması önəmlidir (Makhlouf Obermeyer, 1994).
İqtisadi, siyasi və toplumsal qloballaşma sürəcləri də, qadınların doğurganlıkları üzərində çəlişkili basqılar yaratmaqdadır. Bir tərəfdən qadınları işə getmələri üçün daha böyük bir basqı mövcuddur və çoxunluqla uluslararası yardım örgütləri sayəsində daha çox hamiləlik önləyiciyə çatılmaqdadır. Digər tərəfdən yüksələn etnik və dini kökdənçi kimliyə dayalı və siyasi hərəkətlər, qadınlar üzərindəki kontrolu möhkəmləşdirməkdə və hər hansı bir ürəmə haqqına qarşı müxalifəti "ənənə və adət" adına artırmaqdadır. 
Bir çox qadının jinekolojik şərtlərdən zərər gördüyü -qısırlaşdırıldıqlarında və ya dəri altlarına Norplant yerləşdirildiyində baxım görmədikləri- toplumlarda, qadınların fiziki rahatsızlıqları da artmaqdadır. Qadınların qanama keçirdikləri dönəmlərdə (örnəyin Norplant tez-tez qanamağa yol açar) dini vəzifələrini yerinə yetirmələrinin yasaq olduğu və ərlərinin onlarla cinsi ilişkisi ola bilmədiyi toplumlarda bu durumun, ərləri tərəfindən tərk edilmək və ya boşanmaq da daxil olmaq üzrə qadınların həyatında dolaşıq sonucları ola bilməkdədir. 
 Qadınların uşaq sahibi olub olmamaları yönündə basqı və bəzən də güc qullananların həm dini (Katolik kilsəsi kimi) həm də milli hökumət-xarici rəsmi və qeyri-rəsmi qruplaşmalar ola biləcəyini də unutmamaq lazımdır. Məsələn bir Filistinli qadının "Döyüşüb ölməsi üçün bir oğulumun, həbsə getməsi üçün bir oğulumuz, pul qazanmaq üzrə neft ölkələrinə getməsi üçün bir oğulumuz və yaşlandığımızda bizə baxması üçün bir oğulumuz olması lazımdır" dediyi kimi, Filistinli qadınlar üzərində, milli mübarizə üçün bir çox uşaq doğmaları yönündə böyük bir basqı vardır. Yaser Ərafat’ın "On ayda bir Filistinli doğuran flistinli qadın, ... İsraili içəridən havaya uçurmaqla təhdid edən biyolojik zamanlı bir bombadır" dediyi bildirilmişdir (Portuegese, 1993: 311).  

Sonsöz: Ürəmə Haqları, Millətin Yenidən Ürətimi Və Feminist Siyasət
- Qadınların milli və etnik topluluqlara üyəlikləri, cüt karakterlidir. Qadınlar bir tərəfdən kişilər kimi topluluğun üyələridir. Digər tərəfdən qadınlara yönəlik, sırf qadın oluşlarıyla ilgili özəl qaydalar və düzənləmələr mövcuddur.
- Qadınların ürəmə haqlarına bağlı bir çox feminist söyləm, "insan haqları olaraq qadın haqları" şüarındakı kimi qadınlarla fərdi olaraq ilgilənmə eyilimindədir.
- Correa və Petchesky`nin (1994: 109-110) irəli sürdükləri kimi, "haqlar" söyləminin tənqidləri, haqların anlam və dəyərinin, hər vaxt siyasi və toplumsal bağlama bağlı olduğuna, bəlirsiz olduğuna və insanların aid olduğu toplumsal kategorilərə və topluluqlara bağlı olduğuna işarə etməkdədirlər. Xüsusilə qadınların ürəmə haqlarıyla ilgili olaraq uluslararası quruluşlar tərəfindən bu tip şüarların seçilməsinin və haqqın, tamamilə soykırımsal olmasa da, qaraların və Üçüncü Dünya xalqlarının böyüməsini və güclənməsini əngəlləmə amacindan olan "demoqrafik döyüş"ün bir parçası olmasına yönəlik son bir neçə ildir "ağ olmayan qadınlar" arasında artan bir ilgi vardır. 
- Roza Tsagarousianou`nun (1995) irəli sürdüyü kimi, kürtajın qadağan edilməsi və ayrıca qadınların digər ürəmə haqlarının kontrolu, qadınlara dövlət malı kimi davranıldığının siqnalını verməkdədir.  
- Ürəmə haqları qadınların özgürləşmələri üçün daha genəl bir mübarizənin həyati parçası olaraq görülməkdədir. Bu, toplmudaki insanların fərqli qonumlanışını diqqətə alması gərəkən toplumun demokratikləşdirilməsinə yönəlik daha genəl mübarizənin olmazsa olmaz bir parçası olaraq görülməlidir. 
Ürəmə haqlarına dair feminist siyasətin yuxarıdakı tələləri də diqqətə alan tam bir çeriəvəsini gəliştirmək üçün çox yer lazım. Bununla birlikdə belə bir çərçivə, qadınların yalnız "fərdlər" olmadığını, eyni zamanda özəl bir sınıf, cinsiyyət və həyat döngüsü qonumunun yanında milli, etnik və ırqı camaatların da mənsubu olduqlarını diqqətə almalıdır.

Qaynaq
Abdo, Nahla ve Yuval-Davis, Nira (1995) ‘Palestine, Israel and the Zionist settler project’, D. Stasiulis ve N.Yuval-Davis (der.) Unsettling Settler Societies içinde. Londra: Sage.s.291-322.
Bradoitti, Rosi (1994) Women, The Environment And Sustainable Development: Towards A Theoretical Synthesis. Londra: Zed.
Correa, Sonia Ve Petchesky (1994) ‘Reproductive And Social Rights: A Feminist Perspective’. Cambridge, MA: Harvard University Press.
deLepervanche, Marie (1989) ‘Women, nation and state in Australia’, N. Yuval-Davis ve F.Anthias (der.), Woman-Nation-State içinde. Londra: Macmillan.s. 36-75.
Hartman, betsy (1987) Reproductive Rights And Wrongs: The Global Politics Of Population Control And Contraceptive Choice. New York: Harper And Row. 
Heng, Geraldine ve Devan, Janadas (1992) ‘State Fatherhood: The Politics On Nationalism, Sexuality And Race In Singapore’. New York: Routledge. 
Koontz, Claudia (1986) Mothers In The Fatherland: Women, The Family And Nazi Politics . Londra: Cape.
Petrova, Dimitrina (1993) ‘The winding road to emancipation in Bulgaria’, N. Funk ve M. Mueller (der.), Gender, Politics and Post-Communism içinde. Londra: Routledge. 
Portoguese, Jackie (1996) ‘The gendered politics of fertility politics in Israel’. Yayımlanmamış doktora tezi taslağı, University of Exeter.
Riley, Denise (1918) ‘Feminist Thougth and Reproductive Control: The State And The “Right To Choose”, Cambridge Women Studies Group (Der.), Women In Society: Interdisciplinary Essays Içinde. Londra: Virago. 
Stasiulis, Daiva ve Yuval-Davis, Nira (der) (1995) Unsettling Settler Societies: Articulations of Gender, Race, Ethnicity and Class içinde. Londra: Sage. 
Tsagarousianou, Roza (1995) "God, patria and home":"reproductive politics" and bationalist (re) definitions of women in East\ Central Europe\ social identities, 1 (2): 283-313.
Yuval-davis, nira (1989) ‘National Reproduction And The “Demographic Race” In Israel’, N. Yuval-Davis Ve F.Anthias (Der.), Woman-Nation-State içinde. Londra: macmillan,s. 92-109.

Sözlük:
Algılayış ادراك :
Baxım fondları بودجه ي مراقبت و نگهداري :
Boyut بعد :
Çeşitli مختلف:
Dışlanmaq طرد شدن، اخراج شدن:
Egemen حاكم، مسلط:
Ənənə سنت:
Eyilim گرايش:
Hamiləlik önləyici پيشگيري از بارداري :
İndirgəmək تنزل دادن :
Köçmən مهاجر :
Kökdənçi راديكال :
Kökən  منشاْ : 
Mültəci مهاجر، پناهنده :
Nakıt نقد :
Odaqlanmaq تمركز كردن :
Ödül جايزه :
Özgül خاص :
Qamusal sağlamlıq سلامتي عمومي :
Qavram مفهوم :
Qayğı تشويش :
Qısırlaşdırmaq عقيم كردن :
Qıtlıq كمبود، قحطي :
Qonum موقعيت، جايگاه :
Sərt سخت، جدي :
Soykırım قتل عام:
Sunmaq ارائه دادن:
Sürəc فرايند:
Təzəmmün شامل:
Uymaq منطبق شدن:
Ürəmə تناسلي، توليدمثل:
Ürətim: توليد
Yasal قانوني:
Yükümlülük وظيفه، التزام:

Urmiye Voleybol Yarışmalarında Ulusal sloganlar səslənibdir

Kategori: , , , , , , , , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, دی ۰۷, ۱۳۹۰ - 0 comments

Güney Azərbaycan, Urmiye: Alınan bilgilərə Görə bugün Urmiye şəhərində Urmiyenin Bələdiyyə və Tehranin yenicil əkinçilik takımları bir araya gəliblər. yarışamda Urmiey takımı 3 -1 Tehranin takımına yenıbdır.
bu yarışma iranin Superlig Voleybol yarışmalarından hesab olur, Urmiye Bələdiyyə takımı bu yarışmalarda üçüncü yerdədir.
Urmiye News sitəsinin əldə etdiği bilgilərə Görə bugün Urmiye'nin Ğədır stadyumunda 3-4000 Türk yandaş öz takımlarını alqışlamaq üçün bir araya gəlmişlər, anacq stadyumun iç və dışında sayısızca iranin Gövənlik Güclərı olmasından dolayı heç bir kamera Stadyumun içini girməsini izin verilmirdi, Türk yandaşlar yaxşıca keçiş qapılarda axtarılıb və sonr aiçəriyə girməyə izin verilirdi ancaq bunalra rağmən Urmulu Gənclər dəfəlrəcə Ulusal Sloganalr səsləndirdilər, səsləndirilən Ulusal Sloganalrdan aşağıdakıları sayamq olur:
Azərbaycan Yurdumuz, Urmiye Bozqurdumuz
Azərbaycan var olsun, istəməyən kor olsun
Urmiye’ni El istər, şərəfli millət istər
Yaşa Urmiye, Yaşa Urmiye
Yaşa Azərbaycan, Yaşa Azərbaycan
Türklərin iftixari, Urmiye Urmiye
Türk Qardaşım Dur səs ver, Urmiye’yə nəfəs ver
Urmiye ... Urmiye ... Urmiye
Qonuila ilgili çəkilən videonu aşağıdakı bağlantıdan izləyə bilərsiz:
http://www.youtube.com/watch?v=foO_2WCCZvk

Urmiye Voleybol Yarışmalarında Ulusal Sloganlar Səsləndi

Kategori: , , , , , , , , , , , , , Umud Urmulu - یکشنبه, دی ۰۴, ۱۳۹۰ - 0 comments

Urmiye News: iranin Super liga Voleybol Yarışmalarında Urmiey və Yəzd takımları arasında Güney Azərbaycanın Urmiye Şəhərində neçə Gün bundan öncə bir yarışma keçirilmişdir. bu yarışmada Urmiye Şəhərinin bələdiyyə və yəzd Şəhərinin pişqamane Kəvir adlı Takımlarıa Urmiye'nin Ğədir stadiumunda bir araya gəldilər.
Yarışmada Urmiye Şəhərinin bələdiyyə Takımı 3-1 olaraq Yəzd şəhərinin takımına Yenildi.
Urmiye News sitəsinin aldığı bilgilərə Görə Çillə Gecə olmasına rağmən Stadiumda 2-3000 yandaş bir araya gəlmişlər. Stadiumda çox sayıda Gövənlik Güclərıdə yer almışdır, anacq buna Rağmən Urmiye'li Türk Gənclə yarışmanın başlanqıcından sonuna qədər Türkcə Ulusal Sloganlar Səsləndirdilər.
Yarışmada Səslənilən ulusal Sloganalrdan bunları saymaq olur:
Azərbaycan var olsun, istəmiyən Kor olsun
Ya ya ya ... şa şa şa ... Azərbaycan çox Yaşa
Yaşasın Urmiye
Yaşasın Azərbaycan
Azərbaycan diyarimiz, Urmiye iftixarimiz
Urmiye'ni El istər, Şərəfli millət istər
Qonuila ilgili çəkilən video və səslənilən Ulusal Sloganları aşağıdaki bağlantıdan izləyə bilrəsiz:
http://www.youtube.com/watch?v=xlC_HDr2a40

Urmiye Şeherinde Çillə Gecə Törəni

Kategori: , , , , , , , , , , , , , , Umud Urmulu - یکشنبه, آذر ۲۷, ۱۳۹۰ - 0 comments

Çillə Gecəsində işlənilən sözxüklə bir araşdırırsaq Çillə, Qarpız, Qar, Qış və ... Sözlərilə ilgilənməliyik
Çillə 
Türk dilində Yay Sözcüyü Ox anlamını daşıyır, Çillə isə ip(Oxun ipi), o yer ki Ox da Çubuq Qoyuruq və o mənalar ki deyiləcək
Türk dilində ilin üç Ayına(novruz bayramından üç ay gedən)yay Fəsli deyilir. Əski zamanlarda yayın çilləsi mənasını daşıyan qavram yay Fəslindən 45 Gün gedən və Yay Günləri uzanması anlamında olubdur.
Qışın çilləsinin anlamı, Qışın Soyuqluğu Uzanan Günlərı ikiyə bölərsək iki çillə yaranır. Böyük çillə 40 Gün olaraq və Kiçik çillə isə 20 Gün .
Şübhəsiz Çillə Sözü “Çiləmək” sözülə bir kökdədir.
Çillə Sözcüyü Çiləmək(Güclə vurmaq) Felindən(Verb) yaranıbdır. Çiling-Ağac oyununda vurmağa Çiling ya Çilik ya Çiliə deyilir iki bu feldən yararlanılıbdır.(Çil Gəlsin)
Pillə sözü isə çillə Sözü sistemindəndir, Pilov və Çilov da bir sistemdəndilər. 
Qarpız 
Qarpız sözünün Türk dilindəb Bölgədəki bir çox ulus Dilinə yayılmaqdadır və Kök olaraq Türkcədən çevirlərək baqşa dillərə geçibdir.
Farsca”هندوانه”o şey ki Hindistandan Gəlib, ingiliscə water melon Su Yemişi anlamını daşıyır. hər iki dilədə baxanda görünür hər ikisidə sözün mənasını təsvir edirlər və özgür mənaları Yox ki bu Sözcüyü onlarla araşdıraq. Rusca arbuz və Yunan dilində Karpozi deyilir, Eesti Dilində Arbuus, Lietuvių dilində Tikrasis arbūzas, Polski dilində Arbuz_zwyczajny  və elə ki Görürsünüz Türk Dilində olan Qarpız Sözündən alınıblar. Monqol dilində Tarbos Sözü Türkcədə olan Qarpız Sözünlə qohumdur.
Qış
Qar
Qarı(Qoca qarı)
Qarımaq(Qocalmaq)
Qarıtmaq(Bitkilərdə Qocalmağa səbəb olur, Bərk olurlar)
Qarğış(Lənət)
Qarğı(qamış)
Qaranat(Talehsizlik, Bədbəxtlik)
Qada(pis Bəla)
Qırmaq(qırhaqır, öldürmək)
Qızmaq(istiləmək)
Qorğu(Qorumaq)
Qorxu(Dəhşət, Qorxmaq)
Qışqırmaq(Bağırmaq, Haray)
Qudurmaq(hirsli, qəzəbli)
Quduz(Qudurmuş)
Qancıq(dişi it, Kaftar)
Qorban
Qırov( Bərk olan qar və Toz kimin olan Qar)
Qaran(son dövr)
Qarpız
Qırmızı
Qutlu
...
indi bilinir bu sözlər bir birilə ilişgidədirlər …
Azərbaycan Əfsanələrində qışın iki çilləsi olur. iki Qarı bacıdırlar, Onlar öz Yorğanlarını Tərpəşdirib və Qar yağdırırlar.
Qarin özəlliklərindən birisi hər yerı Ağartmaqdır və bu işi ucadan Görər. Qarı(Qoca Qadın)da ucadan Saçları ağ olur elə ki Qar kimin Görünər. əski zamanlar Qoca qadınların saçları Ağarırdı belə bir əfsanəli fikir yaranıb.
Qarğı
Qarğı sözü Mizraq, Neştər anlamındadır. indi çillə sözünə bir baxaq. Çillə Oxu uzatmaq anlamında və burda Oxu Ən çox uzatmaq anlamını daşıyır. Soncu olaraq oxdan(Qarı) Atılan Neştər Qarğı adlandırılır. Önəmli budur Qarğımaq və Qarğış hər ikisidə lənət mənasındadırlar və o iş Qarılar Görərlər.
indi Qarğımaq(Lənət) Felini Qarğı(Neştər) Sözüilə tutuşdurun, Göründüğü kimin bir Əfsanə Düşüncəsi arxasında özünü Göstərir.
Qarğış(lənət) Sözünün Üz bə Üz Sözü Alqış(Tərif) Sözüdür.
indi Görünür Qarpız yalnız Qar sözüilə ilgidə dəyildir bəlkə Azərbaycan ulus və folklorundan yer alan bir Qohum sözüilə ilişgilidir. Eyni zamanda Görünür Qış(Fəslin Adi), onun tanrısı ”Qar”, “Qarğı”(Neştər), “Qarğış”(lənət), “Qada”(bəla) və Sonda qırğın(öldürmək) və ... o bu Bədbəxtliyi bitirən və yaxşı Bəxt Gətirən Qarpız Qavramıdır…
Deməliyəm ingilis dilində Fairy və Farsca “پری”Pəri Sözlərinə baxaıldığında görünür hansı Qaynaqdan alınıblar, Türk Dili orda Görülməkdəir
Güney Azərbaycanin Urmiye Şəhərində Çillə Gecə Törəni
Çillə Gecəsi ilin 365 Gününün Ən uzun gecəsidir. Çillə Gecəsi Güney və quzey Azərbaycan və Türkiyədə qeyd olunur. Çillə Gecəsində Qarın yağması çoxlu Sevinc yaradır. Urmu Və başqa yerlərdə Çillədə ailə üzvləri, qohum, Tanış və ... çox səmimi bir yerə yığışır və ilin ən uzun gecəsini çeşidli yeməklər, meyvə, şirnilərlə Böyük tuturlar. Çillə gecəsi Hamı soyuğa yox demək üçün qarpız yeyir  elə ki bu gecədə hər ailə bir qarpız almalıdır, Ancaq Urmu Şəhərinin kəndlərində yayda qarpız yetiştiği zaman onu saman altında saxlayıb və Çillə gecəsinə saxlayardılar. Urmiyedə Belə bir dəb var: əyər ailədə yeni Evlənənlər varsa onlara ailənin böyükləri tərəfindən qarpız hədiyyə alınır. Çillə gecəsində Cəviz, halva(Həvic halvası, Cəviz Halvası), Paxlava, toxum və başqa yeməklər Süfrədə olmalıdır. Neçə il bundan öncəyə kimin Urmiya şəhərində Kəndlərdə Hamı yığışırdı Ailənin böyüyünün Evinə və orda qız, oğlan və gəlinlər birlikdə Deyib və gülərdilər. elə o zamanlar bu gündə hava qar yağardı kənd evlərində Kürsü olurdu və ailə Kürsünün altına yığışıb və Böyük Ata və Ana(nənə) uşaqlara və qız Gəlinlərə Atalar sözü, Bayatı, nağıl, Tapmaca və belə Ulusal Dəblərəmiz deyilib öyrədilridi. Urmu-da Belə bir Dəb var hər hansı oğlan və qız Nişanlı olduğu çağ, oğlan tərəfi Qız Evinə Pay və Çilləlik Göndərər, bu çilləlik Qarpız, Milax, Cəviz, Halva və başa yeməklər olur. yadımdadır o vaxt bizdə Ailəmlə birlikdə Gedərdik Xan nənəm gilə Evləri kənddə olurdu orda çillə Gecəsi üçün çoxlu yeməklər hazırlayardı Xan nənəm Görüm üçün Milax, və Turş Üzüm(Üzümü neçə vaxt Qoyarlar sirkəyə və çillə vaxtı yemək üçün hazır olur), Cəviz, Sucuq və ... Çillə Gecəsində hamı Evlərdə çox Şənlik olur və hamı uşaq və böyüklər Deyib Gülməkdən bu uzun gecəni Səhərə çatdırarlar. Urmu-da bir araşdırdım bir dəb də Ata-Analardan eşitdim əski zamanlarda bu dəb olurdu, o da bu ki bala və Böyük çillə çıxandan sonra hər həftə çərşənbə günü bir od yandırardılar və bu törəni ilin son çərşənbəsinə qədər davam edərdilər.  
Çillər Gecəsində oxunan bayatılar:
Ay çillə Yeçillər Qardaş
Atın Qəmçilə Qardaş
Bir Gəldin Danışmadıq 
Qəlbim Açıla qardaş
El arasında Çillələr Haqqında müxtəlif nağıllar vardır onlardan neçəsini yazıram:
Çillələr iki bacıdırlar bir böyük bacı birdə kiçik bacı. Günlərin bir Günü bacılar iydə Ağacının Altında oturmuş, danışırdılar. Kiçik çillə; Böyük çilləyə deyir :
- bacı sən getdin nə eylədin? 
Böyük çillə deyir:
- Mən getdim; Dondurdum; Üşütdüm, xəstəliklətdim; Gəldim!
Balaca bacı Gülüb və Dedi :
Mən sənin kimin dəyiləm! mən gedib; qarları kürəkdən; gəlinləri biləkdən;  Körpələri bələkdən Eylərəm !!
Cavabında Böyük bacı Gülüb və deyir:
- bacın ölsün! Səndə bir iş Görə bilməzsən; ömrün Azdır; onun yazdır
Bir başqa Nağıl:
Belə deyilir: qış bir qarıdır və onun üç oğlu vardır. Adları böyük şillə, kiçik çillə, Boz
Anaları Böyük oğlun Göndərib qayıtdıqdan sonra Soruşar ki; nə eylədin?
Böyük çillə deyər ki: ocaq qırağına Düzdüm gəldim!
Sonra Anaları kiçik çilləni Yollayıb, Qayıt-dan sonra soruşar ki Sən nə eylədin?
Kiçik oğlan cavab verər ki: ocaq içinə doldurub Gəldim!
Lap son Boz Ay Göndərir, Döndükdən sonra soruşar: sən nə eylədin?
Boz Aya deyir ki: məndə gedib ocaqdan çıxartdım gəldim!
Görüm = nümunə, örnək
Qaynaq: Dilmac Dərgisinin 34-cü sayı, wikipedia
Umud Urmulu

Traxtor və perspolis Oyununda Ulusal Şuarlar Səslənibdir

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - جمعه, آذر ۱۱, ۱۳۹۰ - 0 comments
Traxtor və perspolis Oyununda Ulusal Şuarlar Səslənibdir
ötəki oyunlarda olduğu kimin bu dəfədə Güney Azərbaycanın Traxtor və Tehranin perspolis takımları arasında olan Yarşımada çxo sayda Ulusal Şüarlar səslənibdir. bu oyun dünən gərçəkləşibdir. oyunda Tehranın perspolis takımı Güney Azərbaycanın takımına 1-0 olaraq Yenıbdır. bu oyunda Urmiye Gölünün Qurumasıa haqqında və Türk Dilində mədrəsə olması qonsuudna çox sayda şüarlar səslənıbdır.
qonuila ilgili iki videonu aşağıdaki bağlantıdan görə bilərsiz:
Urmu Gölü Can Verir, Məclsi onun qətlinə Fərman verir
http://www.youtube.com/watch?v=rInWOBiSgJg
Türk Dilində Mədrəsə olmalıdır hər kəsə
http://www.youtube.com/watch?v=o_xn_IHivxM
با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya