Amerika 10 Qıraçan (Aprel) 2003 iraqa böyük bir Operasyon başladaraq Səddam Rejimin Devırərək irağı işğal etdi. Bunun sonucunda çox sayıda insan yaşamını itirdi.
Amerikanin iraqa gəlməsə çox sayıda dəyişikliklərə yol açdı. Balaca bu dəyişkliklərə Göz atarsaq başlıqları belə olmalıdır:
- Tutalitar və Diktatur bir yapının devrılməsı və Sivil bir yönətimin iş də olması.
- iraqda Güc boşluğundan dolayı etnik quruplarda və yönətimdə bir bəlirsizliğin olması.
- Ulusal Arşivlər, mallar, əşyalar, Araclar bir sözdə bir Dövlətın varlğı sayılan hər şey güc boşluğu və bəlirsizlikdən qaynaqlanaraq yağmalandı.
- iraqda Ulusal Güc böşlüğündan dolayı iraq Vətəndaşları can və mal varlıqlarından Gövənsizlik hiss etdilər.
- və ən önəmli qonu kürdlər Türkmanların yaşadığı Ulusal Bölgələrə minlərcə silahli Güc göndərərk Bölgənin etnik yapısını dəyişdirmək və Türkmanların yaşadığı yerə əl qoymağa çalışdılar. Daha doğrusu Kəkük kimin şəhərlər iraq kürdistan yönətimi altında yönətilməsinin amaclayaraq çox sayıda kürd bölgəyə köç etdirildi.
Basqıcı Səddam erjimi dönəmində Türkmanlar ve başqa Etnik quruplar iraqın Yönətimində yer almaqları düşünülməzdi anacq 2003 ilindən sonra kürdlərə Quzeydən gələrək kərkük başda olmaq üzərə bir çox Türkman Uluasl şəhərində yer alıdılar. Kürd siyasilərinin bu hərəkəti kərkük və başqa Türkmənlərın yaşadığı yerlərı öz bölgələrınə artıraraq kürdistan yönətimi almaq amacıla gərçəkləşdirildi. 10 Qıraçan 2003 səhərınmdən minlərcə peşmərgə Türkmanlar, Süryanilər, Ərəblərın yaşadığı bölgəyə yayımlandılar. Kürdlər işi abartaraq Kərkükü kürdistanin başkəndi bilə adlandırdılar.
Iraqda Ərəb Şiiələrindən sonra iranin ən çox etgisi olduğu etnik qurup kürdlərdir, kürdlər iran – iraq savaşında irana yardımçı olaraq Səddamı dış çökdürmək sitəyirdilər və Amerikanin iraqa gəldiği zamanda Amerikaya ən yardımçı olan etnik qurupların birisi kürdlər sayılırdı. Iraq kürd yönətimi iranda olan pjak Terrör örgüt və iranin arası bilə Pozulduğu zaman araçılıq edərək Terrör örgütü pjakın silah bıraxması və iranla anlaşmasını bilə sağladılar. Iraq da olan şiiə quruplar iranda inancsəl, kültürək ilişgi, maddı yardım, silah dağıtımı vs dən qaynaqlanaarq iranin iraqda aracı bilə sayıla bilərlər.
Kürdlərın Bölgəyə ço sayısa silahli Güc Göndərməsi Türkman Bölgəsinin Demografik yapısını dəyişdirməyi amaclamışdır.kürd qurupların Bu amacı gərçəkləşdırməklərı üçün birinci olaraq Türkmanların trix boyu yaşadqları və Yer altı və Yer Üstü Doğal zənginliklər Qaynağı olan kərkük Şəhəri hədəf alınmışdır.
Indi kürdlər tərəfindən kürdləşdirilən Türkman Bölgəsi Səddam Hüseyn dönəmində Ərəbləşdirmək siyasətləri sonucunda çox sayıda Ərəb bölgəyə köç etdirilmişdi. Bu nədəndən dolayı 2003 ilindən sonra bölgənin etnik yapısı və nüfusu bilincli və siyasal amacli çox dəyişdirlmişdir. 2003 ilində Kərkük şəhərinin nüfusu 840.707 ikən bugün 1.650.000 dır. Ninav isə 2.650.000 ikən indiki durumda 3.650.000 dır. Duhok Şəhəri 2003 ilindı 520.000 dən bugün sayı baxımından 978.000 sayısına çıxmışdır. Kərkük şəhərinə bağlı Altun Körpü bölgəsi 13.634 dən bugün 57.600 çıxmışdı bir durumadır. Yazılan örnəklərın sayısını artırmaq olur. Türkman bölgəsinin etnik yapısını dəyişdirməklə birlikdə kürdlər Türkman Ərazilərini kürdistan yönətiminin maddi yardımı və siyasi Gücünü qullanmaqla birlikdə zorlayaraq sayısızca yasa dışı ev inşa etmişlər. Yasa Dışı tikilən evlərı metrlə ölçərsək bugün 23 KM yasa dışı ev kürdlər tərəfindən inşa edilmişdir. Kərkük şəhərinin alanı bugün 78 KM olmuşdur. Zorlanılan Ərazilər Türkmanlar və Dövlətə ayidir. Bir az aydınlıq gətirdiğimiz budurum Kəkük şəhərinin nüfuz sayımını və Bölgəsəl Seçimlərəın geçirilməsi qonsuudna sorun yaratmışdır. Indiyə qədər Kərkük şəhərilə ilgili Türkmanlar tərəfindən önərilən yasa Tasarılar qəbul edilməmişdir və bölgədə bir bəlirsizlik dəvam edir.
2007 ci ildən Türkmanlar və Ərəblərın kərkük şəhərinin etnik yapısı haqqından itiraz etdiklərı üçün nüfuz sayımı yapılmamışdır. Etnik yapının bəlli olması üçün Etnik qurupların arasında Uzlaşmanın sağlaması gərəkır.kərkük və baqşa şəhərlərın etnik sayımı üçün Türkmanlar sayımın bilmsəl ilkələrə uyğun olmasını savunurlar və bu sayımında bir Uluslar arası Örgütü tərəfindən olunmsını diləyirlər.
Üstdə yazılan bu olumsuzluqları aradan qaldırılıb və hər insan özgürcəsinə öz Etnik kimliyini ifadə edə bilməsi gərək. Bu işin gərçəkləşməsi üçün Ulusalar arası insan haqqları Örgütləri bilə yardımçı olmalıdırlar.
Türkmanların dediklərınə Görə köçmənlərın yaşadığı bölgə ayrı bir forumda dözənləməsı gərək və yasa dışı yapıan evlər və tikintilər ayrıca təspit edilib və şəhərin etnik yapımında baqşa bir yer alınmaları gərək.
Gövəncəli və sağlam bir etnik yapısı üçün Birləşməiş millətlər uzmanları Görevləndirirərək bu sayımın gərçəkləşməsini önəribi və diləyirlər.
Türkmanlara Görə Kəkük sorunun çözümü üçün 10 il bir sürəc içində Türkmanlar, Ərəblər və kürdlərdən 32%, Xristianlardan isə 4% təmsil edilərək bir yapım qurulamsıdır. Türkmanlar və Ərəblər kərkük şəhərinin özəl bi Statü ilə Federal Bölgəsi kimin yönətilməsinin istəyirlər. Onlara Görə səddam dönəmində və kürdlər tərəfindən bölgənin enik yapısını dəyişdirmək amacıla yaradılan köçkünlər və dəyişiklər yenidən gözdən geçirilməlidir və Dövlət və kürdlər tərəfindən zorla alınan Türkman Ərazilərı öz sahablarina geri verilməlidir.
Səddam dönəmində Kərkük şəhəri gənəlində yerləşim yerlərinin 357.305.000 M2 olurdu və bu ölçüdən 280.000.000 M2 Türkmənlərın yaşadığı bölgələr yer alırdı. Duz Xurmatu bölgəsində zorlanılan ərazilərin ölçüsü 50.000.000 M2 dır. 2003 ilindən sonra Türkmanlar və Sünni Ərəblərın siaysi quruplar tərəfindən qonula ilgili yasa önərildir ancaq önərilən yasa şiiə siyasi quruplar tərəfindən dışlanıldı. Kərkük şəhərinin məhkəməsində Türkmanalrın Ərazılərının zorlamaqla ilgili 41.874 dava açılıbdır. Siyasi Türkman cibhəsi qonuila iligili bir yasa tasarısı ahzilayaraq məclisə önəriblər ancaq parlamentoda bu yasa tasarıdı rəd edilmişdir.
Səddam dönəmində ki bölgənin Ərəbləşdirmək, 2003 ilindən kürdlərın bölgəyi kürdləşdirmələri və Terrör nədənilə bölgədə etnik quruplar arasında sorun yaşamaqdadır. Türkmanlara Qarşı Terrör Saldırı 2003 ilindən sonra amaclı olaraq başlamışdır və bugünədək dəvam etmişdir. Türkmanlara qarşı Terrör birinci olaraq Siyası amac və ikinci bölgədə şantaj, pul qazanmaq və silahla bölgənin etnik yapısını zorlamq amacıla qullanılmışdır. Türkmanlara qarşı yapıan Terrör saldırılardan bir neçə örnək verərsək başlıqları belə olmalıdır:
- 2003/04/10 tarixində Kərkük və Türkmanların yaşadığı baqşa bölgələrə kürd silahli Güclərı(Peşmərgə) geçmişlər və 2003/04/11 tarixində Türkman Cibhəsi önündə Gözləyən gənclərə Qarşı Saldıraraq bir çox Türkman gənci yaşamını itirmiş və Etnik çatışmanın və Türkmanlarla Qarşı şiddət və Terrörün başlanmasına nədən olmuşdur.
Türkmanlar arasında çeşidli inanclarda olanları istismar edərək bir dinsəl çatışmaya yol açmışdır ancaq bu qonuda başarı əldə etməmişlər. Türkmanların son seçimində 90% iraq Türkman cibhəsinə oy vermişdir.
Tellafər bölgəsi önəmli Türkman yerləşim yerlərindən sayılır, anacq iraq və Amerika silahli Güclərinin operasyon nədənilə 2800 nəfər ölərək 48.000 Türkman ailəsi Köç etmək zorunda qalmışlar. Bugünku durumda 13.000 Türkman ailəsi Tellafər bölgəsinin dışında Köçmən olaraq yaşamaqdadırlar.
- Tellafər bğlgəsində 225 Türkman Oğurlanaraq öldürülmüşdür.
- 4 Sıxman (September) tarixində Amerkia silahli Qevvətləri tərəfində gərçəkləşdirilən operasyonda 169 nəfər ölürək 3000 Türkman ailəsi Şəhər dışına Köç etmişlər.
- 22 Sıxman (September)2005 ilində iraq və Amerkia silahli Qüvvətləri operasyonlarında 258 insan ölərək 45.000 ailə şəhər dışına köç etmişlər, bunlardan 13.000 ailə Tellafərə dönməmişlər.
- 2005/10/12 tarixində Bombaları patlama sonucunda 30 insan ölmüşlər.
- 2006/05/10 tarixində kamyonun partlaması sonucunda 17 insan ölmüşlər.
- 2008/05/27 tarixində partlayış sonucunda 4 insan ölmüşlər.
- 2008/08/08 tarixində partlayış sonucunda 21 insan ölmüşlər.
- 2008/11/15 tarixində partlayış sonucunda 9 insan ölmüşlər.
- 2009/07/09 trixində Tellafər qalasında olan partlayış nədənılə 50 insan ölüb və 100 nəfər yaralanmaşılar.
Musul Şəhəri:
Musul şəhəri Səddam dönəmində zorla köç etdirilərək bölgənin ərəbləşdirməyə çalışıldı və çox sayıda kökçükün Ərəb bölgəyə yerləşdirildi. Terrör saldırıları, Bobmablı partlayışlar və insan qaçırma nədənilə çox sayıda Türkman bölgəyi tərk etmək zorunda qaldı.
- 2009/07/06 tarixində Qara kəndində partlayış sonucunda 14 insan ölmüşdür.
- 2009/07/08 tarixində Şəbək bölgəsində partlayış nədənilə 16 insan ölüb və 24 insan yaralanmışdır.
- 2009/08/07 tarixində Şərihan bölgəsində bombalı saldırı nədənilə 45 insan ölüb və 160 insan yaralanmışdır.
- 2009/07/28 tarixində Mustafa məhəmməd Raho Türkman Ayan və Əşirətlər Məclis başxanı dözənlənən Terrör saldırı nədənilə ayaqlarını itirmişdir.
- 2009/11/22 tarixində iraq Türkaman cibhəsi Musul Sorumlusu Yavuz Əfəni oğlü evinin önündə Öldürülmüşdü.
- 2011/03/08 tarixində biliyurdu Öyrətmə üyəsi Türkman Öyrənci və Gənclik Sorumlusu Dr.Əmir Said Səlbi Öldürüldü.
- 2011/05/02 tarixində iraq Türkman cibhəsi Qoruma Sorumlusu Rıdcan Mohəmməd Yunus öldürüldü
Duz Xurmatu Bölgəsi Kərkük şəhərinin 70 km Güneyındə yer alamqdadır. Adını çəkdiğimiz bölgə ən önəmli Türkmanların yaşadığı bölgədir ancaq səddam dönəmində basqılara məruz qalaraq çox sayıda Ərəb bölgəyə köç etdirilmişdi. 2003 ilindən sonra bölgəyə 5000 köçkün kürd yerləşdirilmişdir.
- Mursa Əli Türbəsi Səddam dönəmində yasaq olduğu üçün 2003 ilində Xalq tərəfindən çox maraq və ilgili görmüşdü ancaq bu türbədə bomba yerləşdirirərək binayı dağıtmaya çalışıldı, Ulus bu Terrör saldırısına qarşı tepki göstərmək üçün Yürüdüğü zaman Xalqa silahla saldıraraq 5 insan ölüb və 27 insan yaralanmışdı.
- 2006 ci ilində Türkman Aqsu kafəsinə bombalı saldırı dözənləyərək 20 insan öldürülmüşdü.
- 2007 ci ilin işçi Günlərındə işçilərın toplandığı bir yerə bombalı saldırı olaraq 14 nəfər ölmüşdür.
- 2007/07/07 tarixində Əmirli bölgəsində kamyunda yerləşdirilən bir bombanın partlaması nədənilə 128 insan öldü və 200 nəfər yaralanmışdır.
- 2007 ci ildə şəhər mərkəzində canlı bomba partlaması nədənilə 9 insna ölmüşdür.
- şantaj və pul alamq üçün 52 insan qaçırılmışdır və 33 insanin ailəsindən çxo pul alaraq geri verilmişdir.
Kərkük şəhəri:
Türkman Yurdu Kərkük Şəhəri Stratejik qonumu sahib və Zəngin yer alti və yer üstü zənginliklər qaynağıdır. Səddam dönəmində Türkman yurdu olan kərkük səddamin Ərəbləşmə siyasətinə məruz qalmışdır və 2003 ilindən sonra ginə Kərkük Kürdləşmə siyasətilə qarşı qarşıya olmuşdur. Səddam dönəmində 16.567 idam edilən və cəzalandırılan insanların bir çoxu kərkük Türkmanlarından olublar. Kərkük şəhərinin Güneyində Ərəblər və Quzeyində Kürdlər yaşamaqdadırlar və kərkükün gərçək sahibi olan Türkmanlar isə kərkük şəhərinin ortasında yer alırlar və bu nədəndə ndolayı Terrör, Saldırı, partlayış vs ən çox Türkmanlar zərərlənirlər. Kərkük sahibi olan Türkman Eli amac alınaraq çox ağır bədəl üdəmişdir.
- çeşidli trixlərdə Kərkük şərərində olan partlayış sonucunda 150 insan yaşamını itirmişdir.
- 2009/06/20 tarixində Kərkük şəhərinə bağlı Tazə Xumatu bölgəsində kamyonun partlaması sonucunda 65 ev dağıtılıb və 73 insan ölüb və 228 insan yaralanmışdır.
- pul qazanmaq və şantaj amacıla çox sayıda Türkman Doktur, Akademisyən, iş adamı, siyasətçi vs qaçırılmışdır. Iraqın adlım beyn cərahı olan Yıldırım Dəmirci və Qardaşı 24 Sıxman(September) 2011 öldürülmüşdür. Bugünədək Türkmanlar Qaçırılan insanlar üçün 50 milyon dollar pul üdəmişlər.
- Son 3 ayda iraq Türkman cibhəsinə ait 4 Büro Kərkük şəhərində bombalanmışdı və 22 Türkman amaclı saldırıya məruz qalmışlar.
2010/07/23 tariixndə Türkman Kərkük polisi Bəldə sorumlusu Albay Burhann Tayib və Oğlu Teymən Visam Burhana bombalı saldırı dözənləyərək Oğlu ölüb və özü ağır yaralanmışdır.
- 2011/05/12 tarixindı iraq Türkman baxanı Ərşad Salihinin evinə bombalı saldırı dözənlənmişdir.
- 2011/11/28 tarixində Əli Mehdi kərkük məclis üyəsinin evi bombalanaraq yaşamını itirmişdir.
- son 6 ay içində kərkük və Türkmanların yaşadığı hər bir alan və bölgə Terrör və bilincli bombalaı saldırılarıa məruz qalmışlar. Türkmanlar Uluslar arası Örgütlər dən yarım istəyərək iraqda Dinsəl və Etniksəl fərqliklər üzərində bir bilincli basqı və saldırı olmasının qarşısını alınmasını dıləmışlər.
Dövlətin Üst düzey Silahli Qüvvətlərində Türkman Xalqini təmsil edən heç bir kimsəsə olmasına izin verilməmişdir.
Yazı Həsən Ozman Albayati Diyalə Millət Vəkili yazısının üzərindən alınmışdır
Görüldüğü kimin Radikal kürd milliyyətçiliği Türkiyə, iran, iraq, Suriyə dən olan Türklərın Ulusal Yurdlarına qarşı tutduğu tavır yanlız əlinə silah alaraq və Terrör və Radikalsimi qulalnamaq amacıla bölgənin etnik yapısını dəyişdirməyi amaclamışdır, bugün Güney Azərbaycan Türklərını bir çox şəhərində Radikal və irqçi kürd milliyyətçiliğilə qarşı qarşı olmuşlar. Güney Azərbaycan Ulusal və Tarixi bölgələrə bugün kürd köçkününə məruz qalmışdır və iran dövlətı Türklərə Qarşı bir kart olaraq yaxşıca bu oyunu necə oynadığını hamıya göstərmişdir.
هیچ نظری موجود نیست:
ارسال یک نظر