‏نمایش پست‌ها با برچسب Siyasət. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Siyasət. نمایش همه پست‌ها

Azerbaycan'da Türkce sözcükləri qullanmamağa özen gösterilmekdedir

Kategori: , , , , , , , , , , , Umud Urmulu - یکشنبه, فروردین ۰۳, ۱۳۹۳ - 0 comments
Umud Urmulu
Türkcəni danan Devlət
20 ildən çoxdur Quzey Azərbaycan bağımsızlığını duyurmuş və devlət sahibi olmuşdur ancaq bu sürə içində devlətin mənimsədiyi dil siyasəti yox diyəbiləcəyik durumdadır, artı Quzey Azərbaycan devlətinin mənimsədiyi tuğralı(rəsmi) siyasət rus dönəmi kimi Türk dili və Türk kimliyinə qarşı bir tutum sərgiləməkdədir. 
Bugün Türk kimliyi və Türkcə dediyimiz qavram Quzey Azərbaycan insanı üçün yalnızca Türkiyə vətəndaşlarına ilişgin olaraq qullanılmaqda və toplum özünü kimlik baxımdan “Azəri”, “Azərbaycanlı” və dil baxımından “Azərbaycan dili” yoxsa “Azərbaycanca” olarq tanıdmaqdadır. Ancaq eyni millətin etnik kimliyi və dili Əbülfəz elçibəy dönəmində sıra ilə Türk və Türkcə olmuşdur, çox ilginç dəyil mi bir millətin son 20 il içində iki fərqli etnik kimliyi və dili olmuşdur.
Quzey Azərbaycan Tv kanalları
Quzey Azərbaycan Tv kanalları devlətin Azərbaycançılıq ideolojisi gərəyi büyük ölçüdə Türk dilinə qarşı tutum sərgiləməkdədirlər, eləcə Türkiyədə yayınlanan dizilərın çoxu yenidən “Azərbaycancaya” çevrilərək yayılmaqdadır və bu çeviridə Türkiyədə qullanılan Türkcə sözcükləri qullanmamağa büyük özən göstərilməkdədir. Birey olaraq Quzey Azərbaycan Tv kanallarının Türkcəyi pozduğu və Türkcəyə qarşı büyük bir təhlükə olaraq görməkdəyəm və bunun üçün evdə və çevrəmdəki insanlara kəsinliklə bu Tvlərə baxmamağı önərirəm, ancaq eyni sözü Türkiyə Tv kanallarına söyləmək olmaz. Doğal olaraq hər ikisinin də içərik baxımından dəyil Türkcə baxımından dolayı düşünmək gərək.  büyük oranda Quzey Azərbaycan Tv kanalları Türkiyə’də Türkcə qullanılan və yayqın sözcüklər yerınə rus dilli quralları təməllində sözcüklər qullanmaqdadırlar və buda biz Güney Azərbaycan və iran sınırlarındaki Türklər üçün anlaşılmamazlığa yol açır ancaq ilk kəz olsa bilə Türkiyə Tv kanallarında duyduğumuz Türkcə sözcüklərı cümlə yapısında anlamını az da olsa anlasaq həmişəlik onu xatırlamaq olur. Bugün Quzey Azərbaycan Tv kanallarında qullanılan bir çox Ərəb və Fars dillərindən alınmış sözcüklər bilə ilginç olaraq Güney Azərbaycan və iran sınırlarındanki Türklər tərəfindən heç qullanılmır.
Son olaraq bir şeyi söyləmədən keçməyim, Anadilimiz Türkcəni öyrənmək üçün və Türkcə düşünməyə başlamaq üçün bütün Tv kanallarından yaxşı Türkcə kitab oxumaq yöntəmidir, Türkcə kitaxb oxuduqca Türkcə düşünməyə və xəyal etməyə balşayacaqsız… 

Anadilde Eyitim Yabancıların İsteyidir

Kategori: , , , , , , , , , , , , , Umud Urmulu - جمعه, خرداد ۰۳, ۱۳۹۲ - 0 comments

Güney Azərbaycan: iranin Başbaxanlıq Adaylarından “Qulaməli Həddad Adil” Öz Öyrəncisəl Seçim Toplantılarını dəvam etməktədir ancaq hər gün irqçi söyləminə yeni bir Qavram və qonu artırmaqdadır, son olaraq Sözdə olsa bilə Adil iran’da Anadildə Eyitim istəyinin Yabancılar tərəfindən dilləndirdiğini söyləmişdir.
Tehranin Şərif Biliyurdunda keçirilən Öyrəncisəl Seçim Toplantılarında Türk Öyrəncilər iran’da Anadildə Eyitim haqqında Hədad Adildən Soru sormuşlar. Yayınlanan bilgilərə Görə bir Türk Öyrənci iran Anayasasinin 15 ci Maddəsinin yanlız Evdə Anadil qullanımı halda Sorun olmadığını ön gördüğünü söyləmiş yoxsa Bu maddə Anadildə Eyitim tanıdığını sorğulamışdır, Artı Türk Öyrənci önümüzdəki illərdə Başqa fars olmayan Dillərin Soyqırıma uğradığı haldə Hədad Adilin nə düşündüğünü istəmişdir. 
Hədad Adil iran Anayasasının 15 ci maddəsi haqqında Medyada söylənən sözlərı gərçək dışı olduğunu savunub və Anadildə Eyitim haqqında belə yanıd vermışdır:
Məncə Anadildə Eyitim Evdə ailələr tərəfindən gərçəkləşdiği üçün oxulda və Eyitim sistemində var olmasına gərək yoxdur və iranin Eyitim sistemində farscanı Uşaqların Öyrənmələri yetərlidir ancaq mən Eyitim sistemində Seçməli 1 kitabin Anadildə olmasından yanayam və bunu doğru görürəm.
 Hədad Adil Toplantıda bulunan Öyrəncilərdən fars və ingilizcə arasında hansı dilin Öyrənilməsini daha qolay olduğunu soruşur ancaq Öyərncilər birlikdə fars dilinin daha zor olduğunu söyləyirlər və bu yanıdlar Hədad Adilin daha Əsəbiləşməsinə nədən olduğuna yol açmışdır.
Toplantının ardında Hədad Adil Quzey Azərbaycanin 17 şəhərinin iran’a Geri Qaytarılamsını söyləyib və Öyrəncilər dən daha çox bu qonularda əktiv olmalarını diləmişdir ancaq Öyrəncilərın bir çoxu Hədad Adilin bu irqçi və Aşiri Fars Milliyətçi sözlərı nə qarşı toplantını tərk etmişlər.
Iranin sözdə Başbaxanlıq Seçki adaylarının gənəl olaraq irandaki baqşa Etnik qruplar haqqında Düşündüklərı ortadadır, fars olmayan Uluslar üçün bunların heç birisini fərqi yoxdur. Iranda Türklərın ortaq istəyi Türkcənin iranin Gənəlində Rəsmi və Devlət Dil olmasıdır və buda Anayasal güvəncə altına alınması gərəkir.

Türkceni Analarınızdan Öyrenmeniz Yeterlidir

Kategori: , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, خرداد ۰۱, ۱۳۹۲ - 0 comments
Güney Azərbaycan: iranın başbaxanlıq Seçkiləri üçün Tehranın Əmir Kəbir Biliyurduna gələn Qulaməli Həddad Adil ginə Öz Anti Türk duruşunu bird aha sərgilədi.
Tehran’da bulunan Türk Öyrəncilər tərəfindən yayınlanan bilgilərə Görə Həddad Adil dünən Tehranin Əmir Kəbir biliyurdunda olub və çeşidli Öyrənci Qruplarının sorularını yanıtamışdır. Bu Öyrəncisəl toplantıda Türk Öyrəncilərdə Türkcənin nədən iranın Eyitim sistemində heç bir yerı olmadığını soruşublar ancaq Həddad Adil bu soruya belə yanıd Verıb:
Türkcənı Öz Analarınızda Öyrənib və Öyrənirsiz, bu tür da dəvam etməlidir.
Qulaməli Həddad Adil Sualın Ardında Türkcənin iranda Eyitim sisteminə keçməsini farscanın Öyrətimi və genişləməsinə Qarşı olduğunu bildiribdir, ona Görə farsca iranin tək Tuğralı (Rəsmi) dilidir və belə də dəvam etmək zorundadır.
Ötəki həftə Hədad Təbrizdə olduğunda Türk öyrəncilər tərəfindən sərgilədiği Anti Türk söyləm və tavırlarından dolayı büyük tepki almış və bu dəfə Türk öyrəncilərın sorularına daha muhafazakâr bir yanıd verdı. O iranın siyası sistemin heç bir bəllı etnik kimliyə bağlı olmadığını söyləyıb və ona Görə iran devləti Türk, Ərəb, Bəluç, kürd vs ayrımı yapmadan çalışmaqdadır.
Toplantının ardında Türk öyrəncilər Hədad Adilin Təbriz haqqında Söylədığı farsca şerini xatırladıb və o şerdə nədən Təbrizdəki insanların Anadillərinin farsca olduğunu sormuşlar. O bu soru qarşısında farscanın iranda ki insnların tək Ulusal dili olduğunu söyləyib və Təbrizi iranlılıq kültürü və mədəniyətinin Qaynağı olduğunu söyləmişdir.
Xatırladaq Iranin 6 ci sınıf oxul kitablarında Hədad Adil tərəfindən söylənilən bir şerdə Təbridəki insanların Anadillərı farsca olduğu söylənilmişdir.   
Iran Coğrafısının bir çoxdilli, çoxuluslu,çoxkültürlü, çoxinancli olmasına rağmən yanlız fars Dili iranda Tuğralıdır və bütün çeşidli Uluslara Zorunlu Eyitim sistemilə Öyrətilməktədir, artı Türkcə iranın Eyitim sistemində heç bir yeri yoxdur və iran devlətinin bütün siyasətləri Türk diyə bir insan və Türkcə diyə bir Ulusun iranda var olmamsı üzərinə Qurulmuş və yürütülməktədir.

İran Devleti Qarabağ Savaşında Ermeni Silahli Güclerine yardım etmiş

Kategori: , , , , , , , , , Umud Urmulu - دوشنبه, اسفند ۲۱, ۱۳۹۱ - 0 comments

Iran’in  önde gelen xəbər düşərgələrindən(sitə) olan irdiplomacy.ir iran devlətinin Qarabağ Savaşında Erməni silahli güclərinə yardım etdiğini bəlirləmişdir.
Adı çəkilən düşərgədə “Tel Aviv  Bakı və Tehran Arasında gərginlik nədəni” adlı məqaləyə Görə iran devləti Qarabağ Savaşında dolaylı olaraq Öz Ulusal çıxarlaı yönündə Erməni silahli güclərinə dəstək sağlamışdır və bu iran dövlətinin bu dəstəyi Quzey Azərbaycan’la  olan ilişgisində sorun və gərginlik yaratmağa nədən olduğunu söyləməktədir.
Adı çəkilən yazı Əli Xalxalı tərəfində farscaya çevrilmişdir və yazıda iran dövlətinin Quzey Azərbaycana qarşı tutumu və Ermənistanla daha güclü ilişgilərindən dolayı daha çox İsrail devlətinə yaxınlaşdığını önə sürmüşdür. 
Yazar dolaylı olaraq Qarabağın Quzey Azərbaycanın bir parçası olduğunuda söyləyərək bu savaşın nədənını Quzey Azərbaycanin Öz Ulusal Topraqlarını geri alması üçün Qarabağ’da savaşdığını önə sürmüşdür. 
Iran devlətinin Tuğralı(rəsmi) ideolojisi fars şiəliği üzərində qurulmasına rağmən Ermənistanla çox güclü ilişgiləri sahib olmaqdadır və tərsinə Quzey Azərbaycanla çeşidli nədənlərdən dolayı sorun yaşamaqdadır. Iran devləti dəfələrdə Quzey Azərbaycan’da Aşırı köpkdən dinçi örgütlərə silah və pul yardımı etmiş və onların Quzey Azərbaycanda terröristi işlərlə uğraşmalarını sağlamışdır. Bir çox Analistə görə iran delətinin Qarabağ Savaşında Erməni silahli gücləri və ardından Quzey Azərbaycanla ilişgilərinin pis olma nədənı iran sınırlarından bulunan Türklər sayılmaqdadır və onların dediğinə görə iran devləti yanı başında bir güclü Quzey Azərbaycani istəməmktədir.

Iraqd Türkmanların Durumuna bir Baxış

Kategori: , , , , , , , , , , , Umud Urmulu - چهارشنبه, دی ۱۴, ۱۳۹۰ - 0 comments

Amerika 10 Qıraçan (Aprel) 2003 iraqa böyük bir Operasyon başladaraq Səddam Rejimin Devırərək irağı işğal etdi. Bunun sonucunda çox sayıda insan yaşamını itirdi.  
Amerikanin iraqa gəlməsə çox sayıda dəyişikliklərə yol açdı. Balaca bu dəyişkliklərə Göz atarsaq başlıqları belə olmalıdır:
- Tutalitar və Diktatur bir yapının devrılməsı və Sivil bir yönətimin iş də olması.
- iraqda Güc boşluğundan dolayı etnik quruplarda və yönətimdə bir bəlirsizliğin olması.
- Ulusal Arşivlər, mallar, əşyalar, Araclar bir sözdə bir Dövlətın varlğı sayılan hər şey güc boşluğu və bəlirsizlikdən qaynaqlanaraq yağmalandı.
- iraqda Ulusal Güc böşlüğündan dolayı iraq Vətəndaşları can və mal varlıqlarından Gövənsizlik hiss etdilər.
- və ən önəmli qonu kürdlər Türkmanların yaşadığı Ulusal Bölgələrə minlərcə silahli Güc göndərərk Bölgənin etnik yapısını dəyişdirmək və Türkmanların yaşadığı yerə əl qoymağa çalışdılar. Daha doğrusu Kəkük kimin şəhərlər iraq kürdistan yönətimi altında yönətilməsinin amaclayaraq çox sayıda kürd bölgəyə köç etdirildi.
Basqıcı Səddam erjimi dönəmində Türkmanlar ve başqa Etnik quruplar iraqın Yönətimində yer almaqları düşünülməzdi anacq 2003 ilindən sonra kürdlərə Quzeydən gələrək kərkük başda olmaq üzərə bir çox Türkman Uluasl şəhərində yer alıdılar. Kürd siyasilərinin bu hərəkəti kərkük və başqa Türkmənlərın yaşadığı yerlərı öz bölgələrınə artıraraq kürdistan yönətimi almaq amacıla gərçəkləşdirildi. 10 Qıraçan 2003 səhərınmdən minlərcə peşmərgə Türkmanlar, Süryanilər, Ərəblərın yaşadığı bölgəyə yayımlandılar. Kürdlər işi abartaraq Kərkükü kürdistanin başkəndi bilə adlandırdılar. 
Iraqda Ərəb Şiiələrindən sonra iranin ən çox etgisi olduğu etnik qurup kürdlərdir, kürdlər iran – iraq savaşında irana yardımçı olaraq Səddamı dış çökdürmək sitəyirdilər və Amerikanin iraqa gəldiği zamanda Amerikaya ən yardımçı olan etnik qurupların birisi kürdlər sayılırdı. Iraq kürd yönətimi iranda olan pjak Terrör örgüt və iranin arası bilə Pozulduğu zaman araçılıq edərək Terrör örgütü pjakın silah bıraxması və iranla anlaşmasını bilə sağladılar. Iraq da olan şiiə quruplar iranda inancsəl, kültürək ilişgi, maddı yardım, silah dağıtımı vs dən qaynaqlanaarq iranin iraqda aracı bilə sayıla bilərlər.
Kürdlərın Bölgəyə ço sayısa silahli Güc Göndərməsi Türkman Bölgəsinin Demografik yapısını dəyişdirməyi amaclamışdır.kürd qurupların Bu amacı gərçəkləşdırməklərı üçün birinci olaraq Türkmanların trix boyu yaşadqları və Yer altı və Yer Üstü Doğal zənginliklər Qaynağı olan kərkük Şəhəri hədəf alınmışdır. 
Indi kürdlər tərəfindən kürdləşdirilən Türkman Bölgəsi Səddam Hüseyn dönəmində Ərəbləşdirmək siyasətləri sonucunda çox sayıda Ərəb bölgəyə köç etdirilmişdi. Bu nədəndən dolayı 2003 ilindən sonra bölgənin etnik yapısı və nüfusu bilincli və siyasal amacli çox dəyişdirlmişdir. 2003 ilində Kərkük şəhərinin nüfusu 840.707 ikən bugün 1.650.000 dır. Ninav isə 2.650.000 ikən indiki durumda 3.650.000 dır. Duhok Şəhəri 2003 ilindı 520.000 dən bugün sayı baxımından 978.000 sayısına çıxmışdır. Kərkük şəhərinə bağlı Altun Körpü bölgəsi 13.634 dən bugün 57.600 çıxmışdı bir durumadır. Yazılan örnəklərın sayısını artırmaq olur. Türkman bölgəsinin etnik yapısını dəyişdirməklə birlikdə kürdlər Türkman Ərazilərini kürdistan yönətiminin maddi yardımı və siyasi Gücünü qullanmaqla birlikdə zorlayaraq sayısızca yasa dışı ev inşa etmişlər. Yasa Dışı tikilən evlərı metrlə ölçərsək bugün 23 KM yasa dışı ev kürdlər tərəfindən inşa edilmişdir. Kərkük şəhərinin alanı bugün 78 KM olmuşdur. Zorlanılan Ərazilər Türkmanlar və Dövlətə ayidir. Bir az aydınlıq gətirdiğimiz budurum Kəkük şəhərinin nüfuz sayımını və Bölgəsəl Seçimlərəın geçirilməsi qonsuudna sorun yaratmışdır. Indiyə qədər Kərkük şəhərilə ilgili Türkmanlar tərəfindən önərilən yasa Tasarılar qəbul edilməmişdir və bölgədə bir bəlirsizlik dəvam edir.
2007 ci ildən Türkmanlar və Ərəblərın kərkük şəhərinin etnik yapısı haqqından itiraz etdiklərı üçün nüfuz sayımı yapılmamışdır. Etnik yapının bəlli olması üçün Etnik qurupların arasında Uzlaşmanın sağlaması gərəkır.kərkük və baqşa şəhərlərın etnik sayımı üçün Türkmanlar sayımın bilmsəl ilkələrə uyğun olmasını savunurlar və bu sayımında bir Uluslar arası Örgütü tərəfindən olunmsını diləyirlər. 
Üstdə yazılan bu olumsuzluqları aradan qaldırılıb və hər insan özgürcəsinə öz Etnik kimliyini ifadə edə bilməsi gərək. Bu işin gərçəkləşməsi üçün Ulusalar arası insan haqqları Örgütləri bilə yardımçı olmalıdırlar.
Türkmanların dediklərınə Görə köçmənlərın yaşadığı bölgə ayrı bir forumda dözənləməsı gərək və yasa dışı yapıan evlər və tikintilər ayrıca təspit edilib və şəhərin etnik yapımında baqşa bir yer alınmaları gərək. 
Gövəncəli və sağlam bir etnik yapısı üçün Birləşməiş millətlər uzmanları Görevləndirirərək bu sayımın gərçəkləşməsini önəribi və diləyirlər.
Türkmanlara Görə Kəkük sorunun çözümü üçün 10 il bir sürəc içində Türkmanlar, Ərəblər və kürdlərdən 32%, Xristianlardan isə 4% təmsil edilərək bir yapım qurulamsıdır. Türkmanlar və Ərəblər kərkük şəhərinin özəl bi Statü ilə Federal Bölgəsi kimin yönətilməsinin istəyirlər. Onlara Görə səddam dönəmində və kürdlər tərəfindən bölgənin enik yapısını dəyişdirmək amacıla yaradılan köçkünlər və dəyişiklər yenidən gözdən geçirilməlidir və Dövlət və kürdlər tərəfindən zorla alınan Türkman Ərazilərı öz sahablarina geri verilməlidir.
Səddam dönəmində Kərkük şəhəri gənəlində yerləşim yerlərinin 357.305.000 M2 olurdu və bu ölçüdən 280.000.000 M2 Türkmənlərın yaşadığı bölgələr yer alırdı. Duz Xurmatu bölgəsində zorlanılan ərazilərin ölçüsü 50.000.000 M2 dır. 2003 ilindən sonra Türkmanlar və Sünni Ərəblərın siaysi quruplar tərəfindən qonula ilgili yasa önərildir ancaq önərilən yasa şiiə siyasi quruplar tərəfindən dışlanıldı. Kərkük şəhərinin məhkəməsində Türkmanalrın Ərazılərının zorlamaqla ilgili 41.874 dava açılıbdır. Siyasi Türkman cibhəsi qonuila iligili bir yasa tasarısı ahzilayaraq məclisə önəriblər ancaq parlamentoda bu yasa tasarıdı rəd edilmişdir. 
Səddam dönəmində ki bölgənin Ərəbləşdirmək, 2003 ilindən kürdlərın bölgəyi kürdləşdirmələri və Terrör nədənilə bölgədə etnik quruplar arasında sorun yaşamaqdadır. Türkmanlara Qarşı Terrör Saldırı 2003 ilindən sonra amaclı olaraq başlamışdır və bugünədək dəvam etmişdir. Türkmanlara qarşı Terrör birinci olaraq Siyası amac və ikinci bölgədə şantaj, pul qazanmaq və silahla bölgənin etnik yapısını zorlamq amacıla qullanılmışdır. Türkmanlara qarşı yapıan Terrör saldırılardan bir neçə örnək verərsək başlıqları belə olmalıdır: 
- 2003/04/10 tarixində Kərkük və Türkmanların yaşadığı baqşa bölgələrə kürd silahli Güclərı(Peşmərgə) geçmişlər və 2003/04/11 tarixində Türkman Cibhəsi önündə Gözləyən gənclərə Qarşı Saldıraraq bir çox Türkman gənci yaşamını itirmiş və Etnik çatışmanın və Türkmanlarla Qarşı şiddət və Terrörün başlanmasına nədən olmuşdur. 
Türkmanlar arasında çeşidli inanclarda olanları istismar edərək bir dinsəl çatışmaya yol açmışdır ancaq bu qonuda başarı əldə etməmişlər. Türkmanların son seçimində 90% iraq Türkman cibhəsinə oy vermişdir. 
Tellafər bölgəsi önəmli Türkman yerləşim yerlərindən sayılır,  anacq iraq və Amerika silahli Güclərinin operasyon nədənilə 2800 nəfər ölərək 48.000 Türkman ailəsi Köç etmək zorunda qalmışlar. Bugünku durumda 13.000 Türkman ailəsi Tellafər bölgəsinin dışında Köçmən olaraq yaşamaqdadırlar.
- Tellafər bğlgəsində 225 Türkman Oğurlanaraq öldürülmüşdür.
- 4 Sıxman (September) tarixində Amerkia silahli Qevvətləri tərəfində gərçəkləşdirilən operasyonda 169 nəfər ölürək 3000 Türkman ailəsi Şəhər dışına Köç etmişlər.
- 22 Sıxman (September)2005 ilində iraq və Amerkia silahli Qüvvətləri operasyonlarında 258 insan ölərək 45.000 ailə şəhər dışına köç etmişlər, bunlardan 13.000 ailə Tellafərə dönməmişlər.
- 2005/10/12 tarixində Bombaları patlama sonucunda 30 insan ölmüşlər.
- 2006/05/10 tarixində kamyonun partlaması sonucunda 17 insan ölmüşlər.
- 2008/05/27 tarixində partlayış sonucunda 4 insan ölmüşlər.
- 2008/08/08 tarixində partlayış sonucunda 21 insan ölmüşlər.
- 2008/11/15 tarixində partlayış sonucunda 9 insan ölmüşlər.
- 2009/07/09 trixində Tellafər qalasında olan partlayış nədənılə 50 insan ölüb və 100 nəfər yaralanmaşılar.
Musul Şəhəri:
Musul şəhəri Səddam dönəmində zorla köç etdirilərək bölgənin ərəbləşdirməyə çalışıldı və çox sayıda kökçükün Ərəb bölgəyə yerləşdirildi. Terrör saldırıları, Bobmablı partlayışlar və insan qaçırma nədənilə çox sayıda Türkman bölgəyi tərk etmək zorunda qaldı.
- 2009/07/06 tarixində Qara kəndində partlayış sonucunda 14 insan ölmüşdür.
- 2009/07/08 tarixində Şəbək bölgəsində partlayış nədənilə 16 insan ölüb və 24 insan yaralanmışdır.
- 2009/08/07 tarixində Şərihan bölgəsində bombalı saldırı nədənilə 45 insan ölüb və 160 insan yaralanmışdır.
- 2009/07/28 tarixində Mustafa məhəmməd Raho Türkman Ayan və Əşirətlər Məclis başxanı dözənlənən Terrör saldırı nədənilə ayaqlarını itirmişdir.
- 2009/11/22 tarixində iraq Türkaman cibhəsi Musul Sorumlusu Yavuz Əfəni oğlü evinin önündə Öldürülmüşdü.
- 2011/03/08 tarixində biliyurdu Öyrətmə üyəsi Türkman Öyrənci və Gənclik Sorumlusu Dr.Əmir Said Səlbi Öldürüldü.
- 2011/05/02 tarixində iraq Türkman cibhəsi Qoruma Sorumlusu Rıdcan Mohəmməd Yunus öldürüldü
Duz Xurmatu Bölgəsi Kərkük şəhərinin 70 km Güneyındə yer alamqdadır. Adını çəkdiğimiz bölgə ən önəmli Türkmanların yaşadığı bölgədir ancaq səddam dönəmində basqılara məruz qalaraq çox sayıda Ərəb bölgəyə köç etdirilmişdi. 2003 ilindən sonra bölgəyə 5000 köçkün kürd yerləşdirilmişdir.
- Mursa Əli Türbəsi Səddam dönəmində yasaq olduğu üçün 2003 ilində Xalq tərəfindən çox maraq və ilgili görmüşdü ancaq bu türbədə bomba yerləşdirirərək binayı dağıtmaya çalışıldı, Ulus bu Terrör saldırısına qarşı tepki göstərmək üçün Yürüdüğü zaman Xalqa silahla saldıraraq 5 insan ölüb və 27 insan yaralanmışdı. 
- 2006 ci ilində Türkman Aqsu kafəsinə bombalı saldırı dözənləyərək 20 insan öldürülmüşdü.
- 2007 ci ilin işçi Günlərındə işçilərın toplandığı bir yerə bombalı saldırı olaraq 14 nəfər ölmüşdür.
- 2007/07/07 tarixində Əmirli bölgəsində kamyunda yerləşdirilən bir bombanın partlaması nədənilə 128 insan öldü və 200 nəfər yaralanmışdır.
- 2007 ci ildə şəhər mərkəzində canlı bomba partlaması nədənilə 9 insna ölmüşdür.
- şantaj və pul alamq üçün 52 insan qaçırılmışdır və 33 insanin ailəsindən çxo pul alaraq geri verilmişdir.
Kərkük şəhəri:
Türkman Yurdu Kərkük Şəhəri Stratejik qonumu sahib və Zəngin yer alti və yer üstü zənginliklər qaynağıdır. Səddam dönəmində Türkman yurdu olan kərkük səddamin Ərəbləşmə siyasətinə məruz qalmışdır və 2003 ilindən sonra ginə Kərkük Kürdləşmə siyasətilə qarşı qarşıya olmuşdur. Səddam dönəmində 16.567 idam edilən və cəzalandırılan insanların bir çoxu kərkük Türkmanlarından olublar. Kərkük şəhərinin Güneyində Ərəblər və Quzeyində Kürdlər yaşamaqdadırlar və kərkükün gərçək sahibi olan Türkmanlar isə kərkük şəhərinin ortasında yer alırlar və bu nədəndə ndolayı Terrör, Saldırı, partlayış vs ən çox Türkmanlar zərərlənirlər. Kərkük sahibi olan Türkman Eli amac alınaraq çox ağır bədəl üdəmişdir. 
- çeşidli trixlərdə Kərkük şərərində olan partlayış sonucunda 150 insan yaşamını itirmişdir.
- 2009/06/20 tarixində Kərkük şəhərinə bağlı Tazə Xumatu bölgəsində kamyonun partlaması sonucunda 65 ev dağıtılıb və 73 insan ölüb və 228 insan yaralanmışdır.
- pul qazanmaq və şantaj amacıla çox sayıda Türkman Doktur, Akademisyən, iş adamı, siyasətçi vs qaçırılmışdır. Iraqın adlım beyn cərahı olan Yıldırım Dəmirci və Qardaşı 24 Sıxman(September) 2011 öldürülmüşdür. Bugünədək Türkmanlar Qaçırılan insanlar üçün 50 milyon dollar pul üdəmişlər.
- Son 3 ayda iraq Türkman cibhəsinə ait 4 Büro Kərkük şəhərində bombalanmışdı və 22 Türkman amaclı saldırıya məruz qalmışlar.
2010/07/23 tariixndə Türkman Kərkük polisi Bəldə sorumlusu Albay Burhann Tayib və Oğlu Teymən Visam Burhana bombalı saldırı dözənləyərək Oğlu ölüb və özü ağır yaralanmışdır.
- 2011/05/12 tarixindı iraq Türkman baxanı Ərşad Salihinin evinə bombalı saldırı dözənlənmişdir. 
- 2011/11/28 tarixində Əli Mehdi kərkük məclis üyəsinin evi bombalanaraq yaşamını itirmişdir.
- son 6 ay içində kərkük və Türkmanların yaşadığı hər bir alan və bölgə Terrör və bilincli bombalaı saldırılarıa məruz qalmışlar. Türkmanlar Uluslar arası Örgütlər dən yarım istəyərək iraqda Dinsəl və Etniksəl fərqliklər üzərində bir bilincli basqı və saldırı olmasının qarşısını alınmasını dıləmışlər.
Dövlətin Üst düzey Silahli Qüvvətlərində Türkman Xalqini təmsil edən heç bir kimsəsə olmasına izin verilməmişdir. 
Yazı Həsən Ozman Albayati Diyalə Millət Vəkili yazısının üzərindən alınmışdır
Görüldüğü kimin Radikal kürd milliyyətçiliği Türkiyə, iran, iraq, Suriyə dən olan Türklərın Ulusal Yurdlarına qarşı tutduğu tavır yanlız əlinə silah alaraq və Terrör və Radikalsimi qulalnamaq amacıla bölgənin etnik yapısını dəyişdirməyi amaclamışdır, bugün Güney Azərbaycan Türklərını bir çox şəhərində Radikal və irqçi kürd milliyyətçiliğilə qarşı qarşı olmuşlar. Güney Azərbaycan Ulusal və Tarixi bölgələrə bugün kürd köçkününə məruz qalmışdır və iran dövlətı Türklərə Qarşı bir kart olaraq yaxşıca bu oyunu necə oynadığını hamıya göstərmişdir.

Tarixdə bugün: Azərbaycan Milli Hökümətinin 66-ci İl Dönümü

Kategori: , , , , , , , , , , , , , Umud Urmulu - دوشنبه, آذر ۲۱, ۱۳۹۰ - 0 comments
Bu Gün ötəkimizə 21 Azər adlandırılır, 21 Azər 1945 Ulusoyuq (Noyabr) Ayında Güney Azərbaycanda Başkəndə Təbriz olamq üzərə Azərbaycan Milli Höküməti qorulmuşdur. 
Azərbaycan Milli Höküməti və Azərbaycan Demokrat Firqəsinin Başçısı Seyid Cəfər Pişəvəri 21 Azər Hərəkətinin təməllərındən birisi sayılır. Rəhmətlik Poşəvəri 1892 ci il Güney Azərbaycanin Xalxal Şəhərində Dünyaya Göz açmışdır, 1905 ci ildə Eyitim üçün Bakıya köçmüşdür. Bakıda olduğu sürəcdə Açıq Söz Dərgisində yazılar yazıb yayırdı. Pişəvəri Bakıda olduğu zaman çox sayıda Dərgidə yazarlqıla uğraşır və Öz Düşüncələrı və Görüşlərını yaymağa çalışır.  
Azərbaycan Milli Höküməti bir il içində Azərbaycadna çox geniş dəyişkliklərə imza atır, ən birincisi Topraq Reformularıdır. Pişvəri Dövlətın Topraqlarını ‌Əkinçilərlə paylaşır. Birinci Dəfə olaraq Türk Qadını Doğu Dünyasında Oy vermə Haqqını Azərbaycan Milli Höküməti dönəmində Qazanmışdır. Dövlət Sistemini bir il içərisində Yeniləyərək Yerəl Yönətimilərın Dövlətı içərisində daha Göcləndirirək bürokrasinin Sağlamağına Yardımçı oldular. O dövrdə çox sayıda Yasa dəyişikliği oldu və işçilər, Qadın haqqıları, Eiyitim və bir çox qonuda yeni Ulusul kültürünü və valrığını yansıtan yasalar törədildi.yanlız bir il içində Ekonomik addımlar atıldı, insan haqqlrına dəyər verildi, Türkcə rəsmi Dil oldu, Azərbaycan Milli Bankası qoruldu, Azərbaycan Milli məclisi qouldu, biliyurdular Türkcə yazıb-oxumağı başlatdılar,Caddələr Asfalt oldu, Türkcə Radyu və yayınlar Qoruldu, yeni parklar, yeni oxullar, Türk Xalqının igidlərinin adları Cadələr və bölgələrə verildi, yeni körpülər və sayızıca yeni işlər oldu, elə ki bir çox insan yanlız 1 il içində olan işlərı 30 il içərsində olmayan işlərlər müqayisə etməkdə zorlu çəkirdi. 
ancaq Türk Ulusunun bu Xəyal kimin Özgürlük və Öz Dövlətının kölgəsı altında yaşaması yanlız bir il sordu. iran fars dövlətinin Savaş Göçlərı vəhçicə bir Soyqırımı Düşünərək Güney Azərbaycan Dövlətınə Qarşı bir Savaş başlatdılar. Savaş Sürəcində Güney Azərbaycan Güclərı iran dövlətinin Güclərınə yenilərək Dövlət Güclərı şəhərlərı almağa başladı, Sayısızca insan öldürüldü, Sayılara Görə 25.000 insan bilərək öldürüldü, minlərcə insan Yarğılanaraq idam olundu, çxo sayıdı Türk insani cəza evlərinə atıldı. Azərbaycan Milli Hökümətinin qorduğu və yaratdığı kültürək, dilsəl, tarixsəl vs evlər, binalar dağıdıldı və yandırıldı. çox Sayıda Türkcə kitab yanıdırldı və sonucunda 1946 ci ildə Azərbaycan Milli Höküməti sona ərdı.
o gündən Bəri Türk Ulusu bir Gözündə Yaş bir Gözündə Sevinclə o günü Anmaqdadır, hər il şəhərlrədə çeşidli Törənlər gizli olaraq törədilir.
با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya