Ana Sayfa » , , , , , , , , , , , , » Urmiye Şeherinde toplu məzarlıq tapılıbdır Yazısını okuyorsunuz.

Urmiye Şeherinde toplu məzarlıq tapılıbdır

Kategori: , , , , , , , , , , , , , Umud Urmulu - جمعه, مهر ۲۸, ۱۳۹۱ - 0 comments

Onbeş Xurdad məktəbində tapılan toplu məzarlıq Cilovluq soyqırımınam aidmi?
Urmiye Şəhərinin 15 Xurdad Oxulunun əski binasın yeniləmək üçün yıxılmasından sonra qazıntılarda tapılan toplu məzar bölgənin kültürəl uzmanların çaşdırıbdır. Ayna xəbər ajansının yaydığı bilgilərə görə 15 Xurdad məktəbinin 75 illik binası Urmiye Şəhərinin əski qəbristanı olan “Qarasandıq” üstündə tikilmişdir və binanın yıxılması və yeniləmək üçün qazıntılar tolpu bir məzarın bulunmasına nədən olub və tarixi bir soyqırım və gərçəyin gün ışığına çıxmasına nədən olubdur.
Bu qazıntılarda tapılan ölü sümüklər yayınlanan Görüntülərdə Görüldğü kimin toplu şəkildə quylanıblar və böyük olasılıqla acı bir tarixi olayda öldürülüblər.
indilik heç nə Qanıtlanmış dəyildır, ancaq görüşlərə görə tapılan toplu məzarlıq tarixi Cilovluq soyqırımına aid ola bilər. Cilovluq soyqırımı yaxlaşıq 100 il öncə Urmiye, Xoy, Salmas və batı Azərbaycanın neçə şəhərində Erməni və Asurilərin əliylə törədilibdir. Soyqırımda 1918 ilində olub və 200-500 min arası Türk vəhşicəsinə öldürülüblər.
Batı Azərbaycan bölgəsinin kültürəl miras baxanlığının Arxeoloji uzmanı qazıntıları incələyərək böyük bir yangın olduğunun olasılığından söz etmişdir. Riza Heydəriyə Görə bu iddiasının qanıtın sümüklərin altındakı küllər və bəzi yanan sümüklər göstərməktədir.
Torpaq qabların içərilərinə qədər yanmaları, böyük bir yanqından xəbər verir, çeşidli görüşlərə görə bilərək olub və 20-ci əsrin ilklərində insanlıq və Türklərə qarşı böyük soyqırımdan xəbər verməktədir.
Qazıntıların dərinliyi 4 metr olub və toplu məzarlıq 1 metrdən başlayıb və 3 metr dərinliyə qədər davamı etməktədir , bu da tolpu məzarlıq üçün qazılan böyük quyuların göstərgəsidir. Qazılan bölgənin 1 metr dərinliyində yanqından qalan külləri açıqca görmək olur. Bəzi qabların qazıntılarda tapılması böyük bir tarixi bölgənin olduğundan xəbər verməktədir, arxeoljik qazıntılar və araşdırmalar gərəktiyini göstərir, Qəbristanın Ulusal əsələr arasında qeyd olunmamasına görə, qazıntılar yazının hazırlandığı ana qədər davamı etməktədir və qazıntı makinələri qazmaya davam edirlər. 
Alınan xəbərlərə görə, batı Azərbaycan əyalətinin kültür əsərləri baxanı Məhəndis Fərinin bilgisiylə bir ekib qazıntıları araşdırmaq və durdurmaq üçün bölgəyə göndəriliblər. Deməliyik Oxulun doğusunda qazıntılarda islami dövrünə aid qablar tapılıbdır. tapılan bir tunel tarixi bir kəhrizin olduğunu göstərir. 
Deməliyik Urmiye Şəhərinin tarixi “Qarasandıq” qəbristanında tapılan bəzi məzarlar başqalarına görə fərqli və qeyri-adi şəkildə və bəzən yandırılandan sonra quylanıblar. indilik heç bir Tuğralı qaynaq qazıntılar və toplu məzar haqqında dəqiq bilgilər yaymaamaqdadır, xəbərdə olan görüşlər isbatlandığı halda Türklərə qarşı yapılan soyqırımın və cilovluq faciəsinin gərçəkləri ortaya çıxacaqdır. 










































هیچ نظری موجود نیست:

ارسال یک نظر

با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya