Umud Urmulu
Güney Azərbaycan, Urmiye: illər sonra uzun çalışmalar sonucu Urmiye Aşıq məktəbi qeyri maddi əkincsəl sovxa olaraq səbt olundu.
Urmiye aşıq məktəbi iran sınırlarında bulunan Türk bölgələrinə görə çeşidli özəlliklər daşıması nədənilə öncülük etmiş və etməkdədir, ancaq illər sonra Urmiye Aşıq məktəbi İranın qeyri maddi əkincsəl sovxa listəsində səbt olundu. Baxmayaraq Urmiye Aşıqları Türk millətinin adına yox bəlkə İranın bir əkincsəl varlığı kimi kimi göstərilməyə çalışılır ancaq Türk gələnəyi olan Aşıq musiqisi quşqusuz həmişə Türklük özəlliklərini daşımış və daşımaqdadır və İran’da egemən toplum və devlətlə uzaqdan yaxından ilgisi yoxdur.
Güney Azərbaycanın Urmiye, Qoşaçay, Xoy, Sulduz vs kimi şəhərlərinin aşıq gələnəyinə gənəl olaraq Urmiye Aşıq məktəbi deyilir. Adı çəkilən bölgələrının hamısı Türklərın ən yoğun olduğu yaşadığı yerlər sayılmaqdadır və Türkiyə ilə tarixsəl yaxınlığı nədənilə Urmiye Aşıq məktəbi bir çox uzamana görə Anadolu, Iraq Türkləri(özəlliklə Türk yurdu Kərkük vs) və İran sınırlarında bulunan Türk Aşıq musiqisində körpü rolünü oynamışdır.
Urmiye Aşıq məktəbində başqa Türk bölgələrində olduğu kimi Zırna və Balaban alətləri qullanılmaqdadır. Urmiye’nın Sünni Türklərinden olan Dollu Mustafa ve Balovlu Miskin və Salmas Xıristıyanlarından olan Qul Hartun bu məktəbinin təməl daşını qoyan ustad şair və aşıqlardırlar. Günümüzdə Kürəsünni tayfaları və Sünni Türklərdən olan Verdanlı Aşıq Mənaf və Məhbub, Gəcinli Aşıq Səməd, Qulunculu Aşıq Zəkərya və Aşıq Bəxşəli, Eləvi Türklərden olan Güjlər aşıqları, Xıristıyan olan Aşıq Yusuf Ohanes və Şiə Türklərindən olan Aşıq Dehqan, Aşıq Bulud, Aşıq İsmeli, Aşıq Əli Qara Ağaclı və Aşıq Nabat Əli Urmiye Məktəbinin tanınmış aşıqlarıdırlar.
Urmiye Aşıq məktəbinin Aşıqları ən çox Balovlu Miskin, Dollu Mustafa, Qul Hartun, Xəstə Qasım, Tufarqanlı Abbas, Qulunculu Dədə Katib, Şəkəryazılı Aşıq Bəhlül və PurAzər kimi şairlərin şerlərini oxuyarlar.
Urmiye Aşıq Məktəbinin havalarından:
Urmu Gözəlləməsi - Urmu Şərqisi - Urmu Qarabağısı - Osmanlı Şərqisi – Qurbəti - Araz Basdı –Göycə Gözəlləməsi - Taciri – Bəhməni - Avçı Geraylısı – Həmədan Gəraylısı - Sulduzu – Şəkəryazı - Dihdabanı – Kəsmə Divan - Hicran - Dol hicranı - Qars – Qərəyni – Gülşəni – Bəndayı Hicranı - Xaça Xaldarı – Cəmşidi - Siyastapul - Paşam Köçdü – Müsəlman Kəşişoğlusu - Ermeni Keşişoğlusu – Tərəkəmə Gözəlləməsi – Səmahi - Duraxanı – Nəsrüllahı - Xoy Emrahısı –Kəsmə Kərəm - Zarıncı - Misri – Təcnis - Cığalı Təcnis – Pənahı – Gəraylı – Rəvzə Gəraylısı – Hərbi – Bəhri Divan və ...
Güney Azərbaycanın Urmiye şəhərində bir çox toy, törən vs də Aşıqların ifaları olur, baxmayarq iran devlətinin musiqini həram sayması nədənilə bu Türk gələnəyi ilgisizlik nədənilə bütyük zərbə almış ancaq irandaki Türklərın neçə il içində öz Ulusal kimlik və dillərinə geri dönüşlərı bugün Aşıqlığı yenidən canlandırmışdır.
Sözcüklər:
Əkinc= Kültür
Sovxa= Miras
هیچ نظری موجود نیست:
ارسال یک نظر