Iranin Sağlıq Baxanı Güney Azərbaycanin Deprem vurmuş bölgəsində yayınlanmaqda olan Bulaşıcı xəstəliklər və soyuqların artmasını insanların yaşamına bir təhlükə yaratdığını söylədi.
Mərziyyə Vəhid Dəstcerdiyə Görə Güney Azərbaycanin Deprem (Zəlzələ) Vurmuş bölgəsində heyvanların insanlarla çox yaxın bir ortamda yaşaması Bulaşıcı xəstəliklərin yayılması üçün böyük bir risk olduğunu savundu, on görə Soyuqlar başladığı üçün və Deprem vurmuş Ulus hələd çadirda yaşadığı üçün ən balaca xəstəliklər yayılmaqdadır və insanların yaşamını təhlükə altına almaqdadır. Dəscerdiyə Görə iran dövləti yayqın xəstəlikləri önləmək amaclı bölgədə bir sıra işlər görmüşdür ancaq kəsinliklə bu işlər yetərli dəyildir və verilər çeşidli Bulaşıcı xəstəliklərin sürətli bir biçimdə yayılmasını göstərməktədir.
Ötə yandan iran dövlətinin bölgədəki yaşam çadirlari bir birinə çox yaxın bir məsafədə olduğu üçün Xəstəliklər qolayca yayılmaqdadır, havaların soyuqlaşması və yağışların yağmasıla da sorunlar qat qat artmaqdadır.
Descerdinin dediğinə Görə Güney Azərbaycanin Depem vurmuş bölgəsində ən çox şikâyet edilən qonu sağlıqla ilgilidir. Bir başqa Deyişlə Vərziqan Deprem Vurmuşları bölgədə tikintilərin çox yavaş bir sürətlə tikildiğini söyləməktədir və havaalr soyuq olduğu üçün hər bir neçə gün içində isitici alətlər bir yanqına yol açmaqdadır və eləcə bir neçə gün içində neçə insan yaşamini itirmişdir. Ötən həftə 70 yaşındaki Tellinaz Adlı nənə yaşamini Çadir yanqin nədənilə itirdi.
هیچ نظری موجود نیست:
ارسال یک نظر