‏نمایش پست‌ها با برچسب Erməni. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Erməni. نمایش همه پست‌ها

Urmiye’de Tapılan Mezarlıq Osmanlıların Türklerı Öldürmesinin Qalıntılarıdır

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - پنجشنبه, آبان ۱۸, ۱۳۹۱ - 0 comments

Güney Azərbaycan, Urmiye: Quzey Azərbaycan Dövlətinin yetkililəri Güney Azərbaycanin Urmiye şəhərində bulunan əskı məzarlıqla ilgili açıqlamaları iran dövlətınındə açıqlamasına nədən oldu ancaq ilginç olaraq iran dövlətı yetkililərı Urmiye şəhərində olan məzarlığı Ermənilərın Batı Azərbaycan və Urmiye’də Cilovluq adlı Türk soyqırımı yox bəlkə Osmanlaıların Urmiye və Batı Azərbaycanda Türklərə qarşı soyqırım yaptığının qalıntısı olduğunu söylədı.
Güney Azərbaycanin Urmiye şəhərinin 15 xordad aldlı Oxul qazıntılarından çox əskı bir Məzarlıq (Qarasandıq) rastlandı və bu məzarlıqda birinci araşdırmalara Görə 1918 olaylarıla ilgili çox sayıda toplum məzarlıq görüldü, ancaq ilginç olaraq iran dövlətı bu məzarlıq tapıldıqdan sonra heç bir araşdırma yapmadan və dış və içdən heç bir yetkiliyə incələmək üçün izin vermədən  1 gün içində bu əskı Türk soyqırımı məzarlığını yerlə bir etdi. 
Güney Azərbaycanin Urmiye şəhərində tapılan əskı məzarlığın ardından Quzey Azərbaycan Ulusal məclisində bu qonuda incələmək istədiklərini söyləməklə iran dövləti bu əskı məzarlığı Türk soyqırımı qalıntısı yox bəlkə Osmanlıların Batı Azərbaycan və Urmiye şəhərində Türk və Ermənilərə yapdıqları soyqırım sonucu olaraq nitələndirdi.

Urmiye Şeherindenki Cilovluq Mezarlığı iran Dövleti terefinden Mehv edildi

Kategori: , , , , , , , , , , , , Umud Urmulu - سه‌شنبه, آبان ۱۶, ۱۳۹۱ - 0 comments

Güney Azərbaycan, Urmiye: alıdığımız son bilgilərə Görə Urmiye Şəhərindəki Cilovluq Soyqırımından qalan Türk Məzarlığı iran dövlətı tərəfindən məhv edilmişdir. 
Neçə vaxt bundan öncə Güney Azərbaycanin Urmiye şəhərində Cilovluq adlı Türk Soyqrımıla ilgili bir məzarlıq ortaya çıxmışdır ancaq iran dövləti olayı Ört basır eyləmək üçün dünən bu tarixsəl məzarlığın məhv etdiğini duyrudu.
Cilovluq Məzarlığı imha edilməsi sözdə Batı Azərbaycab kültür qoruma örgütü tərəfindən olduğu söylənilməktədir. 
Cilovluq Məzarlığı Urmiye şəhərinin 15 Xordad Qız oxulu yenidən inşa edilməsi və qazıntılarında görülmüşdü, eləcə bölgədə çox sayıda və toplu olaraq əski insan məzarlığı qanıtlanmaqtadır ancaq iran dövləti olayı basdırmaq üçün tezliklə heç bir arştırma aparmadan bu Tarixsəl məzarlığı məhv etməsi son dərəcə düşün vericidir. 
Cilovluq adlı Türk soyqırımı 1918 ci ildə Ermənilər tərəfindən Türk kimliyinə Qarşı Urmiye, Salmasa, Xoy və bir neçə Türk şəhərində gərçəkləşmişdir, tarixsəl qaynaqlara Görə bu soyqırımda 130 min Türk öldürlmüşdür.   
Güney Azərbaycan, Türkiyə və Quzey Azərbaycan Tuğralı olaraq bu olaya qarşı iran dövlətinə tepki göstərməlidir, bu olay bölgəmizdə Ermənilər tərəfindən yapılan Türk soyqırımının tarixsəl qanıtlarndan birisi sayılmaqdadır.

Quzey Azerbaycan – Ermeni cəbhəsində Çatışma: 1 Əsgərimiz şəhid oldu

Kategori: , , , , , , , Umud Urmulu - جمعه, تیر ۳۰, ۱۳۹۱ - 0 comments

Alınan Bilgilərə Dayanaraq Quzey Azərbaycan və Ermənistan Cəbhəsində çatışma olmuşdur və bir Azərbaycan Əsgəri çatışmada şəhid olmuşdur.
APA düşərgəsinin yaydığı bilgilərə görə çatışma Tobuz bölgəsində və Ermənilərin sınır Pozzunt nədənilə yaranmışdır.
çatışamda şəhid olan ƏSgərimizin adı Teymur Abdullayevdı.
Quzey Azərbaycan və Erməni cəbhəsində 4-5 Haziranda bir balaca çatışma olmuş və bu olayda 3 Erməni və 5 Azərbaycan əsgəri olmuşdur.
Türk Xalqının başı sağ olsun

Radikal Kürd və Ermənilərin Batı Azərbaycanda Türkləri Öldürmək üçün QullandIqları Taktiklər

Kategori: , , , , , , , , , , , Umud Urmulu - پنجشنبه, خرداد ۲۵, ۱۳۹۱ - 0 comments

Azərbaycan Əski çağlardan bərı Zəngin bir Yaşıl, Çevrə, Ormanlıq, Göllər, Dağlar və Doğaya sahib olduğu üçün həmişə sömürgeçi Dövlətlər və onlara qulluq edən Radikal kürd və ermənilərən Təcavüzüna məruz Qalmışdır. Ötəkimizdə Radikal kürd və erməni Örgütlərı Batı Azərbaycan bölgəsində yerləşdirdikdən sonra Türk kimliyinə Qarşı çox çeşidli yollardan Saldıraraq dəfələrcə Türk soyqırımı Yapmışlar. Türk Xalqı ismail simko, Marşimon, Andranik, Ağa Petros,PJAK, Şeyx Obeydullah Şəmzini , Ömər Xan Şakak , Qasimlonun Törətdiklərı Türk soyqırımları yaxşıca xatırlayır. Batı Azərbaycan Tarixi bu saydığımız insanların cinayətlərilə Doludur. bugün minlərcə Tarixsəl bəlgə və Qaynaq bu iki Radikal kitlənin Türk kimliyinə Qarşı yapdıqları soyqırımların Göstərgəsidir.Türk Ötəkində bəzən bu iki Toplumun Radikal kitləsi birlikdə və bəzən yanlız olaraq Türklərə Saldırmışlar, ancaq Türk Ulusu zor bir durumda olaraq və öz Canı və ailəsini qorumaq üçün Öz şəhər və Ana Yurunundan köç etmək zorunda olmuşdur. Radikal kürd və Ermənilərın Türk kimliyinmiə Qarşı Yürütdüklərı Taktiklərdən bir neçəsini belə sıralamaq olur:
1- Özlərını Sığınacaqsız Göstərməz və məzlumlar kimin Davranmaq(Özlərını Ayaq yerı açmaq).
2- Silahlanma və Tuğralı(Rəsmi) və Tuğralı olmayan Örgütlənmə
3- bölgədə Qorxu və Gövənszilik yaratmaq
4- Yabancı Güclər və Sömürgə Ölkələrlə iş birliği
5- Bölgəni Gövənsiz Göstərmək üçün Yerlı Xalqa piskolojik Savaş yürütmek
6- Bölgəni Yağma və Yerlı insanları Ölfürmə
7- ölkə və Dğvlət Qurmaq üçün torpaq İddiasi 
...
Özlərını Sığınacaqsız Göstərmək və məzlumlar kimin Davranmaq(Özlərını ayaq yerı açmaq ).
Türk Ulusu bir Xalq sevər kültürə sahib olduğu üçün insanliq tarixi boyu başqa din, kimlik vslərə sayğılı olub və həmişə sorun olduğu zaman başqa Uluslara ev sahibliği yapmışdır. Osmanlı Dönəmində Avrupadan Qaçqın olan bir çox erməni və Yəhudi Osmanlı Dövlətinə sığınmışdır və Osmanlı Dövlətı onlara Öz xalqı kimin Dil,din və inanc qonsuudna Özgürlüklər verərək onları tanımlamışdır. Bernard Lewis Ortadoğu kitabinda bu haqqda belə yazmışdır:
Xristiyan inanci daşıyan Avrupa və İslami kültür daşıyan Osmanlı Dövləti bugünümüzdə Özgür Dünya və Sovyetlər Birliğini bizə xatırladır. 
1492 ci ildə Yəhudilər İspanyadan Osmanli torpaqlarına qaçaraq sığındılar bu birinci və sonuncu Sığınmaq olayı dəyildir. Osmanlı Dövlətının sonu gəldiği zaman Dünayda bir çox Yəhudi hələ Osmanli Dövlətinə Sayğılı davranırdılar. onlar Öz Ulusakl inanc və kimliklərinin qorunmasını Osmanlı dövlətınə Borclu olduqlarını düşünürdülər, ötə yanadn Avrupa və Spanyaya sığınan Müsəlmanalar haqqında bu sözlərı sərgiləmək olamaz. Ancaq bir baqşa yandan baxarsaq Türklərın bu qonaq sevər kültürü sorunlarda gətirməkdədir. bəzən bu qonaqlar bir Ata Söz deyimilə Duzu yeyib və Duzdani sındırmağa çalışırlar, eləcə bölgədə olan Türklərə yapılan Yağam və soyqırımlar bunun bir qanıtıdır.
birinci Dünya Savaşı sırıasında iraq, Suriyə və Türkiyədən qaçqın olan kürdlər Güney Azərbaycan Torpaqlarına sığınmışlar. birinci olaarq kürd əşirətlər Güney Azərbaycanin Xoy, Salmas, Urmiey vs kimin şəhlərində yerləşmişlər. Simitqu kürd əşirət və tayfalarının önədərı olaraq tanımlanırdı, o bölgədə olan Türk Toqraları və əkinçilik alanları kürd tayfalarına bölərək bu işin təməllərını atmışdır.
Osmanlı dövlətındən qaçqın olan ermənilər də Urmiye, Xoy, Salmas kimin Türk şəhərlərində yerləşdirilmişdir. ancaq bu yerləşimdən sonra 1296 ci ildən başlayaraq bölgədə bir Türk soyqırımı yapmayaı amaclayaraq sonuclandırmışlar.
Iraq – iraq Savaşı və iran dövlətinin anti Türk siaysəti sonuncunda dövlət  kürd tayfaları Türk kimliyənə qarşı olaraq qullanaraq Batı Azərbaycan bölgəsinə və bir çox Türk şəhərinə kürdləşdirməyi amaclayamışdır, bu yodla Sonqu, Bicar, qorvə vs kimin Ulusal Türk şəhələri kürdistan vilayətinin yönətiminə verilmişdir.
Silahlanma və Tuğralı(Rəsmi) və Tuğralı olmayan Örgütlənmə
Köçkün kürd və ermənilər Batı Azərbaycan və Türk torpaqlarına yerləşdikdən sonra silahnma, Çətələnmə və Örgütlənməyə amaclamışlar. bu Silahli Örgütlənmə Osmanli dövləti dövründədə görülməkdədir. Silahli Örgütlənmənin amacı Güc boşluğu dönəmində Sivil və Yerlı insanlara qarşı basqı uyğulamaq və onları zorla və bəlli bir amacla köç etdirməkdir. Örnək üçün Ağa Petros Urmiye Şəhərində Polis kimin bir Örgütlənmədə bulunmuşlar.
İngiliz dövləti və onun iş birlikçiləri Rus Əsgərlərinin silahlarina alaraq Osmanli Dövlətində bulunan erməni və Asuriləri silalandirmaya çalişmidir və onun nədəni Azərbaycan və Türk torpaqlarında bir Xristiyan Dövlətın qorulması olaraq yorumlamışdır.
Asuri və erməni Güclərı ingiliz və fransizlarin dəstəyilə silahlandirdiqdan sonra erməni Ordusunu qormuşlar. erməni ordusunun dinsəl rəhbəri Marşimon və gövənlik alanında Ağa Petros olmuşlar.
Radikal kürd əşirətləridə dış güclərın dəstəilə silahli örgütlənməni bir ölçüdə başarmışlar.
Günümüzdə bölgədə çox çeşidli Kürd Terrör örgütlərı bulunmaqdadır, PKK, PJAK, PYD, TAK vs hamısı yaşamlarında minlərvə sivilin ölümünə nədən olmuşlar, ancaq hamısnın orta bir yönü var, o da Türk kimliyinə qarşı və Türk Torpaqlarına qarşı bir idda. bugün Kərkükün işğal olamsı, Türkiyədə Pkk Terrör örgütnün varlıq ədənı və Batı Azərbaycanda PJAK bunların göstərgəsidir.
bölgədə Qorxu və Güvənszilik yaratmaq
kürd və erməni köçkünlərının Ən əskı taktiklərindən sayılır. kürd və ermənı köçərlər Azərbaycadna yerləşdıkdən sonra dediğimiz kimin silahlanmaya başlarlar və silahlanmadan sonra bölgədə Qorxu və Güvənsizlik yaratmay başlarlar. bu yolda heç bir işdən əsirgəməyərək yerli Türk insanlarinin qorxudaraq və silah Gücüilə Terrör və qan əsdırərək bölgədə qorxu yaratmaya amaçlarlar. bu işin nədəni bölgədə olan yerli Türk xalqinin bəlli bir amacla köç etdirməkdir.
1358 ci ildə iranda və Güney Azərbaycanin Sulduz (yeni adı nəqədə) şəhərində silahli kürd örgütlərı Siaysal güc boşluğu nədənilə şəhəri aldılar və çox sayıda Türk insanini bu silahli basqıd öldürdülər, ancaq iranin dövlət güclərı gəlməsı nədənilə bu olay bitdi.
Yabancı Güclər və Sömürgə Ölkələrlə iş birliği
Yabancı Güclər və Sömürgə ölkələr bölgədə özlərın Ayaq yeri açamaq üçün həmişə Radikal kürd və erməni kitlələrinin duyuğularını qullanmışlar. ingiliz və fransizlar Osmanli dönəmindlə ermənilərə silah verib və onlara Ordu geyimini geydirmişlər  ancaq Radikal ermənilrədə onlara alət olaraq bu işə baş əymişlər. o zamanlar çox sayıda erməni və Asuri Urmiye, Salmasda bir araya gələrək böyük bir Xristiyan dövləti qormağı planlamışlar.    
Bölgəni Güvənsiz Göstərmək üçün Yerli Xalqa piskolojik Savaş yürütmək
Radikal kürd və erməni kitlələri bölgədə propaganda yapmaq üçün yalan və qondarma xəbər və olay yaratmaqla uğraşmışlar. Batı Azərbaycanda iran islam devrimində radikal və Terrörist kürd hərəkəti bölgədə Güvənsizlik yaratmaqla çox sayıda Türk Yerli insaninin köç etməsini nədən olmuşdur.eləcə Türk yatırımçı və Türk çalışan insan Batı Azərbaycanda köçərək öz varlğını başqa fars şəhərləındə göstərməyə çalışmışdır. kürdlər irn islam devirmindən sonra illərdir bölgədə hər türlü Yasa dışı Qaçaq işilə uğraşib və uğraşırlar.  
Bölgəni Yağma və Yerli insanları Öldürməyə başlamaq
Radikal kürd və erməni Örgütləri üstdə saydığımız addımları keçirdikdənsonra əyər bölgədə bir Sisayl güc boşluğu varsa kəsinliklə qullanaraq bölgədəki Yerli Türk xalqınıa bir Yağma yapıb və soyqırım törətməyə qalxmışlar.
1296 ci lildə Güney Azərbaycan Türklərini unutlmaz bir il olmuşdur, bu ildə silahli ermməni və Asuri çətələri Urmiye, Xoy, Salmas, Makı(Maku), Qoşçu, Şərəfxana və minlərcə Türk kəndinə silahli saldıraraq sayısızca Türkün ölümünə nədən olmuşlar.
ölkə və Dövlət Qurmaq üçün torpaq İddiasi
Radikal kürd və ermənilərin bu taktikləri yürütmədən amac olaraq bölgədə Demografi yapını çox çeşidli yollarla dəyişdirərək bir böyük kürd və erməni dövləti qurmaq olmyuşdur. Türk tarixində dəfələrcə Radikal və Silahli erməni və Kürd örgütlər Türk Ulusal torpaqlarına qarşı Ərazi idddialari olmuş və bu yolda silahli Türk şəhərlərinə saldıraraq çox sayıda Türkün ölümünə nədən olmuşlar. 
ancaq başı bəlalı Türk torpaqları həmişə bu tür olaylardan Öz igidlərinə Dayanaraq qorunmuşdur və sonunadək qorunacaqdır.

Xocalı Soyqırımıilə Bağlı Almanya'da Kitab Yayınlanıbdır

Kategori: , , , , , , , , , , , , , Umud Urmulu - پنجشنبه, دی ۲۲, ۱۳۹۰ - 0 comments

Urmiye News sitəsinin aldığı Bilgilərə görə Almanyanın Magdeburg Şəhərində Xocalı Soyqırımın 20 ci lildönümü üçün 242 Səhifəlik bir kitab yayınlanıbdır.
Azərbaycanın Almanda olan Əkinc və Uyqarlıq mərkəzinin çabaları sonucunda Almanyada Xocalı soyqırıma Bağlı kitab Yayınlanıbdır, kitabız Yazarı Rolf Kunsh'dur. kitabda Tarixsəl olaraq Ermənilərin Azərbaycan Türklərınə Törətdiği Xocalı Soyqırımı bilmsəl və tarixsəl Qaynaqlara Dayanraq əl alınıbdır.
1992 ci il Boz(Fevral) Ayınının 25 dən 26 na geçən Gecə Ermənistan Silahli Qüvvələri Rusiyanın Silahlı Qüvvələrinin işbirliğilə Quzey Azərbaycanın Xocaalı Şəhərini İşğal edərək bie Etniksəl Soyqırımıa imza atdılar.
Erməni və Rus Silahlı Qüvvələri bir Gün öncədən Xocalı Şəhərini Top və Ağır Silahlardan Atəşə tutmuşlar ancaq səhər çağı saat 5 də Xocalı Şəhəri Erməni Silahlı Qüvvələrı tərəfindən işğal olur. 
Quzey Azərbaycanın Xocalı şəhərı Erməni Silahlı Qüvvələrı tərəfindən Çəmbərə Alındıqdan sonra Şəhərdə 2500 insan olduğu üçün insanlar Ağdam bölgəsinə çatmaq üçün Xocalını tərk edirlər, anaq bu Sivil və Silahsiz insanların 613 nəfəri Erməni silahlı Qüvvələri tərəfindən Vəhşicəsinə Öldürülür və bir anlamda Azərbaycan Türklərınə bir Etnik Soyqırım Törədilir.
bu Türk Soyqırımı Sonucunda 63 uşaq, 106 Qadın və 70 Yaşlı insan Erməni silahlı Qüvvələri tərəfindən bilinərək Öldürülür. Xocalıda Yaşayan insanların 8 Ailəsi Məhv olur, 25 Uşaq Ana-Atasını və 130 Uşaq bir Ana-Atadan birisnini itirir. 
Xocalı Soyqırımından 1275 insan Əsir olur və 150 insan itkin. 
Azərbaycan Türklərinə yapılan bu Etnik Soyqırım dünyanın bir neçə ölkəsində Soyqırım olaraq tanınır.
bir Başqa xəbərdə Almanyanın Berlin Şəhərində Azərbaycan Türklərindən olan Profssor Əhməd Umid Azərbaycan Türkcəsicə - Alamnca bir Sözdül yazıbdır. bu Sözlük 900 Səhifədə olub və 45 min Sözcük içərir. Sözlüyün ən ilginçi yeri Güney Azərbaycan Türkcəsində olan Sözcüklərin bu çalışmada yer alamsıdır.

Türkiyә’nin Ermәni vә Kürd açılımı ilә Azәrbaycan vә Yәhudi qapanımları vә bunların Güney vә Quzey Azәrbaycan üzәrindәki etgilәri

Kategori: , , , , , , Umud Urmulu - دوشنبه, آبان ۰۴, ۱۳۸۸ - 0 comments



Mehran Baharlı

Yeygün 23 Əkim 2009




Son dönәmdә Türkiyә’dә etnik quruplar (Rum, Ərәb, Kürd vә Ermәni) vә bunların uzantısı olan qonşuları (Qıbrıs-Yunanistan, Suriyә-Əraq, Əraq Kürdüstanı özәrk devlәti, Ermәnistan) ilә sorunları çözmәyә yönәlik ciddi vә başarılı girişim-açılımların yapıldığına tanıq olmaqdayıq. Eyni halda Türkiyә’nin bölgәnin iki önәmli ölkәsi olan Azәrbaycan ilә İsrayil ilişgilәrindә soyuqluq-qapanım yaşanmaqdadır. Türkiyә tarixindә dönüm nöqtәsi sayılan bu girişimlәr vә soyuqluq, başqa bir deyişlә bu açılım vә qapanımlar, anılan etnik quruplar vә ölkәlәr dışında bütün bölgәni etgilәmә gizilinә (potansiyelinә) dә sahibdir. Güney Azәrbaycan ilә İranda yaşayan Türk xalqı da, istәr istәmәz bu tarixi olaylardan olumlu vә ya olumsuz yöndә etgilәnәcәkdir.

Türkiyә’dә etnik açılımlar, özәlliklә Kürd vә Ermәni açılımları, qıssa vә’dәdә bә’zi açılardan İran’da yaşayan Türk xalqı vә Güney Azәrbaycan’ın xeyrinә olmayabilir. Ancaq bu açılımların uzun vә’dәdә Güney Azәrbaycan vә İran’da yaşayan Türk xalqı üzәrindә nә kimi etgilәri olabilәcәyi, ayrıntıları ilә tartışılmalı vә incәlәnmәlidir. Mәn Türkiyә’nin etnik-qonşu Ermәni, Kürd, Rum vә Ərәb açılımlarının uzun vә’dәdә bir çox yöndәn Güney Azәrbaycan vә İran’da yaşayan Türk xalqının xeyrinә olacağına inanıram. Türkiyә hökümәti AKP’nin anti Yәhudi әyilimini isә, bölgә ilә birlikdә Güney Azәrbaycan vә İran’da yaşayan Türk xalqı üçün tәhlükә olaraq qәbul edirәm. Aşağıda sözü gedәn açılım vә qapanımların bir sıra etgi vә yanqısı haqqında düşüncәlәrimi İran vә Güney Azәrbaycan’a vurqu yaparaq sıralamışam.

Türkiyә açısından

1-Türkiyә’nin Ermәni açılımı bu ölkәnin milli çıxarları doğrultusundadır. Türkiyә -Ermәnistan ilişgilәrinin normallaşdırılması isә, hәr iki tәrәfin yararınadır. Ancaq bu yaxınlaşmadan Türkiyә’nin qazandıqları daha çoxdur.

a-Anlaşmalar sonucunda Ermәnistan indiyә dәk tanımaqda dirәndiyi Türkiyә’nin sınırlarını rәsmi olaraq tanımaq zorunda qalmışdır. Bu başlı başına Türkiyә diplomasisi üçün önәmli bir başarıdır. Üstәlik Ermәnistan, Ermәnilәrin milli da’va saydıqları soyqırım iddiasını Türkiyә’yә qәbul etdirmәdәn bu ölkәnin sınırlarını tanımışdır. Bu da Türkiyә’nin başqa bir başarısıdır. Bu sürәc sonunda Ermәnistan soyqırım iddiasını basdırmaq üçün әlindә tutduğu önәmli bir ķartı- Türkiyә’nin sınırlarını tanımamanı- әldәn vermişdir.

b-Türkiyә başlatdığı Ermәni açılımı ilә, Ermәnilәr arasında iki tirәlik yaradıb, Ermәnistan ilә Ermәni diyasporasını qarşı qarşıya gәtirәbilmişdir. Ermәnilәrin ikiyә bölünmәsiylә manevra yetәnәyi artmış olan Türkiyә’nin, bundan sonra istәdiklәrini әldә etmәsi çox daha asanlaşacaqdır.

c-Türkiyә, Ermәni yol xәritәsi vә anlaşmaları sürәcindә Ermәnistan’ı soyqırımı araşdırma ķomisiyonunun qurulmasına boyun әymәyә mәcbur etmişdir. Ermәnilәrin qırmızı çizgisi sayılan, indiyә dәk tartışmasına bilә yanaşmadıqları bu qonunun Ermәnistanla tartışmaya açılması, Türkiyә diplomasisinin tarixi bir başarısı olaraq görülmәlidir.

d-Türkiyә’nin Ermәni yol xәritәsi manevrası, Obama’nı bu il soyqırım pilanından vaz geçmәyә zorlamışdır. Böyük olasılıqla bundan sonra da soyqırım tasarısının Ķonqres tәrәfindәn qәbul edilmәsi, qonu Ermәnistan-Türkiyә’nin ortaq ķomisiyonunda uzun bir sürә incәlәnәcәyindәn dolayı, mümkün olmayacaqdır.

2-Türkiyә’nin başlatdığı etnik-qonşu açılımları ilә bu ölkәnin Avropa Birliyi yolunda bulunan başqa bir әngәli ortadan qaldırılacaqdır. İçәridә etnik sorunu olmayan vә qonşuları ilә sifir sorunlu olan Türkiyә, daha demoķratiklәşәcәkdir. Avropa devlәtlәrinin isә daha demoķratiklәşәn bir Türkiyә’nin üyәliyinә qarşı çıxabilmәsi daha çәtinlәşәcәkdir. Necә ki Türkiyә’nin Qibris açılımı, Yunanistan devlәtini Türkiyә’nin Avropa Biriliyi pirojәsini әn issicә qollayanlar arasına soxmuşdur. Sürәc ilәrlәdikcә Türkiyә, Avropa Birliyinә daha yaxınlaşacaqdır.

3-Türkiyә’nin açılımlar qonusunda pıraqmatik hәrәkәt etmәsi vә özәlliklә Türkiyә -Ermәnistan ilişgilәrini siyasi çıxarlardan dolayı normallaşdırması, bu ölkәnin Pantürkism ideolojisindәn qopduğunun açıq bәlirtisidir. İdeolojilәrdәn arınmış devlәtlәrin varlığı bütün bölgә xalqlarının xeyrinәdir.

4-Ötә yandan Türkiyә İslamistlәrinin bölgә siyasәtindә Fars İran İslam Cumhuriyәti vә Fars Şii kökdәn dinçilәrlә ittifaq içindә olduqları vә onlarla uyumlu hәrәkәt etdiklәri bilinәn bir gәrçәkdir. Bu bağlamda, AKP’nin yeni dış siyasәti dә (İran’ın demoķratiklәşmәsinә qarşı çıxmaq, Əhmәdinejad’ın seçilmәsi, İran’ın atom enerjisi siyasәti, İran Türklәrinә qarşı olması, Ermәnistan, İsrayil, Əraq sorunu, Əraq Kürd özәrk yönәtimi, Suriyә ilә ittifaq, ...) İran İslam Cumhuriyәti’nin dış siyasәti vә kökdәn dinçi Fars tezlәrinin Türkiyә tәrәfindәn uyqulanmaya qoyulmasından başqa bir şey deyildir.

Azәrbaycan Cumhuriyәti açısından

Türkiyә vә Ermәnistan’ın imzaladıqları yol xәritәsi vә ilişgilәrini normallaşdırmaya qәrar vermәlәrinin, Azәrbaycan Cumhuriyәti açısından olumlu vә olumsuz etgi vә sonucları vardır.

1-Azәrbaycan, Türkiyә’nin iç vә dış siyasәtindә bir sıra uyqulamalarını öz milli çıxarlarına tәrs bulabilir, bunlara e’tiraz haqqı da vardır. Ancaq öz görüşlәrini Türkiyә’yә ilәtmәsi vәya e’tirazda bulunması, modern vә ciddi bir devlәtә yaxışır şәkil vә yöntәmdә olmalıdır. Bu yöntәmin adı diplomasidir. Azәrbaycan, Türkiyә’nin bәyәnmәdiyi siyasәtlәrinә yapıcı olmayan duyqusal vә tәpgisәl davranışlarla, örnәyin Türkiyә’nin bayraqlarını әndirmәklә qarşılıq vermәkdәn uzaq durmalıdır.

2-Heç bir bağımsız devlәt başqa bir devlәtlә diplomatik ilişgi qurmaq vәya ilişgisinin düzeyini bәlirlәmәk istәrkәn, üçüncü bir devlәtdәn izin almaz vә onunla danışmaz. Bu qәbul edilmiş ilkә, Türkiyә- Ermәnistan ilişgilәri üçün dә geçәrlidir. Azәrbaycan Cumhuriyәti’nin bu qonuda pirinsipal olaraq şikayәt etmә vә gileylәnmә haqqı vә yetgisi bulunmamaqdadır. Belә bir davranış, İran’ın Azәrbaycanla İsrayil ilişgilәrinә qarışması qәdәr qәbul edilmәzdir.

3-Ermәni yol xәritәsi vә anlaşması sırası vә sonrası olaylar, Azәrbaycan vә Azәrbaycan Türklәrinin Türkiyә’dә güclü lobi, elit, aydınlar, mediya, siyasi vә xalq dәstәyinә sahib olmadığı gәrçәyini ortaya çıxarmışdır. Bugün Türkiyә’dә siyasi quruplardan, bir iki aşırı milliyәtçi vә anti demoķrasi partidәn başqa, sağda, solda vә dinçi quruplar arasında Azәrbaycan’ı qollayan yoxdur. Türkiyә mediyası sankı Ermәni yanlısıdır. Azәrbaycan Cumhuriyәti Türkiyә’dә ciddi xalq vә NGO hörgütlәri dәstәyindәn- Türkiyә’nin doğusundakı Azәrbaycan sahәsindә bilә –yoxsundur. Güney Azәrbaycan da’vası isә ilk başdan Türkiyә’dә kimsә tәrәfindәn dәstәk görmәz. Türkiyә (silahlı güclәr, siyasi elit, mediya, siyasi partilәr, aydınlar, …) İran’ın Fars -Türk çәkişmәsindә, Fars tәrәfi yanında yer almaqdadır. Türkiyә bir bütün olaraq, bu ölkәnin Pantürkist vә aşırı milliyәtçi qurupları bilә, İran’ın federallaşması, bölünmәsi vә Farsların ķontrolundan çıxmasına, dolayısı ilә demoķtariklәmәsinә qarşıdır.

4-Türkiyә’dә elit kәsim vә mediyanın böyük bir bölümünün Xırıstiyanlara qarşı bir çeşit aşağılıq ķompleksi içindә olduğu vә gәnәldә Türkül (Turkic) xalqlara soyuq baxdığı bilinәn bir gәrçәkdir. Bunun Azәrbaycan vә Azәrbaycan Türklәrinin Türkiyә’dә olumsuz imajının yaranmasında rolu olsa da, burada әsil bәlirlәyici etgәn, Azәrbaycan vә Azәrbayan Türklәrinin özü olmuşdur. Dolayısı ilә bu durumu düzәltmәk dә Azәrbaycan’ın görәv vә sorumluluğudur.

5-Azәrbaycan Cumhuriyәti dış dünyada imajını yaxşılaşdırmaq üçün özünә çәki düzәn vermәlidir. Ölkәnin eķonomisi çeşitlәndirilmәli, petrol- qaza bağımlılıqdan qurtulmalıdır. Ķorapsiya vә yolsuzluqlar, rüşvәt kültürü vә ailә hakimiyyәtinә son verilmәlidir. Avtoritar uyqulamalar, anti demoķratik basqılar, yurtdaşların insan haqlarının pozulması, siyasi partilәr, insan haqları dәrnәklәri vә NGOların özgürcә çalışmaları vә iqtidarı әlәşdirmәlәri önündәki әngәllәr büsbütün qaldırılmalıdır. Ölkәdә qadın haqları vә sorunlarının yönәtimi Avropa istandardlarına yaxınlaşdırılmalıdır. Pantürkist şuarlar (Türk dünyasının birlәşmәsi, Türkiyә ilә soy birliyi, ...) devlәt düzeyindә tәrk edilmәlidir. Belә şuarların, üzü yirminci yüzil Avropasına dönük olan Türkiyә aydınlarında sәmpati deyil, antipati oyandırma potansiyeli vardır. Onun yerinә Azәrbaycan devlәti Qafqaz, Güney Azәrbaycan, İran’ın güneyi vә quzey doğusu vә Əraq – Suriyә’dә yaşayan Azәrbaycan Türk diyasporası vә bu bölgәlәrdә yaşayan Əlәvi Türk topluluqlarına odaqlanmalı, onlarla ilişgi qurmalı vә bilәlәrindә Azәrbaycan’a bağlılıq duyqularını gәlişdirmәlidir. Azәrbaycan devlәti, özәlliklә Əraq vә Suriyә’dә yaşayan Türklәrin mәsәlәlәrini, Azәrbaycan’ın sorumlu olduğu vә yönәtdiyi mәsәlәlәrә çevirmәlidir. Azәrbaycan Cumhuriyәtindә Əlәvi (Qızılbaş) mәzhәbi devlәtcә tanınmalı vә İran, Türkiyә, Əraq vә Suriyә Türk Əlәvilәrini öz qoruması altına almalıdır. Eyni uyqulama Cә’fәri mәzhәbi üçün dә yapılmalı vә İran, Güney Azәrbaycan, Türkiyә, Əraq, Suriyә’dәki bütün Türk Cә’fәrilәr, İran devlәti vә dini mәrkәzlәri ķontrolundan çıxarılmalı, vә Azәrbaycana bağlanmalıdır. Ölkәdәki bütün etnik vә milli qurupların durumunda tәmәlli yaxşılaşdırmalar yapılmalıdır.

6-Güney Azәrbaycan vә İran Türklәrinin Türkiyә’dә vә dә Avropa-Ameriķada ciddiyә alınması, sәmpati toplaması vә siyasi olaraq dәstәk görәbilmәsi, hәr şeydәn öncә İran devlәti vә Fars xalqına meydan oxuyabilәcәk bağımsız, güclü, xalq dәstәkli vә sürdürülәbilir bir Türk milli vә demoķratik hәrәkәti yaradabilmәsinә bağlıdır.

Azәrbaycan’ın yeni ittifaqlar araması

1-Türkiyә devlәti Ermәnistan-Türkiyә anlaşmasıyla sonuclanan yol xәritәsini, Azәrbaycan’ın xәbәri olmadan, onunla istişarә yapmadan vә gizlicә yapmışdır. Bu tutum, müttәfiqlik anlayışına sığmaz. Azәrbaycan’ın rahatsızlığını bildirmәsindәn sonra, Türkiyә olayı bu ölkә ilә var olan ilәtişimsizliyә bağlasa da, bu açıqlama inandırıcı olmaqdan uzaqdır. Gәrçәk budur ki AKP, Azәrbaycan’ı istiratejik müttәfiq, hәtta önәmli bir ortaq olaraq görmәmişdir.

2-Bu gәrçәk, er gec Azәrbaycan Cumhuriyәtini Türkiyә ilә ilişgilәrindә real politiķaya başlamaya mәcbur edәcәkdir. Bundan sonra Azәrbaycan Cumhuriyәti, modern bir devlәt kimi, sәmbolik, romantic, erkәn, ırqçılıq çalarları olabilәn vәya tәmәlsiz şuarlarla (iki devlәt, bir millәt; Türk dünyası; böyük qardaş) uğraşmaq yerinә, yalnız öz milli mәnafeyi tәmәlindә gәrçәklәrlә uğraşmaya vә gәrçәkçi davranmaya üz gәtirmәlidir.

3-Türkiyә -Ermәnistan arasında yapılan vә yapılmaqda olan gizli görüşmәlәr, Türkiyә’nin Azәrbaycan yanındakı istiratejik müttәfiq qonumunun ortadan qalxması ilә sonuclanabilәr. Bu durum gәrşәklәşdiyi tәqdirdә, özünün tәklәnmiş olduğunu fәrq edәn Azәrbaycan’I, yeni ittifaqlar arayışı içinә girmәyә mәcbur edәcәkdir.

4-AKP, Ermәni açılımını, Azәrbaycan bağlamında, üzgözünә bulaşdırmışdır. Bu becәriksizliyin sonucunda Azәrbaycanda pusuda bәklәyәn Rusiya sömürgәçi siyasәtlәrinin yandaşları vә maşaları aķtivlәşmişdir. Bunların Azәrbaycan’ı yenidәn Rusiya’nın çizgisi vә yörüngәsinә soxabilmәlәri ciddi bir olasılıqdır. Bu tәhlükәli ehtimal gәrçәklәşirsә, bunun başlıca sorumlusu Türkiyә devlәti -AKP hökümәti sayılmalıdır.

5-Azәrbaycan’ın yaxınlaşabilәcәyi başqa bir ittifaq, Tıransatlantik ittifaqdır. Bundan amac, somut olaraq iki qurumdur: NATO vә Avropa Birliyi. Azәrbaycan’ın mümkün olan әn qıssa sürәdә bu iki birliyә üyә olması onun milli çıxarlarının gәrәyidir. NATO vә Avropa Birliyinә üyә bir Azәrbaycan’ın, demoķratik vә laik siyasi sistemi ilә sınırları vә torpaq bütünlüyü daha istabil olacaqdır vә bölgәdәki siyasi çalxantı vә oyunlardan zәrәr görmә ehtimalı azalacaqdır (Azәrbaycan NATO’nun Gürcüstan’da yapdığı son manevralarına qatılmışdır. Rusiya’nın basqısı ilә Qazaxıstan, Moldova vә Ermәnistan bu manevralara qatılmamışdırlar. Azәrbaycan’ın aldığı bu yerindә vә doğru qәrar olduqca önәmlidir). Bundan sonra Azәrbaycan Cumhuriyәti, NATO vә Avropa Birliyinә qatılma sürәclәrinә daha ciddi yanaşmalı, bunlara qatılma istәyini açıqca bildirmәli vә bu istiratejik hәdәfi gәrçәklәşdirmәk üçün yeyincә özünü, qurumları vә qamu oyunu yenidәn yapılandırmalı vә hazırlamalıdır.

6-Azәrbaycan, bölgәmizdә periyodik olaraq baş verәn ķonflikt vә çatışmaları, örnәyin Rusiya’nın Gürcüstan’a saldırısı vәya Türkiyә -Ermәnistan gizli görüşmә vә anlaşmalarını, yeni ittifaqlar oluşdurma, NATO vә Avropa Birliyinә üyәlik vә İsrayil ilә dipolmatik ilişgilәri maķsimuma çıxarmaq yolunda qullanmalıdır.

Qarabağ sorunu açısından 

1-Gәrçәk budur ki Qarabağ sorunu, hәtta Azәrbaycan Cumhuriyәtinin torpaq bütünlüyü, Türkiyә’nin çıxarlarına uyqun olsa bilә, onun milli sorunu deyildir. Türkiyә bağımsız vә modern bir devlәt olaraq, hәr hansı bir qonuda öz milli çıxarları dışında hәrәkәt etmәk mәcburiyәtindә dә deyildir. Azәrbaycan’ın bu gәrçәyi yeyinliklә qavramasında yarar vardır. Bu bağlamda, Azәrbaycan’ın Türkiyә’dәn bәklәdiyi gözlәntilәrin çoxu da anlaşılmazdır. 

2-Soyqırım iddiası vә torpaq tәlәbi, Ermәnistan’ın Türkiyә ilә olan çox dallı sorunlarından tәkcә ikisidir. Türkiyә’nin 1993dә sınırlarını Ermәnistan’a qapatması, Ermәnilәri bu qonularda Türkiyә ilә görüşmәk üçün mizin arxasına oturtmaq amacı ilә mәnimsәdiyi basqı aracı idi. Qarabağ burada bir nәdәn deyil, bir bahana idi. Bu taktik başarı ilә sonuclanmış vә Ermәnistan bugün Türkiyә ilә masaya oturmuşdur. Bundan sonra sınırların qapalı qalmasının Türkiyә açısından bir anlamı yoxdur. Ötә yandan, Türkiyә’nin sınırlarını Ermәnistan’a qapatması, o dönәmin qoşullarına görә Azәrbaycan’a sunulmuş әk bir fürsәt idi. Ancaq Azәrbaycan bunun sonsuza dәk davam etmәyәcәyi bilmәli idi. Azәrbaycan devlәti bu altın fürsәti yaxşıca vә yeyinliklә dәyәrlәndirәnmәmişdir. Burada qınanması gәrәkәn birisi var isә, o Azәrbaycan tәrәfidir.

3-Türkiyәnin danmsına rәğmәn, Qarabağ sorunun çözülmәsi Türkiyә -Ermәnistan ilişgilәrinin normallaşdırılmasının qoşulu deyildir. Ancaq Türkiyә -Ermәnistan ilişgilәrinin normallaşması, Qarabağ sorununun çözüm çabalarını qıpırdatabilir. Bu qıpırdamalar luzumәn olumlu yöndә olmayabilir, hәtta böyük bir olasılıqla olumsuz yöndә olacaqdır. Türkiyә’nin indiki sınırlarını qәbul etmәyә zorlanan vә bu ölkәdәn torpaq alma düşlәri sona әrәn Ermәnistan, var gücü ilә әlindә bulundurduğu Qarabağ torpaqlarını qorumaya çalışacaqdır. Bundan sonra Azәrbaycan devlәtinin Qarabağ’ı yenidәn öz ķontrolu altına geçirәbilmәsi daha çәtinlәşәcәkdir.

Açılımların İran üzәrindә etgilәri

1-Türkiyә’nin etnik açılımları İranda yaşayan etnik vә milli qurupların istәklәrinin düzeyini yüksәltmәlәrinә nәdәn olacaqdır. Bundan sonra Türkiyә, demoķrasi vә laisismә әk olaraq, milli mәsәlә alanında da İran üçün bir model halına dönüşәbilәcәkdir. Bu isә etnik vә milli mәsәlәnin yönәtimindә zatәn aciz qalan İran İslam Cumhuriyәtini daha da sıxışdıracaqdır.

2-Türkiyә’nin etnik-qonşu açılımları, bu ölkәni daha demoķratiklәşdirәcәkdir. Demoķratik qonşular isә İran’ın qorxulu röyasıdır. Daha demoķratiklәşәn vә Avropa Birliyinә daha yaxınlaşmış olan Türkiyә, burnunun dibindәki İran İslam Cumhuriyәti’ni yıxılmaya bir az daha yaxınlaşdıracaqdır. İran İslam Cumhuriyәti’nin yıxılması, Fars xalqının ölkәdәki hakimiyyәtinin sarsılmasına- bu fürsәti Türk Azәrbaycan milli demoķratik hәrәkәti doğru dәyәrlәndirәbilirsә- olanaq yaradacaqdır.

3-Azәrbaycan Cumhuriyәti, Türkiyә -Azәrbaycan ilişgilәrinin soyuması vә aralarında olan ittifaqın çatlaması ilә siyasi olaraq tәklәnmiş vә coğrafi olaraq sıxışmış duruma düşmüşdür (Quzeydә sömürgәçi Rusiya, güneydә düşmәn taxınan İran, batıda işqalçı Ermәnistan vә öz sorunlarına öncәlik verәn Türkiyә). Doğal olaraq Azәrbaycan devlәtinin bu tәklәnmә vә sıxışmışlıq durumundan qurtulma yollarını axtarmaya başlaması bәklәnir. Ağla gәlәn ilk çıxış yolu isә, Güney Azәrbaycan’dır. Oluşmuş yeni qoşullar, Azәrbaycan Cumhuriyәti’ni ciddi şәkildә İran Türklәri vә Güney Azәrbaycan sorununa odaqlanmaya, bütün olanaqları vә gücünü Güney Azәrbaycan’ın özgürlüyә qavuşması vә qurtarılması üzәrinә toplamaya zorlamaqdadır. Çünkü Güney Azәrbaycan’ın qurtuluşu, Azәrbaycan Cumhuriyәti’nin tәklәnmә vә sıxışmış durumuna son vermәnin tәk gәrçәkçi yoludur.

4-Oluşmuş yeni qoşullarda Azәrbaycan Cumhuriyәti’nin NATO vә Avropa Birliyinә daha da yaxınlaşacağı olasıdır. NATO vә Avropa Birliyinә yaxınlaşma vә üyәlik Azәrbaycan Cumhuriyәtinә olduğu qәdәr, hәtta ondan da daha çox Güney Azәrbaycan vә İran Türklәri üçün yaşamsal önәmә sahibdir. Bu üyәliklәr, Azәrbaycan Cumhuriyәti’ni daha istabil vә demoķratik yapacaqdır. Bu da totaliter İran rejiminin yıxılma sürәcini yeyinlәdәcәk vә Azәrbaycan’ın İran Türklәri üzәrindә daha etgili olmasını sağlayacaqdır. Ötә yandan bu üyәliklәr, İran Türklәri vә Güney Azәrbaycan sorununun NATO vә Avropa Biriliyinә daşınmasına olanaq yaradaraq, aķtuallaşdırılmasına kömәk edәcәkdir.

5-Türkiyә ilә Ermәnistan’ın yaxınlaşması vә ilişgilәrinin normallaşması, zaman içindә Rusiya -Ermәnistan -İran mehvәrini zәyiflәdә, hәtta Qarabağ sorunu çözülüncә anlamsızlaşdırabilәr. İran -Rusiya -Ermәnistan mehvәrini zәyiflәdәn vәya yox edәn hәr şey, kәsinliklә Güney Azәrbaycan vә Türk xalqının xeyrinәdir. Bu mehvәr yox olunca, İran devlәti önәmli bir dış dәstәk vә bölgәdәki әn yaxın müttәfiqini әldәn verәcәkdir.

6-Rusiya -İran mehvәrindәn qopmuş vә Türkiyә’yә yaxınlaşmış bir Ermәnistan’ın, bu sürәclәrә qoşut olaraq, NATO vә özәlliklә Avropa Birliyinә yaxınlaşması olasıdır. Qonşu Ermәnistan’ın -qonşu Azәrbaycan kimi -Avropa Birliyi vә NATO’ya yaxınlaşması İran’ın istәmәdiyi bir olaydır vә gәrçәklәşdiyi durumda şübhәsiz Türk xalqı vә Güney Azәrbaycan’ın xeyrinә olacaqdır.

7-Ermәnistan yirminci yüzil boyunca güclü bir şәkildә İran’ın yunitar vә Farsların hakimiyyәti altında bir devlәt olmasını istәmiş, İran devlәtinә Türklәrin hakim olması vәya Güney Azәrbaycan’da federal bir devlәtin varlığını isә özünә qarşı milli tәhdid olaraq görmüşdür. Onun bu siyasәti mәnimsәmәsindә, Türk qorxusu vә Ermәnilәrin güvәnliyi qayğısı rol oynamışdır. Ermәnilәrin Fars ķontrollu yunitar bir İran devlәti gәrәkdiyi tezinin yirminci yüzildә Avropa vә Rusiya tәrәfindәn mәnimsәnmә vә yeylәnmәsindә dә böyük rol vә etgilәri olmuşdur. Türkiyә- Ermәnistan ilişgilәri normallaşınca vә daha sonra Qarabağ sorunu çözülüncә, Türk qorxusu azalmış vәya yox olmuş, Türkiyә’dәn tәhdid hiss etmәyәn Ermәnistan açısından, Türkiyә’yә qarşı İran devlәtinә yaxınlaşma gәrәyi ortadan qalxacaqdır. Bu durumda Ermәnistan üçün yunitar İran vә İran’ın Fars ķontrolu altında bulunması da böyük ölçüdә öz önәmini itirәcәkdir. Ermәnilәrin güvәnlik qayğıları ortadan qalxınca, onların güvәnliyi açısından yunitar vә Fars ķontrollu İran tezini mәnimsәmiş Rus vә Avropalıların sayısı da azalacaqdır. Bütün bunlar isә, Güney Azәrbaycan vә İranda yaşayan Türk xalqının öz milli haqlarını әldә etmәsi önündә duran böyük bir әngәlin, Avropa’nın Federal İran’a qarşı olmasının, ortadan qaldırılmasına yardım edәcәkdir.

Türk xalqı açısından

1-Başlanan Azәrbaycan -Türkiyә çәkişmәsi, dәrinliyi vә davamı olmazsa bilә, bölgәnin Türk xalqı vә Güney Azәrbaycanla sorunlu olan bütün güclәrini (Fars milliyәtçilәri, İran İslam Cumhuriyәti, Rusiya, Ermәnistan vә Kürd milliyәtçilәrini) içlәrindә sevindirәcәkdir.

2-Quzey vә Güney Azәrbaycan, Türkül (Turkic) dünyasının ortası vә özәyidir. Buraya hâkim olan gücün, Türkül (Turkic) dünyasına hâkim olabilmә şansı olduqca yüksәkdir. Türkiyә’nin jeopolitik önәminin bir bölümü, yaratmış olduğu Türkül dünyasında qәbul görәn, ağırlıqlı vә etgili bir aķtor olma imajına bağlıdır. Türkiyә -Azәrbaycan çәkişmәsi, Türkiyә’nin bu imajına, özәlliklә Avropa vә Ameriķalılar yanında ciddi bir güpsәkdir (zәrbәdir).

3-Ermәni açılımı sonucunda Türkiyә’nin işqalçı Ermәnistanla ilişgilәrini normallaşdırması vә sınırlarını açması, bu devlәtin İran Türklәri yanında sahib olduğu dost vә müttәfiq devlәt imajını olumsuz yöndә etgilәyәcәkdir. Zâtәn Türkiyә’nin İran vә Güney Azәrbaycan’da yaşayan Türk xalqının sorunlu olduğu rәqib Fars millәti ilә qurmuş olduğu vә yirminci yüz il boyunca sürdürdüyü ittifaq, Türk xalqının milli adını Fars sömürgәçi siyasәtlәrinә uyumlu olaraq “Azәri”yә dәyişdirmәyә qalxışması vә “Türk” milli adını öz tәkәlinә geçirmәsi, bu imajın önәmli ölçüdә zәdәlәnmәsinә nәdәn olmuşdur. 

4-Türkiyә’nin güney vә doğu qonşuları olan İran, Ermәnistan, Əraq, Suriyә vә Əraq Kürdüstan devlәti ilә dostca ilişgilәr qurması, bu ölkәnin milli çıxarları vә bölgәnin barışla gәlişmәsi açısından olduqca doğal vә anlaşılabilir girişimlәrdir. Ancaq başqa bir açıdan baxıldığında, Türkiyә’nin Quzey Azәrbaycan torpaqlarını işqal etmiş olan Ermәnistan, Güney Azәrbaycan’ı sömürgәlәşdirәn Fars İran İslam Cumhuriyәti, Azәrbaycan’ın Əraqda yaşayan Türkman diyasporasının torpaq vә petrol qaynaqlarını әlә geçirmәk istәyәn Əraq Kürdüstan İqlimi devlәti vә Suriyә’dә yaşayan Azәrbaycan Türklәrinin diyasporasını bütün milli vә insani haqlarından yoxsun bıraxmış Suriyә devlәti ilә eyni cәrgәdә yer alması, bu ölkәyә olduqca rahatsız edici bir “anti Azәrbaycan” imaj vermәkdәdir. Türkiyә bir an öncә bu imajı düzәltmәlidir.

5-Türkiyә’nin doğuya dönük izlәdiyi vә yeni Osmançılıq izlәnimi yaradan politiķası, uzun vә’dәdә Azәrbaycan Türklәrindә rahatsızlıq hissi yaradabilәr. Bu yeni Osmançılıq politiķası, geçmişdә uzun sürәn vә hәr iki tәrәfin utuzması ilә sonuclanan Qızılbaş -Osmanlı çәkişmәsinin postmodern versiyonunun yaşanmasına nәdәn olabilәr.

Kürd yayılmacılığı açısından

1-Güney Azәrbaycan’ın Fars xalqı ilә birlikdә Kürd xalqı ilә dә milli sorunu vardır. Fars xalqı ilә olan milli sorun, iki qonudadır: Farsların İran devlәti timsalında Güney Azәrbaycan vә Türk xalqına hakim olması vә Güney Azәrbaycan torpaqlarının Tehran, Mәrkәzi, Qum, Qәzvin vә Hәmәdan ostanlarında Farsistanlaşdırılması. Bu ikinci sorunun başqa adı “Azәrbayan -Farsistan Sınırları” vәya “Fars Yayılmacılığı” sorunudur. Kürd xalqı ilә olan sorun isә tәkdir vә Güney Azәrbaycan torpaqlarının Qәrbi Azәrbaycan, Kürdüstan, Kirmanşahan vә Hәmәdan ostanlarında Kürdüstanlaşdırılmasından ibarәtdir. Bu sorunun ötәki adı “Azәrbayan -Kürdüstan Sınırları” vәya “Kürd Yayılmacılığı”dır.

2-Qıssa vә’dәdә Türkiyә’dә yapılan Kürd açılımı ilә moral vә ruhiyyә tәzәlәyәn İran’ın Kürd milli hәrәkәti, daha saldırqan bir qonum vә tutum mәnimsәyәcәk vә özәlliklә Türkiyә sınırboyu Qәrbi Azәrbaycan ostanı torpaqlarına olan iddialarına şiddәt verәcәkdir.

3-Kürd quruplarının başda Urmu olmaq üzәrә Güney Azәrbaycan torpaqları vә Türk şәhәrlәrini Kürdüstan sınırları içindә göstәrmәsi, başqa bir deyişlә Güney Azәrbaycan’da Kürd yayılmacılığının gәnişlәmәsi, Türkiyә’nin PKK vә Kürdlәrlә yapdığı iç savaşla yaxından bağlantılı, hәtta onun sonucudur. Bu savaş patlaq verincә PKK Türkiyә’yә qarşı silahlı hәrәkәtlәrdә bulunabilmәk üçün, qonşu Suriyә, Əraq vә İran sınırboyunda yerlәşmә vә özünә üs qurma siyasәtini mәnimsәmişdir. İranlı Kürd quruplarının Qәrbi Azәrbaycan’ın Türk şәhәrlәrini açıqca Kürdüstan vә Kürd şәhәrlәri olaraq tanıtmaları bu dönәmdәn sonraya, yә’ni PKK’nin buralarda yerlәşmәsinә rastlar. Ondan öncә heç bir İranlı Kürd qurubu, Urmu kimi Azәrbaycan’ın ikinci şәhәrini Kürdüstan vә Kürd şәhәri diyә tanımlama vә tanıtmaya cәsarәt bilә etmәmişdi. Bu çizgini aşmaq, PKK sayәsindә mümkün olmuşdur.

4-Türkiyә’dә Kürd sorununun çözülmәsi, PKK’nın silah bıraxması vә AKP’nin İran İslam Cumhuriyәti ilә gündәn günә artan yaxınlaşması, bu hörgütün İran’ın Quzey batısında Azәrbaycan torpaqlarında özünә üs qurma gәrәyi vә olanağını azaldıb vәya ortadan qaldıracaqdır. Bu da Kürd yayılmacılığının Güney Azәrbaycan’da son dalqasını başladan önәmli bir gәrәkçә vә etgәnin yox olması demәkdir.

5-Türkiyә’nin Ermәnistanla ilişgilәrini normallaşdırması da Kürd yayılmacılığı açısından İran Türklәrinin xeyrinәdir. Güney Azәrbaycan’da Kürd yayılmacılığı tәhdinin gәnişlәmәsi, Türkiyә’yә qarşı olan Suriyә, Qibris Rum hәtta İran İslam Cumhuriyәti vә özәlliklә Ermәnistan’ın PKK’nin İran’ın quzey batısında yayılması vә üs qurmasını istәmәlәri ilә dә bağlantılı idi. Türkiyә’nin Qibris, Suriyә, İran vә Ermәnistanla normal vә dostca ilişgilәr qurmasıyla, bu ölkәlәrin Kürd hәrәkәtinә verdiyi aķtiv dәstәk azalmış, PKK isә bölgәdәki önәmli hamilәrini birәr birәr itirmәyә başlamışdır. Türkiyә’nin adı geçәn qonşuları ilә ilişgilәrini yaxşılaşdırması, PKK’nin zәyiflәmәsi vә bu da Kürd yayılmacılığın Güney Azәrbaycan’da dış dәstәkdәn yoxsun qalması demәkdir.

Kürd açılımı vә Azәrbaycanda yansımaları

1-Türkiyә’dә gәrçәklәşdirilәn Kürd açılımı uzun vә’dәdә İran Türklәrinin xeyrinәdir. Türkiyә’nin gәlәnәksәl olaraq İran vә Əraq’da federal sistemә qarşı çıxması vә bu ölkәlәrin sırasıyla Farslar vә Ərәblәr ķontrolu altında qalmasını istәmәsinin әsil nәdәni, öz içindә sahib olduğu Kürd sorunu vә Kürd milli hәrәkәtidir. Əgәr bir gün Türkiyә’dә Kürd sorunu bu vәya o şәkildә çözülürsә, Türkiyә İran’ın federallaşması, hәtta bölünmәsi vә Farsların ķontrolundan çıxmasını özünә qarşı bir tәhdid olaraq görmәyәcәk vә ona qarşı çıxmayacaqdır. Bu durumda İran’da milli mәsәlәnin çözümü önündә var olan önәmli bir әngәl, yә’ni Türkiyә’nin bölgә ölkәlәrinin federallaşmasına qarşı çıxması ortadan qalxmış olacaqdır. Necәki Kürd açılımının bir nәdәni dә, Əraq’da yaranan Kürdüstan devlәtini Türkiyә üçün tәhdid olmaqdan çıxarmaqdır. Kürd açılımından sonra Türkiyә’nin İran’ın federallaşmasına muxalifәtinin azalması bәklәnәbilir.

2-Kürd sorununu çözmüş bir Türkiyә, dış olaylardan örnәyin İran vә Əraq’ın federallaşması vәya bölünmәsindәn etgilәnmәyәcәyi kimi, bu ölkәlәrin etnik mәsәlәlәrinә çәkinmәdәn qarışma olanağı qazanmış olacaqdır. Belә bir Türkiyә’nin qorxmadan İran’da yaşayan Türk xalqının işlәrinә qarışma vә bu ķartı bölgәsәl güc vә etgisini artırmaq üçün oynamaya başlayacağı kәsindir. Türkiyә öz Kürd sorununu düzgün yönәtәbilmәdiyindәn dolayı, Sәddam rejimi yıxılınca Əraq’da yaşayan Azәrbaycan Türklәri diyasporası olan Türkmanların milli haqlarını, başda federal vәya otonom devlәtә sahib olma haqlarını, önә sürmәyә bilә cәsarәt etmәmişdir. Türkiyә belә bir istәyin Əraq Kürdlәri vә onların aracılığıyla Türkiyә Kürdlәrindә federal devlәt qurma istәyini körüklәyәcәyini düşünmüşdür. Etnik sorunu olmayan bir Türkiyә’nin eyni yanlışlıq vә cәsarәtsizliyi çökmәyә doğru sür’әtlә ilәrlәyәn İran İslam Cumhuriyәti vә İran Türklәri qonusunda tәkrarlamasının ehtimalı azdır.

3-Türkiyә’nin Əraq Kürdüstan devlәti ilә ilişgilәrini yaxşılaşdırması doğru, ancaq gec qalmış vә yanlış yönәtilmiş bir hәrәkıtdir. Bu yaxınlaşma Əraq’da yaşayan Türkman diyasporasının durumuna toxunmadan vә onların milli haqlarını Kürdüstan devlәti tәrәfindәn qaranti edilmәyә qoşullandırmadan gәrçәklәşmәkdәdir. Bu, Türkmanların әleyhinә olan bir siyasәtdir. Türkiyә illәr öncә Sәddam rejimi çökmәk üzәrә ikәn, Türkmanlara federe ya da әn azından otonom bir devlәt verilmәsini ilәri sürsәydi, Türkiyәsiz bir şey yapanmayacaqlarını sanan nә Kürdlәr vә nә Ameriķalılar bu önәriyә qarşı çıxmazdı. Ancaq Türkiyә, Əraq’da Kürd yerәl devlәtinin yaranması vә Əraq’ın federallaşmasına qarşı çıxdı vә Türkmanları da bu yanlış siyasәti izlәmәyә mәcbur etdi. Tәmәldәn yanlış olan bu siyasәt sonucunda, Kürdüstan yerәl devlәti quruldu, Türkiyә Əraq’ın gәlәcәyindәn dışlandı vә Türkmanların öz milli devlәtlәrini qurma idealı bir yolluq sönmüş oldu. İndi isә Türkiyә tәrs yöndә yeni bir yanlışlıq yapmaqda vә Əraq Kürdüstan yerәl devlәti ilә ilişgilәrini Türkmanlarla ilgili hәr hansı bir qoşul ilәri sürmәdәn yaxşılaşdırmaqdadır Bu, Əraq Türkmanlarına Türkiyә tәrәfindәn gәlәn ikinci böyük güpsәkdir (zәrbәdir).

4-Əraq’da yaşamaqda olan Türkman topluluğu, Azәrbaycan Türklәri diyasporasıdır. Bu üzdәn dә bunların durumu ilә ilgilәnmәk, Azәrbaycan Cumhuriyәti’nin görәv vә sorumluluğudur. Azәrbaycan Cumhuriyәti isә indiyә dәk bu görәv vә sorumluluğu yerinә yetirmәmiş, hәtta bunların fәrqindә olmamışdır. Azәrbaycanın yaratdığı boşluğu Türkiyә doldurmuş vә izlәdiyi yanlış siyasәtlәrlә Türkmanların Sәddam sonrası Əraq’da milli devlәtlәrini qurma haqlarından yoxsun bıraxılmalarına nәdәn olmuşdur. Azәrbaycan Cumhuriyәti geçmişi yeyinliklә tәlafi etmәlidir. Bu doğrultuda atılması gәrәkәn ilk addım Əraq’da yaşayan Türkman diyasporası ilә ilgili bir milli pılanın hazırlanması vә Azәrbaycan Cumhuriyәtinin Kәrkük vә Ərbildә birәr ķonsulluq açması olabilәr.
 
Ərәb açılımı vә Türk xalqı

1-Türkiyә’nin Ərәb açılımının iç vә dış ayaqları vardır. Ərәb açılımının dış ayağı, Suriyә ilә ilişgilәrin normallaşdırılması, sınır mayınlarının tәmizlәnmәsi, vizanın qaldırılması, ortaq әsgәri doķtrin hazırlanması vә ….dәn oluşmaqdadır. Bu girişimlәrin ilk yemişi, Suriyә’nin Xatay’a olan torpaq iddialarından vaz geçmәsi olmuşdur. 

2-Ərәb açılımının iç ayağına gәlincә, bu alanda yerәl Ərәbcә televiziyon pıroqramlarına izin vәrmә kimi çox qısıtlı addımlar atılmışdır. Bunun әsas nәdәni, Türkiyә’dә yaşayan Ərәb xalqının dәrindәn asimilә olduğu vә bir etnik- milli qurup olaraq, Kürdlәrin tәrsinә, milli haqları dalısınca olmamasıdır. Buna rәğmәn Ərәb qonusunda yapılması gәrәkәn çox şey vardır. O cümlәdәn Ərәb Əlәvilәrin (Nüsәyrilәrin) Türk Əlәvilәr (Qızılbaşlar) ilә birlikdә Türkiyә devlәti tәrәfindәn bağımsız bir mәzhәb olaraq rәsmiyәtә tanınmasıdır.

3-Türkiyә’nin Suriyә ilә ilişgilәrini yaxşılaşdırması, Azәrbaycan Türklәrini iki qonuda vә olumsuz yöndә etgilәmişdir. Birincisi PKK’nin Suriyә’dәn atılmasından sonra bu hörgütün barınaq dalınca Qәrbi Azәrbaycan’a yerlәşmә olayıdır. İkinci olay, Türkiyә’nin Suriyә’dә yaşayan Türk diyasporasının durumuna toxunmadan bu devlәtlә ilişgilәrini normallaşdırmasıdır. Bu, Suriyә devlәti tәrәfindәn Türklәrә uyqulanan asimilasiyon vә Ərәblәşdirmә siyasәtini görmәzdәn gәlmәk demәkdir. Gәrçi Suriyә’nin Türk topluluğu Azәrbaycan Türklәrinin diyasporası olduğundan dolayı, bunlarla ilgilәnmәk Azәrbaycan Cumhuriyәti’nin sorumluluğu vә görәvidir vә nә Türkiyә’nin. Türkiyә burada da, Əraq Türkmanları qonusunda olduğu kimi, Azәrbaycan devlәtinin yaratdığı boşluğu doldurmuşdur.

İsrayil qapanımı, nәdәn vә sonucları

Türkiyә’dә gәrçәklәşәn açılımlarla yanaşı, İsrayil vә Yәhudi qapanımı da yaşanmaqdadır. İsrayil vә Yәhudi qapanımının Türkiyә’nin Ermәnistan açılımı ilә dә ilişgisi vardır:

1-Yәhud Mәsәlәsi, Yәhud xalqına qarşı işlәnәn vә köklәri olduqca dәrin olan, insanlığın tarixi bir suç vә sorunudur. İsrayil -Filistin Mәsәlәsi isә, israyil’in Filistin torpaqlarını işqal etmәsindәn doğan, son dәrәcә qarmaşıq bir siyasi -torpaq mәsәlәsidir. Yәhud Mәsәlәsi ırqçılıq vә kökdәn dinçiliklә kültürәl savaşım, İsrayil -Filistin Mәsәlәsi isә İsrayil’in uluslararası normlara uyması vә iki devlәtli bir diplomatik çözümlә ortadan qaldırılabilәr. 

2-Ərdoğan vә AKP’nin İsrayil’ә qarşı olan tutumunun biçimlәnmәsindә, kimsәnin qarşı çıxanmayacağı çoxlu etgәnlәrin payı vardır. Örnәyin Türkiyә’dә yeni iqtidarın Ortadoğu, İslam vә Ərәb dünyasına dönmәsi/ Ameriķa’da Obama’nın bu devlәtin indiyә dәk İsrayil’ә verdiyi şәrtsiz dәstәk siyasәtinә son vermәsi, İsrayil’in militarizmi vә işqal etdiyi torpaqlarda uluslarası normları heçә saymasının yaratdığı rahatsızlıq, vә Türkiyә xalqının İsrayil’ә olan tәpgisi. 

3-Ancaq Ərdoğan vә AKP’nin İsrayil’dәn uzaqlaşmasında rol oynayan önәmli bir etgәn daha vardır. O da Ərdoğan vә partisinin siyasi İslamist vә dinçi kökәnli olmasıdır. Ərdoğan’ın dinçiliyi İran Fars dinçiliyi qәbilindәn olub vә seçmәlidir. Bu kökdәn dinçilik, Ermәnilәrә qarşı uyqulanmadığı halda, Yәhudilәrә qarşı qullanılır. Siyasal İslam, İsrayil- Filistin sorununu, Ortadoğu’da öz hakimiyyәtini qurmaq üçün qullanmaqdadır.

4- Ərdoğan vә ķontrolu altında bulunan mediyanın- buna TRT dә daxildir- anti İsrayil pıropaqandasının, Yәhud xalqı vә hәtta bütün Musәvilәrә çevrilmiş antisemitik çalarları da vardır. Bu, İslami Antisemitizm adlandırılan tipik bir olqudur. Ərdoğan’ın Davos toplantısı sırasında diplomatik qurallara uymayan bir yöntәmlә İsrayil devlәti yerinә bütün Yәhud xalqını töhmәt altına alması, bu İslami Antisemitizmin dışa vurması idi. 

5-AKP vә Türkiyә İslamçılarının İsrayil vә Yәhudilәrә qarşı olan tutumları, bölgә siyasәtindә Fars dinçilәri hәtta milliyәtçilәri ilә istiratejik ittifaq içindә olmaları ilә dә ilintilidir. Bilinәn bir gәrçәkdir ki cumhuriyәt Türkiyәsinin siyasi vә nizami eliti, gәnәl bir qural olaraq İrandakı Fars iqtidarının -onun ideolojik yapısına baxmaqsızın- müttәfiqi olmuşdur. Ancaq Türkiyә dinçilәrinin bu gәlәnәksәl ittifaqa әk olaraq, İran İslam Cumhuriyәtinә hakim olan dinçi Farslarla ideolojik yaxınlıqları da vardır. Türkiyә dinçilәri bölgә sorunlarının hamısına yaxınında -İsrayil qonusunu da buna daxildir- ķoloniyalist Fars dinçilәrin tezlәrini savunurlar.

6-AKP’nin İsrayil qapanımı, Qәzzә olaylarına verilәn bir tәpgi vә geçici bir tutum deyildir. Ərdoğan vә AKP aşamalı olaraq İsrayil’ә olan bağlılıqlarından qurtulmaq vә zaman içindә İsrayil ilә Türkiyә ilişgilәrini dondurmaq istәyirlәr. 

7-Şu anda Türkiyә’nin İsrayil’ә olan әn önәmli bağlılığı, Ameriķa’da Ermәni soyqırımı tasarısının Yәhudi lobisi tәrәfindәn әngәllәnmәsi olayıdır. İndiyә dәk Ameriķa Ķonqresindә bu tasarının qәbul edilmәmәsinin tәk nәdәni, Yәhudi lobisi olmuşdur. Ermәnistanla ilişgilәrin normallaşdırılması, çox sayıda başqa sonuclarla birlikdә, Türkiyә- AKP’nin İsrayil’ә olan bu ehtiyacını azaldacaq vәya ortadan qaldıracaqdır. Türkiyә’nin İsrayil’ә olan ehtiyacı azalınca, Ərdoğan –AKP, İslamist vә antisemitik dürtülәr vә Fars dinçilәrin istәyi doğrultusunda, İsrayil ilә olan ilişgilәrini sifirә әndirәbilәcәklәrdir


با پشتیبانی Blogger.
 
UrmiyeNews.Com - Batı Azerbaycan'ın Sesi
Tema: Bal Medya